DERS- 8. PERİFERİYA QURĞULARI.
Periferiya hər hansı bir şeyin xarici, mərkəzdən uzaq hissəsidir. Məsələn ,periferik əsəb sistemi insan bədəninin baş beyindən savayı (baş beyin mərkəzi sinir sisteminə aiddir) bütün əsəb nöktələrinin və sonluqlarının toplusudur.Periferik görmə bilavasitə əşyalara baxmadan onları görməyə imkan verir.Kompüterə gəldikdə isə, Periferiya kompüterə qoşula bilən istənilən əlavə, yaxud yardımçı qurğudur.
Kompüterə qoşula bilən Periferiya(çevirəsəl) qurğularinin çoxlu çeşidi var.Onlardan ən geniş yayılmışları skanerlər, CD-R qurğuları, rəqəmli kameralar,videokameralar və b.qurğulardir.
Periferiya yeni kompüter almadan mövcud kompüterin imkanlanını genişləndirməyə imkan verir.
Qabaqlar periferiya hesab olunan bir çoxqurğular indi kompüterin əsas dəstinə daxil edilib. Bu kateqoriyaya əvvəllər vacib hesab olunmayan siçan və modem də aiddir.
“Periferiya” (“çevrəsəl”) sözü daha çox kompüterdən kənarda olan bir şey təsəvvürü yaratsa da, bu kateqoriyaya sistem blokunun içərisində olan bəzi qurğuları da aid etmək olar. (Başqa sözlə, kompüterin standart dəstində olmayan hər bir şeyi periferiya saymaq olar.)
Hər hansı qurğunun periferiya olmasını dəqiq demək həmişə mümkün olmur. Belə ki, qeyd olunduğu kimi, bir vaxtlar periferiya hesab olunan bir çox qurğular indi kompüterin əsas dəstinə daxil edilib. Məsələn, 1992-ci ildə modemlər və CDROM qurğuları periferiya qurğuları hesab olunurdu. Hazırda ən geniş yayılmış periferiya qurğuları skanerlər və rəqəmli kameralardır. Bu qurğular haqqında ayrıca danışılıb. Geniş yayılmış daha üç qurğu-coystik, plotter və Veb-kamera ilə də tanış olmağına dəyər.
Dostları ilə paylaş: |