Kursun məqsədi


İnklinometr. Yatma bucağının və azimutun öyrənilməsi



Yüklə 0,75 Mb.
səhifə23/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
Kursun m qs di

İnklinometr. Yatma bucağının və azimutun öyrənilməsi


Mə’lumdur ki, qazılma növünə görə (istiqamətə görə) quyular şaquli, əyilmiş və horizontal istiqamətli olurlar (.şəkil 1).




Şək.1. Quyuların relyefdən asılı olaraq müxtəlif istiqamətlərə qazılmasını əks etdirən sxemlər


Şaquli qazılan quyular adətən kəşfiyyat və axtarış quyularıdır. Bu zaman quyu yatma bucağı 40-dən artıq olmamalıdır. Qarşıya qoyulan məsələdən asılı olaraq istiqamətləndirilmiş (əyilmiş) və horizontal quyular qazılır. Belə quyularda quyu yatma bucağı 900-dək çata bilir. Yatma bucağını təyin etmək üçün inklinometrlərdən istifadə edilir.


Tədqiqat dövrü olaraq aparılır. Qarşıya qoyulmuş məsələdən asılı olaraq inklinomer ölçü işləri 5, 10, 25 və s. m addımlarla aparılır. Tədqiqat dövrü cədvəl tutulur, yatma bucağı və azimut qeyd edilir. Alınan məlumatlardan istifadə edilərək quyu oxunu səciyyələndirən əyri qurulur. Əyrinin qurulmasında aşağıdakı düsturdan istifadə edilir:

l  h sin
(2.1)

burada,
h -tədqiqatın aparılma addımıdır, -yatma bucağı, P-quyu oxunun istiqamətini

göstərən məsafədir.
Qrafikin qurulması aşağıdakı ardıcılıqla yerinə yetirilir: kağız üzərində cəhətləri əks etdirən istiqamətlər qeyd edilir. Cəhətləri əks etdirən xətlərin kəsişmə nöqtəsi başlanğıc nöqtə kimi götürülərək azimuta ( ) görə xətt keçirilir. Addımdan ( h ) və əyilmə bucağından ( )
istifadə edilərək P hesablanır. Alınmış nəticə ( P) qəbul edilmiş miqyasla azimuta görə keçirilmiş xətt üzərində qeyd edilir və sonrakı əyrini qurmaq üçün bu qeyd edilmiş parçanın son nöqtəsi başlanğıc nöqtə kimi qəbul edilərək, cəhətləri səciyyələndirən xəttlər keçirilir. Bu proses sonadək davam etdirilir və nəhayət, ilkin-başlanğıc nöqtə ilə son nöqtə birləşdirilərək quyu oxunun şaquldən kənarlaşması təyin edilir (şəkil 2.1)

Şəkil 2.1. Quyu ağzının kənarlaşmasının təyini sxemi

Quyu yatma bucağının və azimutun öyrənilməsində müxtəlif növ inklinometrlər (İŞ-2, İŞ-3, İŞ-4, İŞ-4T, KİT, UMİ və s.) istifadə edilir. Cihazların müxtəlifliyinə baxmayaraq əsas elementləri prinsipcə eynidir. Əsas elementləri dedikdə, quyu oxunun şaquldən aralanma bucağını qeyd edən datçik və quyunun oxunun şimal qütbunə görə yerləşmə istiqamətini qeyd edən datçik nəzərdə tutulur. Belə ki, şaquli oxla quyu oxu arasında yaranan bucaq quyu oxunun yatma bucağı ( ) (şəkil 3.1,a), bussolun şimal qütübünü göstərən istiqamətilə quyu oxunun


proyeksiyası arasında qalan bucaq quyu oxunun azimutu ( ) (şəkil 3.1,b) adlanır.
Yatma bucağını qeyd edən datçikin quruluşu belədir: quyu cihazının şaquli oxuna oynaq bərkidilmiş sistemdən yük asılmışdır. Bu yük quyu cihazının yerləşdiyi vəziyyətdən asılı olmayaraq daima, şaqul üzrə yönəlmiş olur. Cihaz quyuda yerləşdikdə, cihazın gövdəsi quyu oxu üzərində olur, yük isə şaqul üzrə yönəlir və nəticədə bu iki oxlar arasında bucaq yaranır. Yükün özü isə reoxord üzərində sürüşür, yəni oxlar üst-üstə düşdükdə reoxordda yaranan potensiallar fərqi sıfra bərabər olur. Oxlar bir-birindən sürüşdükdə müqavimət dəyişilir və nəticədə iki nöqtə arasındakı potensial fərqi də dəyişilir ki, bu da yatma bucağına uyğun gəlir
(şəkil 3.2, a).


Şəkil 3.1. Yatma bucağı və azimutun təyini

Şəkil.3.2. Bucaq ölçən. 1podşipnik; 2-kollektorun əlaqə çevricisi; 3-kollektor; 4-maqnit əqrəbi; 5-əqrəbin yay əlaqəsi; 6-azimut reaxordu; 7-əlaqə çevrəsi; 8-açar; 9-vussolun yukü; 10- duqaşəkilli qol; 11-şaqul; 12-bucaq datçikinin naqili; 13-şaqulin əqrəbi; 14-bucaq reoxordu; 15- yük, çərçivəni tənzimləyən; 16-çərçivənin kerni.ş


Azimutu qeyd edən datçik quruluşça belədir: dairəvi reoxord üzərində yerləşdirilmiş bussol quyu cihazının yerləşmə şəraitdən asılı olmayaraq, onun yerləşmə müstəvisi, quyu cihazı


=00, =00 vəziyyətində yerləşmə vəziyyətinə uyğun olur.
Bussolun əqrəbinə daima şimal qütü istiqamətindən yönəlir. Bussolun =00 olan
halınında bussolun ölçü zamanı reoxord üzərində sıxılmış nöqtəsində yaranan potensial fərqi sıfra bərabər olur, potensialın qiyməti dəyişdikdə bu dəyişmə quyu oxunun azimutuna uyğun gəlir (şəkil 3.2,b).

Şəkil 3.2.b. Bussol.1-sarğı; 2-əqrəb.


Quyu cihazları yerüstü və yeraltı cihazlara bölünür ki, yerüstü cihaz idarəetmə bloku adlanır. Bu blokla quyu cihazını kommutasiya vasitəsilə lazımi iş vəziyyətinə gətirilir və ölçü qiymətləri qeyd edilərək, cədvəl şəkildən yazılır. Yerüstü və yeraltı cihazları arasında əlaqəni karotaj kabeli yaradır ki, bu da quyu cihazından asılı olaraq üç damarlı və ya birdamarlı ola bilər. İnkilinometrlərdən alınan nəticələrdə dəqiqliyi təmin etmək üçün dövrü olaraq onlar dərəcələnmə (etalinirovka) əməliyyatından keçməlidirlər. Bu da xüsusi qurğu inklinometr stolu


ilə həyata keçirilir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin