Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   2   3   4   5   6   7   8   9   ...   66
 
 
“BAKI DÖVLƏT UNİVERSİTETİNİN 90 İLLİK 
YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
 
2009-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının aparıcı  təhsil 
ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 90 ili tamam olur.  
Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi 
yarandığı vaxtdan bəri ötən müddət  ərzində ölkəmizdə ali təhsilin və elmin 
tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrla-
rın hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil 
məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaşadılması isti-
qamətlərində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə 
gəlir. Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadim-
lərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqı-
mızın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, 
elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çox saylı mə-
zunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.  
Respublikamızda ali təhsilin və elmin ənənələrinin zənginləşdirilməsində, 
milli dövlətçiliyin qorunub möhkəmləndirilməsində mühüm xidmətlərini nəzə-
rə alaraq, Bakı Dövlət Universitetinin 90 illik yubileyinin layiqincə qeyd olun-
masını təmin etmək məqsədilə qərara alıram:  
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti-
nin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.  
         2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli 
gələn məsələləri həll etsin.  
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  
 
 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin