Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) B2 vitamin çatışmazlığında rəng göstəricisi necə olur?



Yüklə 1,61 Mb.
səhifə3/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   2   3   4   5   6   7   8   9   ...   26

76) B2 vitamin çatışmazlığında rəng göstəricisi necə olur?
A) 1,3-1,8, hiperxrom

B) 0,6-0,5, hipoxrom

C) 0,9-1,15, normoxrom

D) 0,85-1,05, normoxrom

E) 0,6 -0,8 hipoxporm
Eritrositlər B12 vitamininin çatışmazlığında nəticəsində kəskin azalır. 1 l qanda 1x1012 olur. Hemoqlobinin miqdarı 40q/l-ə qədər azalır. Lakin eritrositlər hemoqlobinə nisbətən intensiv surətdə azalır, ona görə də rəng göstəricisi 1,0-dən yüksək olur. Xəstəliyin ağır formasında 1,4-1,8 olur. Bu anemiya hiperxrom adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 101 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 165
77) Sola meyllilik nədir?
A) Qanda promonositin faizlə çoxalması

B) Qanda yetişməmiş neytrofilin faizlə çoxalması

C) Monositlərin faizlə azalması

D) Normositlərin qanda faizlə çoxalması

E) Prolimfasitlərin qanda faizlə çoxalması
Sola meyllilik nədir- Periferik qanda yetişməmiş neytrofil hüceyrələrinin yəni cavan çubuq nüvəli neytrofillərin faizlə çoxalmasına deyilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 80 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 158, 159
78) Sağa meyillilik nədir?
A) Hiperseqmentasiyalı neytrofilin çoxalması

B) Eritrositlərin çoxalması

C) Limfositlərin çoxalması

D) Bazofilin çoxalması

E) Cavan neytrofillərin periferik qana keçməsi
Əgər çubuq nüvəli neytrofilin miqdarı azalarsa, və hiperseqment nüvəli neytrofilin sayı qan yaxmasında artarsa sağa meyl adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 80 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 165
79) Aşağıda verilən göstəricilərdən hansı qanda patoloji vəziyyəti göstərir?
A) Leykosit – 7,0 x x109 l , Eritrosit – 4,0x1012 l

B) Leykosit – 8,0 x 109 l, ECS – 12 mm/s

C) Leykosit – 4,0 x 109 l l, ECS – 10 mm/s

D) Leykosit – 15,0 x 109 l l, ECS – 30 mm/s

E) Leykosit – 7,0 x 109 l l, ECS – 2 mm/s
Normada 1 l qanda 4,0x109 – 9,0x109 kimi leykosit olmalıdır. ECS qadınlarda 2-15 mm/s, kişilərdə 2-10 mm/s olmalıdır. Leykosit – 15,0x109 l, ECS – 30 mm/s
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh
80) Aşağıda verilən göstəricilərdən hansı qanın normal göstəricisidir?
A) Hb – 100 q/l, Leykosit – 3,5 x109 l, ECS – 20 mm/s

B) Hb – 20 q/l, Leykosit – 3,0 x109 l, ECS – 2 mm/s

C) Hb – 130 q/l, Leykosit – 6,0 x109 l, ECS – 10 mm/s

D) Hb – 40 q/l, Leykosit – 4,0 x109 l, ECS – 20 mm/s

E) Hb – 170 q/l, Leykosit – 20,0x109 l, ECS – 5 mm/s
Normada qanda hemoqlobin qadınlarda 120-130 q/l, kişilərdə 130-160 q/l, qadınlarda ECS 2-15 mm/s, kişilərdə 2-10 mm/s, leykosit 4,0x109 l – 9,0x109 l olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh
81) Hansı anemiyada sağa meylik müşahidə olunur?
A) Hemolitik anemiyada

B) B12 vitamin çatışmazlığında

C) Aplastin anemiyada

D) Posthemorragik anemiyada

E) Dəmir çatışmazlığında
B12 vitamin çatışmamazlığı anemiyasında neytrofil leykositdə seqmentlərin sayı 6-7 və daha çox ola bilər. Qan yaxmasında hiperseqment nüvəli neytrofillərin olması sağa meylilliliyi göstərir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 101
82) Hemorragik diatezlərin ümumi əlaməti hansıdır?
A) Qanaxma ilə davam edən koaqulopatiya

B) Trobozun əmələ gəlməsi

C) Sümük kövrəkliyi

D) Qanaxma müddətinin azalması

E) Dərinin quruması
Qanaxma ilə davam edən koaqulopatiya hemorragik diatez adlanır. Hemorragik diatezlər qanaxmaya meylli müxtəlif xəstəliklərdir. Nəsildən-nəsilə keçən və qazanılma forması olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 107 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 189
83) Qanın laxtalanma sisteminin pozulması ilə əlaqədar olan irsi xəstəlik hansıdır?
A) Xroniki monositar leykoz

B) Hemofiliya

C) Leykoz

D) Anemiya

E) Eritremiya
Qanın laxtalanma prosesində iştirak edən hər hansı bir plazma faktorunun çatışmaması zamanı yaranır. Xəstəlik qazanılma və ya anadangəlmə (nəsildən-nəsilə keçmə) ola bilər. İrsi formada qanın laxtalanmasında iştirak edən plazma faktoru çatışmır. Əksərən VIII plazma faktorunun çatışmaması ilə şərtlənən hemofiliya – A rast gəlinir. Tək-tək hemofiliya B-yə rast gəlinir. Bu da IX faktorun çatışmaması nəticəsində əmələ gəlir. Hemofiliya zamanı laxtalanmanın I fazası – trombokinazanın əmələ gəlməsi pozulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 108 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 190-191
84) Hansı vitaminin sorulmasında ödün rolu var?
A) B6 vitamini

B) K vitamini

C) C vitamini

D) A vitamini

E) PP vitamini
Hemorragik diatez həmçinin vitamin K çatışmazlığı zamanı olur. K vitamini yağda həll olur və onun bağırsaqda sorulması üçün ödün olması vacibdir. Qaraciyərin öd hazırlama funksiyası pozulduqda, mədə-bağırsaq yolu xəstəliklərində, vitamin K sorulmur. Nəticədə II, VII, IX və X plazma faktorlarının sintez aktivliyi pozulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 108 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 191-192
85) Qanaxma müddəti hansı üsulla təyin edilir?
A) Burker üsulu ilə

B) Suxaryev üsulu ilə

C) Nikolayev üsulu ilə

D) Hemoqlabin sionid

E) Duke üsulu ilə
Qanaxmanın davamı Duke üsulu vasitəsi ilə təyin edilir. Barmağın ucu və ya qulaq sırğalığı iynə ilə 3-4 mm dərinlikdə dəlindikdən sonra ilk damla silinmir və sərbəst çıxan qan hər 30 saniyədən bir süzgəc kağızı ilə silinir, normal halda qanaxma müddəti 4 dəqiqədən artıq davam etmir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 184, 185
86) Nomada qanaxma müddəti nə qədərdir?
A) 2 dəqiqəyə kimi

B) 10 dəqiqəyə kimi

C) 12 dəqiqəyə kimi

D) 4 dəqiqəyə kimi

E) 6 dəqiqəyə kimi
Qanaxmanın davamı Duke üsulu vasitəsi ilə təyin edilir. Barmağın ucu və ya qulaq sırğalığı iynə ilə 3-4 mm dərinlikdə dəlindikdən sonra ilk damla silinmir və sərbəst çıxan qan hər 30 saniyədən bir süzgəc kağızı ilə silinir, normal halda qanaxma müddəti 4 dəqiqədən artıq davam etmir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 184, 185
87) Kapilyar qanın laxtalanma müddəti hansı üsulla təyin edilir?
A) Fotometrik üsul

B) Fonio üsulu

C) Duke üsulu

D) Suxaryev üsulu

E) Li-Uayt üsulu
Suxarev üsulu ilə kapilyar qanın laxtalanma müddəti təyin edilir. Normal halda ilk laxtalanma dövrü 30 saniyədən 2 dəqiqəyə qədər, sonu isə 3-5 dəqiqə çəkir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 184
88) Qan qrupları kim tərəfindən kəşf edilib?
A) Obraztsov

B) A.A.Ostroumov

C) S.P.Botkin

D) K.Landşteyner

E) N.A.Semaşko
K.Landşteyner qan qruplarını 1900-cu ildə kəşf edib və 1901-ci ildə məlumat vermişdir. Qan qruplarının kəşfi demək olar ki, qanköçürməni təhlükəsiz etmişdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 111 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 202
89) Eritrositlərdəki qan qrupunu göstərən aqqlütinogen hansı hərflərlə işarə olunur?
A) B və E

B) A və C

C) B və C

D) A və B

E) A və D
Eritrositlərdə kəşf edilən antigen və ya aqqlütinogen Avə B hərfləri ilə işarə olunur. Bu aqqlütinogenlərin ayrılıqda hər hansı biri və yaxud hər ikisi bir yerdə eritrositlərin tərkibində yerləşə bilər. Bəzən isə eritrositlərdə bu antigenlərdən heç biri olmaya bilər. Beləliklə, qan qrupları aqqlütinogenlərə görə O, A, B və ya AB ilə işarə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 111 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 202
90) Qan qruplarının düzgün cavabı necə yazılır?
A) ABo (I), B (II), A (III), O (IV)

B) A (I), ABo(II), O (III), B (IV)

C) A (I), B (II), O (IV), AB (I)

D) O (I), A (II), B (III), AB (IV)

E) O (I), A (II), B (III), ABo (IV)

Uzun müddət kütləvi surətdə aparılan müayinələr nəticəsində bütün Yer kürəsində yaşayan insanların qanının 4 qrupa bölünməsi müəyyən edilmişdir. Eləcə də, qan qruplarının anadangəlmə olub, heç bir təsirə uğramadan insanın bütün həyatı boyu sabit qaldığı məlum edilmişdir. Qan qruplarında olan aqqlütininlər nəzərə alınırsa, o zaman qan qrupları O (I), A (II), B (III), ABo (IV) şəklində olur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 111 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 205
91) Aqqlütinin harada yerləşir və hansılardır?
A) Leykositdə  və 

B) Eritrositdə A və B

C) Eritrositdə  və 

D) Qan zərdabında  və 

E) Trombositdə D və E
Qan qrupuna məxsus aqqlütinin qan zərdabında yerləşir və onlar α və β ilə işarə olunur. I qrup qanda hər iki α, β aqqlütinin olur. II qrup qanda β, III qrup qanda α aqqlütinin olur. IV qrup qanda isə aqqlütinin yoxdur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 205


92) Aqqlütinasiya nədir?
A) Hüceyrələrin müxtəlif boyanmasıdır

B) Hissəciklərin bir-birinə yapışması və çöküntüyə düşməsidir

C) Müxtəlif və eynicinsli hüceyrələrin qruplaşmasıdır

D) Əsas boyaqla boyanan xromatindir

E) Sərt gövdə üzərinə qaz və həllolmuş maddələrin udulmasıdır.
Aqqlütinasiya - hissəciklərin bir-birinə yapışması və çöküntüyə düşməsidir (bu hissəcik – bakteriya, eritrosit, leykosit, trombosit, toxuma hüceyrəsi, spermatazoid həmçinin üzərinə antigen və antitel adsorbə olunmuş səthi-aktiv hissəciklər ola bilər).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 150
93) Soliklon üsulda ABO sistemində hansı amil təyin edilir?
A) Eritrositdə aqqlütinin

B) Zərdabda aqqlütinin

C) Leykositdə aqqlütinin

D) Zərdabda aqqlütünogen

E) Eritrositdə aqqlütinogen
ABO sistemində qan qrupunun təyinində, eritrositlərin antigeni adi üsulla, reagent soliklonla müəyyən edilir. Müayinə ağ və ya şüşə lövhə üzərində aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 117
94) Nə üçün O(I) qan qrupu universal donor hesab edilir?
A) Zərdabında hər iki aqqlütinin var

B) Eritrositdə hər iki aqqlütinogen var

C) Eritrositdə B aqqlütinogen var

D) Eritrositdə A aqqlütinagen var

E) Eritrositdə heç bir aqqlütinogen yoxdur

O (I) və ya Oαβ (I) qrupu. Bu qrupun eritrositləri heç bir aqqlütinogen təşkil etmədiyindən, başqa qrupların zərdabı ilə aqqlütinasiyaya uğramır.

Nə üçün O(I) qan qrupu universal donor hesab edilir?

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 206


95) Nə üçün ABo (IV) qrup qan universal resipient hesab edilir?
A) Zərdabında  aqqlütinin var

B) Zərdabında  aqqlütinin var

C) Zərdabda  aqlütinin var

D) Zərdabında heç bir aqqlütinin yoxdur

E) Eritrositdə hər iki aqqlütinogen var

AB (IV) və ya AB0 Bu qrupun eritrositləri hər iki A, B aqqlütinogenin təşkil etdiyindən, başqa qrupların Oα β, Aβ, Bα zərdabı ilə aqqlütinasiyaya uğrayır. AB0 (IV) zərdabı heç bir aqqlütinin təşkil etməyindən, digər qrupların eritrositləri ilə aqqlütinasiya əmələ gətirmir. Ona görə də universal resipient adlanır.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 206
96) Rezus - amili hansı üsullarla təyin edilir?
A) Şmid sınağı, zərdabla

B) Suxaryev, Bürker

C) Soliklon anti – A, anti – B

D) Standart zərdabla (anti–rezus), Soliklon anti – D

E) Burker, Düke
Rezus amili insan qanının eritrositlərində immunizə edilmiş ada dovşanlarının antirezus zərdabı ilə və ya insan qanından alınan izoimmunizə edilmiş antirezus zərdabı ilə və ya soliklon anti - D ilə təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 119 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 222, 225
97) Qoryayev kamerasında eritrosit neçə böyük kvadratda sayılır və hesablamada praktiki olaraq hansı rəqəmə vurulur?
A) 80 kv, 100

B) 5 kv,10000

C) 100 kv, 50

D) 4 kv, 100

E) 5 kv,1000
Eritrositlər 5 böyük kvadratda sayılır, hansı ki, hər biri 16 kiçik kvadratdan ibarətdir. Dioqanal üzrə saymaq lazımdır. Hər kvadratdakı eritrosit sayılır, sonra hamısı toplanır, qısaca olaraq sayılmış eritrosit 10000 vurulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 85 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 162, 163
98) Qoryayev kamerasında leykosit neçə böyük kvadratda sayılır və hesablamada praktiki olaraq hansı rəqəmə vurulur?
A) 20 kv, 50-yə vurulur

B) 80 kv, 100-ə vurulur

C) 5 kv, 1000-ə vurulur

D) 5 kv, 10000-ə vurulur

E) 100 kv, 50–yə vurulur
Leykositlər 100 böyük kvadratlarda sayılır. Bu kvadratlar 4-4 qrup şəklində olurlar. 100 böyük kvadratda sayılan leykosit 50 rəqəminə vurulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 86 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 164
99) Lupus erythematodes (LE)- hüceyrələrini aşkar etmək üçün hansı üsuldan istifadə edilir?
A) Leykosentratdan yaxmanın hazırlanması

B) Kapilyar qandan yaxmanın hazırlanması

C) Standart eritrositdən yaxmanın hazırlanması

D) Zərdabdan preparat hazırlamaqla

E) Venoz qandan yaxmanın hazırlanması
Qısa yazılmış LE – Lupus erythematodes qırmızı qurd eşənəyi deməkdir. LE-hüceyrəni aşkar etmək üçün leykokonsentratdan hazırlanmış yaxmadan istifadə olunur. Leykosit təbəqəsindən hazırlanmış yaxma Pappauheym, Noxt və ya Romanovski üzrə boyanır və mikroskopun immersion sistemi ilə öyrənilir.
Ədəbiyyat: В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 196-198
100) Qanla işlədikdən sonra pipet və qabların təmizlənməsində istifadə olunan qarışıq hansıdır?
A) Formalen, su

B) Spirt, perehidrol

C) Nikiforov qarışığı ilə

D) Efir spirti, formalin

E) Su, perehidrol, yuyucu toz qarışığı
İstifadə olunan kapilyarlar və qablar axar suda yuyulur və 15/ qaynar yuyucu məhlulda saxlanılır. 1 l yuyucu məhlulu hazırlamaq üçün 978 ml axar su 500Ckimi qızdırılır. 5 q yuyucu toz və 17 ml 33% perehidrol əlavə edilir, Yuyucu toz keyfiyyətində Ariel, Tayt və s. istifadə oluna bilər.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 129
101) Hansı xəstəlikdə qan yaxmasında hədəfəbənzər eritrositin görünməsi müşahidə olunur?
A) Dəmir çatışmazlığı anemiyasında

B) B12 vitaimini çatışmazlığı anemiyasında

C) Talassemiyada

D) Kəskin posthemorrogik anemiyada

E) Aplastik anemiyada
Anemiya zamanı eritrositlər ölçülərini, formasını, boyaq qəbul etməsini dəyişir. Talassemiya zamanı nişangahlı, hədəfəbənzər eritrositin olması xarakterikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 103 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 169, 170
102) Hematokrit nədir?
A) Plazmada zülalın miqdarı

B) Eritrositlərin miqdarı

C) Formalı elementlər ilə plazma arasındakı nisbət

D) Leykositlərin,eritrositlərə olan nisbəti

E) Zərdabın miqdarı
Hematokrit – qanın formalı elementlərinin həcmi ilə plazma həcmi arasındakı nisbətdir. Üsul sentrifuqalaşmanın köməyi ilə qanın plazma və eritrositlərə(formalı elementlərə) ayrılmasına əsaslanır.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 178, 179
103) Qanın laxtalanma prosesi neçə fazada gedir?
A) 1

B) 3


C) 2

D) 6


E) 5
Qanın laxtalanma prosesini göstərilən fazalara bölürlər: I faza: Protrombokinaza + trombotropin---trombokinaza, II faza: Protrombin +kalsium + trombokinaza---trombin, III faza: Fibrinogen+ trombin---fibrin
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 109, 110 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 183
104) Qanın laxtalanmasının son məhsulu nədir?
A) Protrombin

B) Tpombokinaza

C) Tpombin

D) Fibrin

E) Akselerin
Kalsium ionlarının olması şəraitində, protrombokinaza trombokinazaya, o da protrombinə təsir edərək, onu trombinə və trombin isə fibrinogenə təsir edərək onu fibrinə çevirir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 109 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 183
105) Neçə plazma faktoru var?
A) 15

B) 14


C) 13

D) 4


E) 10
Qanın laxtalanma prosesi mürəkkəb fermentativ prosesdir. Plazma amilləri rum rəqəmi ilə işarə olunur. On üç plazma amili var. I amil fibrinogen, II – protrombin, III – Trombokinaza, IV – kalsium ionları, V – proakselerin, VI – akselerin, VII – prokonvertiv, VIII antihemofilqlobulin, IX – antihemofilqlobulin – B (krismas amili), X – Styuat-Prayer amili, XI – Rozental amili, XII – Hageman və ya təmasedici amil, XIII – fibrinstabilləşdirici amil.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 183, 185
106) Fibrinoliz nədir?
A) Fibrin sapının əmələ gəlməsi

B) Qanın hemoliz olması

C) Qanın qatılaşması

D) Laxtanın əmələ gəlməsi

E) Qan laxtasının əriməsi
Fibrinoliz qan laxtasının həll olması, əriməsidir və fermentativ proses olmaqla bir sıra aktivator və inhibitorların iştirakı ilə olur. Fibrinoliz plazma, toxuma və mikrob faktorların qarşılıqlı təsiri altında baş verir.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 188
107) Eritrositin yaranması və inkişaf etməsi üçün hansı hormon təsir edir?
A) İnsulin hormonu

B) Eritropoetin hormonu

C) Aldesteron hormonu

D) Adrenalin hormon

E) Noradrenalin hormonu
Hal-hazırda təsdiq edilmişdir ki, eritrositlərin yetişmə prosesində qlikoproteinlərə aid zülal təbiətli eritropoetin hormonunun böyük rolu vardır. O əsasən böyrəklərdə hazırlanır və eritrositin sələf hüceyrəsindən (III sinif) eritroblasta və sonrakı differensasiya ilə eritrositə çevrilməsinə imkan yaradır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 76 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 122
108) Bir sutka ərzində böyrəklərdən neçə litr qan dövr edir?
A) 1200 l.

B) 500 l.

C) 1000 l.

D) 180 l.

E) 1800 l.
Böyrəklər qan damarları ilə olduqca zəngindir. Orta hesabla bir sutka ərzində onlardan təxminən 1800 l-ə qədər qan dövr edir. Orqanizmin bütün qanı (5-6 l) 5-10 dəqiqə müddətində böyrəklərdən keçir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 7
109) Orqanizmin bütün qanı böyrəklərdən neçə dəqiqəyə keçə bilər?
A) 40-45 dəq.

B) 25-30 dəq.

C) 50-60 dəq.

D) 5-10 dəq.

E) 2-3 dəq.
Böyrəklər qan damarları ilə olduqca zəngindir. Orta hesabla bir sutka ərzində onlardan təxminən 1800 l-ə qədər qan dövr edir. Orqanizmin bütün qanı (5-6 l) 5-10 dəqiqə müddətində böyrəklərdən keçir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 7
110) Böyrəklərin əsas iş qabiliyyəti nəyin üzərinə düşür?
A) Nefronların

B) Qabıq maddəsinin

C) Böyrək ləyəninin

D) Beyn maddəsinin

E) Toplayıcı boruların
Böyrəklərin quruluşunda əsas iş qabiliyyəti nefronların üzərinə düşür. Hər bir nefronun uzunluğu 3-5 sm, eni 0,002-0,006 mm, onların ümumi daxili səthi təxminən 5-8 kv.m-ə bərabərdir. İnsan böyrəklərində nefronların miqdarı çox olur. Lakin onların hamısı birdən fəaliyyət göstərmir, orqanizmin tələbi ilə əlaqədar olaraq işləyir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 7


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin