Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 
BAYRAM NAMAZLARI 
 
Şəvval ayının birinci günü fıtr, yəni Ramazan bayramının, Zilhiccənin onuncu 
günü isə, Qurban bayramının birinci günləridir. Bu iki gündə günəş doğduqdan və 
kərahət vaxtı (haram vaxt) çıxdıqdan sonra iki rükət bayram namazı qılmaq kişilərə 
vacibdir. Bayram namazlarının şərtləri Cümə namazının şərtləri kimidir. Lakin bura-
da xütbə sünnətdir və namazdan sonra oxunur. Ramazan bayramında namazdan öncə 
şirin [xurma və ya şəkər] yemək, qüsl etmək, misvak istifadə etmək, ən yaxşı paltar-
ları geyinmək, fitrəni namazdan əvvəl vermək, yolda yavasça təkbir oxumaq müs-
təhəbdir. Qurban bayramı namazından əvvəl bir sey yeməmək, namazdan sonra ilk 
olaraq qurban əti yemək, namaza gedərkən yüksək səslə, üzrü olan yavasça təkbir gə-
tirmək müstəhəbdir. Bayram namazları iki rükətdir. Camaat ilə qılınır, tək qılınmaz.  
 
BAYRAM NAMAZI NECƏ QILINIR? 
1- İlk əvvəl “Niyyət etdim vacib olan bayram namazını qılmağa, uydum hazır 
olan imama” deyə niyyət edərək, namaza durulur. Sonra “Sübhanəkə” oxunur.  
2- Sübhanəkədən sonra əllər üç dəfə təkbir gətirərək qulaqlara qaldırılıb birin-
ci və ikincisində iki yana buraxılır. Üçüncüsündə göbək altına bağlanır. İmam öncə 
Fatihə, sonra bir surə oxuyur və birlikdə rüküyə əyilirlər.  
3- İkinci rükətdə imam əvvəl Fatihə və bir surə oxuyur. Sonra iki əl üç dəfə 
təkbir gətirərək qaldırılır. Hər üçündə də əllər yanlara buraxılır. Dördüncü təkbirdə 
əlləri qulaqlara qaldırmayıb, rüküyə  əyilir. Qısa olaraq: İki salla, bir bağla, Üç 
salla, bir əyil! deyə əzbərlənir.  
 
TƏŞRIK TƏKBİRLƏRİ: 
Qurban bayramının ərəfəsi günü, sübh namazından dördüncü günü əsr nama-
zına qədər, hacıların və həccə getməyənlərin, kişi, qadın hər kəsin camaat ilə qılsın, 
tək qılsın, fərz namazından sonra salam verər-verməz, bir dəfə “Təşrik təkbir”ini 
oxuması vacibdir. Cənazə namazından sonra oxunmaz. Məsciddən çıxdıqdan sonra 
və ya danışdıqdan sonra oxumaq lazım deyildir. İmam təkbiri unudarsa, camaat 
tərk etməz. Kişilər, yüksək səslə oxuya bilər. Qadınlar yavaş söyləyər.  

 84
 
TƏŞRİK TƏKBİRİ: 
“ALLAHÜ-ƏKBƏR, ALLAHÜ-ƏKBƏR. LƏ  İLƏHƏ  İLLƏLLAH 
VALLAHÜ-ƏKBƏR. ALLAHÜ-ƏKBƏR VƏ LİLLƏHİLHƏMD”.  
  
 
 
ÖLÜMƏ HAZIRLIQ 
Ölümü xatırlamaq ən böyük nəsihətdir. Hər iman sahibinin ölümü çox xatırla-
ması sünnətdir. Ölümü çox xatırlamaq əmrlərə sarılmağa və günahlardan çəkinmə-
yə səbəb olar. Haram işləməyə cəsarəti azalır. Sevgili Peyğəmbərimiz “sallallahü 
aləyhi və  səlləm” buyurdu ki: “Ləzzətləri yıxan,  əyləncələrə son verən ölümü 
çox xatırlayın!”. Din böyüklərindən bəzisi hər gün bir dəfə xatırlamağı adət etmiş-
di. Övliyanın böyüklərindən Muhamməd Bəhaədini Buxari “quddisə sirruh” hər 
gün 20 dəfə özünü ölmüş, məzara qoyulmuş düşünürdü.  
Uzun əməl, çox yasamağı istəməkdir. İbadət etmək dinə xidmət etmək üçün 
çox yasamağı istəmək uzun əməl deyildir. Uzun əməl sahibləri ibadətləri vaxtında 
edə bilməzlər. Tövbə etməyi tərk edərlər. Qəlbləri qatı olar. Ölümü xatırlamazlar. 
Öyüd və nəsihətlərdən ibrət almazlar.  
Uzun əməl sahibi həmişə dünya malına və mövqeyinə qovuşmaq üçün ömrü-
nü sərf edər. Axirəti unudur. Yalnız zövq və səfasını düşünür. Hədisi-şəriflərdə bu-
yuruldu ki:  
“Ölmədən əvvəl ölün. Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”  
“Ölümdən sonra olacaq şeyləri, sizin bildiyiniz kimi, heyvanlar da bilsə-
lərdi, yemək üçün kök heyvan tapa bilməzdiniz”.  
“Gecə-gündüz ölümü xatırlayan kimsə qiyamət günü şəhidlər yanında 
olacaqdır”.  
Uzun əməlin səbəbləri: dünya zövqlərinə düşkün olmaq, ölümü unutmaq və 
səhhətinə, gəncliyinə aldanmaqdır. Uzun əməl xəstəliyindən qurtulmaq üçün bu sə-
bəbləri yox etmək lazımdır. Ölümün hər an gələ biləcəyini düşünməlidir. Uzun 
əməl sahibi olmağın zərərlərini və ölümü xatırlamağın faydalarını öyrənməlidir. 
Hədisi-şərifdə buyuruldu ki: 
 “Ölümü çox xatırlayın. Onu xatırlamaq insanı günah işləməkdən qoru-
yar və axirətdə zərərli olan şeylərdən çəkinməyə səbəb olar”.  
 
ÖLÜM NƏDİR? 
Ölüm, yox olmaq demək deyildir. Ölüm, ruhun bədənə olan bağlılığının sona 
çatmasıdır. Ruhun bədəndən ayrılmasıdır. Ölüm, insanın bir haldan başqa bir hala 
dönməsidir. Bir evdən bir evə köçməsi kimidir. Ömər bin Abdülaziz həzrətləri 
buyurdu ki, “Sizlər, ancaq əbədiyyət, sonsuzluq üçün yaradıldınız. Lakin bir evdən 
bir evə köç edərsiniz”. Ölüm möminə hədiyyədir, nemətdir. Günahı olanlara müsi-
bətdir. İnsan ölümü istəməz. Halbuki ölüm fitnədən xeyirlidir. İnsan yasamağı se-

 85
vər. Halbuki ölüm ona xeyirlidir. Saleh olan mömin ölüm ilə dünyanın əziyyət və 
yorğunluğundan qurtulur. Zalımların ölümü ilə məmləkətlər və qullar rahata qovu-
şur. Bir zalımın ölümündə söylənən qədim bir beyt belədir:  
 
Nə özü etdi rahat, nə aləmə verdi hüzur, 
Yıxıldı getdi cahandan, dayansın əhli kubur. 
 
Möminin ruhunun bədəndən ayrılması,  əsirin həbsdən qurtulması kimidir. 
Mömin öldükdən sonra bu dünyaya geri gəlmək istəməz. Yalnız şəhidlər dünyaya 
geri gəlib bir daha şəhid olmaq istəyər. Ölüm hər müsəlman üçün hədiyyədir. Bir 
adamın dinini ancaq məzarı qoruyar. Məzardakı həyat isə, ya Cənnət bağçalarında 
olmaq və yaxud da Cəhənnəm çuxurlarında olmaq kimidir.  
 
ÖLÜM HAQDIR 
Ölümdən qurtulmaq mümkündürmü? Əlbəttə, deyildir. Kimsənin bir saniyə 
belə yaşamağa əlində imkanı yoxdur. Əcəli gələn ölür. Bu vaxt göz açıb qapayana 
qədər keçən bir andır. Qurani-Kərimdə bir ayəti-kərimədə, “Əcəlləri gəldiyi za-
man onu bir saat irəli və geri çəkə bilməzlər” buyurulmuşdur. Allahü təala bir 
kimsənin ölümünü harada təqdir etdi isə, o adam malını, mülkünü, övladını bura-
xıb orada vəfat edər. Allahü təala bizim gündə nə qədər nəfəs alıb verdiyimizi bilir. 
Onun bilmədiyi bir şey yoxdur. İman edib həyatımız ibadət ilə keçdi isə, sonu səa-
dət olar. Allahü təala Əzrail-əleyhissəlama buyurur ki: “Dostlarımın canını asan 
aldüşmənlərimin canını çətin al!”. İman sahiblərinə, bu böyük müjdədir. İman-
dan məhrum qalanlar üçün də böyük fəlakətdir.  
 
 
CƏNAZƏ NAMAZI 
 
Bir möminin vəfat etdiyini xəbər alan kişilərə, kişi yoxdursa, qadınlara cənazə 
namazı  fərzi-kifayədir. Cənazə namazı Allahü üçün namaz və ölən üçün duadır. 
Əhəmiyyət verməyənin imanı gedər.  
 
CƏNAZƏ NAMAZININ ŞƏRTLƏRİ 
1. Meyid müsəlman olmalıdır.  
2. Yuyulmuş olmalıdır. Yuyulmadan basdırılan üzərinə torpaq atılmamış isə, 
çıxarılıb yuyulur, sonra namazı qılınır. Cənazənin və imamın olduğu yerin təmiz 
olması lazımdır.  
3. Cənazənin və ya bədənin yarısı ilə, başının və ya başsız yarıdan artıq bədə-
nin imamın önündə olması lazımdır.  
4. Cənazə yerdə və ya yerə yaxın, əllərlə tutulmuş və ya daş üstünə qoyulmuş 
olmalıdır. Cənazənin başı imamın sağına, ayağı soluna düşməlidir. Tərsinə qoymaq 
günahdır.  

 86
5. Cənazə imamın önündə hazır olmalıdır.  
6. Cənazənin və imamın övrət yeri örtülü olmalıdır.  
 
CƏNAZƏ NAMAZININ FƏRZLƏRI 
1. Dörd dəfə təkbir gətirmək.  
2. Ayaq üstə qılmaq.  
 
 
CƏNAZƏ NAMAZININ SÜNNƏTLƏRI 
1. Sübhanəkə oxumaq;  
2. Salavat oxumaq;  
3. Özünə, meyidə və bütün müsəlmanlara əfv və bağışlama üçün bildirilmiş 
olan dualardan bildiyini oxumaq. Cənazə namazı məscid içərisində qılınmaz. Canlı 
olaraq doğulduqdan sonra ölən uşağın adı qoyulur, yuyulur, kəfənlənir, namazı 
qılınır. Cənazə daşınacağı zaman tabutun dörd qolundan tutulur. İlk olaraq cənazə-
nin baş tərəfi sağ çiyinə, sonra ayaq tərəfi sağ çiyinə, sonra baş tərəfi sol çiyinə, 
sonra ayaq tərəfi sol çiyinə qoymaq surətiylə hər birində on addım daşınır. Qəbrə 
çatdığı zaman cənazə çiyinlərdən yerə endirilmədikçə oturulmaz. Dəfn edilərkən 
işi olmayanlar otururlar.  
 
CƏNAZƏ NAMAZI NECƏ QILINIR? 
Cənazə namazının dörd təkbirindən hər biri bir rükət kimidir. Dörd təkbirin 
yalnız birincisində əllər qulaqlara qaldırılır. Sonrakı üç təkbirdə əllər qaldırılmaz.  
1.  İlk təkbir alınıb iki əl bağlanınca “Sübhanəkə” oxunur və oxunarkən 
vəcəllə sənəükə” də deyilir. Fatihə oxunmaz.  
2.  İkinci təkbirdən sonra təşəhhüddə oturarkən oxunan “salavat”lar,  yəni 
“Allahümmə salli” və “Barik” duaları oxunur.  
3. Üçüncü təkbirdən sonra cənazə duası oxunur. [Cənazə duası yerinə 
Rabbəna ati-na...” və ya yalnız “Allahümməğfirləh”  demək  və yaxud dua 
niyyətiylə “Fatihəi şərifə”ni oxumaq da olar.]  
4. Dördüncü təkbirdən sonra dərhal sağa və sonra sola salam verilir. Salam 
verərkən, cənazəyə və camaata niyyət edilir.  
İmam yalnız dörd təkbiri və iki çiyinə salamı, yüksək səslə söyləyər, digərləri-
ni içində oxuyar.  
Cənazə namazı  qılındıqdan sonra tabutun yanında dua etmək caiz deyildir. 
Məkruh olar.  
 
 
TƏRAVİH NAMAZI 
 
Təravih namazı kişi və qadınlar üçün sünnətdir. Ramazanı-şərifin hər gecəsin-
də qılınır. Camaat ilə qılınması sünnəti-kifayədir. Vaxtı işa namazından sonra və 

 87
vitrdən əvvəldir. Vitrdən sonra da qılına bilər. Məsələn, Təravih namazının bir qis-
minə çatıb, imamla vitr namazını qılan kimsə təravih namazından, çatıb qıla bilmə-
diyi rükətləri, vitrdən sonra qılar.  
Qılınmayan təravih namazı qəza edilməz. Qəza edilirsə, nafilə olar. Təravih 
olmaz.  
Təravih namazı 20 rükətdir.  
 
 
TƏRAVİH NECƏ QILINIR? 
Vitr namazı yalnız Ramazan ayında camaat ilə qılınır. Təravih namazını 2 rü-
kət olmaqla, on salamla və  hər 4 rükət sonunda gözləyib təsbeh edərək qılmaq 
müstəhəbdir. Qəza borcu olan boş zamanlarında, beş vaxtın sünnətləri və təravih 
yerinə də qəza qılıb, bir an əvvəl qəzaları bitirib, sonra bu namazları qılmağa başla-
malıdır.  
Təravih namazı  məsciddə camaat ilə qılınınca, başqaları evdə tək qıla bilər, 
günah olmaz. Lakin məsciddəki camaat savabından məhrum qalar. Evdə, bir və ya 
bir neçə nəfər camaat ilə qılarsa, tək qılmaqdan 27 qat artıq savab qazanır. Hər ifti-
tah təkbirində niyyət etmək daha yaxşıdır.  İşanı camaat ilə  qılmayanlar təravihi 
camaat ilə qıla bilməz. İşanı camaat ilə qılmayan bir kimsə fərzi tək qılıb, sonra tə-
ravihi camaat ilə qıla bilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 88
 
 
BESİNCİ BÖLMƏ 
 
 
SƏFƏRDƏ “YOLÇULUQDA” NAMAZ 
 
Hənəfi məzhəbində olan bir kimsə 15 gündən az qalmaq niyyəti ilə 104 kilo-
metr və daha uzaq bir yerə gedərsə, səfəri olar.  
Səfəri olmaq demək, yolçu olmaq deməkdir. Yolçu, 4 rükətli fərz namazları 2 
rükət qılar. Mukim (səfəri olmayan) imama tabe olarsa, yenə 4 rükət qılar. Yolçu 
imam olarsa, ikinci rükətin sonunda salam verir. Sonra ona tabe olmuş olan camaat 
namazlarını tamamlamaq üçün iki rükət daha qılarlar.  
Səfəri olan bir kimsə  məst üzərinə 3 gün, 3 gecə  məsh edə bilər. Orucunu 
poza bilər. Yolçu rahat isə orucunu pozmaması daha yaxşıdır. Qurban kəsməsi va-
cib olmaz. Cümə namazı da səfəri olana fərz deyildir.  
Namaz vaxtının sonunda səfərə çıxan kimsə bu namazı qılmamış isə, iki rükət 
qılar. Lakin vaxtın sonunda vətəninə gələn bu vaxtın namazını qılmamış isə dörd 
rükət qılar.  
“Neməti-islam”da deyilir ki, nafilə namazları ayaq üstə qılmağa gücü çatar-
kən oturaraq qılmaq hər zaman və hər yerdə caizdir. Oturaraq qılarkən rükü üçün 
bədəni ilə əyilir. Səcdə üçün başını yerə qoyur. Lakin üzrü yoxsa nafilələri oturaraq 
qılana ayaq üstə qılanın yarısı qədər savab verilir. Beş vaxt namazın sünnətləri və 
təravih namazı da nafilə namazdır. Yolda, yəni şəhər, kənd xaricində nafilə namaz-
ları heyvan üzərində qılmaq caizdir. Qibləyə dönmək və rükü və səcdə etmək la-
zım deyildir. İma ilə  qılar. Yəni, rükü üçün bədəni ilə bir az əyilər. Səcdə üçün 
bundan daha çox əyilər. Heyvan üzərində artıq nəcasət olması namaza mane deyil-
dir. Yerdə nafilə qılarkən yorulanın çəliyə, insana, divara dayanıb qılması caiz olar. 
Özü yeriyərkən namaz qılmaq səhih deyildir.  
Fərz və vacib namazları  zərurət olmadıqca, heyvan üzərində  qılmaq caiz 
deyildir. Ancaq üzr ilə qıla bilər. Zərurət olan üzrlər: malının, canının, heyvanının 
təhlükədə olması, enincə heyvanının və ya heyvandakı və ya yanındakı malın oğur-
lanması, yırtıcı heyvan, düşmən, yerdə palçıq olması, yağış olması, xəstənin enər-
kən, minərkən, yaxşı olmasının gecikməsi və ya xəstəliyinin artması, yoldaşlarının 
gözləməyib, təhlükədə qalması, endikdən sonra heyvana köməksiz minə bilmə-
mək. Mümkün isə heyvanı qibləyə qarşı dayandırıb qılar. Mümkün deyil isə hərə-
kət cəhətlərində qılar. Heyvan üzərindəki tay deyilən sandıq kimi şeylərin içində 
qılmaq da belədir. Heyvan dayandırılıb tayın altına dirək qoyularsa, “Sərir”, yəni 
stol kimi olub yerdə qılmaq deməkdir. Qibləyə qarşı ayaq üstə qılması lazım olar. 
Enə bilən kimsə fərzləri tayda qıla bilməz.  
Gəmidə namaz qılmaq Cafər Tayyar həzrətləri Həbəşistana gedərkən, Rəsu-
lullahın “sallallahü aləyhi və səlləm” ona öyrətdiyi kimi bu cürdür: Hərəkət edən 

 89
gəmidə üzrü olmadan fərz və vacib də qılınır. Gəmidə camaat ilə qılına bilər. Hərə-
kət edən gəmidə də ima ilə qılmaq caiz olmayıb, rükü və səcdə edər. Qibləyə dön-
məsi də lazımdır. Namaza başlayarkən qibləyə qarşı durur. Gəmi döndükcə özü 
qibləyə dönər. Gəmidə nəcasətdən təharət də lazımdır. İmamı-azam Əbu Hənifəyə 
görə, gedən gəmidə fərzləri də üzrsüz ikən, yerdə oturaraq qılmaq caiz olar. 
 Dəniz ortasında dəmirləmiş  gəmi çox sallanırsa, gedən gəmi kimidir. Az 
sallanırsa, sahildə duran gəmi kimidir. Sahildə duran gəmidə fərzlər oturaraq qılına 
bilməz. Sahilə çıxmaq mümkün isə, ayaq üstə qılmaq da səhih olmayıb, sahilə çı-
xıb qılmaq lazımdır. Malı, canı və ya gəminin hərəkət etmək təhlükəsi varsa, gəmi-
də ayaq üstə qılması caiz olar.  
“İbni Abidin” deyir ki: “İki təkərli olan, heyvana bağlanmadan yerdə düz du-
ra bilməyən arabada durarkən də, gedərkən də, namaz qılmaq heyvan üzərində qıl-
maq kimidir. Dörd təkərli araba durarkən sərir, stol kimidir. Hərəkət edərkən isə 
heyvan üçün yuxarıda yazılı üzrlərlə, içində fərz qılına bilər və arabanı dayandırıb 
qibləyə qarşı qılar. Dayandıra bilməzsə, gedən gəmidəki kimi qılar”. Hərəkət əsna-
sında qibləyə dönə bilməyən, Şafii məzhəbini təqlid edərək, iki namazı cəm edər. 
Buna da imkan olmazsa, qibləyə dönməsi sakit olar. Stolda, kresloda oturaraq ima 
ilə namaz qılmaq, heç kimə caiz deyildir. Avtobusda, təyyarədə namaz qılmaq, av-
tomobildə qılmaq kimidir.  
Fərzləri və vacibləri, yolçuluqda zərurət olmadıqda heyvan üzərində  qılma-
maq lazımdır. Vasitələri dayandırıb, qibləyə qarşı  və ayaq üstə  qılmaq lazımdır. 
Bunun üçün vasitəyə minmədən lazımi tədbirləri əvvəldən almaq lazımdır.  
Yolçu gəmidə və qatarda fərz namaz üçün qibləyə qarşı dayanıb, səcdə yeri-
nin yanına kompas qoymalıdır. Gəmi və qatar döndükcə özü qibləyə dönməlidir. 
Sinəsi qiblədən ayrılarsa, namazı pozulur. Avtobusda, qatarda, dalğalı dənizdə qib-
ləyə dönə bilməyənlərin fərz namazları caiz olmadıqları üçün bunlar yolda olduq-
ları zaman Şafii məzhəbini təqlid edərək, zöhr ilə əsri və şam ilə işa cəm edə bilər. 
Yəni səfərdə olan zaman bu iki namazı bir-birinin arxasınca qılar. Çünki Şafii məz-
həbində 80 kilometrdən artıq davam edən səfərdə əsri zöhr namazı vaxtında və işa-
nı şam namazı vaxtına çəkərək qılmaq, və yaxud zöhrü əsr vaxtına və işanı şam na-
mazı vaxtına təxir edərək, iki namazı bir yerdə qılmaq caizdir. Bunun üçün Hənəfi 
məzhəbində olan kimsə yolda qibləyə dönə bilməsə, yola çıxdıqdan sonra gündüz 
bir yerdə durduğu zaman, zöhr vaxtında zöhrü qılınca dərhal əsri də qılmalı, gecə 
durulduğu zaman, işa vaxtında şamı və sonra işanı bir yerdə qılmalı və bu dörd na-
maza niyyət edərkən “Şafii məzhəbini təqlid edərək əda edirəm” deyə niyyət et-
məli,  yəni qəlbindən keçirməlidir. Yola çıxmazdan  əvvəl və ya səfər bitdikdən 
sonra iki vaxtın namazını birlikdə qılmaq olmaz.  
 
 
XƏSTƏLİKDƏ NAMAZ 
 
Dəstəmazı pozan şeyin bədəndən çıxması davamlı olarsa, buna “Üzr” deyilir. 
Sidik, ishal, yel qaçırtmaq, burun qanaması və yaradan qan, sarı su axması, ağrı-

 90
dan, şişə görə göz yaşı axması bir namaz vaxtı içində davamlı olarsa, bu kimsə və 
istihaza qanı axan qadın üzr sahibi olarlar. Üzərini bağlamaqla, dərman ilə və ya 
namazı oturaraq yaxud ima ilə qılaraq bunları dayandırmaq lazımdır. Sidik qaçıran 
kişi sidik yoluna arpa qədər bitki pambıq soxar. Fitil az olan sidiyi əmərək çölə 
damcılamasına mane olar. Beləcə, dəstəmaz pozulmaz. Sidiyə gedərkən fitil öz-özü-
nə çölə çıxar, gedər. Sidiyi çox qaçırsa, artığı fitildən keçərək çölə sızar və dəstə-
mazı pozulur. Sızan sidik paltarı kirlətməməlidir. Qadınlar önlərinə  həmişə “Kür-
süf” deyilən parça qoymalıdır. Axıntını dayandıra bilməzlərsə, hər namaz vaxtında 
dəstəmaz alıb namazı eləcə qılar. Üzr sahibi olan kimsə bir dəstəmaz ilə vaxt çıxına 
qədər fərz, qəza və nafilə qıla bilərlər. Qurani-Kərimi əldə tuta bilərlər. Namaz vaxtı 
çıxınca dəstəmazı pozulur. Vaxt çıxmadan əvvəl də üzr olan şeydən başqa bir səbəb 
ilə  dəstəmazı yenə pozulur. Məsələn, burun dəliklərinin birindən qan gələn vaxtı 
dəstəmaz alıb sonra digər dəlikdən də qan axmağa başlasa, dəstəmazı pozulur. Üzr 
sahibi olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında davamlı axması 
lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir zaman ərzində axmazsa, 
üzr sahibi olmaz. Malikinin bir qavlinə görə, bir damla axınca, üzr sahibi olar. Bir 
kimsə üzr sahibi olunca, sonrakı namaz vaxtlarında bir dəfə bir damla gəlsə, üzr sa-
hibi olması o vaxtlarda da davam edər. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi 
olmağı sona çatar. Üzrə səbəb olan nəcasət paltara dirhəm miqdarından artıq bulaş-
sa, təkrar bulaşmasına mane olmaq mümkündürsə, bulaşmış yeri yumaq lazım olar.  
Qüsl alınca xəstə olmaqdan və ya xəstəliyinin şiddətlənməsindən yaxud uzan-
masından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübələri ilə, yaxud müsəlman, 
adil həkimin söyləməsi ilə məlum olar. Fisqi, günah işləməsi dillərə düşmüş olma-
yan həkimin sözü də qəbul edilir. Soyuq olub, sığınacaq yer, suyu qızdıracaq şey, 
şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola bilər. Hənəfidə bir təyəmmüm 
ilə istədiyi qədər fərz qıla bilər. Şafiidə və malikidə hər fərz namaz üçün yenidən 
təyəmmüm edər.  
Dəstəmazda bədən üzvlərinin yarısında yara olan təyəmmüm edər. Yara yarı-
dan az isə, sağlamını yuyub, yaranı məsh edər. Qüsldə bütün bədən bir üzv sayıldı-
ğı üçün bütün bədənin yarısı yara isə təyəmmüm edər. Yaralı yer yarıdan az isə, 
sağlamını yuyub yaraları məsh edər. Yaraya məsh zərər verərsə, sarğıya məsh edər. 
Bu da zərər verərsə, məshi tərk edər. Dəstəmazda və qüsldə başa məsh zərər verər-
sə, başı məsh etməz. Əli çolaq (ekzema-dəri xəstəliyi, yara) olub sudan istifadə edə 
bilməyən təyəmmüm edər. Üzünü, qollarını yerə  (əhəngli, torpaqlı, daşlı divara) 
sürtər.  Əlləri və ayaqları  kəsik olanın üzü də yara isə, namazı  dəstəmazsız qılar. 
Dəstəmaz aldırması üçün kimsəni tapa bilməyən təyəmmüm edər. Uşağı, köləsi, 
maaş ilə tutduğu kimsə kömək etməyə  məcburdurlar. Başqalarından da kömək 
istəyə bilər. Lakin onlar kömək etməyə  məcbur deyildirlər. Qadın və  ər də bir-
birlərinə dəstəmaz aldırmağa məcbur deyildirlər.  
Qan aldıran, zəli istifadə edən, yarası, çibanı olan, sümüyü qırılan və ya yara-
lara sarğı (pambıq, bint, məlhəm) qoyan, o hissəsini soyuq, isti su ilə yumağa və ya 
məsh etməyə qadir ola bilməzsə, dəstəmazda və qüsldə bunların yarıdan artığı üs-

 91
tünə bir dəfə məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam yerlər yu-
yulmaz. Sarğı aralarında görünən sağlam dəri qismləri məsh edilir. Sarğını dəstə-
mazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı  dəyişdirilərsə, üstünə 
başqası da sarılarsa, yenisinə məsh lazım olmaz.  
Ayaq üstə dura bilməyən və  ya  ayaq  üstə durarsa, xəstəliyinin uzanacağını 
çox zənn edən xəstə namazını oturaraq qılıb, rükü üçün bədənini bir az əyər. Sonra 
dikəlib yerə iki dəfə  səcdə edər. Asan bildiyi qədər oturar. Diz çökməsi, bardaş 
qurması, ihtiba etməsi, yəni ombası üzərinə oturub qollarını dizlərinin ətrafına hal-
qa etməsi caizdir. Baş, diz, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu 
da üzrdür. Ayaq üstə orucu, dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə dayana-
raq ayaq üstə dura bilən dayanaraq qılar. Ayaq üstə artıq dura bilməyən, iftitah tək-
birini ayaq üstə alıb, ağrı hasil olunca oturaraq davam edər.  
Yerə səcdə etməkdən aciz olan ayaq üstə oxuyub, rükü və səcdə üçün otura-
raq ima edər. Oturub rükü üçün bir az, səcdə üçün daha çox əyilər. Bədənini əyə 
bilməyən başını əyər. Bir şey üzərinə səcdə etməsi lazım deyildir. Bir şey üzərinə 
səcdə edərsə, səcdə üçün rüküdən artıq əyilmiş isə namazı səhih olarsa da, məkruh-
dur. Dayanaraq oturmaq mümkün olarsa, uzanaraq ima caiz olmaz. Peyğəmbəri-
miz “sallallahü aləyhi və səlləm” bir xəstəni ziyarət etdi. Bunun əli ilə yastığı qal-
dırıb, üzərinə  səcdə etdiyini görüncə, yastığı aldı. Xəstə odunu qaldıraraq bunun 
üstünə səcdə etdi. Odunu da aldı və “Gücün çatarsa, yerə  səcdə et! Yerə  əyilə 
bilməzsən, üzünə bir şey qaldırıb, bunun üzərinə səcdə etmə! İma edərək qıl 
və səcdədə rüküdən daha çox əyil!” buyurdu. “Bahr-ür-raik”də bildirildiyi ki-
mi, Ali İmran surəsinin 191-ci ayəti-kəriməsində, “Namazı gücü yetən ayaq üstə 
qılar. Aciz olan oturaraq qılar. Bundan da aciz olan yataraq qılar” buyurulur. 
İmran bin  Husayn xəstə olunca Rəsulullah “sallallahü aləyhi və  səlləm” buna, 
Ayaq üstə qıl! Gücün yetməzsə, oturaraq qıl! Buna da qüdrətin olmazsa, yan 
və ya arxası üstə uzanaraq qıl!” buyurdu. Görünür ki, ayaq üstə dura bilməyən 
xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Stolda, kresloda qılmağa icazə 
verilməmişdir. Xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stolda qılması 
islamiyyətə uyğun deyildir. Camaata gedincə ayaq üstə qıla bilməyən evində ayaq 
üstə qılar. İyirmi şeydən birinin olmaması camaata getməmək üçün üzr olar. Yağış, 
şiddətli isti və soyuq, canına və ya malına təcavüz edə bilən düşmən qorxusu, yol-
daşlarının gedib yolda tək qalmaqdan qorxmaq, havanın çox qaranlıq olması, kasıb 
borclunun tutulub həbs olunmaqdan qorxması, kor olmaq, yeriyə bilməyəcək qədər 
iflic olması, bir ayağının kəsik olması, xəstə, iflic olmaq, palçıq, yeriyə bilməmək, 
yeriyə bilməyən yaşlı, nadir tapılan fiqh dərsini buraxmaq, sevdiyi yeməyi qaçır-
maq qorxusu, yolçuluğa hərəkət halında olmaq, yerinə buraxacaq kimsə olmayan 
xəstə baxıcı, gecə şiddətli külək, tualetə getmək üçün sıxışmaq. Xəstəliyinin artma-
sından və ya uzanmasından qorxan xəstə  və  xəstəsi baxımsız qalacaq olan xəstə 
baxıcısı və çox qocalıqdan yeriməsi çətin olmaq, Cümə namazına getməmək üçün 
üzrdür. Camaata yeriyərək gedib-gəlmək, vasitəyə minərək getməkdən yaxşıdır. 
Məsciddə stulda, kresloda oturaraq ima ilə qılmaq caiz deyildir. İslamiyyətin bil-

 92
dirmədiyi şəkildə ibadət etmək “Bidət” olar. Bidət işləmənin böyük günah olduğu 
fiqh kitablarında yazılmışdır.  
Bir şeyə dayanaraq otura bilməyən xəstə arxası üstə uzanaraq, arxası üstə uza-
na bilməzsə, sağ yanına yataraq başı ilə ima edər. Qibləyə dönə bilməyən asan bil-
diyi cəhətə tərəf qılar. Arxası üstə uzananın başı altına bir şey qoyaraq üzü qibləyə 
qarşı edilir. Dizlərini dik tutması yaxşı olar. Başı ilə ima edə bilməyənin namazı 
qəzaya buraxması caiz olar. Namaz ərzində xəstə olan gücü çatdığı şəkildə davam 
edər. Yerdə oturaraq qılan xəstə namazda yaxşı olarsa ayaq üstə  qılaraq davam 
edər. Ağılı, şüuru gedən namaz qılmaz. Beş vaxt keçmədən yaxşı olarsa, beş vaxtı 
qəza edər. Altı namaz keçərsə, heç qəza etməz.  
İma ilə də olsa, qılınmayan namazı tez bir zamanda qəza etmək fərzdir. Qəza 
etmədən ölüm halına gələrsə, qılmadığı namazların isqatı üçün buraxdığı maldan 
fidyə verilməsini vəsiyyət etmək vacib olar. Vəsiyyət etməzsə, vəlisinin, hətta yad 
birinin öz malından isqat etməsi caiz olar deyilmişdir.  
 
 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin