Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Ödün kimyəvi müayinəsinin təyininə aiddir?



Yüklə 1,61 Mb.
səhifə7/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   2   3   4   5   6   7   8   9   10   ...   26

225) Ödün kimyəvi müayinəsinin təyininə aiddir?
A) Zülalın, bilrubinin, insulinin təyini

B) Şəkərin, xolesterinin təyini

C) Bilrubinin, şəkərn təyini

D) Zülalın, şəkərin təyini

E) Bilurubinin, xolesterinin, fermentlərin təyini
12 barmaq bağırsaq möhtəviyyatının kimyəvi müayinəsində bilirubinin, xolesterinin, fermentin təyini aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 52 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 65
226) Nəcisin rənginə təsir edən amillər hansıdır?
A) Ekzogen, antigen

B) Sinir-humoral amil

C) Endogen, mexaniki amil

D) Mexaniki faktor

E) Ekzogen, endogen amil
Nəcisin rənginə yeyilən qida maddələri və dərmanlar təsir edir. Ümumiyyətlə nəcisin rənginə təsir edən amillər 2 yerə ayrılır. Daxili – endogen amillər, xarici – ekzogen amillər (piqmentlər). Endogen amilə sterkobilin aiddir. Nəcis sterkobilinin təsirindən qəhvəyi rəngdə olur. Sterkobilin bağırsağa daxil olmuş öd bilirubinindən əmələ gəlir. Bəzən sterkobilinin miqdarı azalır və bu vaxt nəcis ağ kil rəngində olur. Ekzogen amillərə qəbul edilmiş qidalar, dərman preparatları aiddir. Məsələn, ətli yemək yedikdə nəcisin rəngi tünd qəhvəyi rəngdə, südlü qida yedikdə isə açıq sarı rəngdə olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 54 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 67, 68
227) Hansı xəstəlik zamanı nəcisin rəngi ağ və formalaşmamış olur?
A) Kolit

B) Enterit

C) Hemolitik anemiya

D) Qastrit

E) Virus hepatiti
Viruslu hepatit zamanı nəcis formalaşmış, əksər halda formalaşmamış, rəngi ağ, giləbənzər, ağ-boztəhər, konsistensiyası bərk və ya yağa bənzər, reaksiyası turş, sterkobilini yoxladıqda reaksiya mənfi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 63 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 68
228) Nəcisin rənginə təsir edən endogen amil hansıdır?
A) Ətli qada

B) Sterkobilin

C) Süd məhsulları

D) Qarışıq qidalanma

E) Bitki qidaları

Endogen amil sterkobilindir. Sterkobilin bağırsağa daxil olmuş öd bilirubinindən əmələ gəlir. Bəzən sterkobilinin miqdarı azalır və bu vaxt nəcis ağ kip rəngində olur.

dəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 54 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 68
229) Hansı halda nəcisin rəngi qara olur?
A) Gizli qanaxma, dəmir preparatı qəbul etdikdə

B) Sulfonilamil preparatı qəbul etdikdə

C) Virus hepatiti zamanı

D) Pankriatit zamanı

E) Aplastik anemiya zamanı

Bəzən nəcisə patoloji qarışıqlar qarışır, patoloji qarışıqlardan ən əhəmiyyətlisi nəcisin tərkibində qanın olmasıdır. Bağırsaqların yuxarı hissəsində qanaxma olduqda qanın hemoqlobini parçalanıb, hematinə çevrilir və bu da nəcisi qara-qəhvəyi və ya qara rəngə boyayır. Bu hal gizli qanaxmalar zamanı müşahidə edilir. Gizli qanaxma kimyəvi üsulla təyin edilir. Dəmir preparatları qəbul etdikdə də nəcisin rəngi tünd və ya qara rəngdə olur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 54 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 68
230) Nəcisdə öd piqmenti hansı üsulla təyin edilir və hansı rəng alınır?
A) Şmid, sarı-yaşıl

B) Zənginləşdirmə üsulu, qırmızı

C) Amidopirin, çəhrayi-yaşıl

D) Şmid, çəhrayı-qırmızı

E) Benzidin, yaşıl-sarı
Nəcisdə öd piqmentinin təyini Şmid sınağı ilə aparılır. Əgər nəcisdə sterkobilin varsa çəhrayı-qırmızı rəng alınır. Əgər nəcisdə bilirubin olarsa yaşıl rəng alınır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 61 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 77
231) Gizli qanaxma nəcisdə hansı üsulla təyin edilir?
A) Nativ preparat – rəngsiz

B) Şmid, sarı

C) Benzidin, amidopirin, ekspres-test

D) Trebule-Vişniyakov, qırmızı

E) Benzidin-göy, Şmid-sarı
Nəcisdə gizli qan axma amidopirin. benzidin ekspres-test sınağı ilə təyin edilir. Qan piqmentini təyin etmək üçün xəstə xüsusi yemək rejimində saxlanılmalıdır və müxtəlif qaydalara riayət edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 60 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 105-106
232) Nəcisdə zülal təyin edildikdə alınan cavab normada necə olur?
A) 2 sınaq şüşəsində müsbətdir

B) 1 sınaq şüşəsində müsbətdir.

C) 1 sınaq şüşəsində mənfidir.

D) Hər 3 sınaq şüşəsində müsbətdir

E) Hər 3 sınaq şüşəsində mənfidir
Əgər nəcisin tərkibində zülal maddəsi olmazsa, çöküntü alınmır və maye bulanıq qalır, (-) mənfi olur. Mayenin durulaşması nisbəti əsasında reaksiyaya qiymət verilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 62
233) Nəcisdə yağ turşuları metilen abısı ilə hansı rəngə boyanır?
A) Palıdı rəngə boyanır

B) Göy rəngə boyanır

C) Qırmızı rəngə boyanır

D) Yaşıl rəngə boyanır

E) Narıncı rəngə boyanır
Yağ turşusu kristalları iynəcik və yumaqcıq şəkilli olub, 0,1%-li metilen göyü ilə göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56
234) Nəcisdə neytral yağlar hansı boyaqla boyanır?
A) Neytral qırmızı boyağı

B) Brillyant krezil abısı

C) Metilen göyü

D) Sudan III boyağı

E) Brillyant krezilin yaşılı
Neytral yağlar müxtəlif ölçüdə, rəngsiz, bəzəndə sarımtıl rəngli yağ dənəciklərindən ibarətdir. Sudan III boyağı ilə qırmızı, narıncı və ya tünd sarı rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56
235) Sudan III boyanmış nəcis preparatında neytral yağlar hansı rəngə boyanır?
A) Sarı, qonur

B) Palıdı, göy

C) Göy, sarı

D) Yaşıl, palıdı

E) Qırmızı, narıncı
Neytral yağlar Sudan III boyağı ilə boyandıqda qırmızı, narıncı rəngə boyanır.

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56


236) Kaproloji müayinədə lüqol məhlulundan hansı məqsəd üçün istifadə olunur?
A) epitel və eritrositləri aşkar etmək üçün

B) sabunu aşkar etmək üçün

C) əzələ lifləri və nişastanı aşkar etmək üçün

D) yağ turşularını aşkar etmək üçün

E) neytral yağları aşkar etmək üçün
Lüqol məhlulu ilə boyanmış preparatda əzələ lifləri qəhvəyi-qırmızı rəngdə görünür. Əzələ lifləri həzm olunmuş və həzm olunmamış şəkildə olur. Dəyişməmiş nişasta dənəcikləri göy rəngdə, bir qədər parçalanmış, həzm olunmuş nişasta dənəcikləri isə mavi-qırmızı rəngdə görünürlər.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 55, 56
237) Nəcisin müayinəsində istifadə olunan lüqolun tərkibi?
A) 2 q KJ, 1 q NaCl, 50 ml su

B) 2 q yod, 1 q NaOH, 100 ml su

C) 2 q KJ, 1 q kristal yod, 50 ml distillə suyu

D) 3 q KJ, 1 q KCl, 50 ml su

E) 2 q kristal yod, 1 q MgSO4, 100 ml su
50 ml-k kolbada 2 q KJ 1 ml distillə suyunda həll edilir, üzərinə 1 q kristal yod əlavə edilir, həll olduqdan sonra ölçü yerinə kimi distillə suyu əlavə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 55
238) Amidopirin sınağı ilə nəcisdə gizli qanaxmanı təyin etdikdə hansı reaktivdən istifadə olunur?
A) H2O2, amidopin, benzidin

B) Buzlu sirkə turşusu, H2O2, KMnO4

C) HCl, amidopirin, 6%-li H2O2

D) Buzlu sirkə turşusu, amidopirinin, 3% -li H2O2

E) H2SO4, efir, buzlu sirkə turşusu
Nəcisdə gizli qanaxmanı təyin etdikdə 30%-li buzlu sirkə turşusundan, 5%-li amidopirinin spirtdə məhlulundan və 3% -li H2O2-dən istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 61
239) Nəcisdə gizli qanaxma olarsa amidopirin sınağında hansı rəng alınır?
A) Bənövşəyi

B) Sarı


C) Ağ

D) Qırmızı

E) Yaşıl
Amidopirin – bənövşəyi, benzidin – yaşıl rəng olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 60 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 105-106
240) Gizli qanaxmanı müəyyən etmək üçün hansı qaydaya əməl olunmalıdır?
A) 2-3 gün balıq, yumurta qəbulu

B) 3-5 gün müddətində, ət məhsulları qəbul edilmir

C) 2-3 gün ərzində, ətli qida qəbulu

D) 4-5 gün ərzində zülalı qida qəbul etməli

E) 3-5 gün ərzində dərman qəbulu
3-5 gün müddətində xəstəyə ət, balıq, yumurta, göy tərəvəz, dərmanı maddələr, dəmir preparatları, hemotogen, maqnezium, bismut, karbolen qəbul etməyə icazə verilmir. Nəcis ehtiyatla qarışdırılır və müxtəlif yerlərindən müayinə üçün götürülür. Kimyəvi təmiz reaktivlərdən və qablardan istifadə edilir. Gizli qanaxmalar bir neçə gün müddətində dalbadal nəcisdə müayinə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 60-61 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 76
241) Nəcisdə zülal hansı üsulla təyin edilir?
A) Tribule-Vişniyakov

B) Şmid sınağı

C) Benziden

D) Amidopirin

E) Amidoprin
Nəcisdə zülalların təyini A.V.Vişnyakov tərəfindən dəyişdirilmiş Trubule reaksiyası ilə aparılır. Nəcis emulsiyası üzərinə reaktiv əlavə etdikdə qara bənzər lopalar alınır. Lopalar çökdükdə özləri ilə mikroorqanizmləri və detritləri də aparır, çökdürür və beləliklə də maye tamamilə durulaşır. Mayenin tərkibində zülal maddəsi olmadıqda, çöküntü alınmır və bulanıq halqa qalır.

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 61 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 77, 78


242) Nəcisdə zülal təyin edildikdə normada alınan nəticə normada necə olmalıdır?
A) Hər 3 sınaq şüşəsində müsbətdir

B) Hər 3 sınaq şüşəsində mənfidir

C)Bir sınaq şüşəsində mənfidir

D) İki sınaq şüşəsində müsbətdir.

E) İki sınaq şüşəsində mənfidir

Nəcisdə zülalların təyini A.V.Vişnyakov tərəfindən dəyişdirilmiş Trubule reaksiyası ilə aparılır. Nəcis emulsiyası üzərinə reaktiv əlavə etdikdə qara bənzər lopalar alınır. Lopalar çökdükdə özləri ilə mikroorqanizmləri və detritləri də aparır, çökdürür və beləliklə də maye tamamilə durulaşır. Mayenin tərkibində zülal maddəsi olmadıqda, çöküntü alınmır və bulanıq halqa qalır.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 61 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 77, 78
243) Normada nəcisdə bağırsaq qışası elementləri hansılardır?
A) Eritrosit, nişasta, bitki sellülozu

B) Çoxlu miqdarda selik, leykosit və yağ turşuları

C) Əzələ lifləri, birləşdirici toxuma, bədxassəli şiş hüceyrəsi

D) Çoxlu miqdarda selik, neytral yağ dənəciyi

E) Az miqdarda selik, leykosit və epitel hüceyrələri
Nəcisdə bağırsaq qışası elementlərindən – selik, leykosit, eritrosit, silindrik epiteli hüceyrələri olur. Normada nəcisdə bunlar az miqdarda olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 55 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 71
244) Normada nəcisdə hansı qida qalıqları olur?
A) Az miqdarda əzələ lifləri, yağ turşuları

B) Neytral yağlar, əzələ lifləri

C) Birləşdirici toxuma, yağ turşuları

D) Yodofil flora, çoxlu əzələ lifləri

E) Çoxlu nişasta, neytral yağlar
Normada nəcisdə az miqdarda həzm olunmuş əzələ lifləri və yağ turşuları olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 55 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 71
245) Mədəaltı vəzin çatışmazlığı zamanı nəcis necə olur?
A) Formalaşmamış, yağlıtəhər, qələvi, çoxlu miqdarda əzələ lifləri, neytral yağ, sellüloz, nişasta

B) Bitki sellülozu, nişasta, formalaşmış, palıdı turş

C) Həzm olunmuş əzələ lifləri, yağ turşuları

D) Formalaşmış, qəhvəyi, turş, irinli

E) Qəhvəyi, turş formalaşmış, qanlı
Nəcis formalaşmamış, yağlıtəhər görünür. Rəngi boz-sarı, reaksiyası qələvi olur. Mikroskop altında külli miqdarda həzm olunmamış əzələ lifləri, neytral yağ, həzm oluna bilən sellüloz və nişasta, bəzən birləşdirici toxumada müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 63 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 72
246) Nəcisdə aşkar edilən yağ turşuları hansı boyaqla boyanır və nə rəng alınır?
A) Metilenlə göy rəngə boyanır

B) Sudan III-lə narıncı rəngə boyanır

C) Hemotoksilinlə qırmizi rəngə boyanır

D) Sirkə turşusu ilə sarı rəngə boyanır

E) Brilyant yaşılı və qırmızı neytralla boyanmır
Yağ turşusu kristalları iynəcik şəkilli və ya yumaqcıq şəkilli görünürlər. Sudan III boyağı ilə boyanmırlar. 1%-li – neytral qırmızı və 2%-li brilyant yaşılı boyağı ilə qırmızı rəngə boyanırlar. 0,5%-li metilen göyü ilə göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 71
247) Həzm sisteminin müayinəsi zamanı nəcisdən hansı preparatlar hazırlanmalıdır?
A) Romanovski preparatı ilə boyanmış preparat

B) Yalnız lüqolla boyanmış preparat

C) Yalnız qleserinlə qarışdırılmış preparat

D) Nativ, Sudan III, metilen göyü, Lüqolla boyanmış preparat

E) Yalnız nativ preparat
Mikroskopik elementləri daha yaxşı seçmək, görmək üçün 5 növ rəngli preparat hazırlamaq lazımdır: 1. Nativ preparat 2-ci Lüqol məhlulu ilə 3-cü neytral qırmızı boyağı brilyant yaşıl boyağı ilə, 4-cü Sudan III boyağı ilə. 5-ci Metilen göyü ilə boyanmış preparatlar. Nəcisdən hazırlanmış preparatların üzərinə 1-2 damla müvafiq reaktivdən tökülür, örtücü şüşə ilə örtülür və mikroskop altında baxılır.

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 54, 55 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 95, 96


248) Nəcisin müayinəsində sudan III boyağının tərkibi hansı maddələrdən ibarətdir?
A) Sudan III, neytral qırmızı, distillə su

B) Sudan III, distillə su, spirt

C) Sudan III, spirt, buzlu sirkə turşusu

D) Sudan III, metilen abısı, spirt

E) Sudan III, eozin, spirt
100 ml-k kolbaya Sudan III boyağından 2 qr tökülür, üzərinə 10 ml 96% spirt əlavə edilir, çalxalanır və 90 ml (kolbanın ölçü yerinə kimi) buzlu sirkə turşusu tökülür.

$$
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 54, 55 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 95, 96


249) Nəcisin mikroskopik müayinəsinin kliniki əhəmiyyəti nədir?
A) Dəri-zöhrəvi xəstəliklərinin aşkar edilməsi

B) Həzm sistemindəki prosesləri öyrənmək, helmintoloji müayinə aparmaq

C) Göbələk xəstəliklərin aşkar edilməsi

D) İfrazat sistemindəki dəyişkənliyi öyrənmək

E) Qan yaranmanın pozulmasını öyrənmək
Qəbul edilmiş qidanın həzm olunması və mədə-bağırsaq sistemində gedən prosesləri öyrənmək üçün nəcis mikroskopik müayinə edilir. Nəcis kütləsi nazik bağırsaqlarda həzm olunmayan və orqanizm tərəfindən mənimsənilməyən qida qalıqlarından ibarətdir. Nəcis kütləsi yoğun bağırsaqda əmələ gəlir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 53 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 69
250) Sutka ərzində normada nə qədər onurğa beyni mayesi yaranır?
A) 200-300 ml

B) 900-1500 ml

C) 600-900 ml

D) 800-1000 ml

E) 400-600 ml
Onurğa beyin mayesi beyin mədəciyində qan plazmasının damar divarından ayrılmasından əmələ gəlir. Mədəcikdən beyin sisternasına və subaraxnoidal boşluğa keçir. Sonra kapilyarla venoz və limfotik sistemə sorulur. Bir sutka ərzində 400-600 ml-ə qədər onurğa beyni mayesi əmələ gəlir. Onurğa beyni mayesi fasiləsiz dövr edir. Subaraxnoidalboşluqda 100-150 ml onurğa beyni mayesi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 64 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 97, 98
251) Normada subaraxnoidal boşluqda nə qədər onurğa beyni mayesi olur?
A) 80-100 ml

B) 100-150 ml

C) 40-80 ml

D) 20-40 ml

E) 10-15 ml
Onurğa beyin mayesi beyin mədəciyində qan plazmasının damar divarından ayrılmasından əmələ gəlir. Mədəcikdən beyin sisternasına və subaraxnoidal boşluğa keçir. Sonra kapilyarla venoz və limfotik sistemə sorulur. Bir sutka ərzində 400-600 ml-ə qədər onurğa beyni mayesi əmələ gəlir. Onurğa beyni mayesi fasiləsiz dövr edir. Subaraxnoidalboşluqda 100-150 ml onurğa beyni mayesi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 64 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 97, 98
252) Hansı xəstəliklərdə onurğa beyni mayesi azalır?
A) Difteriyada

B) Vərəmdə

C) Meningitdə

D) Şəkərli diabetdə

E) Eksudativ plevritdə
Normada onurğa beyni mayesində 2,8-3,9 mmol/l şəkər olur. Ensefalit, beynin şişi, sirkələnməsi, şəkərli diabet zamanı artır, meningit zamanı azalır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 100
253) Onurğa beyin mayesinin fiziki xassələri hansılardır?
A) Rəngi, şəffaflığı, xüsusi çəkisinin təyini

B) Şəffaflığın və sitoqrammanın təyini

C) Bilirubinin, xloridlərin təyini

D) Xüsusi çəkisi və sitozun təyini

E) Rənginin, xolesterinin təyini
Onurğa beyin mayesinin fiziki xassələrinə rəngi, şəffaflığı, xüsusi çəkisi, çöküntüsü aiddir. Normada onurğa beyni mayesi şəffaf, rəngsiz mayedir, çöküntüsü olmamalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 65
254) Onurğa beyin mayesi (O.B.M.) müayinəsində Pandi reaktivinin tərkibi?
A) 100 q sulfosalisil, 1 l distillə suyu

B) 85 q ammonium sulfat, 100 l distillə suyu

C) 85 q ammonium sulfat, 100 ml distillə suyu

D) 10 q karbol turşusu, 1 l distillə suyu

E) 100 q karbol turşusu, 1 l distillə suyu
Onurğa beyni mayesində qlobulinin çökdürülməsi üçün 100 q karbol turşusu 1 l distillə suyu ilə qarışdırılır, çalxalanır. 6-8 saat müddətində 370S temperaturda termostatda saxlanılır. Sonra 7 gün otaq temperaturunda vaxtaşırı çalxalamaqla saxlanılır, üst mayesi digər qaba köçürməklə saxlanılır, lazım gəldikdə işlədilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 67
255) Nonne-Apelt sınağında istifadə olunan reaktiv hansıdır?
A) Doymuş natrii xlor məhlulu

B) Doymuş ammonium sulfat məhlulu

C) Doymuş ammonium sitrat məhlulu

D) Doymuş ammonium oksalat məhlulu

E) Doymuş karbol turşusu məhlulu
Onurğa beyni mayesində qlobulin reaksiyasını aparmaq üçün Nonne-Apelt reaksiyasında ammonium sulfatın doymuş məhlulundan istifadə olunur. 85 q k.t. ammonium sulfat 100 ml qaynar distillə suyunda həll edilir, 48 saat otaq temperaturunda saxlanılır, süzülür. Hazır reaktiv neytral reaksiyalı olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 67
256) Fuks-Rozental kamerasının həcmi nə qədərdir?
A) 0,9 mm3

B) 1,2 mm3

C) 2,5 mm3

D) 4 mm3

E) 3,2 mm3
Onurğa beyni mayesində sitozun hesablanması üçün Fuks-Rozental kamerasında istifadə olunur. Fuks-Rozental kamerasının həcmi böyük olduğundan orada olan hüceyrə elementlərini saymaq daha əlverişlidir. Torun yanları 4 mm-dir. Sahəsi 16 mm2, dərinliyi 0, 22, həcmi 3,2 mm3 bərabərdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 69-70
257) Onurğa beyni mayesinin əsas rolu nədir?
A) Bədən temperaturunun sabit saxlayır

B) Beynin osmotik təzyiqini, duz tərkibini sabit saxlayır, qidalanmasında, maddələr mübadiləsində iştirak edir

C) Avitaminozda iştirak edir

D) Mədələr mübadiləsində iştirak edir

E) Bilirubin, xolesterin mübadiləsində iştirak edir
Onurğa beyni mayesi beyin toxumasının həyat fəaliyyətində böyük rol oynayır. Belə ki, onun osmotik təzyiqini, duz tərkibini daim, sabit saxlayır. Maddələr mübadiləsi prosesində, qidalanmada iştirak edir, beyni mexaniki zədələnmədən qoruyur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 64, 65 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 98
258) Onurğa beyni mayesi hansı xəstəliklərdə müayinə edilr?
A) Kəskin qlomerulonefrit, qastrit

B) Revmatoid artrit ,nefrit

C) Meningit, ensefalit, araxnoidit

D) Qastrit, kolit, enterit

E) Şəkərli diabet, leykoz, kolit
Onurğa beyni mayesinin tərkib və xüsusiyyətlərinin müayinəsi mərkəzi sinir sistemi, beyin qişası xəstəliklərinin diaqnostikasında böyük əhəmiyyətə malikdir. Məs: ensefalit (baş beynin iltihabı), miningit (beyinin sərt qişasının iltihabı), araxnoidit (hörümçək toruna bənzər qişanın iltihabı), beyin siflisi, şişi, zədələnməsi və s.).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 65 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 98
259) Normada onurğa beyni mayesinin fiziki xassəsi neçə olmalıdır?
A) Qonur, bulanlıq, xüsusi çəkisi-1,003-1,004, qələvi

B) Rəngsiz, bulanlıq, xüsusi çəkisi-1,005-1,006, turş

C) Sarı-şəffaf, xüsusi çəkisi-1,010-1,017

D) Sarı , bulanlıq xüsusi çəkisi-1,010-1,015

E) Rəngsiz, şəffaf, reaksiyası zəif qələvi, xüsusi çəkisi - 1,006-1,007
Onurğa beyni mayesi şəffaf, rəngsiz mayedir. Onuğa beyni mayesinin bulanlıq olması, onda hüceyrə elementlərinin, eritrosit, leykosit, epiteli hüceyrəsinin artması və ya çoxlu miqdarda mikroorqanizmin olması nəticəsində olur. Xüsusi çəkisi: Normada 1,006-1,007 olur. Reaksiya: zəif qələvi pH – 7,4-7,5 olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 65, 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 98, 99


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin