Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Çürümüş qoxulu bəlğəm hansı xəstəlikdə olur?



Yüklə 1,61 Mb.
səhifə9/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

298) Çürümüş qoxulu bəlğəm hansı xəstəlikdə olur?
A) Pnevmoniyada

B) Plevritdə

C) Traxeitdə

D) Bronxitdə

E) Ağciyərin qanqrenasında
Ağciyər qanqrenası və şişin dağılması zamanı bəlğəm çürümüş xarakterli olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 126 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 83
299) Hansı xəstəliklərdə bəlğəmdə elastiki liflər görünür?
A) Bronxial astmada

B) Kəskin bronxitdə

C) Ağciyər vərəmində

D) Xroniki bronxitdə

E) Krupoz pnevmaniyada
Elastiki liflər ağciyər toxumasının parçalanıb dağılması zamanı görünür.Alveolun divarı bir qat alveol epitelidən təşkil olunur. Hansı ki, elastiki lifləri olan nazik birləşdirici toxuma qatı ilə bürünüb. Ağciyər toxumasının dağılmasında epiteli qatı pozulur və elastiki liflər azad olur. Azad olmuş elastiki liflər bəlğəmlə ifraz olunur. Üzərində leykosit, detrit olur. Bu liflərə ağciyər vərəmində, absesdə, qanqrenada, şişdə müşahidə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 128 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 86, 87
300) Bronxial astma xəstəliyində hansı elementlərin olması xarakterikdir?
A) Kurşman spiralı, eozinofil, Sarko-leyden kristalı

B) Hematoidin kristalı, Neytrofil

C) Kurşman spiralı, elastiki bifler

D) Sarko-Leyden kr, makrofaqlar

E) Silindirik epitel, yastı epitel, leykosit
Bronxial astma zamanı bəlğəmdə az miqdarda selikli, özlülü, şüşəvari bəlğəm ifraz olunur. Kurşman spiralını makroskopik görmək olar. Mikroskopik müayinədə xarakterik olaraq silindrik epiteli, eozinofil və Şarko-Leyden kristalı görünür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 130 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 89
301) Hansı ardıcılıqla bəlğəm Sil-Nelsen üzrə boyanır?
A) Yaxma üzərinə metilen absi, karbol fuksin tökülür və yuyulur

B) Yaxma fiksə edilir, Silin korbolfuksin tökülür, rəngsizləşir, metilin göyü ilə boyanır

C) Yaxma üzərinə süzgək kağızı qoyulur, metilin göyü tökülür

D) Yaxma üzərinə Silin karbolfuksini tökülür, yuyulur, metilen göyü tökülür

E) Yaxma fiksə edilir, metilen göyü tökülür, rəngsizləşir və fuksinlə boyanır
Alov üzərində fiksə olunmuş preparatın üzərinə nazik süzgəc kağızı qoyub, 2-3 ml Silin karbol fuksini tökülür, sonra 3 dəfə alovdan keçirilir. Preparat soyudulur, üzərindən süzgəc kağızı pinsetlə götürülüb atılır, su ilə yuyulur və rəngsizləşdirilir. Rəngsizləşdirmək üçün preparat 3%-li hidrogen xlorid turşusu məhluluna qoyulur. Çıxarılır, su ulə yuyulur. 30 san müddətində metilen göyü ilə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 134 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 115, 116
302) Bəlğəmdə Erlix tetradası hansı elementlərdən təşkil olunub?
A) Hemotoidin kristalı, xolesterin, detrit, epitel hüceyrəsi

B) Şiş hüceyrələri, alveol makrofaqları, hemotoidin kristalı

C) Epitel hüceyrəsi, vərəm çöpləri, Şarko-Leyden kristalı, göbələk

D) Slindirik epiteli, leykosit, eritrosit, xolisterin kristalı

E) Kirəcləşmiş elastiki liflərdən, xolesterin kristalından, vərəm çöplərindən, detritdən
Erlix tetradası. Dörd elementdən ibarətdir: Detrit, kirəcləşmiş elastiki liflər, xolesterin kristalları və vərəm mikobakteriyaları. Kirəcləşmiş liflər ilk vərəm ocaqlarının dağılması zamanı müşahidə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 129 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 88
303) Bəlğəmdə vərəm çöpləri hansı üsulla aşkar edilir?
A) Sil-Nilsen üsulu ilə boyanmış preparatın mikroskopiyasında

B) Romanovski üzrə boyanmış yaxmanın müayinəsi

C) Nativ preparatın mikroskopiyasında

D) Qram üzrə boyanmış preparatın mikroskopiyasında

E) Yaxmanın sitoloji müayinəsində
Sil-Nilsen üsulu üzrə boyanmış preparatda vərəm çöpləri qırmızı, yerlik və digər hüceyrələr göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 134 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 122
304) Bəlğəm kimyəvi üsulla necə zərərsizləşdirilir?
A) Kanalizasiyaya tökmək

B) 1 saat müddətində sodalı suda saxlamaq

C) 0,5 saat müddətində xlorlu əhəngdə saxlamaq

D) 2 saat 3% xloromin məhlulunda saxlamaq

E) 4 saat müddətində ammonium xlorid və xloramin töküb saxlamaq
Əksərən bəlğəm yoluxucudur, ona görə də işdən sonra müayinə olunan material, istifadə olunan qablar, əşya şüşələri zərərsizləşdirilir. Zərərsizləşmə fiziki və kimyəvi üsulla aparılır. Kimyəvi üsulla zərərsizləşmədə aktiv ammonium birləşmələrindən, xloramindən, xlorlu əhəngdən istifadə olunur. Yoluxucu material olduqda isə dezinfeksiyaedici maddələr ikiqat tökülür, 4 saat saxlanılır. Zərərsizləşmədən sonra qablar adi qaydada yuyulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 132 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 91
305) Hemosidrinin təyini üçün istifadə olunan reaktivlər hansılardır?
A) Spirt,1%-li metilen göyü

B) 5%-li kalium ferrosianid, 2%-li HCl

C) Sudan III, 0,1n NaCl

D) 2%-li metilen göyü, 1%-li H2SO4

E) 1% kalium ferrosianid, 1% H2SO4
Hemosidrinin təyini üçün aşağıdakı reaktivlərdən istifadə olunur: 1) 5%-li kalium ferrosianid (sarı qan duzu) məhlulu; 2) 2%-li xlorid turşusu məhlulu
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 133
306) Hansı halda bəlğəmdə hemosidrin reaksiyası müsbət olur?
A) Bronxial astma tutmalarında

B) Bronxların sıxılmasında

C) Xroniki bronxitdə

D) Səs tellərinin iltihabında

E) Kiçik qan dövranı-ağ ciyər durğuluğunda
Ağciyər infarktında, kiçik qan dövranı pozulmasında – ağciyər durğunluğu əlamətlərində makrofaqda qızılı sarı ləkələr olan hemosidrin olur. Ağciyər toxumasında hemoqlobin parçalanaraq toxuma piqmentinə hemosidrinə çevrilir, hansı ki, alveol makrofaqlar tərəfindən udulur. Hemosidrin xüsusi mikrokimyəvi reaksiya ilə müəyyən edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 127 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 93
307) Sil-Nilsen üzrə boyamada hansı reaktivlərdən istifadə olunur?
A) Fuksin, spirt, kristal violet

B) Karbol turşusu, HCl, H2SO4

C) Əsasi fuksin, karbol, HCl, metilen abısı

D) Metilen abısı, karbol turşusu, HNO3

E) Gension violet, spirt, brilliant yaşıl
Sil-Nilsen üzrə boyamada reaktivlər: 1) Silin karbol fuksini (1 q əsas fuksini 10 ml 96%-li etil spirti ilə həvəngdəstədə əzilir. Hazırlanmış məhlulu 7%-li 90 ml fenol məhlulu üzərinə tökülüb, yaxşı-yaxşı qarışdırılır, tünd rəngli qabda saxlanılır). 2) 3%-li xlorid turşusunun spirtdə məhlulu (3 ml qatı HCl və 97 ml – 96%-li etil spirti əlavə edilir). 3) 1%-li metilen abısının suda məhlulu
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 134 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 94 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 122-123
308) Sil-Nilsen üzrə boyamada vərəm mikobakteriyaları necə görünür?
A) Uzunsov, kobud şəkilli – bənövşəyi

B) Azca əyilmiş, incə çubuq şəkilli– qırmızı

C) Oval, qrup yığımında – yaşıl

D) Girdə, çubuq şəkilli – göy

E) Diplokokk şəkilli-yaşıl
Göy rəngli yerlikdə qırmızı rəngli vərəm mikobakteriyaları yaxşı seçilir. Onlar polimorfdur, müxtəlif uzunluqlu, azca əyilmiş, incə çubuq şəklindədir. Bəzən kolbavari, nöqtələr formasında, tək-tək və ya qruplar yığımında olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 134 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 94
309) Bəlğəmdə Klepsiel çöpləri Qram üzrə boyanmada necə görünür?
A) Kapsula ilə əhatə olunmuş, yoğun çəhrayi rəngli

B) Kokk şəkilli- göy rəngdə

C) İncə, nazik – qara

D) Yoğun, kapsulasız – göy

E) Əyilmiş, kofe şəkilli – sarı
Klepsiel – müxtəlif ölçülü, yoğun, ucları girdə, cüt-cüt yerləşib, kapsula ilə əhatə olunmuş qrammənfi çöplərdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984
310) Mozayka şəkilli mitsellər hansı göbələk üçün xarakterikdir?
A) Trixofiton

B) Mikrospor

C) Penisilioz

D) Epidermofiton

E) Kandidalar
Mikroskopiyanın törədicisi tükü, dərinin tüklü nahiyyəsini və hamar dərini zədələyir. Nativ preparatında sporlar tük dibinin ətrafında, tükün daxilində dəstələrlə yerləşir. Mozaika şəklində tək-tək arakəsməsi olan nazik budaqlanmış sapları olan mitsellər görünür. Mikrosporiyanın laborator diaqnostikası zədəli tüklərin lüminisesiya xarakterinə (ağımtıl-göyümtül şüalanması) əsaslanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 137
311) Dəri-göbələk xəstəliyində preparat hazırladıqda ən çox nə üçün qələvidən istifadə olunur və qızdırılır?
A) Eritrositləri parçalamaq üçün

B) Boyağı rəngsizləşdirmək üçün

C) Piqmentləri rəngsizləşdirmək üçün

D) Epitelləri parçalamaq üçün

E) Leykositləri parçalamaq üçün
Göbələk xəstəliklərində preparatı hazırlamaq üçün tükdən və onun dib hissəsindən, dəri pulcuqlarından, dırnaqdan müayinə materialı götürülür. Alınmış materialdan (tükdə, dəridə, dırnaqda) epidermal hüceyrəni, seliyi, irini həll etmək üçün, həmçinin tükdəki piqmenti rəngsizləşdirmək üçün onun üzərinə qələvi tökmək lazımdır. Götürülmüş tüklər, pulcuqlar əşya şüşəsi üzərinə qoyulur və üzərinə 30%-li kalium qələvi məhlulu əlavə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 136 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 147, 148
312) Cinsiyyət orqanları ifrazatının müayinəsi hansı məqsəd üçün aparılır?
A) Sistem xəstəliklərinin aşkarı

B) Hormonoloji xəstəliklərin aşkarı

C) Dəri xəstəliklərinin aşkarı

D) Sidik ifrazat xəstəliklərinin aşkarı

E) Hormonoloji sitodiaqnostika, zöhrəvi xəstəliklərin aşkarı
Diaqnostik məqsəddən asılı olaraq aşağıdakı müayinələr aparılır:

Yumurtalıqların funksional vəziyyətini hormonoloji sitodiaqnostika və yaman şiş hüceyrələrinin təyini üçün uşaqlıq yolu ifrazatından hazırlanmış yaxmanın sitoloji öyrənilməsi, zöhrəvi xəstəliklər zamanı ifrazatın müayinəsi, uşaqlıq yolunun təmizlilik dərəcəsinin təyini. Spermanın öyrənilməsi.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 139 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 131
313) Yumurtalıqların funksional vəziyyətini öyrənmək üçün uşaqlıq yolu ifrazatı necə götürülməlidir?
A) Uşaqlıqdan-katetirlə

B) Uşaqlıq yolundan steril tənziflə

C) Uşaqlıq yolundan pambıq tamponla

D) Uşaqlıq boynundan pinsetlə

E) Uşaqlıq yolunun yan arxa künbəzindən folkman qaşığı ilə
Uşaqlıq yolu ifrazatından yaxma hazırladıqda material uşaqlıq yolunun yan arxa künbəzindən rezin balonla birləşmiş steril pipetlə və ya Folkman qaşığı ilə götürülməlidir. Pambıq tamponla götürülmüş material müayinə üçün yararsız hesab olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 139 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 132
314) Sitoloji müayinədə (yumurtalığın funksional vəziyyəti) hansı boyama üsulundan istifadə olunur?
A) Metilen abısı ilə

B) Papanheyim üsulu

C) Noxt üsulu

D) Monoxrom, polixrom boyamadan

E) Romanovski boyağı
Yumurtalıqların funksional vəziyyətini öyrənmək məqsədilə uşaqlıq yolu yaxmasının sitoloji öyrənilməsi üçün monoxrom və polixrom boyanma üsullarından istifadə olunur. Monoxrom boyanma üsulunda metilen göyündən və ya eozindən və ya fuksindən istifadə olunur. Polixrom boyanma üsulunda eritrozin, lixtqryüni, fosformolibden turşusundan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 139 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 132
315) Qadınlarda qonoreya zamanı müayinə material haradan götürülür?
A) Uretradan, vaginadan, serviks kanalından

B) Sidik kisəsindən

C) Düz bağırsaqdan, barmaqdan qan

D) Vaginadan, dəridən.

E) Uretradan, sidik kisəsindən
Qonoreya zamanı uretradan, uşaqlıq yolundan, uşaqlıq boynundan, düz bağırsaqdan material götürülür. Şüşədə U (urethra), V(vagina), S (servix) hərfləri qeyd edilir. Müayinə üçün 10-15 ml təzə ifraz olunmuş səhərki sidik də laboratoriyaya göndərilir.

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 143 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 136, 137


316) Qonoreyanı aşkar etmək üçün hansı müasir üsuldan istifadə olunur?
A) Romanovski üzrə boyanma

B) İFA – immunfermentanaliz, kart-test

C) Qram üzrə boyanma

D) Eozin və metilen göyü ilə boyanma

E) Metilen göyü ilə boyanma
Qonorey törədicisini aşkar etmək üçün sitoloji üsullardan başqa İFA, PZR kart-test üsullarından istifadə olunur.
Ədəbiyyat: В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 136, 137
317) Qonokokkun quruluşu necədir?
A) Çöp şəkillidir

B) Tay şəkillidir

C) Diplokokklardır, arasında yarıq görünür

D) Tək-tək kokklardır

E) Spiral şəkillidir
Boyanmış, qurudulmuş preparata mikroskopun immersion sistemi ilə baxılır. Qonokokklar diplokokk şəklində olub lobyavari formadadır. Hər cüt kokk arasında yarıq olur. Qonokokk üçün hüceyrədaxili yerləşmə xarakterikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 144 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 138
318) Trixomonadın hərəkətli forması hansı preparatda aşkar edilir?
A) Makroskopik müayinədə

B) Mikroskopla nativ preparatda

C) Fiksə edilmiş preparatda mikroskopda

D) Boyaqlı preparatda mikroskopda

E) Yaxmada mikroskopda
Trixomonoz zamanı uretradan, uşaqlıq boynundan, uşaqlığın arxa divarından və ya düz bağırsaqdan platin ilməklə ifrazat damlası götürülür. İfrazat tez laboratoriyaya gətirilməlidir. Material əşya şüşəsi üzərində natrium xlorun izotonik məhlulu damlası ilə qarışdırılır, nativ preparat hazırlanır. Nativ preparatında trixomonad hərəkətli olur (təkanverici hərəkət xarakterikdir), boz rənglidir, adətən armudvari olur
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 144 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 138-139
319) Trixomonadın quruluşu necədir?
A) Kok şəkilli

B) Uzunsov, kirpikli

C) Yumru, qamçısız

D) Armudvari, 4 ədəd qamçısı var

E) Dördbucaqlı, qamçısız
Trixomonad hərəkətli olur (təkanverici hərəkət xarakterikdir), boz rənglidir, adətən armudvari olur və 4 ədəd qamçısı var. Həmçinin uzadılmış girdə formada da olur. Onlar ölçüdə leykositdən bir neçə dəfə böyükdür. Lakin epiteli hüceyrəsindən kiçikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 153 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 139
320) Siflis xəstəliyinin törədicisi hansıdır?
A) Xlamidiya

B) Spiroxeta redringes

C) Trixomonad

D) Virus


E) Solğun triponema
Sifilisin törədicisi solğun treponema hərəkətli, gümüşü, spiral şəklində və ya burulmuş hissələrin qabarıqları daha parlaq işıqlandığına qırıq-qırıq xətlərlə görünür. Buruqlar bərabər ölçüdə olmaqla onların miqdarı 8-dən 14-ə kimi olur. Solğun treponema üçün öz oxu ətrafında dalğavari, irəliləyici hərəkət xarakterikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 145 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 140, 141
321) Solğun spiroxet hansı quruluşdadır?
A) Spiral şəkilli, 15-20 buruqlu

B) Spiral şəkilli, 8-14 buruqlu

C) Diplokokk şəkilli

D) Çöp şəkilli, buruqsuz

E) Spiral şəkilli, 7-ə kimi buruqlar
Sifilisin törədicisi solğun treponema hərəkətli, gümüşü, spiral şəklində və ya burulmuş hissələrin qabarıqları daha parlaq işıqlandığına qırıq-qırıq xətlərlə görünür. Buruqlar bərabər ölçüdə olmaqla onların miqdarı 8-dən 14-ə kimi olur. Solğun treponema üçün öz oxu ətrafında dalğavari, irəliləyici hərəkət xarakterikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 əh 145 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 140, 141
322) Siflisin törədicisi Romanovski üzrə boyanmış preparatda hansı rəngdə olur?
A) Çəhrayı

B) Palıdı

C) Qara

D) Göy


E) Al qırmızı
Toxuma mayesindən bir damla əşya şüşəsi üzərinə qoyub yaxma çəkilir. Yaxma 1 saat müddətində havada qurudulur, sonra metil spirtində 3-4 dəq fiksə edilir. Solğun treponemalar anilin boyağını pis qəbul edir. Ona görə də Romanovski boyağı durulaşdırıldıqdan sonra preparat 14-15 saat müddətində boyanır. Sonra ehtiyatla suda yaxalanır, qurudulur və immersiya sistemilə öyrənilir. Romanovski üzrə boyanmış preparatda solğun treponemalar çəhrayı rəngə, digər spiroxetalar – göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 146 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 141
323) Siflisin diaqnostikasında hansı təkmilləşdirilmiş üsuldan istifadə olunur?
A) Kompleks seroloji reaksialardan

B) Neqativ üsuldan

C) Pozitiv üsuldan

D) Nativ preparatdan

E) Boyaqlı preparatlardan
Sifilisin diaqnostikasında təkmilləşmiş üsullardan ən müasir üsul kompleks seroloji reaksiyalardır.
Ədəbiyyat: В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 142
324) Siflisin diaqnostikasında müayinə materialı hansılardır?
A) Dəridən götürülmüş material

B) Limfa mayesi, bəlğəm

C) Sidik, boşluq mayesi

D) Toxuma mayesi, qan, O.B.M.

E) Sidik, qan
Sifilisi aşkar etmək üçün toxuma mayesi, limfa düyünlərindən punksiya ilə alınmış material, onurğa beyin mayesi (O.B.M.), qan müayinə olunur. Bu materiallarla işlədikdə yoluxma qorxusu olduğundan rezin əlcək geyinmək lazımdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 145 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 140
325) Siflislə yoluxmanın qarşısını almaq, təxirə salınmaz dezinfeksiya üçün hansı maddədən istifadə olunur?
A) Civə xlorid, fenol

B) Xlorlu əhəng, HCl

C) NaCl, spirt

D) Spirt, distillə su

E) Xloramin, NaCl
Sifilisi aşkar etmək üçün toxuma mayesi, limfa düyünlərindən punksiya ilə alınmış material, likvor, qan müayinə olunur. Bu materiallarla işlədikdə yoluxma qorxusu olduğundan rezin əlcək geyinmək lazımdır. Təxirə salınmaz dezinfeksiya üçün 1:1000 civə xlorid məhlulu və ya 1%-li fenol məhlulu hazırlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 145 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 140
326) Yumşaq şankrn törədicisi hansı üsulla aşkar edilir?
A) Monoxom boyanma

B) Romanovski

C) Qram

D) Eozinlə



E) Metilen göyü ilə
Yumşaq şankr çubuğu qısadır, qrammənfidir, qram üzrə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 146 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 142
327) Yumşaq şankr törədicisi - Dukreya-Petersen streptobasilləri hansı üsulla boyanır?
A) Brilliant-krezilin boyağı

B) Maya-Qrunvald

C) Turş eozinlə

D) Sil-Nelsen üzrə

E) Qram üzrə
Streptobasil zəncirini pozmamaq şərti ilə çox ehtiyatlı yaxa hazırlanır, fiksə edilib və Qram üzrə boyanır. Qram mənfidir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 146 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 142
328) Sağlam uşaqlıq yolu selikli qişasında hansı hüceyrələr olmalıdır?
A) Qonokokk, Dederleyin çubuqları,

B) Stafilokokk, streptokokk, çoxlu epitellər

C) Yastı epitel, çoxlu Dederleyin çubuqları, tək-tək leykosit

D) Trixomonad, epitel, çoxlu leykositlər

E) Dedirliyin çöpləri az-az, çoxlu leykositlər
Sağlam uşaqlıq yolu ifrazatından hazırlanmış yaxmada az miqdarda yastı epitel, tək-tək leykosit və çoxlu miqdarda Dederleyin çubuqları olmalıdır. . Dederleyn çubuqları – iri və yoğun çubuqlardır, g/s çoxlu miqdarda olmalıdır. Qram üzrə boyanır. Comma variabile – kiçik, bir qədər əyilmiş çubuqlar olub. Qram üzrə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 146 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 142, 143


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin