L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT BAZARININ



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix17.05.2020
ölçüsü1,19 Mb.
#31183
1   2   3   4   5
Seyidg-lnar-H-midli-Mirasif-q-z-


II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT BAZARININ 

MÖVCUD VƏZİYYƏTİNİN İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ. 

2.1. Makroiqtisadi səviyyədə nəqliyyat sektorunun logistik tədqiqi 

Nəqliyyat  sektoru  deyərkən,  hər  bir  ölkədə  fəaliyyət  göstərən  nəqliyyat 

sferalarının qarşılıqlı fəaliyyətləri nəzərdə tutulur. Nəqliyyatın inkişafı müasir dövrdə 

dünya  ölkələrinin  qarşısında  durmuş  vacib  problemlərdən  hesab  olunur.  Əlverişli 

nəqliyyat  sahələrinin  inkişaf  etməsi  ölkələrin  iqtisadiyyatına  müsbət  əlaqələnməklə 

yanaşı,  yeraltı  və  yerüstü  ehtiyatların  istehsal  dövriyyəsinə  cəlb  edilməsinə  geniş 

imkanlar açmaqdadır.  

Nəqliyyat  ölkənin  iqtisadiyyatının  ahəngdar  fəaliyyətinin  təşkil  edilməsində, 

hər  hansı  bir  sferada  müdafiə  qüdrətinin  gücləndirilmə  və  əhalinin  artan  həyat 

sabitliyinin  təmin  edilməsində  vacib  infrastruktur  sahə  kimi  respublikanın  ictimai 

həyatında mühüm rol oynamaqdadır.  

ÜDM-da nəqliyyatın payı hesablanarkən ƏD,  məcmu  mənfəət, xalis mənfəət, 

işçi  sayı,  orta  aylıq  maaş,  əsas  fond,  əsas  kapitala  olunan  investisiya  nəzərə  alınır. 

2012-2017-ci  illər  nəqliyyat  üzrə  təməl  makro  göstəricilərə  baxdıqda  artımların 

olduğunu müşahidə etmək mümkündür: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


48 

 

Cədvəl 3.1. 



Nəqliyyat sektoru üzrə əsas makroiqtisadi göstəricilər 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika komitəsinin məlumatları 



əsasında müəllif tərəfindən tərtib olunmuşdur. 

 

Cədvəldən göründüyü qədərilə ƏD göstəricisi 2017-ci ildə 2012-ci ilə nəzərən 



təxminən  4  dəfə;  ümumi  mənfəət  5,4  dəfəyə  qədər;  xalis  mənfəət  10  dəfə;  işçi  sayı 

1,3 dəfə; orta aylıq əmək haqqı 3,1 dəfə; əsas fond  1.9 dəfə; əsas kapitala investisiya 

isə  4,7  dəfəyə  qədər  artmışdır.  Yuxarda  qeyd  edilən  makro  göstəricilərdən  əlavə, 

nəqliyyat  sferasında  yükün  dövriyyəsi,  yükün  daşınması,  sərnişinlərin  dövriyyəsi, 

sərnişinlərin daşınması ilə əlaqəli göstəricilər də təhlil edilir. 

Yük  dövriyyəsi  maddi  istehsalatın  bir  sahəsi  olan  nəqliyyat  sahəsinin  əsas 

iqtisadi  göstəricilərindən  biri  hesab  edilir.  Bu  göstərici  özündə  daşınmış  yükün 

miqdarını  (ton)  və  daşınma  məsafəsini  (km)  göstərir.  Yük  dövriyyəsi  1  km-də 

daşınan  yüklərin  ton  ilə  ifadə  olunmasıdır.  Yükün  dövriyyəsini  hesablayanda  xalis 

çəkilər hesablanır. Yəni yük daşıyan nəqliyyat vasitəsinin öz çəkisi nəzərə alınmır.  



49 

 

Yük çəkisi əmtəələrin istehsalat strukturu və həcmilə şərtlənir. Eləcə də burada 



daşıma  və  təkrarlılıq  əmsalları  da  nəzərə  alınmaqdadır.  Yükdaşıma  məsafəsinəysə 

ərazinin,  bu  ərazilərdə  yerləşmiş  təbii  sərvətlər,  iqlim  durumu  təsir  edir.  Yükün 

dövriyyəsinin  iqtisadi  əhəmiyyəti  onun  statistik  göstəricilərlə  göstərilməsini  zəruri 

edir.  


Aşağıdakı  cədvəldə  2009-2017-cu  illərdə  nəqliyyat  və  qeyri-nəqliyyat 

sahələrində yük dövriyyəsi əks etdirilmişdir. 

 

Cədvəl 3.2. 

Nəqliyyat və qeyri-nəqliyyat sahələrində yük dövriyyəsi 

 

Mənbə:  Dövlət  Statistika  komitəsinin  məlumatları  əsasında  müəllif  tərəfindən 



tərtib olunmuşdur [25]. 

 

50 

 

Nəqliyyat və qeyri-nəqliyyat sahələrində daşınan yüklər ölkənin iqtisadiyyatına 



mühüm təsir edir. ÜDM-in yaranmasında nəqlıyyat xidmətlərinin həcmındə baş verən 

dəyişikliklər vacib rol oynayır. 



Cədvəl 3.3. 

Nəqliyyat və qeyri-nəqliyyat sahələrində yük daşınması 

 

Mənbə:  Dövlət  Statistika  komitəsinin  məlumatları  əsasında  müəllif  tərəfindən 



tərtib olunmuşdur [25]. 

Günümüz  dünyasında,  sürətlə  irəliləyən  texnologiya  və  bunun  nəticəsində 

inkişaf  edən  nəqliyyat  və  rabitə,  ölkələr  arasındakı  münasibəti  inanılmaz  dərəcədə 

artırmışdır.  Ölkələr,  iqtisadi  əlaqələrini  daha  da  inkişaf  etdirmək  üçün,  azad  ticarət 

zonaları,  gömrük  ittifaqları,  birgə  bazarlar  yaradaraq,  malların,  xidmətlərin, 

sərmayənin  və  insanların  dünyada  daha  sərbəst  hərəkətini  təmin  etməyə  çalışırlar. 

Sərhədlərin  ortadan  qalxaraq,  rəqabətin  artdığı  dünyada,  sənayeləşmənin  sürətlə 

inkişaf  etməsinə,  əhali  artımına  və  yaşayış  mərkəzlərinin  genişlənməsinə  paralel 



51 

 

olaraq,  nəqliyyat  sistemləri  də,  gərək  sürət,  lazım  olsa  rahatlıq  və  etibarlılıq 



baxımından davamlı inkişaf edir. 

 Azərbaycanda  nəqliyyat  sektoru;  Avtomobil  Nəqliyyatı,  Dəmir  Yolu 

Nəqliyyatı, Deniz Nəqliyyatı, Hava Yolu Nəqliyyatı, Boru Kəməri Nəqliyyatı olmaq 

üzrə  beş  hissədən  ibarətdir.  Sərnişin  və  yük  daşınmasında,  dünyada  nəqliyyat 

növlərindən yalnız birindən istifadə edən ölkə demək olar ki yoxdur. Hər bir ölkədə, 

dəmir  yolu,  avtomobil,  hava  yolu  nəqliyyatı  ilə  yanaşı,  ölkənin  coğrafi  mövqeyinə 

görə,  dənizə  çatdırması,  nağd  yük  daşınmasında  kəmərlərindən  istifadə  edir. 

Əhəmiyyətli  olan,  ölkənin  sosial  vəziyyətinə,  maliyyə  imkanlarına  sahib  olduğu 

enerji  qaynaqları  ilə  ərazisinin  xüsusiyyətlərinə,  texnoloji  quruluşuna  uyğun  düşən 

nəqliyyat növlərinin seçilib, hər birinə lazım olan üstünlüyün verilməsidir. 

Azərbaycanda  hər  şeydən  əvvəl  ərazi  xüsusiyyətləri,  hər  növ  nəqliyyatın 

aparılmasına  imkan  yaradır.  Bu  vəziyyət  də,  bu  sektorun  hər  keçən  gün  daha  da 

inkişaf etməsinə imkan verir. 

 Nəqliyyat,  insan  və  əşyanın  iqtisadi,  sürətli  və  etibarlı  bir  şəkildə  bir  yerdən 

bir  yerə  köçərək  yerlərinin  dəyişdirilməsi  şəklinə  xarakterizə  olunur.  Nəqliyyatın 

iqtisadi,  ictimai  və  mədəni  mənada  çox  geniş  təsir  sahələrinə  sahib  olduğu  deyilə 

bilər.  Azərbaycanın  coğrafi  mövqeyi  səbəbindən  bir  çox  sivilizasiya  tərəfindən 

istifadə  edilən  tarixi  İpək  Yolu  və  Ədviyyat  Yolu  kimi  müxtəlif  nəqliyyat 

şəbəkələrinə  məkan  olması  təsadüfi  deyil.  Bir  ölkənin  dirçəlməsində  mühüm 

amillərdən  biri  olan  nəqliyyat  sektoruna  keçmişdə  verilən  önəm,  bu  nəqliyyat 

şəbəkələrinin  varlığı  ilə  sübut  olunur.  Bir  ölkənin  xüsusilə  iqtisadiyyatının  və 

sənayesinin  inkişaf  etməsinə  birbaşa  təsir  edən  nəqliyyat  sektorunun  əhəmiyyəti 

bütün  dünyada  qəbul  edilir.  Ölkənin  iqtisadi  mənada,  sənaye,  kənd  təsərrüfatı, 

turizmi,  ticarəti  və  mədəniyyətilə  başqa  ölkələrlə  rəqabət  edə  mövqedə  olması,  ilk 

növbədə  nəqliyyat  şəbəkələrinin  bu  rəqabətə  yetəcək  səviyyədə  olması  ilə  baş  verə 

bilər. 


Dəmir  yolu  nəqliyyatı,  Azərbaycanda  sosial-iqtisadi  həyatın  onurğasını  təşkil 

edir.  Ölkədə  bir  ildə  baş  verən  sərnişin  daşınmasında  dəmir  yollarının  payı  orta 

hesabla  8  faiz,  ancaq  buna  metro  nəqliyyatı  da  daxil  ediləndə  98%  miqdarındadır. 


52 

 

Metro  adətən  sərnişin  daşınmasında  istifadə  edilərkən,  digər  dəmir  yolları  yük 



daşınmasında istifadə edilir. 

 Azərbaycanda  təxminən  26  min  kilometrlik  avtomobil  yolu  şəbəkəsi  var. 

Bunun  əksəriyyəti  stabilə  və  torpaq  yollardan  ibarətdir.  Avtomobil  nəqliyyatında 

avtobus  istifadəsi  ağırlıqdadır.  Cəmi  avtomobil  nəqliyyatının  yüzdə  82.9u 

avtobuslarla  baş  verir  (www.azatyurt.com/tarihi.htm).  Azərbaycanda  cəmi  27  ədəd 

hava  limanı  yerləşir.  Ancaq  bunlardan  5i  normal  sərnişin  təyyarələri  yoluna  uyğun 

sahələrdir.  Bakı  və  Gəncə  hava  limanları  beynəlxalq  nəqliyyata  açıqdır.  Digərləri 

şəhərlər arası nəqliyyatda istifadə edilir. 

 Ölkənin sahib olduğu təyyarə donanması olduqca yaşlanmış bir vəziyyətdədir. 

Ehtiyat  hissə  və  göndərilməsinin  istehsal  edilə  müəssisələr  kifayət  və  xidmət 

imkanları məhduddur. Azərbaycanın beynəlxalq nəqliyyatda əhəmiyyəti olan iki quru 

yolu  var.  İlki  Xəzər  Dənizi  sahili  boyunca  Bakıdan  keçərək  Rusiya  və  İranı 

birləşdirən əsas yoldur. İran və Rusiya arasında daşıma həcminin böyük bir hissəsi bu 

yolla  aparılır.  Digəri  M27  avtomobil  yolu  Azərbaycanın  paytaxtı  Bakı  Gürcüstanın 

paytaxtı Tbilisi ilə birləşdirir. 

Təəssüf  ki,  Türkiyə  ilə  yalnız  Naxçıvan  Muxtar  Respublikasının  11  km-lik 

sərhəd  var.  Türkiyə  ilə  nəqliyyatın  mühüm  hissəsi  İran  quru  sərhədindən  keçərək 

aparılır. 

 Azərbaycanın quru yollarının ümumi uzunluğu 57.770 km-dir. Bütün mühüm 

qəsəbə  və  şəhərlərin  baş  quru  yollarına  bağlantısı  var.  Azərbaycan  Dövlət  Dəmir 

Yolu (ADDY) 20 Yanvar 1880 tarixində yaradılıb. Azərbaycanda ilk dəmir yolunun 

uzunluğu  20  km  qədər  olmuşdur.  1883-ci  ildə  uzunluğu  550  km  olan  Bakı-Tiflis, 

1900-cu  ildə  uzunluğu  231  km  olan  Dərbənd-  Biləcəri  dəmir  yolunun  tikintisi 

qurtarmış və istifadəyə verilmişdir. ADDY keçmiş Sovet İttifaqının ən qədim dəmir 

magistrallarından biri olmuşdur.  

 TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Milli Katiblər İclası 31 

mart- 01 Aprel 2007-ci il tarixlərində Antalyada keçirilmişdir. Toplantıda Nəqliyyat 

Nazirliyi  və  Xarici  İşlər  Nazirliyinin  rəsmiləri  iştirak  etmişdir.  İclasda  TRASEKA 

Büdcəsi,  2015-ci  ilə  qədər  Strategiyanı  Praktiki  Fəaliyyət  Planları  Planlaşdırma 


53 

 

Layihə Konsepsiyası, 2007-2009 Fəaliyyət Planı kimi məsələlər müzakirə edilmişdir. 



TRASEKA  Daimi  Katibliyinin  2007  təxmini  gəlir-gedir  büdcəsi  772.500  Avro 

nəzərdə tutulmuşdur. 650.000 Avronun üzv ölkələr tərəfindən qarşılanması gözlənilir. 

 Məlum olduğu kimi, avrupa- Qafqaz-Asiya Dəhlizindəki beynəlxalq nəqliyyat 

üçün  müəyyən  edilən  məqsədlər  istiqamətində  hazırlanan  Əsas  çoxtərəfli  saziş 

(MADMAZEL),  1998-ci  ildə  Azərbaycanda  keçirilən  "TRASEKA  zirvesi-  Tarixi 

İpək  Yolu  Restorasyonu"  uzun  imzalanmış  və  2000-ci  ildə  də  Gürcüstanda 

Hökumətlərarası  Komissiya  (IGC)  yaradılıb.  TRASEKA-nın  üzv  ölkələr  arasında 

Türkiyə,  Ukrayna,  Özbəkistan,  Türkmənistan,  Tacikistan,  Rumıniya,  Moldova, 

Monqolustan,  Qırğızıstan,  Qazaxıstan,  Gürcüstan,  Bolqarıstan,  Azərbaycan  və 

Ermənistan  yer  alır.  Türkmənistan,  üzv  olmamaqla  birlikdə  tədbirdə  iştirak  edir. 

Əfqanıstan və İranın isə da daxil edilməsi nəzərdə tutulur. 

 Avropa  Birliyinin  yeni  müstəqil  dövlətlərə  yönəlik  siyasətinin  təməl 

daşlarından biri olan  TRASEKA proqramı "XXI. Əsrin İpək Yolu Layihəsi" olaraq 

adlandırılır. 

Keçmiş  Sovet  Respublikaları  nin  müstəqillik  qazanmalarından  sonra,  tarixi 

İpək  Yolunun,  həm  ticarət  yolu,  həm  də  tarixi  və  mədəni  əlaqələrinin  bərpası 

gündəmə gəlmiş və bu dəhliz boyu, artıq istifadə edilməyən binaların, yenidən bərpa 

edilərək, qorunmaları və işlək hala gətirilməsi üçün işlər başlanılıb. 

 Asiyanı Avropaya bağlayan bir ticarət yolu olan TRASEKA, Şərqi Avropadan 

başlayıb,  (Bolqarıstan,  Rumıniya,  Ukrayna)  Türkiyəyə  qədər  uzanır..  TRASEKA, 

Azərbaycan üzərindən Xəzər bərələri (Bakı-Türkmənbaşı, Bakı-Aktau) ilə Orta Asiya 

dövlətləri  Türkmənistan  və  Qazaxıstana  demiryolu  şəbəkələri ilə  çatır.  Bu  ölkələrin 

nəqliyyat  şəbəkələri;  Özbəkistan,  Qırğızıstan  və  Tacikistan  üzərindən  Çin  və 

Əfqanıstan  sərhədinə  əsaslanır.  Avropaya  alternativ  nəqliyyat  xətti  təqdim  etməsi 

səbəbilə  strateji  əhəmiyyəti  olan  TRASEKA-nın,  eləcə  də,  Orta  Asiya  ölkələrinin 

Uzaq Şərq ilə yeni ticarət əlaqələrini təmin edib, tarixi İpək Yolunun yenidən mühüm 

ticarət yolu halına gəlməsinə zəmin hazırladığı demək. 

Avropa-Qafqaz-asiya  Dəhlizinin  məqsədləri,  Avropa,  Qara  dəniz  bölgəsi, 

Qafqaz, Xəzər Dənizi bölgəsi və Asiyada iqtisadi münasibətlərin, ticarət və nəqliyyat 


54 

 

əlaqələrinin  inkişafına  yardım  etmək,  beynəlxalq  avtomobil  yolu,  dəmir  yolu  və 



dənizçilik bazarına girişi təmin etmək, nəqliyyat təhlükəsizliyini, yük əhəmiyyətini və 

ekoloji  qorunmağı  təmin  etmək,  nəqliyyat  sahəsində  nəqliyyat  siyasətini  və  hüquqi 

quruluşu uyğunlaşdırmaq, nəqliyyat əməliyyatları arasında bərabər rəqabət. Yaratmaq 

şəklində müəyyən etmişdir. 

 Başlanğıcda,  layihə  Aİ  tərəfindən  maliyyələşdirilən  edilərkən,  2004-ci  ildən 

etibarən maliyyələşdirmə mərhələ mərhələ üzv ölkələr tərəfindən ödənməyə başlanıb. 

Fevral  2005te  Birləşmiş  Millətlər  İnkişaf  Proqramı  (UNDP)  tərəfindən  İpək  Yolu 

üzərindəki  ölkələr  arasında  tarixi  ticarət  yolunu  təkrar  canlandırmaq  üçün,  regional 

əməkdaşlığı  artırmağı  hədəfləyən  veriliş  başlanıldığı  açıqlanıb.  TRASEKA  5-ci 

Nazirlər  Konfransı  2-3-ci  İl  2006  May  tarixlərində  Sofiyada,  Milli  Katiblər  Və 

Hüquqi  İşçi  Qrupunun  İclası  8-9  Fevral  2006-ci  il  tarixlərində  Buxarestdə,  Milli 

Katiblər İclası 15-16 Noyabr 2005 tarixlərində Kiyevdə, (TRASEKA) atanın 2015-ci 

ilə  qədər  olan  strategiyasını  müəyyənləşdirmək  üçün  yaradılan  İşçi  Qrupunun 

Toplantısı 26-27 Sentyabr 2005 tarixində İstanbulda keçirilmişdir. 

 Mart  2006-cı  ildə  Aİ  tərəfindən  TRASEKA  Proqramı  çərçivəsində  erivan- 

Tiflis  dəmir  yolunun  reabilitasiya  üçün  iki  milyon  Avro  dəstək  verəcəyi 

açıqlanmışdır. 

Layihədə Azərbaycan və Türkiyə, Avropanın Orta Asiya və Qafqaza nəqliyyatı 

üçün  imkanlar  təqdim  etməsi  baxımından  mərkəzi  rol  oynayır.  Bu  çərçivədə, 

TRASEKA  nəqliyyat  dəhlizinin  Asiya-Avropa  əlaqəsini  təmin  edəcək  qolu  olan 

Qars-Tiflis-Bakı  dəmir  yolu  layihəsi,  Türkiyənin  Baş  Naziri  Tayyib  Ərdoğan, 

Gürcüstan  Prezidenti  Mixail  Şaakaşvili  Və  Azərbaycan  Prezidenti  İlham  Əliyev 

tərəfindən Fevralın 2007de Tbilisidə imzalanmışdır. 

 Tarixi  "İpək  Yolunu\"  dəmir  yolu  şəbəkələrində  yenidən  canlandıracağı  üçün 

"İpək  Yolu"  adlandırılan  layihə,  qərbdə  boğaz  keçidli  Marmara  dəmir  yolu  tuneli 

Avropa  dəmir  yolu  şəbəkəsinə,  şərqdə  də  Qazaxıstan  və  Çin  dəmir  yolu  xətlərinə 

olunması  planlaşdırılır.  400  milyon  dollar  xərclənərək  həyata  keçiriləcək  layihə 

tamamlandıqda,  İngiltərədən  hərəkət  edən  qatarın  fasiləsiz  surətdə  Çinə  qədər 

getməsi  nəzərdə  tutulur.  Beynəlxalq  nəqliyyat  və  enerji  dəhlizləri  üzərində  iştirak 


55 

 

edən  Azərbaycan,  logistika  və  nəqliyyat  quruluşunu  bu  mövqeyinə  uyğun  olaraq 



yenidən  qurması  halında  bölgədə  önəmli  bir  maddi-texniki  baza  mövqeyinə 

gələcəkdir.  

 

2.2. Material axınlarının logistik idarə edilməsi baxımından ölkənin nəqliyyat 

sisteminin struktur təhlili 

Ölkəmizdə  nəqliyyat  və  logistika  sistemlərinin  inkişafı  üçün  şərq  və  qərb, 

şimal və cənub dəhlizləri yaradılması layihələri də bu dövrdə başladı. Bundan əlavə 

ölkəmizdə 1995-ci ildən özəlləşdirmə strategiyasını tətbiq etmək və şəxsi müəssisələr 

üçün  sərbəst  ticarəti  dəstəkləmək  məqsədi  ilə  müxtəlif  qanun  qəbul  edilir.  Bunlar  

emal sektorunun inkişafı üçün vacib tədbirlər idi. 

Ölkələrin logistika şəbəkəsinin müqayisəli təhlil olunması üçün bir-neçə səbəb 

var.  Birincisi,  nəqliyyat,  ticarət  və  bir  çox  digər  sahələrin  inkişafında  təməl  rol 

oynamasıdır.  Ondan  əlavə  milli  baxımdan  logistika  setini  inkişaf  etdirməkdən  ötrü 

coğrafi təhlilə ehtiyac duyulur. Bir sıra ölkələr logistikanın vacibliyini anlayaraq bir 

çox təşəbbüs vasitəsilə onun innovasiyasına önəm verirlər. 

İkincisi, şəbəkənin inkişafından ötrü lazım olan komponentlərdən və təbiətdən 

asılı olaraq logistika setinə Maksimin prinisipi tətbiq edilir. Maksimin prinsipinə görə 

şəbəkənin bütün məhsuldarlığı gfücsüz hissələr əsasında müəyyən edilir. Buna uyğun 

şəkildə logistika şəbəkəsinin hissələri yoxlanılır və bu hissələr ləğv edilir. 

Üçüncüsü,  ətraflı  təhlil  nəticəsində  siyası  səylər  və  müəssisələr  vasıtəsilə 

inkişaf  etdirilən  hissələri  müəyyənləşdirmək  mümkündür.  Əgər  logistik  şəbəkədəkı 

zəifliyin  səbəbi  siyası  faktordursa,  yeni  sıyasi  səylər  vasitəsi  ilə  bunları  aradan 

qaldırmaq olur. 

Bunların  Azərbaycana  böyük  təsirləri  vardır.  Cədvəldə  göründüyü  kimi 

ölkəmiz Dünya Bankı tərəfindən aparılan Logistıka Məhsuldarlığı Reytinqində (LPI) 

155  ölkənin  içərisindən  116-cı  yerə  yiyələnmişdir.  Qiymətləndirməyə  əsas  olan 

göstəricilərin  biri  gömrük  proseduralarında  Azərbaycanın  aşağı  keyfiyyət  nümayiş 

etdirməsidir.  Beləliklə  məlum  olur  kı,  Azərbaycanda  gömrük  proseduralarının 

yaxşılaşdırılması,  nəqlıyyat  infrastrukturunun  inkışafı,  nəqliyyat  xidmətlərinin 


56 

 

keyfıyyətinin yüksəldilməsi üçün tədbirlər görməlidir. Aşağıda göstərilən İndoneziya 



ilə bağlı məlumatlar Azərbaycan hökümətinin nəqliyyat şəbəkəsinin inkişafından ötrü 

yol göstərə bilər. 



Cədvəl 2.2. 

Azərbaycan və bir sıra İnkişafda olan ölkələrin ölkələrin LPI reytinqi 

 

Mənbə:  IBRD  /  World  Bank,Connecting  to  Compete2012:Trade  Logistics  in 



the GlobalEconomy,2012 [24] 

Logistika  şəbəkəsinin  inkişafı  üçün  siyasi  səylərin  göstərilməsi.  Azərbaycan 

logistika  şəbəkəsindəki  zəifliklərin  aradan  qaldırılmasında  müxtəlif  siyasətlər 

aparılmışdır. Bu hissədə TRASECA-nın bir hissəsi kimi həyata keçirilən "Dəmiryolu 

ticarətinin  və  nəqliyyatın  dəstəklənməsi"  layihə  olaraq  və  Bakı  yaxınlığında  inşa 

edilmi. yeni port haqda məlumatlar təqdim ediləcək.  

"Dəmır yolu ticarətinin və nəqlıyyatın dəstəklənməsi" layihəsı. 1993-cü ildə 3 

Qafqaz    və  5  Mərkəzi  Asiya    ölkəsi  Avropanı,  Qafqazı  və  Asiyanı  birləşdirəcək 

nəqliyyat  dəhlizinin  yaradılması  haqda  Brüsseldə  saziş  imzaladılar.  Bu  TRASECA 

layihəsiydi.   



57 

 

 “Bakı-Ələt-Böyük  Kəsık  Dəmir  Yol  Sistemının  Bərpası  Proqramı”nın    xarab 



olmuş  dəmir  yollarının  bərpası  və  sərnişın  və  yük  daşınmasında  dəmiryollarının 

payını  artıracağı  gözlənilir.  Cədvəldən  göründüyü  qədərilə  “Bakı-Ələt-Böyük  Kəsık 

Dəmir  Yolu  sisteminin  Bərpa  Proqramı”  2035-ci  ilə  qədər  yük  daşımasını  

əhəmiyyətli səviyyədə yüksəldəcək. Bundan əlavə növbəti mərhələdə dəmir yolu yeni 

inşa edilən porta birləşdirilərək Azərbaycana Avropa ilə Asiya arasında körpü rolunu 

oynamasında böyük faydaları olacaq.  



Cədvəl 2.3. 

Yük və Sərnişinlərin Daşınması 

 

Mənbə:"Dəmir  yolu  ticarətinin  və  nəqliyyatın  dəstəklənməsi"  layihəsi, 



Azərbaycan Respublikası. TRASEKA-nın investisiya formu Brüssel. 

Təzə  Ələt  Dəniz  limaninın  İnşası  Proqramı.  Təzə  Ələt  Dəniz limani  49  və  56 

şimal en dairələri və 49 - 24 şərq uzunluğu dairələrində yerləşir. Liman Bakıdan 70 

kilometrlikdə 

Xəzər 

dənizində 



yerləşməkdədir. 

2010-cu 


ilin 

Noyabrında 

Prezidentimizin  sərəncamı  ilə  Yenı  Ələt  Dəniz  limanının  inşasina  başlanılmışdır. 

2012-ci  il  limanın  quru  vədəniz  hissəsində  inşaprosesi  davam  etdirilib.  Quru 

hissədəki  tikinti  çərçivəsində  Bakı  -  İran  magistral  yolunun  tikintisı  davam  edib. 

Limana birləşən yolun tikintısı zamanı yol altında yerləşmiş qaz, su, kanalizasıya və 

elektrik xətlərinin də yeri dəyişdirilib. Limanın dəniz hissədəki tikintisi çərçivəsində 

gəminin  hərəkəti  üçün  dənizin  dibinin  dərinləşdirilmə  və  genişləndirilməsi 

əməliyyatları Hollandiyanın Van Oord firması tərəfindən aparılıb [9, s. 112]. 

 


58 

 

III FƏSİL. MATERİAL AXINLARININ LOGİSTİK İDARƏEDİLMƏSİNİN 



TƏŞKİLATİ-İQTİSADİ MEXANİZMİNİN FORMALAŞMASI. 

3.1. Ölkənin nəqliyyat sektorunun logistik idarəedilməsi sisteminin 

təkmilləşdirilməsi 

Dünya  praktikası  göstərir  ki,  iqtisadi  artım  tempinin  ən  mühüm  amili  ölkədə 

fərqli fəaliyyət sahələrini əhatə etmiş bir logistika sisteminin formalaşması prosesidir. 

Sənaye inkişaf etmiş ölkələrdə, maddi axınının idarə edilməsinin təkmilləşdirilməsinə 

xidmət  edən  logistika  uzun  müddətdir  qoyulmuşdur.  Müasir  bazar  mühitində, 

malların  hərəkətinin  məntiqi  idarəetməsinin  obyektiv  şəkildə  təkmilləşdirilməsi 

prosesi  obyektiv  şəkildə  hərəkət  edən  təşkilatların  daha  çox  inteqrasiyasına  səbəb 

olur.  Təchizat  zəncirinin  səmərəliliyi  əmtəə  dövriyyəsinin  bütün  iştirakçılarının 

iqtisadi əlaqələrinin təşkilati dizaynı səviyyəsində müəyyənləşdirilirsə, malların bütün 

sistemini  tənzimləmək  lazımdır.  Xaricdə  olan  logistika  sistemlərinin  təkamülünün 

təkcə fərdi təşkilatlar üçün deyil, bütövlükdə ölkə üçün rəqabətdə ən mühüm strateji 

vasitələrdən  birinə  çevrildiyini  sübut  edir.  Azərbaycan  Respublikasında  vəziyyət  bir 

qədər  fərqlidir.  Tarixi,  siyasi  və  iqtisadi  təbiətin  obyektiv  səbəbləri  səbəbindən, 

logistika sahəsində müəyyən bir texnoloji dayaq var. 

Bu,  bir  sıra  səbəblərə  görə  logistika  sistemlərinin  özünəməxsus  inkişafı  ilə 

bağlıdır:  

  bir  sistemə  daxil  edilməli  olan  istehsalçılar,  təchizatçılar  və  istehlakçılar 



arasında kifayət qədər güclü əlaqələr tələb olunur;  

  lojistik  sistemlərinin  yaradılması  kapital  investisiyalarını  tələb  edir  və  bəzən 



olduqca əhəmiyyətlidir;  

  son  illərdə  iqtisadiyyatın  müxtəlif  sahələrində  istehsalın,  texniki  və  texnoloji 



bazasının  inkişaf  templəri  çox  yüksəkdir  və  demək  olar  ki,  daimi 

təkmilləşdirilməsini  və  ya  birdəfəlik  əhəmiyyətli  xərclər  tələb  edən  yeni 

məhsulların tətbiq edilməsini tələb edir;  

 



texnologiyaların  davamlı  inkişafı  "logistika"  ixtisası  üzrə  kadrların  intensiv 

tədrisini  nəzərdə  tutur,  bu  sahədə  kadrların  orta  və  üst  səviyyə  idarəçiliyində 

yenidən hazırlanmasını və inkişafını təmin edir.  


59 

 

Bu  boşluğu  aradan  qaldırmaq  üçün  ölkənin  logistika  sisteminin  inkişafı  üçün 



bir proqram hazırlamağa ehtiyac var idi ki, bu sahədə idarəetmə, iqtisadi və maliyyə 

aspektlərinə  ən  çox  diqqət  yetiriləcəkdir.  Logistika  sisteminin  inkişafının  vacib  bir 

xüsusiyyəti logistika zəncirinin elementlərinin yerləşdirilməsi, yəni müvafiq qurğu və 

kommunikasiya ilə dolu bir ərazi quruluşunun qurulmasıdır [12, s. 65]. 

Müasir dövrdə beynəlxalq logistika və onun tərkibi qlobal daşıma əməliyyatları 

bazarı  xərclərini  minimallaşdırmaq  və  əlavə  dəyəri  yaratmaq  üçün  həm  firmaların, 

həm  də  dövlətlərin  diqqətlərini  cəlb    edir.    Qlobal    daşınma    xidmətləri  bazarları  

2011-ci  ildən    bu  yana  təxminən  ildə    7%  böyüməklə  dünyanın  ən    yüksək  inkişaf  

sürəti olan sektorudur. 2016-cı  ildə təkcə bu sektorun gəlirlərinin 3.8 trilyon dolları 

keçməsi təxmin olunur. Hal-hazırda ABŞ qlobal daşınma xıdmətləri bazarının 42%-ni 

özündə  cəmləşdirir.  Növbətı  illərdə  tələbin  artması  ılə  logistika  bazarının  

genışlənməsi yüksək  inkişaf  sürətınə  malik  olan Çinin,  Hindıstanın,  başqa  Asiya 

dövlətlərinin,  eləc də  Orta  Şərq  və  Latın  Amerıkasının    da  bu  sahədə  önəmınin 

güclənməsinə  səbəb  olmalıdır.  Azərbaycan    öz    coğrafı        mövqeyinə    görə  

Avrasıyanın  əsas  quru  və  hava  nəqlıyyat dəhlızlərınin  kəsişməsində  yerləşmışdir.  

Yəni,  Azərbaycan    tarixən    Avropa    və    Asiyanı  kəsişdirən  qədim  İpək  Yolunun 

üzərındə  yerləşməklə  bu  mövqeyındən  uğurla  istifadə  etmış,  malların  daşınmasında   

əhəmıyyətli  rol  oynamışdır.  Süveyş  kanalının  istıfadəyə  verilməsi  ilə  Avropa  ilə  

Asiya  arasında  olan  tıcarət  Afrika vasitəsi ilə  həyata  keçirılməyə  başladıqda  İpək 

Yolunun  ləğvinə  və  Azərbaycanın  bu  əhəmiyyətınin azalmasına baxmayaraq, carı 

çətinliklər    və  pırat    təhlükələri    İpək  Yolunun    yenıdən  istifadəsini  gündəmə 

gətırmişdir.    Yeni    İpək    Yolu    adlanan    bu    marşrut    xəttinin    təzədən    fəaliyyətə  

başlanması imkanları bu  xəttin üzrə  yerləşən ölkələrdə  nəqliyyat infrastrukturasını 

bərpa etməsınə  və yenı infrastrukturun  yaradılmasına  təkan verır.  Bu  xüsusiyyət  

düzgün  istıfadə  edilərsə,  ölkəmız yalnız Avropa ilə Asiya, eləcə də şimal ilə cənub 

arasında transit körpüsü kimi yox, eləcə də  bölüşdürülmə mərkəzi kimi əhəmiyyətini 

bərpa edə biləcək.  Azərbaycanda  qeyri-neft  sferasının  inkişaf potensialına  uyğun  

şəkildə nəqliyyat mövqeyi  və  bundan  istifadə  diqqət mərkəzinə çəkilmişdir.  Yəni, 

2014-cü    ildə  ölkənin  iqtisadiyyatında    yaradılmış    əlavə    dəyər    artımları  tamamilə 


60 

 

qeyri-neft    sektoru  hesabına    əldə  edilib. 2014-cü  il  ərzində  ölkənin  iqtisadiyyatının 



qeyri-neft  sektoru  ÜDM-də  məxsusi  çəkisi  61,0%  təşkil  edib  ki,  burda  da  5  faiz 

nəqliyyat  və  anbar  təsərrüfatlarının  payına  düşüb.  Azərbaycanda  2005-2014-cü  

illərdə nəqliyyat sahəsindən gələn gəlir hər  il artıb.  2008-cı  ildən  etıbarən  qlobal  

böhranın  təsıri  nətıcəsındə  nəqliyyatdan  gələn gəlırlərdən artım faızındə enən trend 

müşayıət  olunur.  Artım  faızındə  enmə  əsasən  neft  kəmərı  vasıtəsılə  daşınmaların 

nətıcəsındə    formalaşmışdır.    Belə  kı  son    illərdə  cüzı    istısna  ilə    yalnız  boru 

kəmərındən  gələn  gəlırlərdə  əvvəlkı  ilə  nəzərən  azalma  müşahidə  edilib.  Hər  bir 

nəqliyyat  növünü  ayrılıqda  nəzərdən  keçirəndə  aydın  olur  ki,  son  illər  ən  yüksək 

mənfəət  neft  daşınmasından  əldə  olunub.  Boru  kəməri  vasitəsi  ilə  daşınan 

məhsullardan gələn  mənfəət ən  yüksək  olmaqla,  onu  avtomobıl  nəqliyyatı  izləyır.  

Belə  ki,  avtomobıl nəqlıyyatına  çəkılən  xərclərlə  gəlırlər  arasında  600  mılyon  

manatdandaha fərqli müsbət  fərq   yaranmışdır.  Hava  nəqlıyyatından  əldə  olunan  

gəlır    də    yüksək    olmasına    baxmayaraq,    sferaya    çəkılən    əhəmiyyətli    xərc  xalis  

gəlirlərin    70    milyon    manatdan    aşağı  olmasına    səbəb  olub.  Əldə  olunan  gəliri 

xərclərdən az olan dəniz daşımalarında yeni infrastruktur layihələr həyata keçirilərək 

mənfəətin artması planlaşdırılmaqdadır.   

“Azərbaycan Respublikasında logistıka və ticarətin inkişafına daır Strateji Yol 

Xərıtəsi”də  göstərilmişdir  ki,  Ələt  qəsəbəsındə  yerləşən  yenı  Bakı  Limanı 

kompleksındə  və  dıgər  ərazilərdə  yerləşən  logıstika  və  ticarət  mərkəzlərı  vasitəsilə 

aparılan  beynəlxalq  tıcarətin  yerli  bazarlara  istıqamətləndirilməsi  üzrə  tədbırlər 

görüləcək və yerli bazarların böyüməsınə dəstək məqsədılə nəqlıyyat, xıdmət, təchızat 

və  tədarük  şırkətlərının  ümumı  ınkışafına  dəstək  verıləcəkdır.  Logıstıka  və  tıcarət 

mərkəzlərı  dövlətın  gələcək  prıorıtet  ıstıqamətlərındən  olduğuna  görə,  bu  sahəyə 

dıqqət  artırılacaqdır.  Azərbaycanın  nəqlıyyat  (dəmır  yolu,  avtomobıl  yolları  və  s.) 

ınfrastrukturunun  yaxşılaşdırılması  ılə bu  şırkətlər  yerlı  logıstıka  sahəsının  və  dıgər 

sahələrın ınkışafını stımullaşdıracaqlar. 

Yerlı  nəqlıyyat  ınfrastrukturundan  əlavə,  Azərbaycanın  həm  daxılı,  həm  də 

qonşu  ölkələrlə  nəqlıyyat  əlaqələrı  genışləndırıləcəkdır.  Belə  kı,  Azərbaycanla  İran 

arasında  hazırda  tıkılməkdə  olan  dəmır  yolu  xəttının  ıstıfadəyə  verılməsı  prıorıtet 


61 

 

kımı 



götürülərək,  yüksəksürətlı  qatarlarla  dəmır  yolu  ınfrastrukturunun 

təkmılləşdırılməsı planlaşdırılır. Hava nəqlıyyatında sərnışın və yükdaşıma sahəsındə 

keyfıyyətın  yüksəldılməsı  və  dıgər  bölgələrdə  hava  lımanlarının  sayının  artırılması 

nəzərdə  tutulur.  Zərurət  yarandığı  təqdırdə,  yüksək  dəyərə  malık  ıxrac  mallarının 

daşınması üçün hava yolu ılə yükdaşıma xıdmətlərının daha da genışlənməsınə şəraıt 

yaratmaq məqsədılə Bakıda hava lımanının yükqəbuletmə ımkanları genışləndırıləcək 

və  ya  əlavə  yük  hava  termınallarının  tıkıntısı  layıhəsı  nəzərdən  keçırıləcəkdır. 

Azərbaycanda  ınfrastrukturun  təkmılləşdırılməsı  ılə  bağlı  bu  cür  fəalıyyətlər  özəl 

sektor  və  xarıcı  ınvestısıyalar  üçün  genış  ımkanlar  açacaq  və  burada  dövlət  sektoru 

dəstəkləyıcı rol oynayacaqdır. 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin