BAKI DÖVLƏT UNİVERSİTETİNİN
90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ
MƏRASİMDƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN
REKTORU, AKADEMİK ABEL MƏHƏRRƏMOVUN ÇIXIŞI
(2 noyabr 2009-cu il)
-Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev!
Hörmətli qonaqlar!
Əziz müəllimlər və tələbələr!
Xanımlar və cənablar!
İcazə verin, ilk növbədə sizin hamınızı Azərbaycanın ilk ali təhsil ocağı
olan Bakı Dövlət Universitetində salamlayım və qonaqlarımıza bu qocaman
elm və təhsil məbədinə “Xoş gəlmisiniz!” deyim.
Möhtərəm cənab Prezident, artıq biz Sizin nitqinizi dinlədik. Bu proqram
xarakterli tarixi bir çıxış idi. Buna görə universitetimizin kollektivi adından
Sizə öz minnətdarlığımızı bildiririk. Siz çıxışınızda universitetin kollektivinin
ünvanına çox xoş sözlər dediniz. Biz bunu məmnuniyyətlə qəbul edirik və öz
əməli fəaliyyətimizdə həmişə rəhbər tutacağıq.
Hörmətli tədbir iştirakçıları, iki gün bundan öncə, möhtərəm Prezidenti-
miz cənab İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinin bir qrup alimi-
nə - 107 nəfərə Azərbaycanın ən böyük mükafatları, fəxri adları verilmişdir.
Bu, universitetə olan böyük diqqətdir, böyük qayğıdır. Nəinki universitetə, mən
hesab edirəm ki, Azərbaycan elminə, Azərbaycan təhsilinə böyük diqqət və
11
qayğıdır. Ona görə, cənab Prezident, icazə verin, bütün təhsil işçiləri adından, o
cümlədən Bakı Dövlət Universitetinin kollektivi adından Sizə dərin minnətdar-
lığımızı bildirək.
Bu gün biz çox şadıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilə
birlikdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva da burada iştirak edir. Onun bütün fəaliyyəti həmişə bizi şərəf-
ləndiribdir. O, bizim qürur yerimiz olubdur. Bütün sahələrə kömək və dəstək
veribdir. İcazə verin, bu tarixi fəaliyyətinə görə hörmətli Mehriban xanıma da
öz təşəkkürümüzü bildirək.
Bakı Dövlət Universitetinin şanlı yubileyində Avropadan, Asiyadan,
ümumiyyətlə, dünyanın ən aparıcı universitetlərinin rektorları, nümayəndə he-
yətləri iştirak edir. İcazə verin, bütün kollektiv adından, bütün tədbir iştirakçı-
ları adından qonaqlarımızı bu qocaman elm və təhsil məbədində bir daha sa-
lamlayaq.
Mən çıxışımı ümummilli liderimiz Heydər Əliyevin tarixi sözləri ilə baş-
lamaq istəyirəm: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvəti-
dir”. Universitetimiz bu milli sərvət adını qazanmaq yolunda hansı acılı-ağrılı
günlərdən keçib, hansı nailiyyətlər əldə edib və bu gün gələcək haqqında nə
düşünür - bu istiqamətdə qısa çıxışımı sizin nəzərinizə çatdırmaq istəyirəm.
Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun, milli özünü-
dərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təh-
silin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və azərbay-
cançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Hələ 90 il
bundan əvvəl, universitetin ilk rektoru Vasili İvanoviç Razumovski demişdir:
“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq
səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı
Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.
Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə Bakı Dövlət Univer-
siteti həmin sözləri həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan
demokratik respublika qurmaqla xalqımız Şərq dünyasına respublika məfkurə-
sini və demokratik idarə üsulunu gətirdi. Mövcud olduğu qısa müddət ərzində
Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən
biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Univer-
sitetinin yaranması oldu. Xalqın maariflənməsini və təhsilin inkişafını düşünən
Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin – Əlimərdan bəy Topçubaşov,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd
bəy Ağayev, Behbud xan Cavanşir və başqalarının başlıca arzularından biri
universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin ya-
radılmasında tarixi xidmətlər göstərmiş bu vətənpərvər ziyalıların əksəriyyəti
Avropanın qabaqcıl universitetlərində təhsil almışdılar. Parlamentdə 10 ay sü-
rən gərgin mübahisə və müzakirələrdən sonra onlar həyatlarının bəlkə də ən
12
böyük arzusuna qovuşdular. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı
Dövlət Universitetini yarada bildilər.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin
yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri ləğv edilmiş, ilk müstəqil dövlətimi-
zin özü kimi onlar da yalnız arxiv sənədlərində qalmış, vətənpərvər insanların
xatirələrində yaşamışdır.
Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi - Bakı Dövlət
Universiteti isə təzyiqlərə davam gətirmiş, uzun illər sınaqdan alnıaçıq, şərəflə
çıxmış, vətən övladlarına ziya vermək amalını qoruyub saxlamışdır. Azərbay-
can mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il özün-
də milli təəssübkeşliyi təcəssüm etdirən Bakı Dövlət Universitetinə ağır zərbə-
lər vurdu. 90 illik yubiley ərəfəsində arxiv materiallarını araşdırarkən belə bir
acınacaqlı fakt da aşkarlandı ki, təkcə 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4
kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, par-
tiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin universitetin
rektoru olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov, Məm-
mədkərim Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məh-
kum edilmişlər. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşma-
sında və təşəkkülündə müstəsna xidmətləri olmuşdur.
1930-cu illərin repressiyalarına, İkinci Dünya müharibəsi illərindəki itki-
lərə baxmayaraq, artıq 1945-1950-ci illərdə Bakı Dövlət Universiteti Azərbay-
canda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı
inkişafında əvəzsiz rolu olan yüzlərlə dəyərli alim yetişdirə bilmişdir. Böyük
şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş dünya şöhrətli alim-
lər - Yusif Məmmədəliyev, Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Şəfayət
Mehdiyev, Zahid Xəlilov, Həsən Əliyev, Murtuza Nağıyev, Mir Cəlal Paşayev,
Musa Əliyev, Həmid Araslı, Bəkir Çobanzadə, Nəsir İmanquliyev, Feyzulla
Qasımzadə, Heydər Hüseynov, Bəxtiyar Vahabzadə, Mirəli Qaşqay və bir çox
başqaları Bakı Dövlət Universitetində çalışmışlar.
Universitet bugünkü fəaliyyətinə görə məhz yuxarıda adlarını çəkdiyim,
həmçinin burada vaxt məhdudiyyəti üzündən adlarını çəkə bilmədiyim yüzlərlə
elm və təhsil fədaisinin həyatlarının ən mənalı hissəsini bu möhtəşəm elm və
təhsil ocağına həsr edən təkrarsız insanlara borcludur.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın bö-
yük oğlu, ulu öndər Heydər Əliyev məzunu olduğu elm, təhsil və mədəniyyəti-
mizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla ya-
naşır, ona hər cür qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, elm,
mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bilir-
di, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çə-
13
kirdi. Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər Əliyev epoxa-
sının ölkəmizin mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır.
Əlamətdar haldır ki, düz 40 il bundan əvvəl - 1969-cu il noyabr ayının 1-
də Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyində yubi-
ley komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin inkişaf strategi-
yasını müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Onu da xüsusi vurğula-
maq istərdim ki, sovet rejiminin bütün qadağalarına baxmayaraq, ulu öndər o
dövr üçün inqilaba bərabər bir addım atmış - ana dilində nitq söyləmiş və bu,
bütün Azərbaycan cəmiyyəti üçün milli ruha və özünüdərkə qayıdış anı olmuş-
dur.
Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdı-
ğı addımlardan biri də gənclərimizi keçmiş Sovetlər İttifaqının nüfuzlu ali mək-
təblərinə təhsil almağa göndərməsi idi. Bu yolla həm Azərbaycanın elmi və
kadr potensialı yüksəlir, həm də xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin
təbliği həyata keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın istedadlı gənc
Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər Birliyinin başqa böyük şəhərləri-
nin aparıcı universitetlərinə oxumağa göndərilmişdir. İndi həmin gənclər res-
publikamızda ziyalı təbəqəsinin, elmin, təhsilin və ictimai həyatın digər sahələ-
rinin aparıcı şəxsləri, dövlət idarəçiliyində ali struktur rəhbərləridirlər. Müxtəlif
universitetləri bitirdiklərinə baxmayaraq, mən onları Heydər Əliyev universite-
tinin yetişdirmələri adlandırıram.
Yeri gəlmişkən deyim ki, bu gün həmin siyasəti Prezidentimiz İlham Əli-
yev qlobal cəmiyyət müstəvisində uğurla davam etdirir. Prezidentin 5 min nə-
fər istedadlı gəncin dövlət vəsaiti hesabına Avropa və Asiyanın aparıcı ali mək-
təblərinə təhsil almağa göndərilməsi barədə qəbul etdiyi qərar və bununla bağlı
imzaladığı sərəncamlar Azərbaycanın qlobal cəmiyyət məkanına inteqrasiyası
prosesində çox uğurlu addımdır.
1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev
Bakı Dövlət Universitetini yaddan çıxarmadı, dövlətin yaradılıb möhkəmlən-
məsində onun rolunu çox yüksək qiymətləndirdi. Həmin dövrdə Bakı Dövlət
Universiteti çox acınacaqlı durumda idi. Tədrisin səviyyəsi aşağı düşmüş, kol-
lektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, res-
publikanın digər təhsil müəssisələri, Milli Elmlər Akademiyası da dağılmaq
təhlükəsi ilə üzləşmişdi.
Bir məsələ xüsusi vurğulanmalıdır ki, həmin dövrdə respublikanın üzdə
olan bir çox alimləri xarici ölkələrdə çalışmaq məcburiyyətində qalmışdılar.
Məhz Heydər Əliyevin qayıdışı və “Təhsil xalqın gələcəyidir” tarixi çağırışı
bütün elmi və pedaqoji ictimaiyyətdə, o cümlədən Bakı Dövlət Univesitetinin
kollektivində gələcəyə inam hissi oyatdı və bundan sonra alimlərimizin də
Vətənə qayıdışı prosesi başlandı.
14
Bu gün də biz həmin siyasətin davamının şahidiyik. Cəmiyyətin inkişaf
konsepsiyasını dəqiq müəyyənləşdirən Prezidentimiz İlham Əliyev bu gün hə-
min çağırışı qlobal müstəviyə keçirərək, ölkənin iqtisadi potensialını intellekt
kapitalına çevirmək istiqamətində Azərbaycan üçün taleyüklü addım atır. Çün-
ki müasir dünyada dövlətlərin mövqeyini əhalisinin sayı, ərazisi, hərbi qüdrəti
yox, yalnız intellektual inkişafı, yəni elm və təhsilin səviyyəsi müəyyənləşdirir.
Biz ziyalılar hesab edirik ki, çox da uzaq olmayan gələcəkdə əsgərlərin süngü-
lərini qələm əvəz edəcək və qələmdən məharətlə istifadə edən insanlar ölkənin,
cəmiyyətin inkişafında daha da həlledici rol oynayacaqlar.
Bu istiqamətdə inkişafa böyük diqqət və qayğı göstərən möhtərəm Prezi-
dentimizin apardığı məqsədyönlü və ardıcıl siyasət elm və təhsil sahəsində 26
dövlət proqramının qəbulu, nou-hau tipli innovasiya texnologiyalarının respub-
likaya transferi və başqa taleyüklü qərarlarla səciyyələnir. Bu siyasətin ən bariz
nümunələrindən birini Bakı Dövlət Universitetinin timsalında əyani şəkildə
görmək olar. İnkişafının yeni mərhələsini yaşayan universitetimizdə məhz Pre-
zidentin qayğısı və birbaşa dəstəyi ilə yalnız son bir ildə 4 min tələbənin təhsil
aldığı ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris bi-
nası, yeni idman kompleksi, 500 əməkdaş üçün 2 müasir yaşayış kompleksi
tikilib istifadəyə verilmişdir.
Hörmətli yubiley iştirakçıları, möhtərəm Prezidentimiz İlham Əliyevin
tarixi xidmətlərini yalnız universitetlə məhdudlaşdırmaq olmaz. Onun ümumi-
likdə Azərbaycan elmi və təhsili qarşısında müstəsna xidmətləri vardır. Azər-
baycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun
15
yüksəldilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında, siyasi sabitliyin qo-
runub saxlanmasındakı misilsiz xidmətlərini nəzərə alan universitetin Elmi
Şurası son iclasında Prezident İlham Əliyevə Bakı Dövlət Universitetinin fəxri
doktoru adı verilməsi barədə qərar qəbul etmişdir.
Hörmətli toplantı iştirakçıları, icazə verin, sonda bu şanlı yubiley münasi-
bətilə bir daha hər birinizi təbrik edim və dediyim tarixi missiyanı həyata keçir-
mək üçün möhtərəm Prezidentimizi səhnəyə dəvət edim.
Dostları ilə paylaş: |