İstehlakçı müəssisələri xarakterizə edən demoqrafik meyarlara görə seqmentləşdirmə. İstehlakçı müəssisələri xarakterizə edən demoqrafik meyarlara iqtisadi meyarlar, müəssisənin fəaliyyətinin məqsədi, yaşı və maliyyə vəziyyəti, həmçinin satınalma qərarlanmn qəbulu prosesində işitrak edən şəxslərin cinsi və müəssisədə tutduğu mövqeyi (vəziyyəti) aiddir.
İqtisadi meyarlara görə seqmentləşdirmədə istehsal təyinatlı məhsullar bazarı mülkiyyət formasına, fəaliyyətin məqsədinə, maliyyə vəziyyətinə və s. əlamətlərə görə seqmentlərə bölünür.
İqtisadi meyarlara görə seqmentləşdirmədə istehsal təyinatlı məhsullar bazarı mülkiyyət formasına, fəaliyyətin məqsədinə, maliyyə vəziyyətinə və s. əlamətlərə görə seqmentlərə bölünür.
Mülkiyyət formasına görə bazarın seqmentləşdirilməsində müəssisələr dövlət, özəl, kollektiv, müştərək və xarici ölkələrə məxsus müəssisələr seqmentlərinə bölünür. Bu müəssisələrin məhsulun qiymətinə, keyfiyyətinə, bölüşdürmə kanallarına münasibəti və onlann məhsulların alınmasına dair qərarlar qəbul etməsi prosesi bir-birindən fərqləndiyindən həmin bazarlar üçün müxtəlif marketinq strategiyası və taktikası tərtib olunur. Məsələn, xarici ölkələrə məxsus müəssisələrdə istehsal texnologiyası və texnikasının, habelə istehsal mədəniyyətinin səviyyəsi yüksək olduğundan onların istehsal təyinatlı məhsulların keyfiyyətinə tələbi çox yüksək olur. Bununla əlaqədar olaraq bu müəssisələr üçün hazırlanan məhsul siyasəti digərlərindən fərqlənməli, burada əsas diqqət məhsulun keyfiyyətinə və texniki-istismar parametrlərinə verilməlidir.
Fəaliyyətin məqsədinə görə bazarın seqmentləşdirilməsində istehlakçı müəssisələr a) fəaliyyətinin məqsədi gəlir əldə etmək olan müəssisələrə, yəni kommersiya müəssisələrinə, b) qeyri-kommersiya müəssisələrinə və c) dövlət idarələrinə bölünürlər. Bu müəssisələr alış motivlərinə və davranış tərzinə, maliyyələşdirmə mənbələrinə və s. görə bir- birindən fərqlənir. Məsələn, dövlət idarələri (bura dövlət hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və s. aiddir) büdcədən maliyyələşdiyindən və onların fəaliyyəti üzərində ciddi dövlət nəzarəti olduğundan, habelə istehsal təyinatlı məhsulları öz funksiyalarını yerinə yetirmək məqsədi ilə aldığından onlar üçün həlledici amil məhsulun qiymətidir, burada məhsulun keyfiyyəti ikinci dərəcəli rol oynayır. Bu bazarda məhsul nomenklaturası məhduddur və əsasən ofis mebellərindən, dəftərxana ləvazimatlarından və bu kateqoryaya aid olan digər məhsullardan ibarətdir.
Maliyyə vəziyyəti meyarına görə seqmentləşdirmədə istehlakçılar a) yüksək maliyyə stabilliyinə, b) orta maliyyə stabilliyinə, c) qismən maliyyə stabilliyinə və c) maliyyə stabilliyi olmayan müəssisələrə bölünürlər. Yüksək maliyyə stabilliyinə malik olan müəssisələrin davranışı, məhsulun istehlak xüsusiyyətlərinə olan tələbləri və s. o biri seqmentlərdən fərqlənir. Buna görə də istehsalçı həmin müəssisələr üçün digər seqmentlərə nisbətən fərqli marketinq strategiyası, xüsusən də müxtəlif ödəniş sistemi tətbiq etməlidirlər. Məsələn, istehsalçı yüksək maliyyə stabilliyinə malik olan müəssisələrə məhsulların satışında kreditlə satış praktikasından istifadə etdiyindən və ya onların məhsulun dəyərini vaxtlı- vaxtında ödədiyindən qiymət güzəştləri sistemindən istifadə edə bilər, onlarla əlaqələrin daima olması üçün tədbirlər həyata keçirə bilər. Maliyyə vəziyyəti qeyriOstabil olan müəssisələr üçün, əksinə, nəğd ödəniş forması tətbiq edə və ya onların səhm nəzarət paketini ələ keçirməyə çalışa bilər.
Psixoqrafik meyarlara görə seqmentləşdirmə. İstehsal təyinatlı məhsulların satın alınmasına müəssisənin tədarükat mərkəzinin üzvlərinin təsiretmə imkanları, onların satınalma qərarlarının qəbulunda status və rolu, müəssisənin təşkilati strukturu və bu kimi digər amillər də təsir etdiyindən bu bazarların seqmentləşdirilməsində, istehlak məhsullanı bazarının seqmentləşdirilməsində olduğu kimi, psixoqrafik meyarlardan da istifadə edilir.
Tədarükat mərkəzinin strukturuna görə seqmentləşdirmə. Müəssisələrdə məhsulların satın alınması, onlann tədarükü tədarükat mərkəzi adlandırılan qeyri-formal qrup tərəfindən həyata keçirilir. Əvvəlki fəsildə qeyd edildiyi kimi, müxtəlif məhsulların alınmasında tədarükat mərkəzinin müxtəlif üzvləri işitrak etdiyindən, həmçinin satınalma qərarlarının qəbulunda onların statusu və rolu müxtəlif olduğundan onların qərarların qəbuluna təsiretmə imkanları müxtəlifdir. Məsələn, müəssisənin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən mürəkkəb və baha olan avadanlıqların, texnika və texnologiyanın alınmasında tədarükat mərkəzinin bütün üzləri iştirak edir, qərarlar uzun müddət davam edən müzakirələrdən sonra qəbul edilir. Köməkçi materialların və istehsal prosesində əhəmiyyəti aşağı olan və ucuz məhsulların satın alınmasına dair qərarlar isə heç bir müzakirə aparılmadan müəssisənin təchizat şöbəsinin işçiləri tərəfindən, əsasən, əvvəlki satınalmaların nəticəsini nəzərə almaqla qəbul edilir və alınır. Tədarükat mərkəzinin üzvlərində isə əvvəlki təcrübələri və ya potensial məhsul göndərənlərin təhlili əsasında onlar və onların məhsulları haqqında müəyyən rəy formalaşır və bu məhsul göndərənlərin hər hansı birinə (məsələn, məhsulgöndərmə şərtlərinə dəqiq əməl etməsinə, tam tsikili xidmət göstərməsinə, məhsulun istismarı və mənimsənilməsi xərclərinin az olması və s. görə) üstünlük verir. Bunu nəzərə alan istehsalçı müəssisələr öz istehlakçılarını tədarükat mərkəzinin satınalma qərarlarının qəbulunda iştirak edən üzvlərinin status və rolundan asılı olaraq seqmentləşdirə bilərlər. Məsələn, o bu seqmentləşdirmə meyarına görə istehlakçılarını 4 seqmentə: a) müəssisənin ali rəhbərliyi, b) mühəndis-texniki işçilər, c) tədarükat menecerləri və c) qərarların qəbuluna təsir edən nüfuzlu şəxslər seqmentlərinə ayıra bilər.
Məhsulların və məhsul göndərənlərin seçilməsinə tədarükat mərkəzinin üzvlərinin fərdi xarakteristikaları, məsələn təhsili, yaşı, mədəniyyəti və s. kimi amillər də təsir etdiyindən istehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsində tədarükat mərkəzinin üzvlərinin fərdi xarakteristikaları meyarından da istifadə edilir. Belə ki, aparılmış tədqiqatların nəticələri göstərir ki, məhsul və məhsul göndərənlər seçərkən cavan və daha təhsilli təchizatçılar çoxlu sayda informasiya mənbələrinə müraciət edir və əldə etdikləri informasiyaya əsaslanmaqla müxtəlif məhsul və məhsul göndərənləri müqayisə etdikdən sonra qərarlar qəbul edir.