Orta əsrlər tarixini öyrənməyin əhəmiyyəti
Orta əsrlər tarixinin tədqiqinin və öyrənilməsinin böyük əhəmiyyəti var. Xalqın əsrlərcə yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin böyük hissəsi orta əsrlərə düşür. Orta əsrlər tarixi sinfi mübarizə tarixinin maraqlı səhifələrini əhatə edir. Orta əsrləri öyrənmədən cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dərk etmək qeyri mümkündür. Məhz bu mənada orta əsrlər tarixinin öyrənilməsi nəzəri və təcrübi əhəmiyyətə malikdir. Bundan başqa, müasir dövrdəki hadisə və münasibətlərin bir çoxunun kökləri örta əsrlərdən başlanır. Müasir xalqların da xeyli hissəsinin təşəkkülü prosesi məhz orta əsrlərdə başa çatmışdı. Bir sıra dünya xalqları və dövlətləri isə orta əsrlərdə yaranmşdır.
Orta əsrlər dünya mədəniyyətinin inkişafı tarixində də müəyyən mərhələdir. Orta əsrlərdə yaşayıb yaratmış böyük yazıçılar, şairlər, rəssamlar, memarlar, filosoflar, alimlər özlərindən əvvəlki mədəni irsi xeyli zənginləşdirdilər.
Kapitalizm cəmiyyətinin əsas sinifləri – proletariat və burjuaziya orta əsrlərdə təşəkkül etməyə başlamışdır. Millətlərin və milli mədəniyyətlərin yaranmağa başalaması orta əsrlərə təsadüf edir. İlk müstəmləkəçilik addımları orta əsrlərdə baş vermişdir. Orta əsrlər bir çox dünya xalqlarının sosial və milli azadlıq mübarizəsi tarixinin mühüm dövrüdür. Bütün bunları bilmədən ayrı-ayrı ölkələrin daxili və dövlətlərarası inkişafının bugünkü və gələcək inkişaf perspektivlərini dərindən başa düşmək mümkün deyil.
Feodal münasibətləri və orta əsr ənənələri bu gün də bu və ya digər şəkildə bir çox dünya ölkələrində, hətta ən inkişaf etmiş kapitalist ölkələrində belə davam edir. Feodalizmin mahiyyətini, onun inkişaf qanunauyğunluqlarını bilmədən həmin ölkələrə bu günkü tarixini və inkişaf perspektivlərini incəlikləri ilə dərk etmək mümkün deyil.
Orta əsrlər tarixinin, demək olar ki, bütün problemləri ətrafında (məsələn, feodalizmin universallığı, xüsusi mülkiyyət, feodalizmin mənşəyi, sosial sinfi mübarizə, şəhərlərin yaranması və s.) bu gün də tarixşünaslıqda elmi mübahisələr gedir. Bu, orta əsrlər tarixinin aktuallaığını, onu öyrənməyin əhəmiyyətini aydın sübut edir.
Tarixi materializm baxımından erkən və klsassik orta əsrlər
Dostları ilə paylaş: |