I1 və
I2 -birinci və ikinci gecikmə müddətində öyrənilən lay qarşısındakı qeyd edilmiş
intensivliklərin qiymətidir. Üsula lay sularının mineralizasiyası təsir edir. Çox zaman doyumluğun təyinində müxtəlif yanaşma üsullardan istifadə edilir. Belə yanaşma üsullarına misal olaraq: iki istinad layı üsulu,
qrafiki üsul, hesabat üsulu və s. göstərmək olar.
İki istinad layı üsulunda kəsiliş üçün yüz faiz neftdoyumlu və su doyumlu laylar seçilərək, onlara nisbətən digək laylar qiymətləndirilir.
Qrafiki üsulda məsaməlik və neftdoyumluq əmsallarından istifadə edilərək, 100%-li neftdoyumluq və 0% neftdoyumlq xətləri, sonra bunlar arasında hər 10%-dən bir xətlər (8 dənə)
keçirilir. Ordinantda lay qarşısındakı intensivliyin qiyməti (
Ilay ), absisdə laya uyğun məsaməlik əmsalının (K
m) qiymətinin kəsişmə nöqtəsi layın cari neftdoyumluq əmsalının qiyməti kimi götürülür (şək.3.3).
Hesabat üsulunda isə bir neçə müxtəlif kəmiyyətlərin neftdoyumluqdan asıllığını
əks etdirən, məlum düsturlardan istifadə edilərək, cari neftdoyumluluq təyin edilir.