Sosial təsisatlar.
Torpaq üzərində feodal mülkiyyətinin bərqərar olması cəmiyyətin təkcə təsərrüfat deyil, sosial həyatında da dəyişiliklər yaradırdı. Əgər orta əsrlərin ilk başlanğıcında cəmiyyətin əsas təsərrüfat və sosial vahidi icma idisə, 7-9-cu əsrlərin hüdudunda bu, votçina (Fransada – senyoriya, İngiltərədə, manor) olur. İri torpaq malikanəsi feodalın mülkünə - domenə və kəndlinin istifadəsinə verilən pay torpağına bölünürdü. Bir təsərrüfat vahidi kimi votçina məhsuldar qüvvələrin inkişafına, torpağın məskunlaşmasını və istifadəsini, iqtisadi yüksəlişi şərtləndirirdi.
Feodal cəmiyyətinin sosial həyatının daha bir vacib ünsürü – şəhər idi. Sənətkarlıq və ticarət mərkəzi olaraq şəhər, əslində, feodalizmin ayrılmaz hissəi olub, onun səciyyəvi cəhətlərini özündə daşıyırdı. İstehsalın və ticarətin xırda miqyası, mülkiyyətin korporativliyi (sex və gildiya), şəhərin feodalizmi vassal münasibətlərinə daxil olması orta əsr Avropa şəhərinin feodal xarkterindən həlledici irəliləyişlərin baş verdiyi mərkəz idi ki, bu da manufaktura istehsalına keçiddə ona aparıcı rolu təmin etmişdi. Şəhərlərin, eyni zamanda, mədəniyyətin və elmin toplandığı mərkəzlər idi. Qərbi avropada erkən orta əsrlərin sonunda təşəkkül tapan humanizm ideologiyası və İntibah mədəniyyəti şəhər həyatı ilə bir başa bağlı olmuşdur.
Dostları ilə paylaş: |