Hansı halda şəxsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ məhdudlaşdırıla bilər?
41. Hansı halda şəxsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ məhdudlaşdırıla bilər? A) Cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
B) Cinayətkarların aşkarlanması və onların əməllərinə qiymət verilməsindən ötrü
C) Qiyamın qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
D) Dövlət çevrilişinin qarşısının alınması və ibtidai istintaq zamanı həqiqəti üzrə çıxarmaqdan ötrü
42. Hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilərmi? A)Prezidentin fərmanı əsasında tanış ola bilər
B)Milli Məclisin qərarı əsasında tanış ola bilər
C)Bu qanunla qadağandır
D)Qanunla müəyyən edilmiş hallar istisna olmaqla tanış ola bilər
43. Hər kəsin hansı məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır? A)Barəsində toplanmış, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatları
B)Barəsində toplanmış və həqiqətə uyğun olan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatlar
C) Barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatlar
D)Barəsində toplanmış və həqiqətə uyğun olan, tam olan, habelə qanunun tələbləri pozulmamaqla əldə edilmiş məlumatlar
44.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A)Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır
B) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır
C) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz
D) Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri Konstitusiya qanunla müəyyən edilir