Havanın müqavimət əmsalı
Cədvəl 1
№
|
Avtomobilin növü
|
kw(N×s2/m4 )
|
1
|
Yarış avtomobilləri
|
0,13...0,15
|
2
|
Minik avtomobilləri
|
0,15...0,35
|
3
|
Avtobuslar
|
0,25...0,4
|
4
|
Yük avtomobilləri
|
0,5...0,7
|
5
|
Avtomobil qatarları
|
0,55...0,95
|
Transmissiyanın f.i.ə-lı
Cədvəl 2
№
|
Avtomobillərin növü
|
Təkər düsturu
|
|
1
|
Minik avtomobilləri
|
4´2
|
0,90...0,92
|
2
|
Birqat baş ötürücülü, ikioxlu avtomobillər
|
4´2
|
0,88...0,90
|
3
|
İkiqat baş ötürücülü avtomobillər
|
4´2
|
0,86...0,90
|
4
|
İkioxlu avtomobillər
|
4´4
|
0,86...0,88
|
5
|
Üçoxlu avtomobillər
|
6´4
|
0,84...0,86
|
6
|
Tam ötürməli avtomobillər
|
6´6
|
0,80...0,84
|
burada a, b, j – empirik əmsallardır (cədv.3); – maksimal dövrlər tezliyinin maksimal gücə uyğun dövrlər tezliyinə nisbətini göstərən əmsaldır:
- dövrlər sayı məhdudlaşdırıcısı olmayan benzin mühərrikləri üçün:
;
- dövrlər sayı məhdudlaşdırıcısı olan benzin mühərrikləri üçün:
;
- dizel mühərrikləri üçün:
.
Dövrlər sayının verilmiş qiymətinə görə dirsəkli valın bucaq sürətini təyin etmək olar:
(rad/san).
əyrisini qurmaq üçün əmsallar
Cədvəl 3
M ü h ə r r i k i n n ö v ü
|
Benzin
|
D i z e l
|
Birbaşa püskürməli
|
Burulğan kameralı
|
Ön kameralı
|
4 taktlı mühərrik, orta
|
1
|
0,5
|
0,7
|
0,6
|
0,53
|
1
|
1,5
|
1,3
|
1,4
|
1,56
|
1
|
1,0
|
1,0
|
1,0
|
1,09
|
Dirsəkli valın – bucaq sürətini bilərək / nisbətinin verilmiş qiymətlərinə görə mühərrikin effektiv gücünün cari qiymətlərini müəyyən etmək olar:
(kVt).
Avtomobil mühərriklərinin minimal buraxıla bilən bucaq sürəti 50...80 rad/san götürülür (Əlavələr, cədvəl 1).
Mühərrikin effektiv gücünü bilərək burucu momentin cari qiymətini tapmaq olar:
( ).
Alınmış göstəricilər cədvəl 4-də qeyd olunur və onun əsasında avtomobildə yerləşdiriləcək mühərrikin xarici sürət xarakteristikası qurulur (şəkil 2).
Mühərrikin xarici sürət xarakteristikasının parametrləri
Cədvəl 4
Mühərrikin parametrləri
|
Dirsəkli valın bucaq sürətləri
(rad/san)
|
|
|
|
|
|
|
(kVt)
|
|
|
|
|
|
|
( )
|
|
|
|
|
|
|
Qeyd: Mühərrikin bucaq sürətləri intervallara ayrılarkən minimal bucaq sürətindən maksimal bucaq sürətinə qədər sahə tam əhatə edilməlidir. Aralıq nöqtələr arasında maksimal gücə uyğun bucaq sürəti də götürülməlidir. Burucu moment əyrisi qurulduqdan sonra burucu momentin maksimal qiyməti və buna uyğun bucaq sürəti müəyyən edilir.
1.3. DİYİRLƏNMƏ RADİUSUNUN SEÇİLMƏSİ
Təkərin ölçüləri və diyirlənmə radiusunun qiyməti prototip avtomobilin göstəricilərinə uyğun seçilir. Diyirlənmə radiusunun qiyməti olmadıqda onu təkərin ölçülərinə görə aşağıdakı empirik düsturla tapmaq olar:
(m),
burada – sürüşməsiz halda diyirlənmə radiusu, m; – şinin şaquli deformasiya əmsalı: (minik avtomobillərinin şinləri üçün = 0,86...0,88; yük avtomobilləri üçün = 0,89...0,91); – şinin profilinin hündürlüyüdür, m.
1.4. BAŞ ÖTÜRÜCÜNÜN ÖTÜRMƏ ƏDƏDİNİN TƏYİNİ
Baş ötürücünün ötürmə ədədi avtomobilin maksimal sürət şərtinə görə təyin edilir:
,
burada və – uyğun olaraq ötürmələr qutusunun və əlavə qutunun yüksək pillələrinin ötürmə ədədləridir.
Qeyd: Əgər ötürmələr qutusunun yüksək pilləsi düz ötürmədirsə =1,0. Əlavə qutu olmadıqda =1,0. Ötürmələr qutusunda sürətləndirici pillə olarsa onun ötürmə ədədi prototip avtomobilə uyğun götürülür. Əlavə qutunun yüksək pilləsinin ötürmə ədədi prototip avtomobilə uyğun seçilir və vahidə yaxın olur.
1.5. ÖTÜRMƏLƏR QUTUSUNUN ÖTÜRMƏ
ƏDƏDLƏRİNİN TƏYİNİ
Qüvvə balansı ifadəsindən istifadə edərək, havanın müqavimət qüvvəsini nəzərə almamaqla maksimal yol müqavimətini dəf etmə şərtinə görə birinci pillənin ötürmə ədədini tapmaq olar:
.
Buradan
,
burada – mühərrikin maksimal burucu momenti, ; – nominal yüklənmiş avtomobilin çəkisi, N; – əlavə qutunun aşağı pilləsinin ötürmə ədədidir.
Əlavə qutu olarsa aşağı pillənin ötürmə ədədi prototip avtomobilin göstəricilərinə əsasən götürülür.
Ötürmə ədədinin tapılmış qiymətini aparan təkərlərin yolla ilişmə şərtinə görə yoxlamaq lazımdır (yerində sürüşmənin olmaması üçün):
və ya
.
Buradan
,
burada – avtomobilin ilişmə qüvvəsi, N; – avtomobilin ilişmə çəkisi, N; – ilişmə əmsalıdır, = 0,7...0,9.
– tam ötürməli avtomobillər üçün
;
– arxa təkərləri aparan avtomobillər üçün
;
– qabaq təkərləri aparan avtomobillər üçün
,
burada və – dartıcı rejimdə normal reaksiya qüvvələrinin dinamik paylanma əmsallarıdır: = 0,85...0,9; = 1,1...1,3; və – uyğun olaraq qabaq və arxa oxlara düşən çəkilərdir, N.
Yoxlama zamanı yerində sürüşmənin mümkünlüyü müəyyən edilərsə ( ) avtomobilin ilişmə çəkisini artırmaq üçün tərtibat sxemi dəyişdirilməlidir.
Birinci pillənin ötürmə ədədi minimal dayanıqlı hərəkət sürəti şərtini ödəməlidir:
,
burada – dirsəkli valın minimal dayanıqlı bucaq sürəti, rad/san; – avtomobilin minimal dayanıqlı hərəkət sürətidir (məhdud keçid qabiliyyətli avtomobillər üçün = 1,0...1,4 m/san, artırılmış keçid qabiliyyətli avtomobillər üçün = 0,5...0,85 m/san götürülür).
-nin qiyməti və -dən böyük alınarsa onun qiyməti I pillənin ötürmə ədədi kimi götürülür.
Ötürmələr qutusunun pillələrinin sayı avtomobilin tipindən, mühərrikin gücündən və nəzərdə tutulan istismar şəraitindən asılıdır. Pillələrin sayı artdıqca sürətlənmə zamanı orta güc artır və sürətlənmə dinamikasının yaxşılaşması hesabına orta sürət artır.
Müasir minik avtomobillərinin, orta və kiçik yükgötürmə qabiliyyətli yük avtomobillərinin ötürmələr qutusu əsasən 4...5 pilləyə, ağır avtomobillər 5...10 pilləyə malik olur.
Layihədə ötürmələr qutusunun pillələrinin sayı prototip avtomobilə uyğun götürülür (Əlavələr, cədv.1 ).
Aralıq pillələrin ötürmə ədədlərinin seçilməsi avtomobilin dartıcı və digər xüsusiyyətləri üçün böyük əhəmiyyətə malikdir. Bu şərtləri təmin edən ən sadə üsul ötürmə ədədləri arasında həndəsi silsilə asılılığını ödəməkdir.
Aralıq pillələrin ötürmə ədədləri:
,
burada – pillələrin sayı; – hesablanacaq pillələrin nömrəsi; – birinci pillənin ötürmə ədədi; – sürətləndirici (yüksək) pillələrin ötürmə ədədidir.
Qeyd: alınmış ötürmə ədədləri avtomobilin istismar şəraiti nəzərə alınmaqla korreksiya edilir. Yüksək pillələrdə ötürmə ədədləri alınmış sıraya nəzərən 5...15% yaxınlaşdırılır, əksinə aşağı pillələrdə ötürmə ədədləri 5...15% uzaqlaşdırılır. Bu zaman ötürmə ədədləri arasındakı addım dizel mühərriklərində 1,8-dən, benzin mühərriklərində 2,0-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |