Orta əsrlərdə sosial-sinfi mübarizə.
İndiyə qədər mövcud olan bütün sinifli cəmiyyətlərin tarixi həm də sinflərin mübarizəsi tarixi olmuşdur. Bu baxımdan feodalizmin tarixi, eyni zamanda, sosial-sinfi mübarizə tarixidir. Erkən orta əsrlərdə geniş əraziləri əhatə edən, kütləvi, uzun müddət davam edən kəskin kəndli hərəkatları iqtisadi cəhətdən daha inkişaf etmiş Şərq ölkələrində baş vermişdir. Məzdəkilər hərəkatı, Müqənna üsyanı, Babəkin başçılıq etdiyi Azadlıq mübarizəsi, Xuan Çao üsyanı və s. buna misal göstərmək olar. Sosial hərəkat bir çox hallarda yadellilərin əsarətinə qarşı azadlıq mübarizəsi ilə çilğalaşırdı. Orta əsrlərin sonrakı dövrlərində də bir çox dünya ölkələrində sosial hərəkatlar, daha çox isə kəndli üsyanları, böyük kəndli müharibələri baş vermişdir. Orta əsrlərin ikinci dövründə əmtəə-pul münasibətlərinin inkişafı şəraitində feodal istismarı daha da şiddətləndi. Bu da sosial-sinfi mübarizənin kəskinləməsinə səbəb oldu. Bu hərəkatlar bir çox hallarda şəhərlilərin və kəndlilərin mübarizəsi ilə eyni vaxtda və əlaqəli şəkildə baş verirdi. Əvvəllər feodal istisamrının nisbətən yumşalmasına və məhsuldar qüvvələrin mütərəqqi inkişafına yol açan antifeodal mübarizə orta əsrlərin sonunda erkən burjua inqilabları ilə qovuşaraq feodalizm quruluşunun devrilməsində həlledici rol oynadı.
Orta əsrlərdə sosial hərəkatlar bir çox hallarda dini bayraq altında gedirdi. “Bütün orta əsrlər boyu feodalizmə qarşı inqilabi müxalifət davam edir. Bu müxalifət zamanın şəraitinə uyğun olaraq gah mistika şəklində, gah açıq bidət şəklində, gah da silahlı üsyan şəklində çıxış edir”.
Dostları ilə paylaş: |