Kitabüs-salat namaz kitabi


sevər. Onları sevməyən kimsə məni sevməmiş olar. Onları incidən məni inci-



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   2   3   4   5   6   7   8   9   ...   17

sevər. Onları sevməyən kimsə məni sevməmiş olar. Onları incidən məni inci-
dər. Məni incidən də, Allahü təalanı incitmiş olar. Allahü təalanı incidən 
kimsə, əlbəttə, əzab görəcəkdir.”  
Başqa bir Hədisi-şərifdə:  “Allahü təala mənim ümmətimdən bir quluna 
yaxşılıq  etmək istərsə, onun qəlbinə  Əshabəmin sevgisini yerləşdirər. Onların 
hamısını canı kimi sevər” buyurdu. Peyğəmbərimiz vəfat etdiyi gün Mədinə şəhə-
rində otuz üç min əshabə vardı. Əshabələrin hamısı yüz iyirmi dörd mindən artıq idi.  
 
DÖRD MƏZHƏB İMAMI VƏ DİGƏR ALİMLƏR 
Etiqad məsələlərində doğru olan tək yol vardır. Bu da “Əhli-sünnət vəl-
camaat” məzhəbidir. Yer üzündə olan bütün müsəlmanlara doğru yolu göstərən 
və Muhamməd-əleyhissəlamın yolunu dəyişmədən, pozulmadan öyrənməmizə 
səbəb olan dörd böyük şəxsdir. Bunlardan birincisi İmamı-azam  Əbu Hanifə 
Numan bin Sabitdir. İslam alimlərinin ən böyüklərindəndir. Əhli-sünnətin rəisi-
dir.  İkincisi  İmamı-Malik bin Ənəs,  üçüncüsü  İmamı-Muhamməd bin İdris 
Şafii, dördüncüsü İmamı-Əhməd bin Hanbəldir “rahmətullahi aləyhim əcmain”.  
Bu gün bu dörd imamdan birinə tabe olmayan bir kimsə böyük təhlükədə-
dir. Doğru yoldan ayrılmışdır. Biz bu kitabımızda Hənəfi məzhəbinə görə na-
mazla əlaqəli məsələləri, o məzhəbin böyük alimlərinin kitablarından alıb, sadə-
ləşdirərək bildirdik. 
 Bu dörd imamın tələbəsindən ikisi iman elmlərində çox yüksəldi. Beləcə, eti-
qadda məzhəb iki oldu. Qurani-Kərimə və Hədisi-şəriflərə uyğun iman, bu ikisinin 
bildirdiyi imandır. Fırkai-naciyyə olan Əhli-sünnətin iman elmlərini yer üzünə 
yayan bu ikisidir. Biri Əbu Mansuri-Matüridi, ikincisi Əbul Həsən Əli Əşaridir.  

 24
Bu iki imam eyni imanı bildirmişlər. Aralarında olan bir neçə fərq mühüm 
deyildir. Həqiqətdə eynidir. İslam alimləri Qurani-Kərimdə və Hədisi-şəriflərdə 
təriflənmişdir. Bir ayəti-kərimədə:  “Heç bilənlərlə bilməyənlər bir olarmı?” 
buyurulmuşdur. Başqa bir ayəti-kərimədə: “Ey müsəlmanlar! Bilmədiklərınizi 
bilənlərdən soruşun” buyuruldu.  
 Hədisi-şəriflərdə buyuruldu ki: “Allahü təala və mələklər və hər canlı, in-
sanlara yaxşılığı öyrədən müsəlmanlara dua edərlər”. “Qiyamət günü öncə 
Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər  şəfaət edəcəklər”. “Ey insanlar, 
bilin ki, elm alimdən eşidilərək öyrənilir”. “Elm öyrənin. Elm öyrənmək iba-
dətdir. Elm öyrədənə və öyrənənə cihad savabı vardır”. “Elm öyrətmək sədə-
qə vermək kimidir. Alimdən elm öyrənmək təhəccüd (gecə) namazı qılmaq ki-
midir”. “Elm öyrənmək bütün nafilə ibadətlərdən daha savabdır. Çünki özü-
nə də, öyrədəcəyi kimsələrə də faydası vardır”. “Başqalarına öyrətmək üçün 
öyrənən kimsəyə Sıddıqlar savabı verilir”. “Elm xəzinədir. Açarı soruşub öy-
rənməkdir”. “Elm öyrənin və öyrədin”. “Hər şeyin qaynağı vardır. Təqvanın 
qaynağı ariflərin qəlbləridir”. “Elm öyrətmək günahlara kəffarədir”.  
 
 
BESİNCİ ŞƏRT 
 
AXİRƏTƏ İNANMAQ 
Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, 
insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasın-
dan gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin 
nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz “sallallahü aləyhi və səl-
ləm” bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək.  İsa-əleyhissəlam 
göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən kimsələr hər yeri 
qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unu-
dulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən 
atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s. 
Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bun-
ları  əzbərləməlidir və  uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahü təala, Pey-
ğəmbərim Muhamməd-əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim, 
qibləm Kəbəi- şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhə-
bim İmamı-azam Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər 
yerində toplanacaq. Salehlərin  əməl dəftərləri sağından, pislərin arxa və ya sol 
tərəfindən veriləcək.  Şirkdən, küfrdən başqa hər günahı Allahü təala istəsə  əfv 
edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.  
Əməllərin çəkilməsi üçün “Mizan” (tərəzi) vardır. “Sirat körpüsü” Allahü 
təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa “sallalla-
hü aləyhi və səlləm” əfəndimizə məxsus “Kövsər hovuzu” vardır. 
 “Şəfaət”  haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük  günahlarının 
əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər, mələklər, şəhidlər və 
Allahü təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir. 

 25
Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir. 
Cəhənnəm hər  şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir 
Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə 
doğru əzablar şiddətlənir.  
 
 
 
ALTINCI ŞƏRT 
 
TƏQDİRƏ İNANMAQ 
Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə, xeyir və şərlə-
rin Allahü təaladan olduğuna inandım deməkdir.  İnsanlara gələn xeyir və  şər, 
fayda və zərər, qazanc və ziyanların hamısı Allahü təalanın təqdir etməsidir. 
 Allahü  təalanın bir şeyin var olmasını istəməsinə  “təqdir” deyilmişdir. 
Qədərin, yəni varlığı  təqdir edilmiş olan şeyin var edilməsinə  “qəza” deyilir. 
Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir. 
 Allahü təala qullarına “İradə” vermiş, bu iradələrini, istəmələrini, işləri ya-
ratmasına səbəb etmişdir. Bir qul bir şey etmək istəyincə, Allahü təala da 
diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz.  
Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək 
istəyənlər, “Həqiqət Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük öv-
liya, Mövlana Xalid Bağdadinin farsca “Etiqadnamə” kitabını və Kəmahlı Feyzul-
lah Əfəndinin tərcümə etdiyi “Hər kəsə Lazım Olan İman” kitabını oxusunlar. Çox 
faydalı, çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir. 
 Allahü təala hər kəsə təvəkkülü əmr etmişdir. “Təvəkkül imanın şərtidir” 
bu ayəti-kəriməsi bu əmrlərdən biridirMaidə surəsində, “Əgər imanınız varsa, 
Allahü-Təlaya təvəkkül edin!”, Əli-İmran surəsində, “Allahü təala, təvəkkül 
edənləri, əlbəttə, sevər”, Talak surəsində, “Bir kimsə Allahü-Təlaya təvəkkül 
edərsə, Allahü təala ona kafidir”, Zümər surəsində, “Allahü təala, quluna 
kafi deyildirmi?” deyə daha bir neçə ayəti-kərimə vardır.  
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurur ki, “Ümmətimdən bir qis-
mini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqla-
rına çasdım və sevindim. Sevindinmi,- dedilər,- bəli, dedim. Bunlardan an-
caq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır,- 
deyə,- soruşdum.  İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahü 
təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinlə-
yənlər arasında Ukaşə “radıyallahü anh” ayaqa qalxıb, “Ya Rəsulallah! Dua bu-
yur ki, onlardan olum” deyincə, “Ya Rəbb! Bunu onlardan et!” buyurdu. Biri 
qalxıb eyni duanı istəyincə, “Ukaşə səndən cəld davrandı” buyurdu.  
Təvəkkül səbəblərə yapışıb, gerisi üçün zehni yormamaqdır.  
 
  

 26
 
 
İKİNCİ BÖLMƏ 
 
 
İBADƏTLƏRİMİZ VƏ NAMAZ 
 
 
İBADƏT NƏDIR? 
İbadət bizi və bütün varlıqları yoxdan var edən, hər an varlıqda saxlayan, 
görünən və görünməz qəzalardan, bəlalardan qoruyan və hər an cürbəcür nemət-
lər, yaxşılıqlar verən Allahü təalanın əmr və qadağalarını yerinə yetirməkdir. İba-
dət Allahü təalanın sevgisinə qovuşmuş olan Peyğəmbərlərə, Övliyaya, alimlərə 
tabe olmaqdır.  
İnsana saysız nemətləri göndərən Allahü təalaya gücü yetdiyi qədər şükür et-
məsi insanlıq vəzifəsidir. Ağlın əmr etdiyi bir vəzifə, bir borcdur. Amma insanlar öz 
qüsurlu ağılları, qısa görüşləri ilə Allahü təalaya qarşı  şükür, hörmət ola biləcək 
şeyləri tapa bilməz.  Şükür etməyə, hörmət göstərməyə yarayan vəzifələr Allahü 
təala tərəfindən bildirilmədikcə tərifləmək kimi sanılan şeylər əslində pisləmək olar. 
 Məhz, insanların Allahü təalaya qarşı  qəlb, dil və  bədən ilə etmələri və 
inanmaları lazım olan şükür borcu, qulluq vəzifələri Allahü təala tərəfindən bil-
dirilmiş, Onun sevgili Peyğəmbəri tərəfindən ortaya qoyulmuşdur. Allahü təala-
nın göstərdiyi və əmr etdiyi qulluq vəzifələrinə “İslamiyyət” deyilir. Allahü təa-
laya şükür Onun Peyğəmbərinin gətirdiyi yola uymaqla olar. Bu yola tabe olma-
yan, bunun xaricində qalan heç bir şükürü, heç bir ibadəti Allahü təala qəbul et-
məz, bəyənməz. Çünki insanların yaxşı, gözəl hesab etdikləri çox şey vardır ki, 
İslamiyyət bunları bəyənmir, çirkin olduqlarını bildirir.  
Demək ki, ağlı olan hər kəsin, Allahü təalaya  şükür etmək, ibadət etmək 
üçün Muhamməd əleyhissəlama tabe olmaları lazımdır.  
Muhamməd əleyhissəlama tabe olan insan müsəlmandır. Allahü təalaya şü-
kür etməyə, yəni Muhamməd əleyhissəlama tabe olmağa da “ibadət etmək” de-
yilir. İslamiyyət iki qismdir:  
 1. Qəlb ilə etiqad edilməsi, inanılması lazım olanlar.  
 2. Bədən və qəlb ilə ediləcək ibadətlər. Bədən ilə edilən ibadətlərin ən üstünü 
namazdır. Mükəlləf olan hər müsəlmanın gündə beş vaxt namaz qılması fərzdir.  
 
MÜKƏLLƏF KİMƏ DEYİLİR? 
Ağıllı olan həddi-büluğ çağına girən kişi və qadınlara  “mükəlləf” deyilir. 
Mükəlləf olanlar Allahü təalanın  əmr və qadağalarına görə  məsuldurlar. Dini-
mizdə mükəlləf olana ilk əvvəl iman etmək və sonra da ibadət etmək əmr olun-
muşdur. Ayrıca, işlənməsi qadağan edilən haramlardan və məkruh işlərdən də çə-
kinmələri lazımdır.  

 27
Ağıl anlayan bir qüvvətdir. Faydalı olanları zərərlərdən ayırmaq üçün yara-
dılmışdır. Ağıl bir ölçü aləti kimidir. İki yaxşı şeydən daha yaxşısını, iki pis şey-
dən daha pisini ayırır. Ağıllı kimsə sadəcə pisi yaxşıdan ayırmır, həm də yaxşını 
görəndə onu alan, pisi görəndə isə onu tərk edəndir. Ağıl göz kimidir. İslamiyyət 
isə işıq kimidir. İşıq olmasa, göz görməz.  
Həddi-büluğ çağı yetkinlik yaşı deməkdir. Oğlan uşaqlarının həddi-büluğ 
çağına girmələri on iki yaşını bitirən kimi başlayar. Oğlan uşağının həddi-büluğ 
çağına girdiyini göstərən əlamətlər vardır. Bu əlamətlər görünməzsə, on beş yaşı-
na gəlincə dində həddi-büluğ çağına girdiyinə hökm edilir.  
Qız uşaqlarının həddi-büluğa çatması isə doqquz yaşı tamam olunca başlayar. 
Doqquz yaşındakı  qız uşağının həddi-büluğa çatdığının  əlamətlərinin heç biri 
görünməzsə, on beş yaşı tamam olunca həddi-büluğ çağına girdiyinə hökm olunur.  
 
ƏFALİ-MÜKƏLLƏFİN
 (Əhkami-İslamiyyə): 
İslam dininin bildirdiyi əmrlərə  və qadağalara “Əhkami-Şəriyyə”  və ya 
“Əhkami-islamiyyə” deyilirBunlara “Əfali-mükəlləfin” də deyilir. Əfali-mükəl-
ləfin səkkizdir: Fərz, vacib, sünnət, müstəhəb, mubah, haram, məkruh və müfsid.  
1. FƏRZ: Allahü təalanın yerinə yetirilməsini ayəti-kərimə ilə açıq-aydın 
və qəti olaraq əmr etdiyi şeylərə fərz deyilir. Fərzləri tərk etmək haramdır. İnan-
mayan və yerinə yetirlməsinə əhəmiyyət verməyən kafir olar. Fərz iki növdür:  
Fərzi-Ayn: Hər mükəlləf olan müsəlmanın birbaşa özünün yerinə yetirməsi 
lazım olan fərzdir. İman etmək, dəstəmaz almaq, qüsl etmək (boy dəstəmazı al-
maq), beş vaxt namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəngin olunca zəkat 
vermək və həccə getmək fərzi-ayndır. (Otuz iki fərz və əlli dörd fərz məşhurdur). 
Fərzi-Kifayə: Müsəlmanlardan bir neçəsinin və ya sadəcə birinın etməsi ilə 
digərlərinin məsuliyyətdən azad olunduğu fərzlərdir. Verilən salamın cavabını 
söyləmək, cənazəni qasl etmək (yəni yumaq), cənazə namazı  qılmaq, Qurani-
Kərimin tamamını əzbərləyib hafiz olmaq, cihad etmək, sənətinə, ticarətinə lazım 
olandan artıq din və fənn elmlərini öyrənmək kimi fərzlər belədir.  
2. VACIB: Yerinə yetirilməsi fərz kimi qəti olan əmrlərə deyilir. Bu əmrin 
Qurani-Kərimdəki dəlili fərz qədər açıq deyildir. Zənn (şübhəli) olan bir dəlilə 
dayanır. Vitr namazını  və bayram namazlarını  qılmaq, zəngin olunca qurban 
kəsmək, fitrə (sədəqəi-fitr) vermək vacibdir. Vacibin hökmü fərz kimidir. Vacibi 
tərk etmək, tahrimən məkruhdur. Vacib olduğuna inanmayan kafir olmaz. Lakin 
yerinə yetirməyən Cəhənnəm əzabına layiq olar.  
3. SÜNNƏT: Allahü təalanın açıqca bildirməyib, yalnız Peyğəmbər  əfəndi-
mizin edilməsini çox məsləhət gördüyü, yaxud davamlı olaraq özünün etdiyi və ya-
xud edilərkən görüb mane olmadığı şeylərə “Sünnət” deyilir. Sünnəti bəyənməmək 
küfrdür. Bəyənib də etməyənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk edən mə-
zəmmətə, danlanmağa və savabından məhrum olmağa səbəb olar. Məsələn: Azan 
oxumaq, iqamət gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvakdan 
istifadə etmək, evləndiyi gecə ziyafət vermək və uşağını sünnət etdirmək kimi.  

 28
Sünnət iki növdür:  
Sünnəti-Müəkkədə: Peyğəmbər əfəndimizin davamlı etdikləri, çox az tərk 
etdikləri qüvvətli sünnətlərdir. Sübh namazının sünnəti, zöhrün ilk və son sün-
nətləri,  şam namazının sünnəti, işa namazının son iki rükət sünnəti belədir. Bu 
sünnətləri, əsla üzrsüz tərk etmək olmaz. Bəyənməyən kafir olar.  
Sünnəti Qeyri-Müəkkədə: Peyğəmbər əfəndimizin ibadət məqsədi ilə arada-
bir etdikləridir. Əsr və işa namazlarının dörd rükətlik ilk sünnətləri belədir. Bunlar 
dəfələrlə tərk olunarsa, bir şey olmaz. Üzrsüz olaraq tamamilə tərk olunarsa, mə-
zəmmətə və şəfaətdən məhrum olmağa səbəb olar. Beş-on nəfərdən biri yerinə ye-
tirsə, digər müsəlmanlardan sakit olan sünnətlərə də “Sünnəti-aləl-kifayə” deyilir. 
Salam vermək, etiqafa girmək (xəlvətə çəkilmək) kimi. Dəstəmaz almağa, yeməyə, 
içməyə və hər mübarək işə başlayarkən bəsmələ çəkmək sünnətdir.  
4. MÜSTƏHƏB: Buna məndub,  ədəb də deyilir. Sünnəti-qeyri müəkkədə 
hökmündədir. Peyğəmbər  əfəndimizin ömründə bir-iki dəfə belə olsa, etdiklərı 
və sevdikləri, bəyəndikləri xüsuslardır. Yeni doğulan uşağa yeddinci gün ad qoy-
maq, oğlan və qız uşağı üçün əqiq heyvanı kəsmək, gözəl geyinmək, gözəl ətir 
vurmaq müstəhəbdır. Bunları edənə çox savab verilir. Etməyənə əzab olmaz. Şə-
faətdən məhrum qalmaq da olmaz.  
5. MUBAH: Edilməsi  əmr olunmayan və qadağan da edilməyən  şeylərə 
mubah deyilir. Yəni günah və ya ibadət olduğu bildirilməmiş olan işlərdir. Yaxşı 
niyyətlə işlənməsində savab, pis niyyətlə işlənməsində əzab vardır. Yatmaq, halal-
dan müxtəlif yeməklər yemək, halal olmaq şərtiylə müxtəlif paltar geyinmək kimi 
işlər mubahdır. Bunlar İslamiyyətə uymaq, əmrlərə sarılmaq niyyəti ilə edilərsə, 
savab olar. Səhhətli olub ibadət etməyə niyyət edərək yemək-içmək belədir.  
6. HARAM: Allahü təalanın, Qurani-Kərimdə “etməyin” deyə açıqça qada-
ğan etdiyi şeylərdir. Haramların edilməsi və istifadə edilməsi qəti qadağan edil-
mişdir. Harama halal deyənin və halala haram deyənin imanı gedər, kafir olar. 
Haram olan şeyləri tərk etmək, onlardan çəkinmək fərzdir və çox savabdır.  
Haramın iki növü var:  
Haram li-aynihi: Adam öldürmək, zina, livata (homoseksuallıq, uşaqbaz-
lıq) etmək, qumar oynamaq, şərab və hər cür alkoqollu içkiləri içmək, yalan söy-
ləmək, oğurluq etmək, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qol-
ları, ayaqları açıq küçəyə  çıxmaları haram olub, böyük günahdır. Bir kimsə bu 
günahları  işləyərkən Bəsmələ söyləsə  və ya halal olduğuna etiqad etsə, yaxud 
Allahü təalanın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram 
olduğuna inanıb qorxaraq etsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar. 
Əgər təkid edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar.  
Haram li-qayrıhi: Bunlar əsilləri halal olub, başqasının haqlarından dolayı 
haram olan şeylərdir. Məsələn, bir nəfərin bağına girib, sahibinin icazəsi olma-
dan meyvəsini qoparıb yemək, ev əşyasını  və pulunu oğurlayıb istifadə etmək, 
əmanətə xəyanət etmək, rüşvət, faiz və qumar ilə mal, pul qazanmaq kimi. Bun-
ları edən kəs Bəsmələ söyləyərsə  və yaxud halaldır desə, kafir olmaz. Çünki o 

 29
kişinin haqqıdır, geri ala bilər. Beş yarım arpa (bir dank) ağırlığında gümüş qiy-
məti qədər haqq üçün qiyamət günündə camaat ilə qılınmış yeddi yüz rükət qə-
bul olunmuş namazın savabı, Allahü təala tərəfindən alınıb, haqq sahibinə veri-
lər. Haramlardan çəkinmək, ibadət etməkdən daha çox savabdır. Onun üçün ha-
ramları öyrənib, çəkinmək lazımdır.  
7. MƏKRUH: Allahü təalanın və Muhamməd-əleyhissəlamın bəyənmədiyi 
və ibadətlərin savabını götürən şeylərə məkruh deyilir.  
Məkruh iki növdür:  
Tahrimən məkruh:  Vacibin tərkidir. Harama yaxın olan  məkruhlardır. 
Bunları etmək  əzaba səbəb olar. Günəş doğarkən, tam təpədə ikən və batarkən 
namaz qılmaq kimi. Bunları  qəsdlə  işləyən üsyankar və günahkar olar. Cəhən-
nəm əzabına layiq olar. Namazda vacibləri tərk edənin, tahrimi məkruhları işlə-
yənin, o namazı yenidən qılması vacibdir. Əgər səhvən, unudaraq işləyərsə, na-
maz içində səcdəi-səhv edər.  
Tənzihən məkruh: Mubah, yəni halal olan işlərinə yaxın olan, yaxud edil-
məməsi edilməsindən daha yaxşı olan işlərdir. Qeyri-müəkkəd sünnətləri və ya 
müstəhabları tərk etmək tənzihən məkruhdur.  
8. MÜFSİD: Dinimizə uyğun olan bir işi və ya başlanmış olan bir ibadəti 
pozan şeylərdir. İmanı və namazı, nikahı və həcci, zəkatı, alış və satışı pozmaq 
kimi. Məsələn: Allaha və kitaba söymək küfr olub, imanı pozar. Namazda gül-
mək, dəstəmazı və namazı pozar. Oruclu ikən bilərək yemək, içmək orucu pozar.  
Fərzləri, vacibləri və sünnətləri yerinə yetirənə və haramdan, məkruhdan çə-
kinənə əcr, yəni savab verilər. Haramları, məkruhları işləyən və fərzlərə, vaciblə-
rə əməl etməyənə günah yazılar. Bir haramdan çəkinmənin savabı, bir fərzi yeri-
nə yetirmənin savabından qat-qat çoxdur. Bir fərzin savabı, bir məkruhdan çəkin-
mənin savabından çoxdur. Məkruhdan çəkinmənin savabı da, sünnətin savabın-
dan çoxdur. Mubahlar içində, Allahü təalanın sevdiklərinə “Xeyrat və Hasənat” 
deyilir. Bunları edənə də savab verilərsə də, bu savab sünnət savabından azdır.  
 
 
 
 
 
 

 30
 
İSLAMIN ŞƏRTLƏRİ 
 
İslam dinınə girmiş olanlara, yəni müsəlmanlara fərz olan, mütləq yerinə 
yetirilməsi əmr olunan beş əsas vəzifə vardır:  
1. İslamın  şərtlərindən birincisi “Kəlmeyi-şəhadət” gətirməkdir. Kəlmeyi-
şəhadət gətirmək, “Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muhammədən 
abdühu və rəsulüh” deməkdir. Yəni həddi-buluğa çatan və danışa bilən hər kə-
sin bunları dil ilə söyləməsi və qəlb ilə qəti olaraq təsdiq etməsi lazımdır: “Yer-
də və göydə, Allahüdan başqa, ibadət edilməyə haqqı olan və tapınmağa la-
yiq olan heç bir şey və heç bir kimsə yoxdur. Həqiqi məbud ancaq, Allahü 
təaladır.  O, vacib-ül-vücuddur. Hər üstünlük Ondadır. Onda heç bir qüsur yox-
dur. Onun adı “Allahdır” Və yenə, o gül rəngli, ağ qırmızı, parlaq, sevimli üzlü, 
qara qaşlı və qara gözlü, mübarək alnı açıq, gözəl xasiyyətli, kölgəsi yerə düşməz 
və şirin sözlü, Ərəbistanda, Məkkədə dogulduğu üçün Ərəb deyilən, Haşimi övla-
dından “Abdullahın oğlu Muhamməd  əleyhissəlam, Allahü təalanın qulu və 
rəsuludur, yəni Peyğəmbəridir, Vəhəbin qızı olan Həzrəti Əminənin oğludur”.  
2.  İslamın beş  şərtindən ikincisi, şərtlərinə  və  fərzlərinə uyğun olaraq hər 
gün beş dəfə “Vaxtı gəlincə namaz qılmaqdır”. Hər müsəlmanın hər gün vaxtı 
gəlincə beş dəfə  namaz qılması  və hər birini vaxtında qıldığını bilməsi fərzdir. 
Namazları fərzlərinə, vaciblərinə, sünnətlərinə diqqət edərək və könlünü Allahü 
təalaya verərək vaxtları keçmədən qılmalıdır. Qurani-Kərimdə Namaza “Salat” 
buyurulur. Salat- lüğətdə insanın dua etməsi, mələklərin istiğfar etməsi (bağışla-
ma diləməsi), Allahü təalanın mərhəmət etməsi, yazığı  gəlməsi deməkdir.  İsla-
miyyətdə “Salat” demək, elmi-hal kitablarında bildirildiyi şəkildə, müəyyən hə-
rəkətləri etmək və müəyyən şeyləri oxumaq deməkdir. Namaz qılmağa “İftitah 
təkbiri” ilə başlanır. Yəni kişilərin əllərini qulaqlarına qaldırıb göbək altına en-
dirərkən “Allahü-əkbər” demələri ilə başlanır. Son oturuşda başı sağ  və sol 
çiyinlərə çevirib, salam verilərək bitirilir.  
3. İslamın beş şərtindən üçüncüsü, “Malının zəkatını verməkdir”. Zəkatın 
lüğəti mənası, təmizlik, tərifləmək və yaxşı,  gözəl hala gəlmək deməkdir.  İsla-
miyyətdə zəkat demək, ehtiyacından artıq və “Nisab” deyilən müəyyən bir hədd 
miqdarında “Zəkat  malı”  olan kimsənin, malının müəyyən miqdarını ayırıb, 
Qurani-Kərimdə bildirilən müsəlmanlara başa qaxmadan verməsi deməkdir. Zə-
kat yeddi sinif insana verilir. Dörd məzhəbdə də dörd cür zəkat malı vardır: Qızıl 
və gümüş zəkatı, ticarət malı zəkatı, ilin yarıdan artığında otlaqda otlayan dörd-
ayaqlı qəssab heyvanlarının zəkatı və torpaq məhsullarının zəkatıdır.Bu dördün-
cü zəkata “Uşr” deyilir. Yerdən məhsul alınar-alınmaz uşr verilir. Digər üç zəkat 
nisab miqdarı olduqdan bir il sonra verilir.  
4.  İslamın beş  şərtindən dördüncüsü, “Ramazanı-şərif ayında, hər gün 
oruc tutmaqdır”. Oruc tutmağa “Savm” deyilirSavm, lüğətdə bir şeyi bir şey-
dən qorumaq deməkdir. İslamiyyətdə şərtlərinə diqqət edərək, Ramazan ayında, 

 31
Allahü təala əmr etdiyi üçün hər gün üç şeydən özünü qorumaq deməkdir. Bu üç 
şey yemək, içmək və cimadır (cinsi münasibət). Ramazan ayı göydə hilalı (yeni 
ayı) görməklə başlayar. Təqvimlə, əvvəlcədən hesablamaqla başlamaq olmaz.  
5. İslamın beş şərtindən beşincisi, “Gücü çatanın ömründə bir dəfə həccə 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin