Feodal dövləti. Din.
Feodal münasibətlərin meydana gəlməsi ilə feodal dövləti də yaranır. Feodal dövləti feodalizm cəmiyyətinin hakim sinfi olan feodalların əlində idi. Beləliklə, feodalizm dövründə dövlət, rəsmi din, məhkəmə sistemi feodalların mənafeyini müdafiə edirdi.
Şərq ölkələrində erkən feodal dövləti nisbətən mərkəzləşmiş xarakterdə idi. Bu, bir tərəfdən, torpaq üzərində dövlət mülkiyyətinin üstünlük təşkil etməsi ilə, digər tərəfdən də, əkinçilikdə suvarma qurğularının böyük rol oynaması ilə əlaqədar idi. Çünki çox xərc və işçi qüvvəsi tələb edən suvarma qurğularının yaradılması üçün qüvvətli dövlət hakimiyyəti lazım idi. Feodal dövləti müxtəlif dövrlərdə müxtəlif formalarda olmuşdur. Məsələn, Xilafət, Böyük Kral imperiyası kimi iri, lakin möhkəm olmayan dövlət qurumları; bəyliklər, xanlıqlar, knayzlıqlar, hersoqluqlar, qraflıqlar və s kimi xırda dövlətlər; mərkəzləşmiş feodal dövlətləri; silki monarxiyalar; mütləq monarxiyalar. Bu dövlətlərdən hər biri ümumi inkişafda doğan bəzi xüsusiyyətlərə malik idi. Məsələn, ərazicə geniş olmalarına baxmayaraq, erkən feodal monarxiyalarında mərkəzi hakimiyyət zəif idi; silk monarxiyalarda, əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində, şəhər əhalisinin varlı təbəqəsi mərkəzi hakimiyyətin dayaqlarından birinə çevrilir; feodal dövlətinin son forması olan mütləq monarxiyalarda isə ali hakimiyyət bütünıüklə bir nəfərin əlində cəmlənir. Mütləq monarx – imperator, şah, sultan, kral və s. qeyri-məhdud hakimiyyətə malik idi. Orta əsrlərdə xüsusən xarici ticarətin geniş inkişafı nəticəsində yaranmış respublika tipli şəhər – dövlətlər (məsələn, Vepesiya, Genuya, Florensiya və s.) də olmuşdur. Bu dövlətlərdə hakimiyyət varlı şəhərlilərin əlində idi.
Orta əsrlər dünya dinlərinin – buddizmin, xristianlığın və islamın bərqərar olduğu dövrdür. Bununla əlaqədar Avropada kilsə - mənəvi və sosial-siyasi həyatın aparıcı amili olmuşdur. 12-ci əsrədək Qərbi Avropada xristian kilsəsi cəmiyyətin mənvi həyatında dominant olmuş, dini dünyagörüşünün və dini mədəniyyətin təşəkkülünü doğurmuşdur. Xristian dini Avropanın bir sivilizasiya olaraq vəhdətini qorumuşdur. Bununla yanaşı, kilsə iri torpaq mülkiyyətçisi qismində feodal cəmiyyətinin başlıca ideologiya qüvvəsi olmaqla onu müdafiə etmişdir.
Dostları ilə paylaş: |