3.Mühasibat uçotu hesablarının təyinatına və quruluşuna görə təsnifatı
Hesabların təyinatı və quruluşuna görə təsnifatı geniş təkrar istehsal prosesində
iqtisadi resursların daha əhəmiyyətli nişanələr üzrə mühasibat hesablarında uçotunun qruplaşmasını özündə formalaşdırır.
Mühasibat uçotu hesablarının quruluşuna görə təsnifatının əsasını, hesablar planında
nəzərdə tutulan hər bir mühasibat hesabının standartı təşkil edir.Mühasibat uçotunun
hesablar planında hesablar, iqtisadi məzmununa görə (təsərrüfat vəsaitlərini (resurslarını) uçota alan hesablar, onların mənbələrini uçota alan hesablar, proses və maliyyə nəticələrini uçota alan hesablar kimi) qruplaşdırıldığı halda təyinat və quruluşuna görə təsnifat isə həmin qrupların ümumi qaydasını və analitik uçotun aparılmasını əhatə edir.
Hesabların təyinatına və quruluşuna görə təsnifatı, bu və ya digər hesabdan nə ücün
istifadə edilməsini, hesabın quruluşunu, daha doğrusu, vəsaitlərin, onların mənbələrinin və təsərrüfat proseslərinin hesablarda necə əks etdirilməsini, debet və kreditdə nəyin uçota alınmasını, hər hesabın qalığının nəyi göstərməsini öyrənir.
Hesabların həm təyinatı və quruluşuna, həm də iqtisadi məzmununa görə təsnifatı birbiri ilə sıx əlaqədə olmaqla bir-birlərini tamamlayır.
Mühasibat uçotu hesabları təyinatına və quruluşuna görə əsas hesablara; nizamlayıcı hesablara; bölüşdürücü hesablara; kalkulyasiyaedici hesablara; müqayisəedici hesablara bölünür. Əsas hesablar ona görə əsas hesablar adlanır ki, onlarda uçota alınan təsərrüfat vasitələri və onların əmələgəlmə mənbələri müəssisənin təsərrüfat fəaliyyətinin əsasını təşkil edir.
Mühasibat uçotunda əks etdirilən bütün təsərrüfat əməliyyatları, təsərrüfat vəsaitlərinin və yaxud onların əmələ gəlmə mənbələrinin tərkibində müəyyən dəyişiklik əmələ gətirir.
Əsas hesablar üç köməkçi qrupa bölünür:
1. Əsas aktiv hesablar
2. Əsas passiv hesablar
3. Əsas aktiv-passiv hesablar.
Əsas aktiv hesablar material və pul vəsaitinin mövcudluğunu və hərəkətini uçota almaq üçün istifadə olunur. Əsas aktiv hesablara misal olaraq torpaq, tikili və avadanlıq (əsas vəsait), qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları, materiallar, bankdakı hesablaşma hesabı, kassa, valyuta hesabı və s. hesablar aid ola bilər.
Həmin hesablar aktiv hesablar olduğu üçün onların yalnız debet qalığı ola bilər.
Əsas passiv hesablardan fondların vəziyyətinin dəyişməsini və s. hesablaşmaların
uçotunu aparmaq üçün istifadə edilir. Əsas passiv hesablara nizamnamə kapitalı, ehtiyat kapitalı, əlavə kapital, bankın qısa və uzunmüddətli ssudaları, qısa və uzunmüddətli borclar, malsatanlarla hesablaşmalar və s. hesabları mısal göstərmək olar. Həmin hesablar passiv hesablar olduğundan onların yalnız kredit qalığı ola bilər.
Əsas aktiv-passiv hesablardan debitor və kreditorlarla hesablaşmaların uçotunu
aparmaq üçün istifadə edilir.
Aktiv-passiv hesabların başqa hesablardan fərqi ondan ibarətdir ki, onlardakı
qalıqlar eyni vaxtda həm debet, həm də kredit tərəfdə olur.
Bu hesablar aktiv hesab kimi çıxış etdikdə hesabın debeti, debitor borcunun
artmasını, krediti həmin borcun azalmasını göstərir. Passiv hesab kimi çıxış etdikdə isə hesabın krediti isə borcun artmasını, debeti isə həmin borcun azalmasını əks etdirir.
Balans tərtib edilən zaman debet qalığı balansın aktivində, kredit qalığı isə passivində yazılır. Aktiv-passiv hesablara debitor və kreditorlarla hesablaşmalar və başqa hesabları misal göstərmək olar.
Nizamlayıcı hesablar təsərrüfat vəsaitinin qiymətini və yaxud onların mənbələrinin
məbləğini dəqiqləşdirmək üçün istifadə edilir. Balans maddələri dəyişilməz qiymətlərlə əks etdirildiyinə və uçota alınan vəsaitin həqiqi maya dəyəri çox vaxt həmin dəyişilməz qiymətlərdən kənarlaşdığına görə, nizamlayıcı hesablardan istifadə edilir. Nizamlayıcı hesablar aşağıdakı köməkçi qruplara bölünür:
1. Əlavə nizamlayıcı hesablar;
2. Kontrar nizamlayıcı hesablar.
Əgər balans hesabı üzrə vəsaitin qiymətinin artırılması (qiymətin artırılması) aparılırsa onda vəsaitin qiymətini nizamlayan hesab, əsas hesabı nizamlayan əlavə nizamlayıcı hesab adlandırır və onun məbləği əsas hesabdakı qalıq məbləğinin üzərinə əlavə edilir. Bu hesaba “Qiymətin dəqiqləşdirilməsi tələb olunan tədarük və əldə edilmiş materiallar” hesabını misal göstərmək olar.Əgər vəsaitin qiyməti və onun mənbəyi azalırsa onda nizamlayıcı hesab kontrar (əks) hesab kimi çıxış edir və onun qalığının məbləği əsas (nizamlaşdırılan) hesabın qalığının məbləğindən çıxılmalıdır.
Kontrar hesablar aktiv və passiv hesabların göstəricilərini nizamlaşdırmaq üçün
istifadə edilir. Buna müvafiq olaraq belə hesablar kontraktiv və kontrpassiv hesablara
bölünür.
Kontraktiv hesablar aktiv hesabların göstəricilərinin nizamlaşdırılması üçün istifadə
edilir. Belə hesablara “Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)”,
“Qeyri-maddi aktivlərin köhnəlməsi”, “Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi” (bu vəsaitlər torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) tərkibində əks etdirilir) hesabları aiddir. Məsələn, “Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)” hesabı, aktiv “Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)” hesabında uçota alınan vəsaitlərin qiymətini nizamlayır. Daha doğrusu, “Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)” hesabının debet qalığının məbləğindən “Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)” hesabının kredit məbləğini çıxmaqla əsas vəsaitin qiyməti nizamlaşdırılır və onun qalıq dəyəri müəyyən edilir.
“Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)” hesabı özünün
xarakterinə görə sərbəst əhəmiyyətə də malikdir. Bu hesab müəssisələrə (təşkilatlara) məxsus və onlar tərəfindən icarə edilmiş əsas vəsaitlərin köhnəlməsi haqda informasiyaların ümumiləşdirilməsi üçün də nəzərdə tutulmuşdur.
“Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)” qüvvədə olan
qanunvericiliklə nəzərdə tutulmuş amortizasiya normalarına müvafiq olaraq hər ay
hesablanır. “Torpaq, tikili və avadanlıqların (Əsas vəsaitlərin köhnəlməsi)” hesabında
toplanmış informasiya, müəssisənin əsas vəsaitinin köhnəlmiş hissəsinin müəyyən
edilməsinə şərait yaradır.
Kontrpassiv hesablar əsas passiv hesabların göstəricilərini dəqiqləşdirmək, -
nizamlamaq üçün istifadə edilir və balansın aktivində yerləşir. Kontrpassiv nizamlayıcı hesaba misal olaraq “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət ödənilməmiş zərər (Mənfəətin istifadəsi)” hesabını göstərmək olar.
“Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət ödənilməmiş zərər (Mənfəətin istifadəsi)” hesabında avans olaraq mənfəətdən verginin büdcəyə ödənilməsi, mənfəətdən xüsusi təyinatlı fondlara avans ayırmaları uçota alınır.
Bu hesab üzrə əks etdirilən məbləğlər, mənfəətin həqiqətən dövriyyədən götürülən
(yayındırılan) hissəsini göstərir. Beləliklə, “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət ödənilməmiş zərər (Mənfəətin istifadəsi)” hesabı balansın passivində əks etdirilmişmənfəətin məbləğini nizamlayır, aktiv hesabdır və “Ümumi mənfəət və (zərər)” hesabını nizamlayan hesab sayılır.
Təsərrüfat proseslərini əks etdirmək və onun həyata keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş hesablara əməliyyat hesabları deyilir. Təsərrüfat prosesləri müxtəlif ayrı-ayrı əməliyyatlardan əmələ gəlir. Ona görə də həmin əməliyyatları özündə əks etdirən hesablar əməliyyat hesabı adını daşıyır. Əməliyyat hesabları öz növbəsində bir neçə qrupa bölünür. Onlar aşağıdakılardan ibarətdir:
1. Bölüşdürücü hesablar.
2. Kalkulyasiyaedici hesablar.
3. Müqayisəedici hesablar.
Bölüşdürücü hesablar öz növbəsində iki qrupa: Toplayıb-bölüşdürücü, büdcə
bölüşdürücü hesablara bölünür.Toplayıb-bölüşdürücü hesablar hər hansı təsərrüfat
prosesinin həyata keçirilməsi ilə əlaqədar olan və gələcəkdə bir neçə obyekt arasında
bölüşdürüləsi xərclərin uçotunu aparmaq üçün istifadə edilir. Toplayıb bölüşdürücü
hesablara misal olaraq “Ümumistehsalat xərcləri” subhesabını, “Ümumtəsərrüfat xərcləri (İnzibati xərclər)” hesabını göstərmək olar.
Büdcə bölüşdürücü hesablardan iki qarışıq büdcə dövrü arasında əldə edilən gəlirləri
və çəkilən xərcləri bir-birindən ayırmaq üçün istifadə edilir. Həmin hesabların köməyilə müəssisənin gəlirləri və xərcləri, onların əldə edilməsi və ya xərclənməsi dövründən asılı olmayaraq, aid olduqları dövrün təsərrüfat fəaliyyətinin göstəricilərinə daxil edilir. Büdcə bölüşdürücü hesablara “Digər maliyyə xərcləri” və “Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar” subhesablarını aid etmək olar.
Kalkulyasiyaedici hesablar məhsul istehsalı ilə əlaqədar olan məsrəflərin ümumi
məbləğini hesablamaq və məhsulun həqiqi maya dəyərini təyin etmək üçün istifadə edilir. Maya dəyərini müəyyən etmək üçün istifadə olunan hesablamalar kalkulyasiya adlandırıldığına görə, ona lazım olan məlumatları əks etdirən hesablar kalkulyasiyaedici hesablar adlanır. Kalkulyasiyaedici hesablara “İstehsalat məsrəfləri” hesabı və “Köməkçi istehsalat” subhesabı aid ola bilər.
Müqayisəedici hesablar təsərrüfat proseslərindən alınan nəticəni aşkar etmək üçün
istifadə edilir. Buna uçot obyektinin iki qiymətinin müqayisə edilməsi yolu ilə nail olunur.
Bunun üçün hesabın debetində obyektin həqiqi maya dəyəri, kreditində isə satış qiyməti əks etdirilir. Satılmış məhsulun iki qiymətinin müqayisə edilməsi yolu ilə təsərrüfat prosesinin nəticəsi müəyyən edilir ki, bu müqayisənin aparılmasına imkan yaradan hesablar müqayisəedici hesablar adını daşıyır. Təsərrüfat fəaliyyətinin nəticələri haqqında müqayisəedici hesablarda aşkar edilən məlumatlar müvafiq proqnoz göstəriciləri ilə müqayisə edilir və proqnozdan kənarlaşmalar aşkara çıxarılır. Müqayisəedici hesablara misal olaraq “Satış”, “Digər fəaliyyətinin maliyyə nəticəsini əks etdirmək və ona nəzarət etmək üçün istifadə olunan hesablara maliyyə nəticəli hesablar deyilir.
Dostları ilə paylaş: |