2. AVTOMOBİLİN DARTICI-SÜRƏT
XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ
2.1. ÜMUMİ QAYDALAR
Avtomobilin dartıcı-sürət keyfiyyətlərinə görə onun dinamikliyi qiymətləndirilir. Hazırda avtomobilin dartıcı-sürət keyfiyyətlərinin son həddəki xarakteristikalarından istifadə edilir. Belə xarakteristikalara avtomobilin dartıcı və güc diaqramları, dinamiki xarakteristikası aiddir. Bu xarakteristikalara görə avtomobilin dartıcı-sürət xüsusiyyətlərinin göstəriciləri asanlıqla müəyyən edilir:
- çevrəvi qüvvənin mütləq və xüsusi qiyməti;
- verilmiş yol müqavimətində hərəkət sürəti;
- sürətlənmə təcili;
- avtomobilin dəf edə biləcəyi maksimal cəm müqavimət;
- maksimal hərəkət sürəti;
- müxtəlif pillələrdə avtomobilin dəf edəcəyi yoxuşluq.
Dostları ilə paylaş: |