Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]


Təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatının yaradılması istiqamətində



Yüklə 128,8 Kb.
səhifə11/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Təhsil islahatları zəruri edən səbəblər

4. Təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatının yaradılması istiqamətində:

Təhsil Nazirliyində bu məqsədlə yeni "Təhsilin idarəolunmasının məlumat sistemləri" şöbəsi yaradılmışdır.

Elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinin əsas şərtlərindən biri olan informasiya təminatı ali məktəblərin kitabxanaları və informasiya mərkəzləri tərəfindən həyata keçirilir. Bununla əlaqədar aparıcı ali məktəblərdə avtomatlaşdırılmış informasiya idarəetmə sistemi yaradılmış, onların kitabxanaları İnternet şəbəkəsinə qoşulmuşdur. Bir sıra ali məktəblərdə elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya şöbələri, patent-lisenziya şöbələri, informasiya-tədris mərkəzləri fəaliyyət göstərir.

Ali məktəb elminin informasiya təminatında xüsusi yeri olan BDU-nun Elmi Kitabxanası 22 dövlət və bir neçə özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir. Hazırda Elmi Kitabxananın 5 abonement şöbəsi, 14 qiraət zalı, 30 kafedra kitabxanası vardır. 2002-ci ildə Kitabxana 3471 elmi, 2369 tədris ədəbiyyatı ilə təchiz olunmuş, böyük oxu zalı, tələbələr üçün kompüter otağı istifadəyə verilmişdir. Elektron kitabxananın da yaradılmasına başlanmışdır. Kitabxanaya son iki ildə daxil olan yeni jurnalların elektron variantı hazırlanmış, sosial və texniki elmlərə dair beynəlxalq jurnalların İnternet vasitəsi ilə əldə edilməsinə şərait yaradılmışdır.

Respublika Elmi-Pedaqoji Kitabxanası da informasiya təminatı sahəsində geniş imkanlara malikdir. Bunu nəzərə alaraq Kitabxanının strukturu Təhsil Nazirliyi tərəfindən dəyişdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.

Elmi-tədqiqat işlərinin informasiya təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Müasir informatika vasitələrinin tətbiqi" elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Həmin laboratoriya universitetin əməkdaşlarını elmi-tədqiqat işlərinin mövzularına dair informasiya ilə təmin edir, digər ali məktəblərin elmi nəticələri, elmi konfrans materialları ilə tanış olmaq imkanını verir, AMİU-nun daxilində kompüter şəbəkə sisteminin yaradılması üzrə iş aparır.

"EKSON-Azərbaycan" Əməliyyat Şirkəti və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində yeni informasiya texnologiyalarından və İnternet şəbəkəsindən geniş istifadə edən kitabxana yaradılmışdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnternetdə Azərbaycan incəsənəti, mədəniyyəti, sənətşünaslığına (memarlıq, rəssamlıq, xalçaçılıq, musiqi və s.), eləcə də kitab nəşrlərinə dair Web-sayt açmışdır.

Naxçıvan Dövlət Universitetində 5 mərtəbəli kitabxana korpusu tikilmişdir. Burada İnternet xidməti və müasir informasiya vasitələri ilə təchiz edilmiş elektron kitabxana yaradılması planlaşdırılır.

Nazirlər kabinetinin müvafiq qərarı ilə xarici dövlətlərin təhsil haqqında sənədlərin nostrifikasiyası qaydaları təsdiq olunmuşdur. 2002-ci ildən həmin qaydalar Təhsil Nazirliyi tərəfindən həyata keçirlir.

Qeyri-dövlət təhsil müəssisələrinin tədris sənədləri dövlət təhsil müəssisələrinin nümunəvi sənədləri əsasında hazırlanır, tədrisin təşkili Dövlət Təhsil Standartlarına uyğun həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət dövlət təhsil müəssisələrində olduğu kimi lisenziya, attestasiya və akkreditasiya qaydalarına uyğun aparılır.


Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin