Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Qan qruplarının standart zərdabla təyini zamanı hansı görünüş B (III) qrup olduğunu göstərir?



Yüklə 1,61 Mb.
səhifə11/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

370) Qan qruplarının standart zərdabla təyini zamanı hansı görünüş B (III) qrup olduğunu göstərir?

A)  (I),  (II) qrup zərdabla aqqlütinasiya müsbət,  (III) mənfidir

B)  (I),  (II),  (III) zərdabla aqqlütinasiya müsbətdir

C)  (I),  (II),  (III) qrup zərdabla aqqlütinasiya mənfidir

D)  (I) müsbət,  (II) və  (III) zərdabla aqqlütinasiya mənfidir

E)  (I) mənfi,  (II) zərdabla aqqlütinasiya mənfi,  (III) müsbətdir

Qan qruplarının standart zərdab vasitəsi ilə təyinində O (I), A (II), B (III) və AB0 (IV) qan qruplarının zərdablarından istifadə olunur. Ağ lövhədə arı-ayrı yuvalarda qanla zərdab qarışdırılır. İzohemoaqqlütinasiya reaksiyası müsbət və mənfi ola bilər. Müayinə olunan B (III) qan qrupuna mənsubdursa,  (I) və  (II) qrup qan zərdabı ilə aqqlütinasiya reaksiyası müsbət,  (III) qrup zərdabla mənfi olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112-114
371) Qan qruplarının standart zərdabla təyini zamanı hansı görünüş AB0 (IV) qrup olduğunu göstərir?

A)  (I),  (II) və  (III) qrup zərdabla aqqlütinasiya müsbətdir

B)  (I),  (II) və  (III) qrup zərdabla aqqlütinasiya mənfidir

C)  (I) müsbət,  (II) və  (III) zərdabla aqqlütinasiya mənfidir

D)  (I) mənfi,  (II) və  (III) zərdabla aqqlütinasiya müsbətdir

E)  (I),  (II) zərdabla aqqlütinasiya müsbət,  (III) mənfidir

Qan qruplarının standart zərdab vasitəsi ilə təyinində O (I), A (II), B (III) və AB0 (IV) qan qruplarının zərdablarından istifadə olunur. Ağ lövhədə arı-ayrı yuvalarda qanla zərdab qarışdırılır. İzohemoaqqlütinasiya reaksiyası müsbət və mənfi ola bilər. Müayinə olunan AB0 (IV) qan qrupuna mənsubdursa,  (I),  (II) və  (III) qrup zərdabla aqqlütinasiya reaksiyası müsbət olacaq.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112-114
372) Limbek və Riber üsulu ilə eritrositlərin osmotik davamlılığının təyinatı hansı reaktivdən istifadə olunur?
A) NaCl hipotonik məhlulundan

B) NaCl hipertonik məhlulundan

C) 0,1 n natrium hidroksid məhlulundan

D) 0,1 n hidrogen xlorid məhlulundan

E) Na sitratın hipotonik məhlulundan
Müayinə eritrositlərin NaCl-un müxtəlif hipotonik məhluluna müqavimətinə əsaslanır. Eritrositlərin osmotik rezistentliyini təyin etdikdə NaCl-un hipotonik məhlulundan istifadə olunur. 1% NaCl-dan 0,7%-dən 0,02%-ə kimi müxtəlif məhlullar hazırlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 93-95
373) Sidikdə zülalı təyin etdikdə sidiyin reaksiyası necə olmalıdır?
A) Amfoter

B) Zəif turş

C) Kəskin qələvi

D) Qələvi

E) Neytral
Sidikdə zülalı təyin etdikdə onun reaksiyası zəif turş olmalıdır. Əgər sidik qələvi reaksiyalı olarsa, o vaxt sidiyə 2-3 damla 10%-li sirkə turşusu damızdırılır və sidik turşulaşdırılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 15 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 11
374) Sidikdə zülalı tətin etdikdə sidik necə olmalıdır?
A) Şəffaf

B) Tam bulanlıq

C) Qanlı

D) Bulanlıq

E) Selikli
Sidikdə zülalı təyin etdikdə sidik şəffaf olmalıdır. Bulanlıq sidik şəffaflaşdırılmalıdır, sonra müayinə aparılmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 15-16 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 11-12
375) Sidikdə keyfiyyətcə zülal təyin edildikdə neçə sınaq şüşəsi götürülür?
A) 3

B) 5


C) 6

D) 4


E) 2
Sidikdə zülalı keyfiyyətcə 20%-li sulfosalisil turşusu ilə təyin etdikdə 2 bərabər diametrli kimyəvi sınaq şüşəsi götürülür. Bunlardan biri nəzarətçi, digəri işçi sınaq şüşəsi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 16 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 12
376) 100 ml 20%-li sulfosalisil turşusunu hazırlamaq üçün neçə qram reaktiv götürülür?
A) 45 qr

B) 40 qr


C) 30 qr

D) 20 qr


E) 25 qr
100 ml 20%-li sulfosalisil turşusunu hazırlamaq üçün 100 ml-lik kolbaya 20 qr sulfosalisil turşusu, 70-80 ml distillə suyunda həll edilir və 100 bölgüsünə kimi distillə suyu tökülür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 16 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 11
377) Althauzen üsulu ilə sidikdə şəkər miqdarca təyin edildikdə neçə ml sidik götürülür?
A) 4 ml

B) 5,5 ml

C) 5 ml

D) 6,5 ml



E) 6 ml
Althauzenin kolorimetrik üsulu ilə sidikdə şəkəri təyin etmək üçün 4 ml sidik götürülür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 21 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 14
378) Laborant uçucu maddələrlə işlədikdə müayinə harada aparılmalıdır?
A) Adi masa üzərində

B) Adi şkafda

C) “A” şkafında

D) Sorucu şkafda

E) “B” şkafında
Laborant bütün uçucu maddələrlə iş apardıqda müayinəni sorucu şkafda aparmalıdır ki, qoxu ətraf havaya yayılmasın.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 5 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 10-11
379) İşlənmiş turşunu nə ilə neytrallaşdırdıqdan sonra əlüzyuyana tökmək olar?
A) Su ilə durulaşdırdıqdan sonra

B) Formalinlə qarışdırdıqdan sonra

C) Digər turşu ilə qarışdırdıqdan sonra

D) Qələvi ilə qarışdırmaq

E) Efirlə qarışdırdıqdan sonra
İşlənmiş turşunu əlüzyuyana tökmək olmaz. Otağın havasını çirkləndirdiyinə və əlüzyuyanın emalını dağıtdığına görə turşu su ilə qatılığı azaldılaraq zərərsizləşdirildikdən sonra əlüzyuyana tökülməlidir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 5 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 10-11
380)Sidikdə aşağıdakılardan hansı müayinə olunur?
A)Leykokonsentratın təyini

B) Retraksiyanın təyini

C) Hematokritin təyini

D) Fibrinolizin təyini

E) Aktiv Leykositlərin təyini

Leykokonsentratın , retraksiyanın ,hematokritin , fibrinolizin təyini qanın müayinəsində aparılır. Sidiyin müayinəsində isə bəzən ölçüsü adi leykositlərdən 2 dəfə böyük leykositlərə rast gəlinir.Bunlar bir qədər hərəkətli olduğundan aktiv leykositlər - Şternheymer-Melbini hüceyrələri adlanır.Bu hüceyrələr xüsusi boyama üsulu ilə aşkar edilir.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 10-11 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 4
381) Normada təzə ifraz olunmuş sidiyin rəngi necə olur?
A) Sarı-samanı

B) Qonur-qəhvəyi

C) Qırmızı-sarı

D) Al qırmızı

E) Göy-yaşıl
Təzə ifraz olunmuş sidiyin rəngi normada sarı-samanı rəngdə olur. Sidiyin rəngi piqmentlərdən və digər qarışıqlardan asılırdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 7
382) Sidiyin rəngini laborant necə təyin edir?
A) Adi gözlə işıqda baxmaqla

B) Su əlavə etməklə

C) Qələvi tökməklə

D) Efir damızdırmaqla

E) Qaranlıqda baxmaqla
Sidiyin rəngini təyin etdikdə şəffaf qaba – silindrə tökülür və işıqda adi gözlə baxılıb, təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 7
383) Sidikdə oksalat duzları olduqda sidik necə şəffaflaşdırırlır?
A) Sirkə turşusu damızdırmaqla

B) Xlorid turşusu damızdırmaqla

C) Bakterial filtrindən keçirməklə

D) Süzgəc kağızı ilə süzməklə

E) Efir damızdırmaqla
Sidikdə oksalat duzları olduqda xlorid turşusu damızdırıldıqda şəffaflaşır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12
384) Sidiyi 5 dəfə durulaşdırmaq üçün neçə ml sidik və su götürülür?
A) 2 ml sidik, 2 ml su

B) 1 ml sidik, 10 ml su

C) 3 ml sidik, 2 ml su

D) 4 ml sidik, 1 ml su

E) 1 ml sidik, 4 ml su
Sidikdə zülalın miqdarı çox olduqda sidik durulaşdırılır. 5 dəfə durulaşdırmaq üçün 1 ml sidik, 4 ml distillə suyu götürülür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 17 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 11
385) Sidikdə zülalın təyinində durulaşma hansı vaxta qədər aparılır?
A) həlqə 2 dəqiqədən gec alınsın

B) həlqə 7 dəqiqədən gec alınsın

C) həlqə 4 dəqiqədən gec alınsın

D) həlqə 6 dəqiqədən gec alınsın

E) həlqə 5 dəqiqədən gec alınsın
Sidikdə zülalı miqdarca təyin etdikdə həlqə 2 dəqiqədən tez alınarsa, durulaşma davam etməlidir. Hellerin həlqəvi sınağında alınan həlqə nazik, sap şəklində və 2 dəqiqədən gec alınarsa durulaşma dayandırılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 18
386) Sidikdə keton cisimciklərini Leqal sınağı ilə təyin etdikdə hansı reaktiv lazımdır?
A) natrium xlorid, hidrogen xlorid, sirkə turşusu

B) 3 xlorlu sirkə turşusu, kalium xlorid

C) Sulfat turşusu ,pikrin turşusu

D) natrium hidroksid, qatı natrium nitroprusid, buzlu sirkə turşusu

E) maqnezium sulfat, pikrin turşusu

Sidikdə şəkər olduqda aseton-keton cisimcikləri təyin edilir. Leqal sınağı ilə keton təyin edildikdə 10% natrium hidroksid qatı natrium hidroksid, qatı natrium nitroprusid, buzlu sirkə turşusundan istifadə olunur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 22, 23
387) Rozun sınağını aparmaq üçün neçə %-li yod məhlulundan istifadə olunur?
A) 4%

B) 3,5%


C) 1%

D) 3%


E) 2%
Sidikdə öd piqmentini Rozin sınağı ilə təyin etdikdə yodun 1%-li məhlulundan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 25
388) Sidikdə bilirubin olarsa, Rozin sınağı ilə təyin olunduqda hansı rəng həlqə alınır?
A) Çəhrayı

B) Qırmızı

C) Yaşıl

D) Boz


E) Göy
Rozin sınağı ilə sidikdə bilirubin təyin edildikdə oksidləşdiricinin təsirindən yaşıl rəng alınır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 24

Bölmə 2. Zülalların kimyası

389) İzotop üsulu ilə hansı proses öyrənilir?
A) Hidroliz

B) Aralıq mübadilə

C) Maddələrin balansı

D) Ayrı-ayrı maddələrin mübadiləsi

E) Enerji mübadiləsi

İzotop üsulu ayrı-ayrı maddələrin mübadilə prosesini öyrənməyə imkan verir. Bu zaman molekullarına radiaktiv və yaxud ağır izotopların atomlarını daxil etmiş birləşmələrdən istifadə olunur.

Tədqiq olunan maddənin çevrilmələri haqqında məlumatı izotopun orqanizmdə özünü necə apardığına görə əldə edirlər, çünki canlı orqanizm tərkibində izotop olan birləşmədən adi birləşmələr kimi istifadə edir. Məsələn: 15N izotopundan istifadə etməklə toxumalarda zülalların yüksək sürətlə təzələnməsini aşkar etmək mümkün olmuşdur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.15
390) Maddələrin qarışığını ayırmaq üçün hansı üsuldan istifadə olunur?
A) Elektroforez

B) Nüvə maqnit rezonans

C) Yandırılma

D) Toxuma kəsiklərinin müayinəsi

E) Elektron mikroskopiya

Maddələrin qarışığını ayırmaq üçün hidroliz, elektroforez, xromatoqrafiya üsullarından istifadə olunur. Elektroforez üsulu maddələrin yükü olan molekullarının elektrik sahəsində müxtəlif sürətlə hərəkət etdiklərinə əsaslanır. Bu üsulla qanda olan zülalları fraksiyalara ayırırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.20
391) Maddənin quruluşunun öyrənilməsində istifadə olunan üsul hansıdır?
A) İzotop

B) Nüvə maqnit rezonans

C) Ultrasentrifuqalaşdırma

D) Yandırılma

E) Elektroforez

Elmi məqsədlərlə maddələrin strukturunu öyrənməyə imkan verən bir çox üsullar var. Onlara nüvə maqnit rezonans, elektron paramaqnit rezonans, elektron mikroskopiya və s. aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.21
392) Hüceyrə səviyyəsində mübadilə proseslərini öyrənmək üçün hansı üsuldan istifadə edilir?
A) Elektroforez

B) Angiostomiya

C) İzotop

D) Spektral

E) Homogenizasiya
Hüceyrə səviyyəsində mübadilə proseslərini öyrənmək üçün hüceyrələrin homogenizasiya (xırdalamaq) üsulundan istifadə edirlər. Bu zaman hüceyrələri əhatə edən mühitə yeridilmiş maddələrin çevrilmələrini tədqiq edirlər.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.17
393) Angiostomiya üsulunun köməyi ilə mübadilə prosesləri hansı səviyyədə öyrənilir?
A) Ayrıca orqan

B) Ayrıca maddə

C) Bütün orqanizm

D) Toxuma

E) Hüceyrə

Mübadilə proseslərini tək bir orqan səviyyəsində öyrənmək üçün angiostomiya üsulundan istifadə edirlər. Bu zaman tədqiq olunan orqanın damarları üzə çıxardılır və oradan axan qanda qan axımına yeridilmiş maddələri və onların çevrilmə məhsullarını təyin edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.17
394) Zülallar orqanizmdə hansı funksiyanı yerinə yetirmirlər?
A) Ehtiyata toplanmaq

B) Katalitik

C) Energetik

D) Qoruyucu

E) Nəqliyyat

Zülallar orqanizmdə bir çox funksiyalar yerinə yetirirlər. Lakin karbohidratlardan və lipidlərdən fərqli olaraq zülallar orqanizmdə ehtiyata toplanmırlar. Qeyd olunmuşdur ki, qida ilə oqranizmə nə qədər zülal daxil olursa bir o qədər zülalların son parçalanma məhsulları orqanizmdən xaric olunur. Uzun müddət ac qaldıqda bir müddət zülal tarazlığı saxlanılır, lakin bu zaman orqanizmdə zülalların miqdarı azalır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.178-179
395) İnsan orqanizminin bədən kütləsinin 1/5 hissəsini (20%) təşkil edən maddələr hansılardır?
A) Su

B) Zülallar

C) Mineral elementlər

D) Vitaminlər

E) Lipidlər

İnsan orqanizminin bədən kütləsinin 1/5 hissəsini (20%) zülallar, 1/50 hissəsini (2%) karbohidratlar, 1/10-1/5 hissəsini (10-20%) lipidlər təşkil edir

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.23
396) Orqanizmdə oksigen (O2) və karbon (CO2) qazlarını daşıyan zülallar hansılardır?
A) Transferrin

B) Retinol

C) Albuminlər

D) Lipoproteidlər

E) Hemoqlobin

Qanın zülallarının müəyyən bir qrupu müxtəlif birləşmələrlə birləşib onları daşımaq qabiliyyətinə malikdirlər. Orqanizmdə oksigeni və karbon qazını daşıyan hemoqlobin zülalı belə nəqliyyat zülallarına aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.24
397) İrsilik funksiyasını yerinə yetirən zülallar hansılardır?
A) Metalloproteidlər

B) Qlikoproteidlər

C) Fosfoproteidlər

D) Nukleoproteidlər

E) Xromoproteidlər

Nukleoproteidlərin qeyri-zülali hissəsini nuklein turşuları təşkil edir. Nuklein turşuları irsilik informasiyanın qorunub saxlanılmasında və ötürülməsində iştirak etdiklərinə görə nukleoproteidlər irsilik funksiyasını yerinə yetirən zülallar sayılır.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25
398) Osmotik təzyiqin hissəsi olan onkotik təzyiqi yaradan maddələr hansılardır?
A) Su

B) Zülallar

C) Vitaminlər, Hormonlar

D) Kationlar

E) Anionlar

Osmotik təzyiqin hissəsi olan onkotik təzyiqi zülallar yaradırlar. Damarlarda suyun saxlanılmasında onkotik təzyiqin böyük rolu vardır.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25
399) Zülalın tərkibindəki əsas kimyəvi elementlərdən hansı element miqdarca öz sabitliyi ilə fərqlənir?
A) Hidrogen

B) Karbon

C) Azot

D) Kükürd



E) Oksigen

Zülalların kimyəvi tərkibini öyrəndikdə aşkar olunmuşdur ki, onlar karbon (50-55%), hidrogen (6-7%), oksigen (21-23%), azot (15-17%), kükürd (0,3-2,5%) elementlərindən ibarətdirlər. Əsas kimyəvi elementlərin miqdarı N istisna olmaqla ayrı-ayrı zülallarda fərqlənə bilər. Azotun qatılığı yüksək sabitliyi ilə xarakterizə olunur və orta hesabla 16% təşkil edir. Buna görə zülalın miqdarını onun tərkibində olan azotun miqdarına əsasən hesablayırlar, 1 qr azot 6,25 qr zülalda olduğunu bildikdən sonra tapılmış azotun miqdarı 6,25 əmsalına vurularaq zülalın miqdarını tapmaq olar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25-26
400) Zülalın tərkibinə neçə müxtəlif aminturşu daxildir?
A) 60

B) 51


C) 9

D) 20


E) 200
Canlı təbiətin müxtəlif obyektlərində 200-ə yaxın aminturşu aşkar olunub. Onlardan 60-a yaxın aminturşu insan orqanizmində olur, zülalların tərkibinə isə yalnız 20 aminturşu daxildir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.26
401) Monoaminomonokarbon aminturşularının sulu məhlulları hansı reaksiyanı verir?
A) Qələvi

B) Turş


C) Neytral

D) Zəif qələvi

E) Zəif turş

Aminturşular sulu məhlulda ionlaşmış vəziyyətdə olurlar. Bu da amin və karboksil qruplarının dissosiasiyası hesabına baş verir. NH2 (amin) qrupu qələvi, COOH (karboksil) qrupu isə turş xassəyə malikdirlər. Buna görə tərkibində 1 NH2 və 1 COOH qrupu olan aminturşuların sulu məhsulları neytral reaksiyalı olur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.27
402) Tsiklik aminturşuların tərkibi atsiklik aminturşuların tərkibindən nə ilə fərqlənir?
A) Aromatik nüvənin olması ilə

B) Radikalların olması ilə

C) COOH qruplarının olması ilə

D) NH2 qruplarının olması ilə

E) CH2 qruplarının olması ilə

Qeyd etmək lazımdır ki, bütün aminturşuların tərkibində -CH2, -NH2, -COOH kimi ümumi qruplar və radikallar olur. Bütün aminturşular strukturundan asılı olaraq tsiklik və atsiklik qruplara bölünürlər.Tsiklik aminturşuların tərkibində atsiklik aminturşulardan fərqli olaraq aromatik nüvə vardır. Onlar müxtəlif mübadilə proseslərində iştirak edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.26-2
403) Zülallarda aminturşular bir-biri ilə hansı rabitə vasitəsilə birləşirlər?
A) Disulfid

B) Kovalent

C) Peptid

D) İon


E) Hidrogen

Zülal molekulunda aminturşular bir-biri ilə peptid rabitəsi vasitəsi ilə birləşirlər. Peptid rabitəsi bir aminturşunun amin qrupu (NH2), digər aminturşunun karboksil qrupu (COOH) arasında əmələ gəlir.

İon rabitəsi ionlar arasında, disulfid - kükürd atomları arasında, kovalent – ümumi elektron cütü vasitəsilə, hidrogen – hidrogen vasitəsilə əmələ gəlir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.31
404) Aşağıdakı peptidlərdən hansıları saya əzələlərin yiğılmasını stimulə edir?
A) Bradikinin

B) Oksitosin

C) Vazopressin

D) Enkefalin

E) Qlutation

Orqanizmdə sərbəst şəkildə yüksək aktivliyə malik olan və az miqdarda aminturşudan ibarət olan peptidlər sintez olunur. Bunlara 9 aminturşudan ibarət olan və saya əzələlərin yığılmasını stimulə edən (uşaqlıq, süd vəzi, bağırsaq) oksitosin aiddir. Oksitosin hipofiz vəzinin arxa payında yerləşir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
405) Aşağıdakı peptidlərdən hansıları qan təzyiqini və böyrəklərdə suyun reabsorbsiyasını artırır?
A) Qlutation

B) Bradikinin

C) Vazopressin

D) Enkefalin

E) Oksitosin

Orqanizmdə yüksək aktivliyə malik olan və az miqdarda aminturşudan ibarət olan qısa peptidlər sərbəst şəkildə sintez olunur. Bunlara 9 aminturşudan ibarət olan vazopressin aiddir. Vazopressin qan təzyiqini artırır, böyrəklərdə suyun reabsorbsiyasını artırır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
406) Aşağıdakı peptidlərdən hansılarının təsiri ağrıkəsici kimi narkotiklərin təsirini xatırladır?
A) Oksitosin

B) Vazopressin

C) Qlutation

D) Enkefalin

E) Bradikinin

Orqanizmdə enkefalin adlanan bir qrup peptidlər müəyyən maraq oyadırlar. Enkefalin “başda yerləşən” deməkdir. Onlar MSS hüceyrələrində ağrıya qarşı hasil olunurlar və ağrı hissini zəiflədirlər. Bu maddələrin təsiri ağrıkəsici kimi narkotiklərin təsirini xatırladır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
407) Zülalların əsas funksiyalarının yerinə yetirilməsini hansı struktur quruluş təmin edir?
A) İkincili

B) Birincili

C) Üçüncülü

D) Dördüncülü

E) Birincil və ikincili

Üçüncülü struktur quruluşuna malik olan zülal molekulu daha kompakt fəza konfiqurasiyasına malikdir. Polipeptid zəncirinin müxtəlif funksional qrupları müxtəlif tipli rabitələr əmələ gətirdiklərinə görə üçüncülü quruluşun forması müxtəlif ola bilər. Məhz, üçüncülü struktur quruluşu zülal tərəfindən onun əsas funksiyalarının yerinə yetirilməsini təmin edir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.35
408) Aşağıdakı xassələrdən hansıları zülallara xas deyil?
A) Yüksək molekul çəkisi

B) Suda həll olmamaq

C) Elektrik sahəsində hərəkətlik

D) Optiki aktivlik

E) Şişginlik qabiliyyəti
Zülal molekulları yüklənmiş hissəciklər olduqlarına görə özlərinə su dipollarını cəlb edirlər. Onlar zülal molekulunu əhatə edərək su və ya hidrat təbəqəsini yaradırlar. Su təbəqə zülal molekulunu yapışmaqdan və çöküntüyə düşməkdən qoruyur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.37
409) Bir sıra xəstəliklərə diaqnoz qoymaq məqsədilə zülalların hansı xassəsindən istifadə olunur?
A) Kolloidlik

B) Adsorbsiya

C) Denaturasiya

D) Hidrofillik

E) Amfoterlik

Zülalların mühüm xassələrindən biri amfoterlik xassəsidir, yəni onlar turş və ya qələvi xassəsini göstərmək qabiliyyətinə malikdirlər.

Bir sıra xəstəliklərə diaqnoz qoymaq və xəstənin vəziyyətinə nəzarət etmək məqsədilə zülalların amfoterlik xassəsindən istifadə edirlər və onları fraksiyalara ayırırlar, çünki müxtəlif patoloji hallarda zülalların fraksion tərkibi xeyli dəyişir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.40


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin