Qabiliyyətin formalaşması. Qabiliyyətin təzahürü və formalaşması insanların tarixən ictimai təlabatlara cavab vermək məqsədilə əldə etdikləri müvafiq bilik və bacarıq vərdişlərin formalşmasının konkret iş priyomlarından bilavasitə asılıdır.1. qabiliyyətin formalaşmasında təlimin və təlim metodikasının rolu çox böyükdür. Yəni qabiliyyətin formalaşmasında təlim verənin, öyrədənin necə öyrətməsi mühüm əhəmiyyət kəsb edir. 2. qabiliyyətin inkişaf etməsində mühüm amillərdən biri davamlı maraqlardır. Maraqlar sırasında idrak maraqları xüsusi yer tutur. 3. qabiliyyətin formalaşmasında əməksevərliyin də rolu az deyildir. Hətda belə qeyd olunur ki, qabiliyyət 100% dirsə onun 99%-i əmək, zəhmətdir. 4. qabiliyyətin inkişafında şəxsiyyətin inkişaf səviyyəsinin rolu da böyükdür. Hətda yüksək səviyyədə inkişaf etmiş qabiliyyət şəxsiyyətin strukturunun tərkib hissəsi kimi çıxış edir.
İntelekt əmsalı
İntelekt əmsalı de.dikdə insanın xronoloji yaşına uyğun əqli inkişafının olması başa düşülür. Beynəlxalq səviyyədə bu müasir psixologiyada məşhir olan intelekt testlərinin köməyilə ölçülür və intelektin əmsalı İ. Q. Kimi qəbul olunur.
İntelekti öyrənmək üçün istifadə olunan testlər sırasında Vekslerin intelekt testləri, Kettelin testi, Amtxaurenin testi, Haltonun testi, Binesimon testi.
XII Mövzu Şəxsiyyətin mənlik şüuru Plan: 1) Psixologiyada şəxsiyyət anlayışı. 2) Şəxsiyyətin “Mən –konsepsiyası”—sosial psixoloji problem kimi. a) Mənlik şüuru b) Mənin kəşf olunması; Q.Gellapın təcrübələri. c) Mən--- obraz. d) ”Mən konsepsiyası” haqqında. 3) Özünü qiymətləndirmə haqqında a) Özünü qiymətləndirmə b) iddia səviyyəsi 4) Psixoloji müdafiə haqqında 5) Coqari pəncərəsindən baxanda. 6) Şəxsiyyətin yönəlişləri.