Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   2   3   4   5   6   7   8   9   ...   17
 DİQQƏT:  Misyonerlər xristianlığı, yəhudilər Talmutu, Müsəlmanlar isla-
miyyəti yaymağa, masonlar isə dinləri yox etməyə çalışırlar. Ağlı, elmi və insafı 
olan bunlardan doğrusunu anlayar və bunun yayılmasına kömək edərək bütün in-
sanların səadətə qovuşmalarına vasitə olar. Bəşəriyyətə bundan daha qiymətli və 
daha faydalı xidmət ola bilməz. Bu gün xristianların əllərindəki İncil və yəhudi-
lərin əllərindəki Tövrat adlanan din kitablarının insanlar tərəfindən yazılmış ol-
duğunu öz adamları da deyir. Quranı-Kərim isə Allahü təala tərəfindən göndəril-
diyi kimi tər-təmizdir. Bütün keşişlərin və hahamların müsəlman kitablarını diq-
qətlə və insafla oxuyub başa düşməyə çalışmalıdırlar.  

 
8
 
 
İşdə budur, miftahi gənci qadim, 
Bismilləhirrahmənirrahım. 
 
 
ÖN SÖZ 
 
Namaz kitabını yazmağa  Əuzü Bəsmələ oxuyaraq başlayıram. Allahü 
təalaya həmd olsun. Onun seçdiyi və sevdiyi qullarına və onların ən üstünü olan 
Muhamməd -əleyhissəlama salat (dua) və salam olsun. O uca Peyğəmbərin təmiz 
əhli-beytinə adil, sadiq Əshabi-kiramının “rıdvanullahi Təala aleyhim əcmaın” 
hər birinə xeyirli dualar olsun! Dünyada yaxşı, faydalı şeylər pis, zərərli şeylərlə 
qarışıqdır. Səadətə, rahatlığa qovuşmaq üçün həmişə yaxşı, faydalı iş görmək la-
zımdır. Allahü təala çox mərhəmətli olduğu üçün yaxşılığı pisdən ayıran bir qüv-
vət yaratdı. Bu qüvvətə Ağıl deyilir. Təmiz və sağlam olan ağıl heç vaxt səhv et-
məz. Günah işləmək, nəfsə tabe olmaq, ağlı və qəlbi xəstə edər. Yaxşını pisdən 
ayıra bilməz. Allahü təala mərhəmət edərək bu işi özü etmiş, yaxşı  işləri Pey-
ğəmbərlər vasitəsi ilə bildirmiş və bunları yerinə gətirməyi əmr etmişdir. Zərərli 
şeyləri də bildirib, bunları etməyi qadağan etmişdir. Bu əmr və qadağalara Din 
deyilir. Muhamməd-əleyhissəlamın bildirdiyi dinə  İslamiyyət deyilir. Bu gün 
yer üzündə  dəyişdirilməmiş, pozulmamış  tək din vardır. O da islamiyyətdir. 
Dünya və axirət rahatlığına qovuşmaq üçün islamiyyətə uymaq, yəni müsəlman 
olmaq lazımdır. Müsəlman olmaq üçün də heç bir təşkilata, axunda, mollaya get-
məyə ehtiyac yoxdur. İlk əvvəl qəlb ilə iman etməli, sonra da islamiyyətin əmr 
və qadağalarını öyrənməli və bunlara əməl etməlidir.  
Hansı təriqətdən olursa-olsun nəfsinə tabe olan və qəlbi qara olan Cəhənnə-
mə gedəcəkdir. Hər mömin nəfsini təmizləmək üçün yəni nəfsin yaradılışında 
mövcud olan küfrü və günahları  təmizləmək üçün hər zaman çox “Lə iləhə 
illəllah” və qəlbini təmizləmək üçün yəni nəfsdən və şeytandan, pis yoldaşlardan 
və  zərərli, pozğun kitablardan gələn küfrdən və günahlardan qurtulmaq üçün 
Əstəğfirullah” oxumalıdır. İslamiyyətə tabe olanın duaları şübhəsiz qəbul olar. 
Namaz qılmayanın, açıq qadınlara və övrət məhəlli açıq olanlara baxanların və 
haram yeyib-içənlərin islamiyyətə tabe olmadıqları məlum olur. Bunların duaları 
qəbul olmaz.  
İman etdikdən sonra ən mühüm əmr namazdır. Beş vaxt namaz qılmaq hər 
müsəlmana fərzi-ayndır, yəni hər kəsin özü qılması lazımdır. Qılmamaq böyük 
günahdır. Namazı tam və doğru olaraq qıla bilməsi üçün ilk əvvəl namaz məlu-
matlarını öyrənməsi lazımdır. Bu kitabımızda dinimizdə bildirilən namaz məlu-
matlarını qısa və aydın olaraq bildirməyi lazımlı bildik. Bir çox İslam aliminin 
kitabından istifadə edərək hazırladığımız bu namaz məlumatlarını hər müsəlman 
mütləq öyrənməli və övladlarına da öyrətməlidir.  

 
9
Namazın doğru qılına bilməsi üçün namazda oxunan surə və duaları da əz-
bərləməlidir. Heç olmazsa namaz qıla biləcək qədər dua və surəni, bunları oxu-
masını yaxşı bilən, tam tələffüz edən bir müəllimdən və ya yoldaşından öyrən-
məlidir. Qurani-Kərimi doğru oxumaq üçün Qurani-Kərimi yaxşı bilən müəllim-
lərə getməlidir. Qurani-Kərimi doğru olaraq oxumağı mütləq öyrənməli, uşaqla-
rına da öyrətməlidir. Qurani-Kərimin latın hərfləri ilə yazılması mümkün deyil-
dir. Onun üçün əsli oxunmalıdır. Oxunması çox asandır. Peyğəmbərimiz “sallal-
lahü aləyhi və  səlləm” bir hədis-i  şərfində,  “Uşaqlarına Qurani-Kərim öyrə-
dənlərə  və ya Qurani-Kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın 
hər hərfi üçün on kərə Kəbə-i muazzamanı ziyarət savabı verilir. Və Qiya-
mət günü başına dövlət tacı qoyular. Bütün insanlar görüb qibtə edərlər” 
buyurduAllahü təala hamımızı doğru iman etdikdən sonra namazı doğru öyrə-
nən və qılan, xeyirli işləri edən qullarından etsin!  
 
Miladi Hicri şəmsi Hicri qəməri 
2010 1388 1431 
 
 

 10
  
 
NAMAZ BÖYÜK ƏMRDİR 
 
Adəm-əleyhissəlamdan bəri hər dində bir vaxt namaz vardı. Hamısı bir yerə 
toplanaraq Muhamməd əleyhissəlama inananlara fərz edildi. Namaz qılmaq ima-
nın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq imanın şərtidir.  
Namaz dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan dinini 
qurmuş, islam binasını ayaq üstə tutmuş olar. Namaz qılmayan dinini və islam bi-
nasını yıxmış olar. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki; “Di-
nimizin başı namazdır”. Başsız insan olmadığı kimi, namazsız da din olmaz.  
Namaz islam dinində imandan sonra ilk fərz edilən  əmrdir.  Allahü təala 
qullarının yalnız özünə ibadət etmələri üçün namazı  fərz etdi. Qurani-Kərimdə 
yüzdən artıq ayəti-kərimdə  “Namaz qılın!” buyurulur. Hədisi-şərifdə  Peyğəm-
bərimiz “Allahü təala hər gün beş vaxt namaz qılmağı fərz etdi. Qiymət ve-
rərək və şərtlərinə riayət edərək hər gün beş vaxt namaz qılanı Cənnətə qo-
yacağını Allahü təala söz verdi” buyurdu. 
 Namaz dinimizdə edilməsi  əmr edilən bütün ibadətlərin  ən  qiymətlisidir. 
Bir Hədisi-şərifdə, “Namaz qılmayanın İslamdan nəsibi yoxdur!” buyuruldu. 
Yenə bir Hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq namazdır” buyuruldu. 
Yəni mömin namaz qılar, kafir qılmaz. Münafıqlar isə bəzən qılar, bəzən qılmaz. 
Münafıqlar Cəhənnəmdə çox acı  əzab görəcəkdir. Rəsulullah “sallallahü aləyhi 
və səlləm” əfəndimiz buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahü 
təalanı qəzəbli olaraq görəcəklər.”  
Namaz qılmaq, Allahü təalanın böyüklüyünü düşünərək onun qarşısında öz ki-
çikliyini anlamaqdır. Bunu anlayan kimsə həmişə yaxşılıq edər. Heç pislik edə bil-
məz. Hər gün beş dəfə Rəbbinin hüzurunda olduğunu niyyət edən kimsənin qəlbi ix-
las ilə dolar. Namazda edilməsi əmr olunan hər hərəkət qəlbə və bədənə fayda verir. 
 Məscidlərdə camaat ilə namaz qılmaq müsəlmanların qəlblərini bir-birinə bağ-
layar. Aralarında sevgini təmin edər. Bir-birlərinin qardaş olduqlarını anlayarlar. 
Böyüklər kiçiklərə mərhəmətli olar. Kiçiklər də böyüklərə hörmətli olar. Zənginlər 
kasıblara və qüvvətlilər zəiflərə yardımçı olar. Sağlam olanlar xəstələri məsciddə 
görə bilmədikdə evlərində axtararlar. “Din qardaşının yardımına gedənin 
yardımçısı Allahü təaladır” Hədisi-şərifindəki müjdəyə qovuşmaq üçün yarışarlar.  
Namaz insanları çirkin, pis və qadağan olan əməllərdən uzaqlaşdırar. Gü-
nahlara kəffarə olar. Hədisi-şərifdə, “Beş vaxt namaz, sizdən birinin qapısının 
önündə axan çay kimidir. Bir kimsə o çaya hər gün beş dəfə girib yuyunar-
sa, üzərində kir qalmayacağı kimi, məhz beş vaxt namazı qılanların da bu 
cür kiçik günahları əfv olunur” buyuruldu.  
Namaz Allahü təalaya və Rəsuluna imandan sonra bütün əməl və ibadətlər-
dən daha üstün bir ibadətdir. Bunun üçün namaz fərzlərinə, vaciblərinə, sün-
nətlərinə, müstəhəblərinə riayət edilərək qılınmalıdır. Peyğəmbərimiz “sallallahü 
aləyhi və səlləm” bir hədisi-şəriflərində buyurdu ki: “Ey ümmət və Əshabəm! 

 11
Ədasına tamamilə riayət olunan namaz Allahü təalanın bəyəndiyi bütün 
əməllərin  ən üstünüdür. Peyğəmbərlərin sünnətidir. Mələklərin sevdiyidir. 
Mərifətin, yerin və göylərin nurudur. Bədənin qüvvətidir. Ruzilərin bə-
rəkətidir. Duanın qəbuluna vəsilədir. Mələk-ül-məvtə (yəni ölüm mələyinə) 
şəfaətçidir. Qəbirdə  işıq, Münkər və  Nəkirə cavabdır. Qiyamət günündə 
üzərinə kölgədir. Cəhənnəm atəşi ilə öz arasında sipərdir. Sirat körpüsünü 
ildırım kimi keçirəndir. Cənnətin açarıdır. Cənnətdə başına tacdır. Allahü 
təala möminlərə namazdan daha önəmli bir şey verməmişdir. Əgər na-maz-
dan daha üstün bir ibadət olsaydı,  ən öncə möminlərə onu verərdi. Çünki 
mələklərdən kimi davamlı kıyamda, kimi rüküdə, kimi səcdədə, kimi də tə-
şəhhüddədir. Bunların hamısını bir rükət namazda toplayıb, möminlərə hə-
diyyə verdi. Çünki namaz imanın başı, dinin dirəyi, islamın qavli (sözü) və 
möminlərin miracıdır. Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır”.  
Bir gün Həzrəti Əlinin “radıyallahü anh və kərrəmallahü vəchəh” ikindi nama-
zı keçmişdi. Üzüntüsündən özünü bir təpədən aşağı atdı. İnləyə-inləyə ağlayıb fər-
yad etdi. Peyğəmbərimiz Muhamməd Mustafa “sallallahü aləyhi və səlləm”, onun 
bu halından xəbər tutunca, Əshabəsi ilə bərabər həzrəti Əlinin “radıyallahü anh” ya-
nına gəldilər. Halını görüncə kainatın əfəndisi olan Peyğəmbərimiz “sallallahü aləy-
hi və  səlləm” də  ağlamağa başladı. Dua etdi. Günəş  təkrar yüksəldi. Rəsulullah 
“sallallahü aləyhi və səlləm” əfəndimiz: “Ya Əli! Başını qaldır, günəş hələ görü-
nür” buyurdu. Həzrəti Əli “radıyallahü anh” buna çox sevindi və namazını qıldı.  
Həzrəti Əbu Bəkri Sıddıq “radıyallahü anh” bir gecə çox ibadət etdiyindən, 
gecə sonunda yuxu apardı. Vitr namazı keçdi. Sübh namazında Peyğəmbər əfən-
dimizi təqib edərək məscid qapısında hüzuruna gəlib fəryad etdi. “Ya Rəsulallah! 
Köməyimə çat, vitr namazım keçdi” deyə ağlayaraq yalvardı. Rəsulullah əfəndi-
miz də ağlamağa başladı. Bunun üzərinə Cəbrayıl-əleyhissəlam gəlib, “Ya Rəsu-
lallah! Sıddıqa söylə ki, Allahü təala Onu əfv etdi” dedi.  
Övliyanın böyüklərindən Bayəzidi Bistami “quddisə sirruh” bir gecə yuxu-
ya dalıb, sübh namazına oyana bilmədi. O qədər ağlayıb inlədi ki, bir səs eşitdi: 
“Ey Bayəzid! Bu qüsurunu əfv etdim. Bu ağlamanın bərəkəti ilə sənə ayrıca yet-
miş min namaz savabı verdim”. Bir neçə ay sonra yenə yuxuya daldı. Şeytan gə-
lib mübarək ayağından tutaraq oyandırdı. “Qalx, namazın keçir”, dedi. Bayəzidi 
Bistami həzrətləri buyurdu ki: “Ey lənətlənmiş, sən belə iş necə edərsən? Sən hər 
kəsin namazının keçməsini, vaxtını keçirməsini istəyirsən. Məni nə üçün oyat-
dın?” Şeytan dedi ki: “Sübh namazını keçirdiyin gün ağlayaraq yetmiş min na-
maz savabı qazanmışdın. Bu gün onu düşünərək səni oyandırdım ki, bir vaxt na-
maz savabı alasan. Yetmiş min namaz savabına qovuşa bilməyəsən!”  
Böyük övliya Cüneydi Bağdadi həzrətləri buyurdu ki: “Dünyanın bir saatı 
qiyamətin min ilindən daha yaxşıdır. Çünki bu bir saatda saleh, məqbul bir əməl 
işlənə bilər və o min ildə bir şey edilə bilməz”. Rəsulullah “sallallahü aləyhi və 
səlləm” buyurdu ki: “Bir kimsə bir namazı bilə-bilə o biri namaza birləşdi-
rərsə, səksən hukbə Cəhənnəmdə yanacaqdır”. Bir hukbə səksən axirət ilidir. 
Axirətin bir günü min dünya ilidir.  

 12
O halda, ey din qardaşım! Vaxtını boş, faydasız şeylərlə keçirmə. Zamanı-
nın qiymətini bil. Vaxtını ən yaxşı şeylərə sərf et. Sevgili Peyğəmbərimiz buyur-
muşdur: “Müsibətlərin ən böyüyü, vaxtı faydasız şeylərlə keçirməkdir”. Na-
mazlarını vaxtında qıl ki, qiyamət günü peşman olmayıb, çox böyük savaba qo-
vuşasan! Hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtında qılmayaraq qəza-
ya buraxıb, əda etməzdən öncə vəfat edənin məzarına Cəhənnəmdən yetmiş 
pəncərə açılar və o kimsə qiyamətə qədər əzab çəkər”. Bir namazını vaxtında 
qəsdən qılmayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün kədərlənmə-
yən dindən çıxar və ya ölərkən imansız gedər. Bəs görəsən namazı yadına belə 
gətirməyən, namazı  vəzifə bilməyənlərin vəziyyəti olacaq? Namaza əhəmiyyət 
verməyənin, onu vəzifə olaraq qəbul etməyənlərin “mürtəd”, yəni kafir olacaq-
larını dörd məzhəbin bütün alimləri söz birliyi ilə bildirmişdilər. Namazı bilə-bi-
lə qılmayıb qəza etməyi düşünməyən və bunun üçün əzab çəkəcəyindən qorxma-
yanın da “mürtəd” yəni kafir olacağı Abdülgani Nablüsi həzrətlərinin “Hadika-
tün nədiyyə” kitabinın “Dilin fəlakətləri” bölümündə yazılmışdır.  
_______________ 
 
İmamı Rabbani həzrətləri  “Məktubat” kitabının 1-ci cild, 275-ci məktu-
bunda buyurur ki:  
 Sizin bu nemətə qovuşmanız, islami elmləri öyrətməklə və fiqh hökmlərini 
yaymaqla olmuşdur. Oralara cəhalət yerləşmişdi və bidətlər yayılmışdı. Allahü 
təala sevdiklərinin sevgisini sizə ehsan etdi. İslamiyyəti yaymağa sizi vəsilə etdi. 
Elə isə, dini elmləri öyrətməyə və fiqh əhkamını yaymağa əlinizdən gəldiyi qədər 
çalışın. Bu ikisi bütün səadətlərin başı, yüksəlmənin vasitəsi və qurtuluşun 
səbəbidir. Çox çalışın! Din adamı olaraq ortaya çıxın! Oradakılara əmri maaruf 
(dinin  əmrlərini öyrətmək) və  nəhyi münkər (günahlardan çəkindirmək) edərək 
doğru yolu göstərin! Müzzəmmil surəsinin 19-cu ayətində  məalən,  “Rəbbinin 
rizasına qovuşmaq istəyən üçün bu, əlbəttə, bir nəsihətdir” buyuruldu.  
_________________________  
Gəlin namaz qılaq, qəlbdən pası silək, 
Allaha yaxınlaşmaq olmaz, namaznıı qılmadıqca! 
Harada namaz qılınar, günahlar həmişə tökülər, 
İnsan, kamil ola bilməz, namazını qılmadıqca! 
Qurani-Kərimdə Haqq namazı çox mədh etdi, 
Dedi sevmərəm insanı, namazını qılmadıqca! 
Bir hədisi-şərifdə: İmanın əlaməti, 
İnsanda müəyyən olmaz, namazını qılmadıqca! 
Bir namazı qılmamaq, əkbəri kəbairdir, 
Tövbə ilə əfv olmaz, qəzasını qılmadıqca! 
Namazı əhəmiyyətsiz görən, imandan çıxar dərhal, 
Müsəlman ola bilməz o, namazını qılmadıqca! 
Namaz qəlbi təmizləyər, pislikdən kənar edər, 
Münəvvər ola bilməzsən, namazını qılmadıqca! 
 

 13
 
 
BİRİNCİ BÖLMƏ 
 
 
İMANIMIZ və NAMAZ 
 
 
HƏR KƏS İLK ƏVVƏL İMAN ETMƏLİDİR 
 
Allahü təala insanların dünyada rahat və dinclik içində yaşamalarını, axirət-
də də sonsuz səadətə qovuşmalarını istəyir. Bunun üçün səadətə səbəb olan fay-
dalı  işləri etməyi  əmr etdi. Fəlakətə  səbəb olan zərərli  şeyləri də qadağan etdi. 
Allahü təalanın birinci əmri iman etməkdir. İman etmək bütün insanlara lazım-
dır. Hər kəs üçün iman zəruridir. 
İman,  lüğətdə bir adamı tam doğru sözlü bilmək, ona inanmaq deməkdir. 
İslamiyyətdə iman demək, Muhamməd-əleyhissəlamın Allahın peyğəmbəri oldu-
ğunu və Onun tərəfindən seçilmiş, xəbərverici “Nəbi” olduğunu doğru bilmək və 
inanaraq söyləmək, Onun Allahü təala tərəfindən qısaca bildirdiklərinə  qısaca 
inanmaq, geniş bildirdiklərinə geniş olaraq inanmaq və gücü yetdikcə “Kəlmeyi-
şəhadət”i dil ilə  də söyləməkdir. Qüvvətli iman budur ki, atəşin yandırdığına, 
ilanın zəhərləyib öldürdüyünə tam inanıb çəkindiyimiz kimi, könlündən tam ola-
raq Allahü təalanı və sıfatlarını (xüsusiyyətlərini) böyük bilərək Onun rizasına 
və rəhmətinə can atmaq, qəzəbindən, tənbehindən qaçmaq və imanı mərmər üzə-
rinə yazılan yazı kimi möhkəm olaraq könlünə yerləşdirməkdir.  
İman  Muhamməd-əleyhissəlamın söylədiklərinin hamısını  bəyənib qəlbin 
təsdiq etməsi, yəni inanmasıdır. Beləcə, inanan insanlara “Mömin” və  “Müsəl-
man” deyilir. Hər müsəlmanın Muhamməd -əleyhissəlama tabe olması, Onun gös-
tərdiyi yolla getməsi lazımdır. Onun yolu Qurani-Kərimin göstərdiyi yoldur. Bu 
yola “İslamiyyət” deyilir. Ona tabe olmaq üçün öncə iman etmək, sonra “Əhkami 
islamiyyəti”, yəni müsəlmanlığı dəqiq olaraq öyrənmək, sonra fərzləri əda edib ha-
ramlardan çəkinmək, daha sonra sünnətləri yerinə yetirib məkruhlardan çəkinmək 
lazımdır. Bunlardan sonra mubahlarda (halal) da Ona tabe olmağa çalışmalıdır.  
Dinimizin təməli imandır. İmanı olmayanların heç bir ibadətini və xeyir iş-
lərini Allahü təala bəyənməz və qəbul etməz. Müsəlman olmaq istəyən ilk əvvəl 
iman etməli, sonra qüslü, dəstəmazı, namazı və lazım olduqca digər fərzləri və 
haramları öyrənməlidir.  
 
 
İMAN DOĞRU OLMALIDIR 
 
Duyğu orqanları  və  ağlın qavradığı elmlər imana qovuşmaq üçün köməkçi 
vasitələrdir. Fənn elmləri aləmdəki nizamın, düzgünlüyün təsadüfən olmadığını və 
bir yaradıcının olduğunu anlamağa, bilməyə və imana qovuşmağa səbəb olur. İman 

 14
demək, son Peyğəmbər Muhamməd-əleyhissəlam Allahü təaladan gətirdiyi elmləri 
öyrənib inanmaq deməkdir. İnanılması lazım olan elmlərə ağlıma batsa, inanaram 
demək, Peyğəmbərlərə inanmamaq demək olur. Din elmləri ağıl sahiblərinin görüş-
ləri deyildir. Hər kəs Peyğəmbərimiz Muhamməd-əleyhissəlamın xəbər verdiklərini 
“Əhli-sünnət alimlərinin” kitablarından öyrənib, o cür iman edilməlidir. Doğru və 
məqbul bir iman sahibi olmaq üçün aşağıdakı şərtlərə də tabe olmaq lazımdır:  
1. İman davamlı və sabit olmalıdır. Bir an da olsa ayrılmağı düşünməməli-
dir. Üç il sonra müsəlmanlıqdan çıxacağam deyənin, o andan etibarən imanı ge-
dər və müsəlmanlıqdan çıxar.  
2. Möminin imanı havf (Allahü təaladan qorxmaq) və rəca (Allahü təaladan 
ümidini kəsməmək) arasında olmalıdır. Allahü təalanın əzabından qorxmalı, lakin 
rəhmətindən bir an da olsa ümidini kəsməməlidir. Hər günahı işləməkdən çox çə-
kinməli, günahı səbəbi ilə imanının getməsindən qorxmalıdır. Bütün günahları işlə-
miş olsa belə, Rəbbimizin əfv edəcəyindən heç ümidini kəsməməlidir. Günahları 
üçün tövbə etməlidir. Çünki tövbə edən heç günah işləməmiş kimi olur.  
3. Can (ruh) boğaza gəlmədən  əvvəl iman etməlidir. Can boğaza gəlincə 
axirətin bütün halları göstərilir. O zaman bütün kafirlər iman etmək istəyərlər. 
Halbuki imanın qeybi olmalıdır. Görmədən inanmaq lazımdır. Görülən  şeyə 
iman etmək sayılmaz. Lakin həmin anda möminlərin tövbəsi qəbul olunur.  
4.
 
Günəş qərbdən doğmadan əvvəl iman etməlidir.
 
Qiyamətin böyük əlamət-
lərindən biri günəşin qərbdən doğmasıdır. Bunu görən bütün insanlar iman edə-
cəklər. Lakin imanları qəbul olunmayacaq, tövbə qapısı da bağlanmış olacaqdır.  
5. Allahü təaladan başqa heç kimin qeybi, gizli olan şeyləri bilməməsinə 
inanmalıdır. Yəni qeybi yalnız Allahü təala bilir. Bir də Onun bildirdikləri bilir. 
Mələklər, cinlər, şeytanlar və Peyğəmbərlər də qeybi bilməzlər. Lakin Peyğəm-
bərlərə, saleh qullara qeybdən məlumat verilə bilər.  
6. Dinin imana və ibadətlərə aid bir hökmünü zərurətsiz və qəsdən rədd et-
məməlidir. Əhkami-İslamiyyəti, yəni İslamiyyətin əmr və qadağalarından birini 
belə əhəmiyyətsiz görmək, Qurani-Kərimə, mələklərə və Peyğəmbərlərdən biri-
sinə belə lağ etmək və bunlar ilə bildirilənləri bir məcburiyyət və zərurət olma-
dan dil ilə inkar etmək küfr (inanmamaq) olur. Allahü təalanın varlığını, mələk-
ləri, qüslün və namazın fərz olduğunu, ölümlə qorxutmaq kimi bir zərurət ilə 
rədd etdiyini söyləyən kafir olmaz.  
7. İslam dininin açıq-aşkar bildirdiyi zəruri məlumatlarda şübhə və tərəddüd 
etməməlidir. Namaz qılmağın fərz,  şərab və digər spirtli içkiləri içməyin, qumar 
oynamağın, faizin və rüşvətin haram olduğuna şübhə etmək və ya məşhur olan bir 
harama halal demək və halal olan şeyə haram demək imandan çıxmağa səbəb olur.  
8. İman, İslam dininin bildirdiyi şəkildə olmalıdır. Ağlın anladıqlarına, fəl-
səfəçilərin, fənn təqlidçilərinin bildirdiklərinə inanmaq iman olmaz. Muhamməd-
əleyhissəlamın bildirdiyi şəkildə iman etmək lazımdır. 
9. İman edən yalnız Allah üçün sevməli və yalnız Allah üçün düşmənçilik 
etməlidir. Allahü təalanın dostları olan müsəlmanları sevməli və İslamiyyətə əli 
və qələmi ilə düşmənlik edənləri sevməməlidir. Bu düşmənçiliyin yeri qəlbdir.  

 15
(Müsəlman olmayan, qeyri-müslim vətəndaşlara və turistlərə də gülərüz-
lü və şirindilli davranmalıdır. Gözəl əxlaqımız ilə dinimizi onlara sevdirməli-
yik) 
10. Peyğəmbərimizin və  Əshabəsinin göstərdiyi doğru yoldan ayrılmayan 
həqiqi müsəlmanların iman etdiyi kimi inanmalıdır. Doğru inanmış olmaq üçün 
Əhli-sünnət vəl-camaat etiqadına uyğun olaraq iman etməlidir. (Əhli-sünnət 
alimlərinin yazdıqları həqiqi din kitablarına tabe olanlara yüz şəhid savabı verilə-
cəkdir. Dörd məzhəbin hər hansı birisinin alimlərinə “Əhli-sünnət alimi” deyi-
lir. Əhli-sünnət alimlərinin rəisi, İmamı-azam Əbu Hənifədir. Bu alimlər Əshabi-
kiramdan öyrəndiklərini yazmışlar, Əshabi-kiram da bunları Rəsulullahdan eşit-
diklərini söyləmişdilər.) 
 
 
ƏHLİ SÜNNƏT ETİQADI 
 
 Müsəlman olmağın ilk şərti iman etməkdir. Doğru iman isə Əhli-sünnət eti-
qadına uyğun olaraq inanmağa bağlıdır. Ağıllı olan və həddi-büluğa girən kişi və 
qadının birinci vəzifəsi Əhli-sünnət alimlərinin kitablarında yazdıqları iman mə-
lumatlarını öyrənmək və bunlara uyğun olaraq inanmaqdır. Qiyamətdə  Cəhən-
nəm əzabından qurtulmaq onların bildirdiklərinə inanmağa bağlıdır. Cəhənnəm-
dən qurtulacaq olanlar, yalnız bunların yolunda gedənlərdir. Onların yolunda ge-
dənlərə “sünni” və ya “Əhli-sünnət” deyilir.  
Bir Hədisi-şərifdə “mənim ümmətim yetmiş üç firqəyə  (qola) bölünəcək. 
Bunlardan yalnız bir firqə Cəhənnəm əzabından qurtulacaq, digərləri isə hə-
lak olacaq, Cəhənnəmə gedəcəkdir” buyuruldu. Bu yetmiş üç firqədən hər biri 
islamiyyətə tabe olduğunu iddia etməkdə  və  Cəhənnəmdən qurtulacağı bildirilən 
firqənin öz firqəsi olduğunu söyləməkdədirlər. Möminin surəsinin 54-cü və Rum 
surəsinin 32-ci ayəti-kərimələrində  məalən:  “Hər firqə doğru yolda olduğunu 
zənn edərək sevinməkdədir”  buyuruldu. Halbuki bu müxtəlif firqələr arasından 
qurtulan olan birinin əlamətlərini Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” belə 
bildirmişdir: “Bu yolda olanlar mənim və əshabəmin getdiyi yolda olanlardır”. 
Əshabi-kiramın birini belə sevməyən,  Əhli-sünnətdən ayrılmış olur. Əhli-sünnət 
etiqadında olmayan kafir olur və ya “Bidət əhli” yolunu azmış olur.  
 
 
ƏHLİ-SÜNNƏT ETİQADINDA OLMAĞIN ƏLAMƏTLƏRİ 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin