XIII Mövzu Şəxsiyyətin fəallığı və istiqamətinin psixoloji təhlili. Plan. 1.Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Şəxsiyyətin istiqaməti haqqında məlumat. 2. Tələbatlar və onların növləri. Təlabat və fəaliyyətin motivləri. 3. Fəaliyyətin qurluşu. İş və hərəkətlər. Fəaliyyətin idarə olunması və ona nəzarət. 4. Fəaliyyətin mənimsənilməsi. İnteriorizasiya və eksteriazasiya. Mümarisələr və məşqlər nəticəsində vərdişlərin əmələ gəlməsi. Vərdişlərin köçürülməsi. Bacarıqlar. Vərdişlər və adətlər. 5. Fəaliyyətin əsas növləri. Oyun, təlim, əmək. Onların psixoloji xüsusiyyətləri və uşaqların psixi inkişafında rolu.
Ədəbiyyat Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri.Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. –Bakı, 2000.
1. Fəaliyyət haqqında anlayış. Fəaliyyətin əsas xüsusiyyətləri. Fəaliyyət insanın müəyyən tələbatları əsasında əmələ gələn dərk olunmuş, məqsədlə tənzim olunan daxili(psixi) və xarici(fiziki) fəallığının məcmuyudur.
Fəaliyyətin 2 planı ayrılır.
1.Daxili(psixi) 2. Xarici (praktiki) Daxili (psixiki) –olana fəaliyyətin bələdləşmə hissəsi. (Nəyi necə icra etməyi planlaşdırmaq)
Xarici(praktiki) –olana isə fəaliyyətin icra hissəsi deyilir. Bunların hər 2 si bir biri ilə sıx əlaqədardır, biri digərsiz mümkün deyildir.
Fəaliyyət yalnız insana məxsusdur. Fəaliyyət sözünün kökündə”fəallıq” durur.
İnsanın bütün psixi proseslərinin gedişatı psixi fəallıq adlanır.