QÜSL (Boy dəstəmazı)
Namazın doğru olması üçün dəstəmazın və qüslün doğru olması lazımdır.
Cünüb (qüslsüz) olan hər qadının və kişinin, hayzdan (aybaşı) və nifasdan (do-
ğumdan sonra gələn qan) qurtulan qadınların, namaz vaxtının sonunda o namazı
qılacaq qədər zaman qalınca, qüsl alması fərzdir. Cünüb olmaq, cima (cinsi mü-
nasibət) və ihtilam (yuxuda cünüb olmaq) ilə olar. Peyğəmbərimiz “sallallahü
aləyhi və səlləm” buyurur ki: “Qüsl almağa qalxan bir kimsəyə üzərindəki
tük sayı qədər [yəni lap çox] savab verilir. O qədər də günahı əfv olar. Cən-
nətdəki dərəcəsi yüksəlir. Qüslü üçün ona veriləcək savab dünyada olan hər
şeydən daha xeyirli olar. Allahü təala mələklərə - Bu quluma baxın! Gecə
ərinmədən qalxıb, mənim əmrimi düşünərək cünublükdən qüsl edir. Şahid
olun ki, bu qulumun günahlarını əfv etdim və bağışladım.”
Digər bir Hədisi-şərifdə, “Kirlənincə, tez qüsl alın! Çünki kiramən kati-
bin mələkləri cünüb gəzəndən inciyərlər” buyuruldu. İmami Qazali “rahmətul-
lahi aleyh” buyurdu ki: “Bir kimsə yuxuda mənə dedi ki, “Bir miqdar zaman cü-
nüb qaldım. İndi üzərimə atəşdən köynək geyindirdilər. Hələ də atəş içindəyəm”.
Bir Hədisi-şərifdə də, “Rəsm, it və cünüb kimsə olan evə rəhmət mələkləri
girməz” buyuruldu.
Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünüb keçirərsə, çox acı
əzab görəcəkdir. Su ilə yuyunmaq mümkün olmazsa təyəmmüm etməlidir. Cü-
nüb olan kimsələr aşağıdakıları edə bilməz:
1- Heç bir namazı qıla bilməz.
2- Qurani-Kərimə və ayətlərinə əl vura bilməz.
3- Kəbəni təvaf edə bilməz.
4- Məscid və camilərə girə bilməz.
50
QÜSLÜN FƏRZLƏRİ
Hənəfi məzhəbində qüslün fərzləri üçdür:
1- Ağzın içini yumaqdır. Ağzın içində iynə ucu qədər islanmayan yer qa-
larsa, dişlərin üstü və diş oyuqları islanmazsa qüsl olmaz.
2- Burnu yumaqdır. Burnundakı quru kirin altına və ağızdakı çeynənilmiş
çörəyin altına su keçməzsə, qüsl olmaz. Hanbəli məzhəbində, ağzı və burnu yu-
maq, dəstəmaz alarkən də, qüsldə də fərzdir. Şafii məzhəbində də qüsl edərkən
niyyət etmək fərzdir.
3- Bədənin hər yerini yumaqdır. Göbək içini, bığ, qaş, saqqalı və altların-
dakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və
ya bədənin hər hansı bir yerində su keçirməyən maddələr olarsa, [dırnaqda lak
olarsa], qüsl alınmış sayılmaz.
QÜSLÜN SÜNNƏTLƏRI
1- Öncə əlləri yumaq.
2- Ədəb yerlərini yumaq.
3- Bütün bədəni pislikdən təmizləmək.
4- Qüsldən əvvəl dəstəmaz almaq, üzü yuyarkən qüslə niyyət etmək. Şafii
məzhəbində niyyət etmək fərzdir.
5- Bütün bədəni üç dəfə ovaraq yumaq.
6- Bütün bədəni yuduqdan sonra iki ayağını yumaq.
QÜSL NECƏ ALINIR?
Sünnət üzrə qüsl belə alınır:
1- Öncə, təmiz olsalar belə, iki əli və övrət yerini, bədənində nəcasət (pislik)
olan yerləri yumalıdır.
2- Sonra tam bir dəstəmaz almalı, üzünü yuyarkən qüslə niyyət etməlidir.
Ayaqların altında su yığılmırsa, ayaqları da yumalıdır.
3- Sonra bütün bədənə üç dəfə su tökməlidir. Öncə üç dəfə başa, sonra sağ
çiyinə, sonra sol çiyinə tökməlidir. Hər töküşdə o tərəf tamam islanmalıdır. Bi-
rinci töküşdə ovmalıdır. Qüsldə bir üzvə tökülən su başqa üzvlərə axıdılarsa, ora
da təmizlənir. Çünki qüsldə bütün bədən bir üzv sayılır. Dəstəmaz alarkən bir
üzvə tökülən su ilə başqa üzv islanarsa, yuyulmuş sayılmaz. Qüsl tamam olunca,
təkrar dəstəmaz almaq məkruhdur. Lakin qüsl alarkən dəstəmazı pozularsa, bir
daha almaq lazım olar.
Hənəfi məzhəbində dişlərin arası və diş çuxurları islanmazsa, qüsl olmaz.
Bunun üçün dişə karonka qoyulduqda və plomblandıqda qüsl səhih olmaz. İnsan
51
cənabətlikdən qurtula bilməz. Qızıl, gümüş və nəcs olmayan başqa maddələrdən
edilən karonka və plomb altına su girməyincə, Hənəfi məzhəbi alimlərinin hamı-
sına görə, qüsl dəstəmazı caiz olmaz.
Tahtavi, “Mərakıl-fəlah” haşiyəsi, 96-cı səhifəsində və ayrıca bunun tərcü-
məsi olan “Neməti-İslam” kitabında belə yazır: Bir Hənəfinin öz məzhəbinə gö-
rə edə bilmədiyi bir işi edə bilməsi üçün Şafii məzhəbini təqlid etməsində bir
maneə yoxdur. “Bahr-ür-raik” və “Nehr-ül-faik” kitablarında da belə yazıl-
mışdır. Lakin bu işi edərkən, o məzhəbin şərtlərini də yerinə yetirmək lazımdır.
Məcburiyyət, zərurət olmadan və şərtlərinə riayət etmədən təqlid edərsə, buna
“ müləffiq” deyilir ki, asanları toplayan deməkdir. Bu, caiz deyildir.
Öz məzhəbindəki bir fərzi edə bilməyən kimsənin yalnız bu fərzi etməsi
üçün başqa məzhəbi təqlid etməsi lazımdır. Amma bu işi edərkən təqlid etdiyi
məzhəbin şərtlərini də yerinə yetirməlidir. Karonka və plomb qoyduran Hənəfi
məzhəbindəki bir müsəlmanın Maliki [və ya Şafii] məzhəbini təqlid etməsi üçün
qüsldə, dəstəmaz almaqda və namazda niyyət edərkən İmami Malikə [və ya İma-
mi Şafi-yə] tabe olduğunu xatırlaması kifayət edər. Yəni qüsl dəstəmazı almağa
başlayarkən, “ Niyyət etdim qüsl almağa və Maliki [və ya Şafii] məzhəbinə
tabe olmağa” sözünü qəlbindən keçirən bir kimsənin qüslü səhih olar. Ağzında
karonka və ya plomb dişi olan Hənəfi məzhəbindəki bir kimsə belə niyyət edincə
qüslü, yəni boy dəstəmazı səhih olar. Cünüblükdən qurtular, təmiz olar. Maliki
[və ya Şafii] məzhəbini təqlid edincə, dəstəmazı və namazları səhih olar. Karon-
ka və plomb dişi olmayanlara da imam ola bilər.
Şafii məzhəbini təqlid edənin imam arxasında Fatihə surəsini oxuması, özü-
nün və ya başqasının səvətəyninə, yəni iki dəstəmaz pozma üzvlərinə əli ovucu
(içi) ilə toxunarsa və nikah ilə alması haram olan 18 qadından başqa qadının də-
risinə dərisi dəyərsə dəstəmaz alması, dəstəmaza niyyət etmiş olması və az nəca-
sətdən də çəkinməsi lazımdır. Qurani-Kərimi tutacağı zaman da Şafii məzhəbinə
görə dəstəmazlı olması lazımdır. Hənəfi məzhəbində olan bir yolçunun Şafii
məzhəbini təqlid edərək, zöhr ilə əsr, şam ilə işa namazlarını cəm edərək birlikdə
qıla bilməsi üçün Şafii məzhəbinə görə dəstəmazlı olması lazımdır.
QADINLARIN HAYZ (AYBAŞI) VƏ NİFAS (DOĞUŞDAN SONRA
GƏLƏN QAN) HALLARI
On bir cür qüsl vardır. Beşi fərzdir. Bunlardan ikisi qadının hayz və nifas-
dan qurtulandan sonra qüsl almasıdır.
İbni Abidin “ Mənhəl-ül-varidin” adındakı əsərində deyir ki: Hər müsəlman
kişinin və qadının elmi-hal öyrənməsi fərz olduğunu fiqh alimləri söz birliyi ilə
bildirdi. Hər müsəlman qadının hayz və nifas məlumatlarını öyrənməsi fərzdir.
Hər müsəlman kişinin evlənəcəyi zaman hayz və nifas məlumatlarını öyrənmələ-
ri lazımdır. Evləndikdən sonra xanımına da öyrətməlidir.
52
Hayz, 8 yaşını bitirib 9 yaşına girmiş və sağlığı yerində bir qızdan və ya
“ adət günlərinin” son dəqiqəsindən 15 gün keçmiş olan qadından gələn və ən az
3 gün davam edən qana deyilir. Ağdan başqa hər rəngə və bulanıq olana hayz qa-
nı deyilir. Bir qız hayz görməyə başlayınca, yetkinlik çağına girər və qadın hök-
mündə olub dinıin əmr və qadağanlarından məsul olar. Qan görüldüyü andan kə-
sildiyi günə qədər olan günlərin sayına “ Adət günü” deyilir. Bu zamanın ən azı
3, ən çoxu 10 gündür. Hər qadının öz adətinin gün sayını və saatını bilməsi la-
zımdır. 8 yaşını tamamlayan qıza anasının, anası yoxsa, nənələrinin, bacılarının,
xala və bibilərinin hayz və nifas elmini bildirmələri fərzdir.
Nifas- qadından doğuşdan sonra gələn qana deyilir. Bu qanın ən az müddəti
yoxdur. Qan kəsildiyi zaman dərhal qüsl almalıdır. Ən çox zamanı 40 gündür. 40
gün tamam olunca qan kəsilməsə də, qüsl edib, namaza başlayar. 40 gündən sonra
gələn qan istihaza, “yəni üzr” olar. Qadınların nifas günlərini də əzbərləmələri la-
zımdır.
İstihaza [üzr qanı], üç gündən, yəni 72 saatdan beş dəqiqə belə az olan və
yəni başlayan üçün 10 gündən çox sürən və yeni olmayanlardan adətdən çox
olub, 10 günü də aşan və hamilə, 55 yaşını keçmiş (ayisə) qadınlardan, 9 yaşın-
dan kiçik qızlardan gələn qanlara deyilir. Bu qan xəstəlik əlamətidir. Uzun za-
man axması təhlükəli olub, həkimə müraciət etməsi lazımdır.
Istihaza günlərində olan qadın tez-tez burnu qanayan kimi olub, bu halda
namaz qıla bilər və oruc tuta bilər.
Hayz və nifas halında ikən qadın namaz qıla bilməz və oruc tuta bilməz. Tila-
vət və şükr səcdəsi edə bilməz. Qurani-Kərimə toxuna biıməz. Cami və məscidə
girə bilməz, Kəbəni təvaf edə bilməz. Cinsi münasibətdə ola bilməz. Təmizlənincə,
oruclarını qəza edər, namazlarını qəza etməz. Qadının hayzın başladığını ərinə bil-
dirməsi lazımdır. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” “Hayzın başladığı-
nı və bitdiyini ərindən gizləyən qadın məlundur [lənətlənmiş] ” buyurdu. Hayz
və nifas kəsilincə həmən qüsl edib yuyunmaq fərzdir. Allahü təalanın əmridir.
Nikahın getməsinə, yəni boşanmağa səbəb olan çox söz vardır. İmanın get-
məsindən qorxduğu kimi nikahın getməsindən də çox qorxmaq lazımdır.
Haqq Təala, intiqamını yenə qul ilə alar.
Bilməyən “elm-i lədünni”, anı qul etdi sanar.
Cümlə əşya Xaliqindir, qul əli ilə işlənər.
Əmri Bari olmayınca, sanma bir çöp tərpənər!
TƏYƏMMÜM
Təyəmmüm torpaqla təmizlənmək deməkdir. Dəstəmaz almaq və ya qüsl et-
mək üçün su olmazsa və ya su olduğu halda, istifadə edilməsi mümkün olmayan
vəziyyətlərdə təmiz torpaq, qum, kirəç və daş kimi torpaq cinsindən olan təmiz
53
bir şey ilə hənəfidə vaxt girmədən öncə də təyəmmüm edilir. Digər üç məzhəbdə
vaxt girmədən öncə caiz deyildir. Təyəmmüm dəstəmaz və qüsl üçün bir
asanlıqdır. Dinimizdə torpaq ilə təyəmmüm də su ilə təmizlənmək kimidir.
Dinimiz bir çox kirliliyin torpaq ilə təmizlənə biləcəyini açıqca bildirir.
Təyəmmümü lazım edən başlıca hallar bunlardır:
1. Dəstəmaz və qüsl üçün təmiz su tapmamaq (şəhərdə hər zaman su axtar-
maq fərzdir).
2. Sudan istifadə etməyə mane olan xəstəlik, su istifadə edincə soyuqdan öl-
mək və ya xəstə olmaq təhlükəsinin olması.
3. Suyun yanında düşmən və ya yırtıcı, zəhərli heyvanın olması.
4. Həbsdə olub, sudan istifadə edə bilməmək.
5. Ölümlə təhdid edilmək.
6. Səfəri olub yanında içmə suyundan artıq suyun olmaması.
7. Quyudan su çıxarmaq imkanının olmaması.
TƏYƏMMÜMÜN FƏRZLƏRİ
Təyəmmümün fərzi üçdür: Dəstəmaz almaq və qüsl etmək üçün təyəmmüm
eynidir. Yalnız niyyətləri fərqlidir. Dəstəmaz üçün edilən təyəmmüm ilə qüsl
edilmiş olmaz. Eyni təyəmmümün qüsl üçün də səhih olması üçün qüsl üçün də
niyyət etmək lazımdır.
1- Niyyət etmək. 2- İki əlin içini təmiz torpağa sürtüb, üzün hər yerini məsh
etmək. 3- Əlləri təmiz torpağa vurub, öncə sağ və sonra sol qolu məsh etmək.
Təyəmmümün fərzi ikidir, deyənlər də vardır. İkinci və üçüncü fərzi bir fərz
olaraq söyləyirlər. İki şəkli də doğrudur.
TƏYƏMMÜMÜN SÜNNƏTLƏRİ
1. Bəsmələ ilə başlamaq.
2. Torpağa ovucun içini qoymaq.
3. Ovucları torpaq üzərində irəli və geri çəkmək.
4. Ovucda torpaq varsa, torpaq qalmayana qədər iki əli, baş barmaqları ilə
bir-birinə vurmaq.
5. Əlləri torpağa qoyarkən barmaqları açmaq.
6. Əvvəla üzü, sonra sağ qolu, sonra sol qolu məsh etmək.
7. Dəstəmaz alır kimi tez etmək.
8. Qollarda və üzdə məsh edilməyən yer buraxmamaq.
9. Təyəmmümdən öncə umduğu yerdə su axtarmaq.
10. Əlləri torpağa vuraraq qüvvətlə qoymaq.
11. Qolları yuxarıda izah edilən şəkildə məsh etmək.
12. Barmaqların arasını məsh etmək və edərkən üzüyünü oynatmaq.
54
TƏYƏMMÜMDƏ BUNLARA DİQQƏT ETMƏLİDİR
1. Dəstəmazsız bir kimsə tələbəsinə göstərmək üçün təyəmmüm edərsə, bu
təyəmmümlə namaz qıla bilməz.
2. Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək
kifayət deyil. Namaz üçün də niyyət etmək lazımdır.
3. Bir torpaqdan bir neçə kimsə təyəmmüm edə bilər. Çünki təyəmmüm
edilən torpaq və buna bənzəyənlər müstaməl (istifadə edilmiş) olmaz. Təyəm-
mümdən sonra əldən, üzdən tökülən toz müstaməldir.
4. Şafii və hanbəlidə təyəmmüm yalnız torpaq ilə edilir. Digər məzhəbdə
torpaq cinsindən olan hər təmiz şey ilə üzərində bunların tozu olmasa belə, tə-
yəmmüm edilir. Yanıb kül olan və ya istidə əriyə bilən şeylər torpaq cinsindən
deyildir. Ona görə də agac, ot, taxta, dəmir, düyü, yağlı boya ilə boyanmış divar,
mis, qızıl, şüşə ilə təyəmmüm edilə bilməz. Qum ilə olar. İnci, mərcan ilə olmaz.
Əhəng və gips ilə yuyulmuş mərmər, sement, zərsiz plitka, zərsiz farfor, palçıq
ilə olar. Palçıqdakı su yarıdan azdırsa, bununla təyəmmüm edilir.
5. Bir təyəmmüm ilə müxtəlif namaz qılmaq caizdir.
6. Səfəri, iki kilometrdən az məsafədə su olacağını əlamətlərlə və ya ağıllı,
həddi-büluğa çatmış və adil bir müsəlmanın xəbər verməsi ilə çox zənn etdiyi
zaman, hər tərəfə doğru 200 metr gedərək və ya birini göndərərək axtarması fərz
olar. Çox zənn etməzsə, suyu axtarması lazım olmaz.
7. Bir kimsə suyu soruşmadan təyəmmüm edib namaza dursa, sonra yanında
olan adil bir şəxsdən su olduğunu xəbər alsa, dəstəmaz alıb namazını iadə edər
(yenidən qılar).
8. Səfərdə iki kilometrdən uzaqda su varkən, təyəmmüm ilə namaz qılmaq
caizdir.
9. Əşyası arasında su olduğunu unudan kimsə şəhərdə, kənddə deyilsə, tə-
yəmmüm ilə namaz qıla bilər.
10. Suyun bitdiyini zənn edən kimsə namazdan sonra suyunu görsə, təyəm-
müm ilə qıldığı namazı iadə edər.
11. Səfərinin yanında olanlardan su istəməsi vacibdir. Su verməzlərsə, na-
mazı təyəmmüm ilə qılar. Yoldaşı suyu bazardakı qiymətinə satarsa, artıq pulu
olan səfərinin satın alması lazımdır. Sahibi suyunu çox baha qiymətə satarsa tə-
yəmmüm ilə qılması caizdir. Bazar qiymətinə alacaq artıq pulu yoxsa yenə tə-
yəmmüm edər.
12. Çöldə, yollarda içmək üçün qoyulan su varkən, təyəmmüm edilə bilər.
13. Su az isə, cünüb olan kimsənin hayzlı qadından, dəstəmazsızdan və me-
yiddən öncə yuyulması lazımdır. Suyun sahibi başqalarından öncə yuyunar. Sa-
hibləri ayrı-ayrı olan sular, bir yerə toplanınca, öncə meyid yuyulur.
14. Cünüb bir kimsə təyəmmüm etdikdən sonra dəstəmazı pozulsa, cünüb
olmaz. Az su varsa, yalnız dəstəmaz alar.
55
15. Cünüb kimsənin bədəninin yarıdan çoxu yara və ya çiçək, qırmızı kimi
isə, təyəmmüm edər. Dərisinin çoxu sağlam isə və yaralı qismləri islatmadan yu-
ması mümkün isə, qüsl edər. Yaralı qismləri islatmadan yuyuna bilməzsə, yenə
təyəmmüm edər.
TƏYƏMMÜM NECƏ EDİLİR?
1. Öncə cünüblükdən və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət edilir.
Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək kifayət
etməz. İbadət olan bir şeyi, məsələn, cənazə namazı, tilavət səcdəsi etmək üçün dəs-
təmaz və ya qüsl üçün təyəmmüm etməyə niyyət lazımdır. Təyəmmümə niyyət
edərkən dəstəmaz ilə qüslü ayırmağa ehtiyac yoxdur. Dəstəmaz üçün niyyət edilərsə
cünüblükdən də təmizlənmiş olur. Cünüblükdən təmizlənməyə niyyət edilən tə-
yəmmüm ilə namaz qılına bilər. Dəstəmaz üçün ikinci təyəmmümə ehtiyac yoxdur.
2. İki qolu dirsəklərindən yuxarı çirməli olaraq iki əlin içini təmiz torpağa, daşa,
torpaq və ya kirəç sürtülmüş divara sürtüb ən az üç barmağı dəyməklə iki ovucu ilə
üzünü bir dəfə məsh etmək, yəni sürtmək. Əli üzünün iynə ucu qədər yerinə dəyməzsə,
təyəmmüm edilmiş olmaz. Üzü tam məsh edə bilmək üçün ovuclar açıq və dörd bar-
maq bir-birinə yapışıq və iki əlin iki uzun barmaqlarının ucları bir-birlərinə dəymiş
olaraq ovuc içləri saç kəsiminə qoyub, çənəyə doğru yavasça endirilir. Barmaqlar üfüqi
vəziyyətdə alnı, göz qapaqlarını, burnun iki yanını, dodaqların üzərlərini və çənənin üz
qismini yaxşıca sürtməlidir. Bu əsnada ovucun iç tərəfi də yanaqları sürtər.
3. İki ovucu təkrar torpağa sürtüb bir-birinə çırparaq tozu-torpağı silkələdik-
dən sonra öncə sol əlin dörd barmağının içi ilə sağ qolun alt üzünü barmaq ucun-
dan dirsəyə doğru sürtüb sonra qolun iç üzünü sol ovuc içi ilə dirsəkdən ovuca
qədər sürtüb və sonra sol baş barmaq içi ilə sağ baş barmağın çölünü sürtməkdir.
Üzüyü çıxarmaq lazımdır. Sonra yenə belə sağ əl ilə sol qol məsh edilir. Əl içini
torpağa sürtmək lazımdır. Torpağın, tozun əldə qalması şərt deyildir.
Dəstəmaz və qüsl üçün təyəmmüm eynidir.
TƏYƏMMÜMÜ POZAN ŞEYLƏR
Təyəmmümü lazım edən üzr halı aradan qalxınca, su tapılnca, dəstəmazı və
qüslu pozan hallarda təyəmmüm də pozulur.
DƏSTƏMAZIN, QÜSLÜN VƏ TƏYƏMMÜMÜN FAYDALARI
İbadət məqsədiylə edilən hər iki təmizlik bədən sağlığımız üçün çox fayda-
ları hasil etməkdədir. Bədən faydaları ilə yanaşı, ruh sağlığı tərəfdən də faydası
çoxdur. Təsbit edilən saysız faydalarından bəzilərini belə sıralaya bilərik:
56
1. Gündəlik həyatımızda əllərimizin toxunmadığı yer, mikrob qalmır. Məhz
dəstəmaz alarkən əl, üz və ayaqları yumaq, dəri xəstəlikləri və iltihabları üçün ən
gözəl bir qorumadır. Mikroblar, parazit bakteriyaların bəziləri vücuda dəri yoluy-
la daxil olurlar.
2. Tənəffüs sistemimizin gözətçiliyini edən burunu yumaqla toz və mikrob-
ların bədənə daxil olmasının qarşısı alınmış olur.
3. Üzün yuyulması dərini qüvvətləndirir, başdakı ağırlığı və yorğunluğu
yüngülləşdirir. Damarları və sinirləri hərəkətə gətirir. Davamlı olaraq dəstəmaz
alanların yaşlansalar belə, üzlərindəki gözəlliklərin getməməsi bu səbəbdəndir.
4. Cünüblüyə səbəb olan hallarda böyük bir enerji sərf etməkdə, qəlb və dövran
sürəti artmaqda, tənəffüs sürətlənməkdədir. Bədənin həddən artıq işləməsi ilə də
yorğunluq, əldən düşmə, keylik və tənbəllik hiss edilməkdə, ümumiyyətlə zehni fə-
aliyyətlər olduqça zəifləməkdədir. Qüsl ilə bədən əvvəlki gümrahlığı qazanır. Bədəni
müəyyən vaxtlarda davamlı yumaq qoruyucu həkimlik tərəfdən fövqəladə önəmlidir.
5. Bədənimizin normalda bir statik elektrik tarazlığı vardır. Bədənin sağ-
lamlığı bu elektrik tarazlıq ilə yaxından əlaqəlidir. Bu tarazlıq psixoloji gər-gin-
liklər, iqlim şərtləri, geyim əşyaları, yaşama və iş yerləri və bu arada qüslü lazım
etdirən hallarla pozulur. Bu elektrikli yük, hirsli halda normaldan 4 dəfə, qüslu
lazım etdirən hallarda 12 dəfə çoxalmaqdadır. İndiki vaxtda ultra qırmızı şüalarla
dərinin çöl hissəsinin xüsusi rəsmləri çəkilmiş, bu rəsmlərdə cinsi münasibətdən
sonra bədənin bütün səthinin artıq statik elektrik təbəqəsiylə örtüldüyü isbat
edilmişdir. Bu təbəqə dərinin oksigen alış-verişinə əngəl olduğu kimi, dərinin
rənginin pozulmasına və tez qırışmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq
üçün bədənin iynə ucu qədər yeri belə quru qalmayacaq şəkildə tamamən yuyul-
ması lazımdır. Beləcə su zərrələri mənfi elektrik gərginliyini alaraq, bədəni tor-
paqlayır və yenidən normal vəziyyətə qaytarır. Bu baxımdan qüsl tibbi tərəfdən
də mütləq edilməsi lazım olan bir təmizlikdir.
6. Dəstəmaz və qüslün dövran sistemi üzərində də müsbət təsirləri olmaqda-
dır. Damarlardakı sərtləşmə və daralmanın qarşısını alır. Dəstəmazda bir xəbər-
darlıq vardır. Limfa sistemi, ən vacib mərkəzlərindən biri olan burun arxası və
badamçıqlar yuyularaq xəbərdar edilir. Ayrıca boyun və yanlarının yuyulması
da, limfa sisteminə təsir edər. Dəstəmaz və qüsllə asanlaşan limfa dövran sayə-
sində, limfa deyilən döyüşçü hüceyrələr bədəni zərərli ünsürlərdən qoruyur və
bədən dayanıqlığını artırır.
7. Su olmadığı zaman torpaqla edilən təyəmmüm də böyük ölçüdə vücudda-
kı statik elektriki yox edir.
2. NƏCASƏTDƏN TƏHARƏT
Bədəndə, paltarda və namaz qılınacaq yerdə nəcasətin, kirin olmamasıdır.
Baş geyimi, başlıq, sarıq, məst və ayaqqabı da paltardan sayılır. Boyuna sarılı şa-
lın sallanan qismi namaz qılan ilə birlikdə hərəkət etdiyi üçün paltardan sayılır
57
və bu hissəsi təmiz olmazsa, namaz qəbul olmaz. Döşəyin, ayaq basdığı və başını
qoyduğu yeri təmiz olunca, başqa yerində nəcasət olarsa, namaz qəbul olar. Çün-
ki döşək şal kimi bədənə bitişik deyildir. Lakin qapalı şüşə içində sidik daşıyanın
namazı caiz olmaz. Çünki şüşə sidiyin meydana gəldiyi yer deyildir. [Bundan an-
laşılır ki, cibində qapalı odekolon, spirt,yod şüşəsi və ya qapalı qutudakı qanlı
yaylıq, nəcs parça varsa, namaz qılmaq caiz deyildir.] İki ayağın basdığı və səcdə
etdiyi yerin təmiz olması lazımdır. Nəcasət üstünə örtülü parça, şüşə, neylon üs-
tündə namaz qəbul olur. Səcdədə ətəkləri quru nəcasətə dəyərsə, zərəri olmaz.
Dəridə, paltarda, namaz qılınan yerdə, “ dirhəm miqdarı” və ya daha çox
ağır nəcasət yox isə, namaz qəbul olarsa da, dirhəm miqdarı olarsa, tahrimən
məkruh olar və yumaq vacib olar. Dirhəmdən çox isə, yumaq fərz olar. Az isə
yumaq sünnətdir. Şərabın damcısını da yumaq fərzdir. İmameynə [İmamı Əbu
Yusüf və İmamı Muhammədə] görə və digər üç məzhəbdə ağır nəcasətlərin ha-
mısının zərrəsini belə yumaq fərzdir. Nəcasət miqdarı bulaşdığı zaman deyil, na-
maza durarkən olan miqdarıdır. Dirhəm miqdarı qatı nəcasətlərdə bir misqal, yə-
ni 4,8 qram ağırlığındadır. Axıcı nəcasətlərdə açıq əlin ovucundakı suyun üzü
genişliyi qədər səthidir. Bir misqaldan az olan qatı nəcasət paltarın ovuc içindən
daha geniş üzünə yayılınca namaza mane olmur.
Nəcasət iki cürdür:
1. Ağır Nəcasət: İnsandan çıxan zaman dəstəmaz və ya qüslə səbəb olan
hər şey, əti yeyilməyən heyvanların ( yarasa xaric) və balalarının üzülmüş,
tabaqlanmamış dərisi, əti, pisliyi və sidiyi, insanın və bütün heyvanların qanı və
spirt, leş, donuz əti və hin quşlarının pisliyi və yük heyvanlarının, qoyun və
keçinin nəcasətləri murdar, yəni ağırdır.
2. Yüngül Nəcasət: Yüngül olan nəcasətlərdən bir üzvə və paltarın bir qis-
minə bulaşınca, bu qism və ya üzvün dörddə biri qədəri namaza zərər verməz.
Əti yeyilən dörd ayaqlı heyvanların sidiyi və əti yeyilməyən quşların pisliyi yün-
güldür. Göyərçin, sərçə və bənzərləri kimi əti yeyilən quşların pisliyi təmizdir.
Şərabın, ənbiqlənmə ilə əldə edilən raki və spirt ağır nəcasət olub, içilməsi şərab
kimi haramdır. Namaz qılarkən, qan, spirt və alkoqollu içkilər, paltardan və dəri-
dən yuyulub təmizlənməlidir. Uçmaqla təmiz olmaz. Bunlar olan şüşə və bənzər-
ləri cibdən çıxarılmalıdır. Nəcasət, hər təmiz su ilə, dəstəmaz və qüsl alınmış su
ilə, sirkə və gül suyu kimi axıcı mayelərlə təmizlənir. Dəstəmazda, qüsldə istifa-
də edilən suya “ müstaməl su” deyilir. Bu su təmizdir. Lakin hadəsi təmizləyici
deyildir. Bununla nəcasət təmizlənər. Lakin dəstəmaz alınmaz və qüsl edilməz.
Dostları ilə paylaş: |