getməsidir”. Yol əmin və bədən sağlam olaraq, Məkkəi-mükərrəmə şəhərinə ge-
dib gələnə qədər, ailəsininin dolanışığına yetəcək qədər maldan artıq qalan pul
ilə oraya gedib gələ biləcək kimsənin ömründə bir dəfə, ehramlı olaraq, Kəbəi
muazzamanı tavaf etməsi və Arafat meydanında durması fərzdir.
Yuxarıda bildirilən islamın beş şərtindən ən üstünü “Kəlmeyi-şəhadət”
söyləmək və mənasına inanmaqdır. Bundan sonra üstünü namaz qılmaqdır. Daha
sonra oruc tutmaq, həccə getməkdir. Ən sonunda zəkat verməkdir. Kəlmeyi-şə-
hadətin ən üstün olduğu söz birliyi ilə müəyyən edilmişdir. Geri qalan dördünün
üstünlük sırasında, alimlərin çoxunun sözü, yuxarıda bildirdiyimiz kimidir. Kəl-
meyi-şəhadət, müsəlmanlığın başlanğıcında və ilk olaraq fərz oldu. Beş vaxt na-
maz, bisətin on ikinci ilində və hicrətdən bir il və bir neçə ay öncə mirac gecəsin-
də fərz oldu. Ramazanı-şərif orucu hicrətin ikinci ilində, Şaban ayında fərz oldu.
Zəkat vermək, orucun fərz olduğu il, Ramazan ayı içində fərz oldu. Həcc isə hic-
rətin doqquzuncu ilində fərz oldu.
32
ÜÇÜNCÜ BÖLMƏ
NAMAZ QILMAQ
Dinimizdə imandan sonra ən qiymətli ibadət namazdır. Namaz dinin dirəyi-
dir. Namaz ibadətlərin ən üstünüdür. İslamın ikinci şərtidir. Ərəb dilində namaza
“Salat” deyilir. Salat, əslində dua, rəhmət və bağışlama deməkdir. Namazda bu
üç mənanın hamısı olduğu üçün salat deyilmişdir.
Allahü təalanın ən çox bəyəndiyi və təkrar-təkrar əmr etdiyi şey beş vaxt
namazdır. Allahü təalanın müsəlmanlara iman etdikdən sonra ən önəmli əmri
namaz qılmaqdır. Dinimizdə ilk əmr edilən fərz də namazdır. Qiyamətdə də
imandan sonra ilk sual namazdan olacaqdır. Beş vaxt namazın hesabını verən
bütün dərd və imtahanlardan qurtulub, sonsuz qurtuluşa qovuşar. Cəhənnəm
atəşindən qurtulmaq və Cənnətə qovuşmaq namazı doğru qılmağa bağlıdır.
Doğru namaz üçün əvvəlcə qüsursuz bir dəstəmaz almalı, tənbəllik etmədən
namaza başlamalıdır. Namazdakı hər hərəkəti ən yaxşı şəkildə yerinə yetirmə-
yə çalışmalıdır.
İbadətlərin hamısını özündə toplayan və insanı Allahü təalaya ən çox yaxın-
laşdıran xeyirli əməl namazdır. Sevgili Peyğəmbərimiz “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki: “ Namaz dinin dirəyidir. Namaz qılan dinini qüvvətləndirər.
Namaz qılmayan, əlbəttə, dinini yıxar”. Namazı doğru qılmaqla şərəflənən bir
kimsə çirkin, pis şeylər etməkdən qorunmuş olar. Ankəbut surəsinin qırx beşinci
ayətində “ Doğru qılınan namaz, insanı pis, çirkin və qadağan işləri işləmək-
dən qoruyar” buyuruldu . İnsanı pisliklərdən uzaqlaşdırmayan bir namaz doğru
namaz deyildir. Görünüşdə namazdır. Buna baxmayaraq doğrusunu edənə qədər,
görünüşü də etməyi əldən qaçırmamalıdır. İslam alimləri, “Bir şeyin hamısı edilə
bilməzsə, etdiyini də tərk etməmək lazımdır” buyurdu. Sonsuz ehsan sahibi olan
Rəbbimiz görünüşü həqiqət olaraq qəbul edə bilər. Belə qüsurlu namaz qılacağı-
na, heç qılma deməməlidir. Belə səhv qılacağına doğru qıl deməli, yanlış olanları
düzəltməlidir. Bu incəliyi yaxşı anlamalıdır.
Namazları camaat ilə qılmalıdır. Camaat ilə qılmaq tək qılmaqdan daha çox
savabdır. Namazda hər üzvün təvazökarlıq göstərməsi və qəlbində, Allahü təala-
dan qorxu olması lazımdır. İnsanı dünyada və axirətdə fəlakətlərdən, dərtlərdən
qurtaran ancaq namazdır. Allahü təala Möminun surəsinin başında, “ Möminlər
hər halda qurtulacaqdır. Onlar namazlarını huşu ilə qılandır” buyurdu.
Təhlükə, qorxu olan yerdə edilən ibadətin qiyməti qat-qat daha çox olar.
Düşmən hücum etdiyi zaman əsgərin az bir iş görməsi çox qiymətli olar. Gənclə-
rin ibadət etmələri də bunun üçün daha qiymətlidir. Çünki nəfslərinin pis istəklə-
rini qırmaqda və ibadət etməmək istəyinə güc gəlməkdədirlər.
33
Gənclik çağında insana bağlı olan üç düşmən ona ibadət etdirmək istəməz-
lər. Bunlar şeytan, nəfs və pis yoldaşdır. Bütün pisliklərin başlıca səbəbi pis yol-
daşdır. Gənc olan kimsə bunlardan gələn pis istəklərə uymayıb namazını qılarsa,
ibadətlərini tərk etməzsə, çox qiymətli olar. Yaşlı kimsənin etdiyi ibadətdən qat-
qat artıq savab qazanar. Az ibadətinə çox mükafat verilər.
NAMAZ KİMLƏRƏ FƏRZDİR?
Namaz qılmaq ağıllı olan və həddi-buluğ çağına girən hər kişi və qadın
müsəlmana fərzdir. Namazın fərz olması üçün üç şərt vardır:
1- Müsəlman olmaq. 2- Ağıllı olmaq. 3- Həddi-büluğ çağına girmək.
Dinimizdə ağıllı olmayan və yetkinlik çağına girməmiş olan kiçik uşaqlar,
namaz qılmaqdan məsul deyillər. Lakin valideynləri uşaqlarına dini məlumatları
öyrətməli və ibadət etməyə alışdırmalıdırlar. Peyğəmbərimiz “sallallahü aləyhi
və səlləm” buyurdu ki: “Hamınız bir sürünün çobanı kimisiniz! Çoban sürü-
sünü qoruduğu kimi, siz də evlərinizdə və əmrləriniz altında olanları Cəhən-
nəmdən qorumalısınız! Onlara müsəlmanlığı öyrətməlisiniz. Öyrətməsəniz,
məsul olacaqsınız.” Başqa bir Hədisi-şərifdə də, “Bütün uşaqlar müsəlmanlı-
ğa uyğun və əlverişli olaraq dünyaya gəlir. Bunları sonra anaları, ataları
xristian, yəhudi və dinsiz edər” buyurdu . O halda, hər müsəlmanın birinci vəzi-
fəsi uşaqlarına İslamiyyəti və Qurani-Kərim oxumağı, namaz qılmağı, imanın və
islamın şərtlərini öyrətməkdir. Övladının müsəlman olmasını istəyən, dünyada
və axirətdə rahata, dincliyə qovuşmasını arzu edən ana və atalar ilk əvvəl bu və-
zifəsini yerinə yetirməlidir. Çünki atalarımız, “Ağac yaş ikən əyilər” demişlər.
Yaşlanınca əyməyə, bükməyə çalışsan qırılar, zərərli olar.
İslami bilgilər və gözəl əxlaq verilməyən uşaq səhv yoldakı insanlara tez al-
danar. Ana və atasına, dövlətinə, millətinə zərərli olar.
NAMAZ QILANLARIN HALLARI
RƏVAYƏT: HƏBSDƏN QURTARAN NAMAZ
Xorasan valisi Abdullah bin Tahir çox adil idi. Asayiş keşikçiləri bir neçə
oğru tutmuş, valiyə bildirmişdilər. Oğrulardan biri qaçdı. Hiratlı bir dəmirçi Ni-
şapura getmişdi. Bir müddət sonra evinə dönüb gecə gedərkən bunu tutdular. Oğ-
rularla bərabər valinin yanına apardılar. “Həbs edin!” dedi. Dəmirçi həbsxanada
dəstəmaz alıb namaz qıldı. Əllərini qaldırıb, “Ya Rəbb! Məni qurtar! Günahım
olmadığını ancaq sən bilirsən. Məni bu zindandan, ancaq sən qurtararsan. Ya
Rəbb! Məni qurtar!”- deyə dua etdi. Vali o gecə yuxudan dörd qüvvətli kimsənin
gəlib taxtını tərsinə çevirəcəkləri vaxt oyandı. Dərhal dəstəmaz alıb iki rükət na-
maz qıldı. Təkrar yatdı. Yenə o dörd nəfərin taxtını yıxmaq üzrə olduğunu gördü
və oyandı. Üzərində bir məzlumun ahı olduğunu anladı. Necə ki, şeir!
34
Minlərlə top və tüfəng, edə bilməz əsla,
Göz yaşının səhər vaxtı etdiyini.
Düşmən qaçırdan süngüləri, çox dəfə,
Toz kimi edər, bir möminin duası.
“Ya Rəbb! Böyük yalnız sənsən! Sən elə bir böyüksən ki, böyüklər və kiçi-
lər dara düşüncə ancaq sənə yalvarar. Sənə yalvaran muradına qovuşar. Dərhal o
gecə həbsxana müdirini çağırıb “bir məzlum qalıbmı?”, soruşdu. Müdir, “bilmi-
rəm, yalnız, bir nəfər namaz qılıb, çox dua edir. Göz yaşları tökür”- deyincə, onu
gətirtdi. Halını soruşub başa düşdü. Üzr istəyib, “haqqını halal et və min gümüş
hədiyyəmi qəbul et və hər hansı bir arzun olsa, mənə gəl!”- deyə xahiş etdi. Də-
mirçi, “haqqımı halal etdim və hədiyyəni qəbul etdim. Lakin işimi, diləyimi sən-
dən istəməyə gələ bilmərəm”,- dedi. “Nə üçün”- deyə soruşdu, Çünki mənim ki-
mi bir kasıb üçün sənin kimi bir sultanın taxtını bir neçə dəfə tərsinə çevirən sa-
hibimi buraxıb, diləklərimi başqasına söyləməyim qulluğa yaraşarmı? Namazlar-
dan sonra etdiyim dualarla, məni necə dərtlərdən qurtardı, necə muradıma qovuş-
durdu. Necə olar, başqasına sığınım? Rəbbim nəhayəti olmayan rəhmət xəzinəsi-
nin qapısını açmış, sonsuz ehsan süfrəsini hər kəsə yaymış ikən, başqasına necə
gedərəm? Kim istədi vermədi? İstəməyi bilməzsən, ala bilməzsən. Hüzuruna
ədəblə çıxmasan, rəhmətinə qovuşmazsan”. Şeir:
İbadət eşiyinə, kim ki, bir gecə baş qoydu.
Dostun lütfü açar ona, əlbəttə, min bir qapı.
Övliyanın böyüklərindən Rabiəi-Adviyyə “rahmətullahi aləyhə”, bir nəfərin
dua edərkən: “Ya Rəbb, mənə rəhmət qapısını aç!” dediyini eşidincə: “Ey cahil!
Allahü təalanın rəhmət qapısı indiyə qədər bağlı idi ki, indi açılmasını istəyir-
sən?”- dedi. (Rəhmətin çıxış qapısı hər zaman açıqsa da, giriş qapısı olan qəlblər
hər kəsdə açıq deyildir. Bunun açılması üçün dua etməliyik!) İlahi! Hər kəsi
dərdlərdən qurtaran yalnız sənsən. Bizi dünyada və axirətdə çətin vəziyyətdə
qoyma! Möhtaclara hər şeyi göndərən yalnız sənsən! Dünyada və axirətdə xeyir-
li, faydalı olan şeyləri bizə göndər! Dünyada və axirətdə bizi kimsəyə möhtac et-
mə! Amin!
RƏVAYƏT: EVİ YANMIŞDI
Övliyayı-kiramdan Hamidi-Tavil öz namazgahında namaz qılırdı. Evində
yanğın baş verdi. İnsanlar toplaşıb yanğını söndürdülər. Xanımı qaçıb yanına
gəldi və hirslənərək: “Evin yanır. İnsanlar toplanır. Görüləcək bu qədər iş var,
sən isə yerindən tərpənmirsən”- dedi. “Allahü təalaya and içərəm ki, olanların
heç birindən xəbərim yoxdur,”- dedi.
Allahın dostları, Ona məhəbbət və yaxınlaşmaqda elə bir dərəcəyə çatmış
və dostun tərifinin ləzzətinə elə dalmışdılar ki, özlərini unutmuşdular.
35
RƏVAYƏT: QAZANDAKI SU
Əshabi-kiramdan Abdüllah bin Şəhir “radıyallahü anh” deyir: “Rəsulullahın
“sallallahü aləyhi və səlləm” yanında namaz qılırdım. Mübarək sinəsindən atəş
üzərində qazanda qaynayan su səsi kimi səslər eşidirdim.
RƏVAYƏT: AYAĞINDAKI OX
Rəsulullahın sevgili kürəkəni həzrəti Əli “radıyallahü anh və kərrəmallahü
vəchəh” namaza duranda dünya dağılsa xəbəri olmazdı.
Belə rəvayət edilir: Bir hərbdə həzrəti Əlinın “radıyallahü anh” mübarək
ayağına bir ox dəyib sümüyə qədər batmışdı. Oxu dartıb çıxarda bilmədilər. Hə-
kimə göstərdilər. Həkim: “Sənə yatızdıran, huşu aparan dərman vermək lazımdır.
Ancaq o cür oxu ayağından çıxartmaq olar. Yoxsa, bunun ağrısına dözmək ol-
maz”- dedi. Əmir-əl-möminin həzrəti Əli “radıyallahü anh”: “Huşu aparan dər-
mana nə gərək var? Bir az səbir edin, namaz vaxtı gəlsin, namaza duranda çıxar-
dın”- buyurdu. Namaz vaxtı gəldi. Həzrəti Əli namaza başladı. Həkim də həzrəti
Əli əfəndimizin mübarək ayağını yarıb oxu çıxartdı. Yaranı sarıdı. Həzrəti Əli
“radıyallahü anh”, namazını bitirincə həkimə: “Oxu çıxartdınmı?”- soruşdu.
Həkim: “Bəli çıxartdım”- dedi. Həzrəti Əli “radıyallahü anh”: “Heç hiss etmə-
dim”- buyurdu. Burda təəccüblü nə var?! Necə ki, Yusif əleyhissəlamın gözəlliyi
qarşışında Misir qadınları heyran olub, özlərini elə unutmuşdular ki, əllərini kəs-
diklərindən xəbərləri olmamışdı. Əgər Allahü təalanın hüzuru öz sevgililərini öz-
lərindən xəbəri olmayacaq bir hala gətirərsə, buna nə üçün təəccüb edilsin? Mö-
minlər də vəfat anında Rəsulullah əfəndimizi görüb, ölüm acısını duymayacaq-
lar.
RƏVAYƏT: HUŞU APARAN DƏRMAN
Övliyadan olan Amiri Qaysın ayaq barmağında çürümə xəstəliyi başlandı.
Bunu kəsmək lazımdır, dedilər. Amir: “Qərara təslim qulluğun şərtidir,”- dedi.
Kəsdilər. Bir neçə gün sonra xəstəliyin ayağına keçmiş, buduna çatmış olduğunu
gördülər. Bu ayağı kəsmək lazımdır, dinimiz buna icazə verir, dedilər. Cərrah gə-
tirdilər. Cərrah: “Huşunu aparmaq üçün dərman lazımdır ki, ağrını hiss etməsin,
yoxsa dözə bilməz”- dedi. Amir: “Bu qədər zəhmət çəkmək lazım deyil. Gözəl
səslə Qurani-Kərim oxuyan bir nəfəri gətirin, Qurani-Kərim oxusun. Üzümdə də-
yişmə gördüyünüz zaman ayağımı kəsin, xəbərim olmaz”,- dedi. Dediyi kimi et-
dilər. Biri gəlib gözəl səslə Qurani-Kərimi oxumağa başladı. Amirin üzünün rən-
gi dəyişdi. Cərrah budunun yarısından ayağını kəsdi. Dağlayıb bağladı. Qurani-
Kərim oxuyan susdu. Amir özünə gəldi və “kəsdinmi?,”- dedi. “Kəsdik,”-dedi-
lər. Ayağını kəsmişdilər, dağlamışdılar, sarımışdılar, lakin onun xəbəri olmamış-
dı. Sonra “kəsik ayağımı mənə verin”,- dedi. Verdilər. Qaldırdı və: “Ya Rəbb,
verən sənsən. Mən də sənin qulunam. Hökm sənin hökmün, qəza sənin qəzandır.
Bu bir ayaqdır ki, əgər qiyamətdə əmr gəlib, nə zamansa, bir günaha bir addım
36
atmadınmı soruşsan, deyə bilərəm ki, heç bir zaman sənin əmrin olmadan bir ad-
dım atmamışam, bir nəfəs almamışam.”
RƏVAYƏT: NAMAZ ÜÇÜN FƏDAKARLIQ
Bursa osmanlılara keçmədən əvvəl, şəhərdə qalan yunanlardan biri gizlicə
müsəlman olmuşdu. Çox yaxın bir dostu bunun səbəbini yunandan soruşdu:
“Ata və babalarının dinıni necə oldu ki, tərk etdin?”- deyə ona giley etdi.
Yunanın cavabı ibrətli olmuşdu. Yoldaşına bunu belə anlatdı:
Bir ara əsir edilən müsəlmanlardan biri mənim yanıma buraxıldı. Bir gün
gördüm ki, bu əsir həbs edildiyi otaqda əyilib-qalxır. Yanına gedərək nə etdiyini
soruşdum. Hərəkətləri bitincə əllərini üzünə sürtdü və mənə namaz qıldığını,
əgər icazə verərsəm, hər namaz üçün bir qızıl verəcəyini ifadə etdi. Mən də ta-
maha qapıldım. Gün keçdikçə maaşı artırdım. Elə oldu ki, hər vaxt üçün on qızıl
istədim. O da qəbul etdi. İbadəti üçün etdiyi fədakarlığa təəccüb etdim. Bir gün
ona “səni sərbəst buraxacağam”- deyincə, çox sevindi və əllərini qaldırıb; mənim
üçün belə dua etdi: “Ey Allahım! Bu qulunu iman ilə şərəfləndir!” O anda qəl-
bimdə müsəlman olmaq arzusu meydana gəldi və o qədər çoxaldı ki, dərhal
“ Kəlmeyi-şəhadət” gətirərək müsəlman oldum.
37
DÖRDÜNCÜ BÖLMƏ
NAMAZIN NÖVLƏRİ
Müsəlmanlara qılması üçün əmr edilən namazlar fərz, vacib və nafilə
olmaqla üç yerə ayrılır. Bunlar aşağıdakılardır:
1- Fərz namazlar: Beş vaxt namazın fərzləri, Cümə namazının iki rükət
fərzi və cənazə namazı fərz namazlarıdır. (cənazə namazı fərzi-kifayədir).
2- Vacib namazlar: Vitr namazı, bayram namazları, nəzir olan namaz və
başlanıb yarıda qalan nafilə namazlardır. Qəzaya qalan vitr namazını da qəza
etmək vacibdir.
3- Nafilə namazlar: Beş vaxt namazın sünnətləri, təravih namazı və savab
qazanmaq niyyəti ilə qılınan təhəccüd, təhiyyətül-məscid, işrak, duha, əvvabin,
istixarə, təsbeh namazları kimi namazlar nafilə namazlardır. Yəni qılınması əmr
deyildir. Fərz və vacib olan namazlardan borcu olmayan bir kimsənin nafilə
ibadətlərinə də savab verilir.
BEŞ VAXT NAMAZ
Namaz Allahü təalanın əmridir. Allahü təala, Qurani-Kərimdə yüzdən çox
yerdə “ Namaz qılın!” buyurur. Ağıllı olan və həddi-büluğ çağına girən hər müsəl-
manın hər gün beş dəfə namaz qılması, Qurani-Kərimdə və Hədisi-şəriflərdə əmr
edilmişdir. Rum surəsi on yeddinci və on səkkizinci ayəti-kərimələrində: “ Axşam
və sabah vaxtlarında Allahı təsbeh edin. Göylərdə və yer üzündə olanların
etdikləri və əsr və günorta vaxtlarında edilən həmdlər Allahü təala üçündür”
buyuruldu. Bəqara surəsi iki yüz otuz doqquzuncu ayətində, “ Namazları və əsr
namazını qoruyun! (Yəni namazları davamlı qılın!)” buyuruldu. Ayəti-kərimədə
keçən təsbeh və həmdin, namaz demək olduğu təfsir kitablarında bildirilmişdir.
Hud surəsi yüz on dördüncü ayətində, “Gündüzün iki tərəfində [zöhr və əsr
vaxtlarında] və gecəyə yaxın üç vaxtda [şam, işa və sübh vaxtlarında] şərtləri-
nə uyğun namaz qıl! Doğrusu bu hasənat, [beş vaxt namazın savabı, kiçik] gü-
nahları məhv edər. Bu, ibrətlə düşünənlərə bir nəsihətdir” buyurulur .
Peyğəmbərimiz Muhamməd-əleyhissəlam buyurdu ki: “Allahü təala qulla-
rına hər gün beş dəfə namaz qılmağı fərz etdi. Gözəl dəstəmaz alıb, bu beş
namazı vaxtında qılan, rükü və səcdələrini yaxşı edənləri, Allahü təala əfv
və məğfirət edər”.
Beş vaxt namaz qırx rükət edər. Bunlardan on yeddi rükəti fərzdir. Üç rükəti
vacibdir. İyirmi rükəti də sünnətdir. Belə ki;
38
1- Sübh namazı: Dörd rükətdir. Öncə, iki rükət sünnəti, sonra iki rükət də
fərzi qılınır. Bu sünnət, çox qüvvətlidir. Vacib deyənlər də vardır.
2- Zöhr namazı: On rükətdir. Öncə, dörd rükət ilk sünnəti, sonra dörd rükət
fərzi, fərzdən sonra da iki rükət son sünnəti qılınır.
3- Əsr namazı: Səkkiz rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət
fərzi qılınır.
4- Şam namazı: Beş rükətdir. Öncə üç rükət fərzi, sonra iki rükət sünnəti
qılınır.
5- İşa namazı: On üç rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət fər-
zi, sonra iki rükət son sünnəti, bundan sonra da üç rükət “ Vitr namazı” qılınır.
Əsr və İşanın ilk sünnətləri “Qeyri-müəkkədə”dir. Bunların ikinci rükətlərin-
də oturarkən, “ Əttəhiyyatü”dən sonra “Allahümmə salli” və sonra “Allahümmə
barik” duaları sonuna qədər oxunur. Ayağa qalxınca üçüncü rükətdə, öncə Bəsmə-
lə çəkmədən, “Sübhanəkə” oxunur. Halbuki Zöhr namazının ilk sünnəti “Müək-
kəd”dir. Yəni, qüvvətlə əmr olunmuşdur. Savabı daha çoxdur. Birinci oturuşda,
fərzlərdə olduğu kimi, yalnız “Əttəhiyyatu” oxunub, sonra üçüncü rükət üçün
dərhal ayağa qalxılır. Qalxdıqdan sonra əvvəlcə Bəsmələ çəkib, “ Fatihə” oxunur.
Zöhrün və İşanın fərzindən sonra dörd rükət və Şamın fərzindən sonra altı rü-
kət daha qılmaq müstəhəbdir, çox savabdır. Hamısını bir salam ilə və ya iki rükət-
də bir salam ilə qılına bilər. Hər iki şəkildə də, ilk iki rükətləri, son sünnətlər yerinə
sayılır. Bu müstəhəb namazları, son sünnətlərdən sonra ayrıca qılmaq da olar.
Birinci rükət namaza durunca, digər rükətlər ayağa qalxınca başlayar və tək-
rar ayağa qalxana qədər davam edər. Son rükət isə salam verənə qədər davam
edər. Cüt rükətlərdə ikinci səcdədən sonra oturulur.
Hər bir rükətdə namazın fərzləri, vacibləri, sünnətləri, müfsidləri və məkruh-
ları vardır. Sonrakı səhifələrdə bunları “ HƏNƏFİ” məzhəbinə görə bildirəcəyik.
NAMAZIN FƏRZLƏRİ
Fərz Allahü təalanın yerinə yetirilməsini istədiyi qəti əmridir. Bir ibadətin
fərzləri yerinə yetirilmədikçə, o ibadət səhih, doğru olmaz. Namaz qılarkən 12
şərti yerinə yetirmək fərzdir. Bu fərzlərin yeddisi namazın xaricində, beşi də
içindədir. Xaricindəki fərzlərə “ Şərtlər” deyilir. İçindəkilərə də “ Rüknlər” deyi-
lir. (Bəzi alimlər tahrimə təkbirinin, namazın içində olduğunu söyləmişlər. Bun-
lara görə namazın şərtləri də rüknləri də altı olmaqdadır.)
A) Namazın Xaricindəki Fərzlər (Şərtləri):
1. Hadəsdən təharət: Dəstəmazsız olanın dəstəmaz alması, cünüb (qüslü
olmayanın) olanın da qüsl etməsidir.
2. Nəcasətdən təharət: Namaz qılanın bədənini, paltarını və namaz qılacağı
yeri nəcasətdən, yəni dinimizdə nəcs (pis) sayılan şeylərdən təmizləməkdir. (Mə-
sələn: qan, sidik, spirt kimi maddələr, dinimizdə pis sayılır).
39
3. Sətri-övrət: Övrət yerini örtmək deməkdir. Övrət yerini örtmək, Allahü
təalanın əmridir. Mükəlləf olan, yəni ağıllı və həddi-büluğa çatan insanın, namaz
qılarkən açması və ya hər zaman başqasına göstərməsi və başqasının da baxması
haram olan yerlərinə “Övrət yeri” deyilir. Kişinin övrət yeri göbəyindən dizi
altına qədərdir. Qadınların isə, üz və əllərindən başqa hər yeri övrətdir.
4. İstiqbali-qiblə: Namaz qılarkən qibləyə dönməkdir . Müsəlmanların qib-
ləsi, Məkkəi mükərrəmə şəhərində olan “Kəbə”nin sahəsidir. Yəni yerdən ərşə
qədər o boşluq qiblədir .
5. Vaxt: Namazı vaxtında qılmaqdır. Yəni namazın vaxtının girdiyini
bilmək və qıldığı namazın vaxtını qəlbindən keçirməkdir.
6. Niyyət: Namaza durarkən qəlb ilə niyyət etməkdir. Yalnız ağız ilə söylə-
məyə niyyət deyilməz. Namaza niyyət etmək demək, adını, vaxtını, qibləni, ca-
maat ilə qılınırsa imama uymağı qəlbdən keçirmək deməkdir. Niyyət başlama
təkbiri söylənərkən edilir. Təkbirdən sonra edilən niyyət qəbul deyildir və o na-
maz qəbul olmaz.
7. Tahrimə təkbiri: Namaza durarkən “ Allahü-əkbər” deməkdir. Bu baş-
lama təkbirinə “ İftitah təkbiri” də deyilir. Başqa kəlmə söyləməklə təkbir alın-
mış sayılmaz.
B) Namazın İçindəki Fərzlər (Rüknləri ):
Namaza başlananda yerinə yetiriləcək beş fərz vardır. Bu beş fərzdən hər
birinə “ Rükn” deyilir. Namazın içindəki fərzlər bunlardır:
1- Qıyam: Namaza başlayarkən və qılarkən ayaq üstə durmaq deməkdir.
Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Oturaraq qıla bilməyən uzanaraq
ima (baş hərəkətləri ilə) ilə qılar. Stulda oturaraq namaz qılmaq caiz deyildir.
2- Qiraət: Ağızla oxumaq mənasına gəlir. Namazda Qurani-Kərimdən surə
və ya ayət oxumaqdır.
3- Rükü: Qiraətdən sonra əlləri dizə qoyub əyilməkdir. Rüküdə ən az üç
dəfə “ Sübhanə rabbiyəl-azım” deyilir. Qalxarkən “ SəmiAllahü limən hami-
dəh” deyilir. Qalxdıqda da “Rabbəna ləkəl-həmd” deyilir.
4- Səcdə: Rüküdən sonra yerə qapanmaq deməkdir. Səcdə ard-arda iki dəfə
əlləri, alını və burunu yerə qoyub qapanmaqdır. Hər bir səcdədə ən az üç dəfə
“ Sübhanə rabbiyəl-ala” deyilir.
5- Qadəi axirə: Son rükətdə “ Əttəhıyyatu”’nu oxuyacaq qədər oturmaqdır.
Buna “ son oturuş” da deyilir. Namazın böyük bir iş və ibadətlərin ən əhəmiyyət-
lisi olduğu, şərtlərinin bu qədər çox olmasından aydın olur. Ayrıca, vacibləri,
sünnətləri, müstəhəbləri, məkruhları, müfsidləri də bunlara əlavə edilərsə, qulun
Rəbbinin hüzurunda necə olacağı, necə olması lazım gəldiyi aydın olur. Qullar
aciz, gücsüz, yazıq bir məxluqdurlar. Hər nəfəsdə onu yaradan Allahü təalaya
möhtacdırlar. Namaz qula acizliyini bildirən bir ibadətdir. Məhz bu kitabımızda
həmin məlumatlar ardıcıllıqla izah ediləcəkdir.
|