İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Laboratoriya Işi №2 Mövzu:Elmi fantastika kimi səslənən bəzi son texnoloji naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi və bu yeni ideyaların həyatımıza təsiri haqqında hesabatın hazırlanması
Məqsəd:Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası” olsa da istifadə olunmasının qeyd edilməsi.
Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş naliyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə uyğun olaraq planlı surətdə idarə etməyə çalışır. Əgər keçmişdə məhdud zehni biliklər əsasında bəzən o dövrün ümumi inkişaf səviyyəsi baxımından ağlasığmaz görünən unikal ixtiralar edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qalır. Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial və qnoseoloji sistem kimi formalaşdığı və daxili tamlığa malik bütöv, müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, nə də elmi-texniki fəaliyyət hələ sosial institut kimi formalaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin perspektivi ən çox bu sahədəki təşkilati işin səmərəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat arasındakı əlaqə də nizamlı və müntəzəm xarakter daşımayacaqdır. Elmin inkişaf imkanları şübhə doğurmadığı halda, bu inkişafın həmişə məhz müsbət nəticələrə gətirəcəyini hökm etmək mümkün deyil. Təsadüfi deyil ki, yeni elmi nailiyyətlərin tətbiqi, ikinci təbiətin yaradılması sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və bunun bəşəriyyət üçün böyük təhlükə doğurduğun yalnız müasir dövrdə aşkar edilmişdir. İnsan təbiəti dəyişdirərkən milyon illər ərzində formalaşmış olan təbii ahəngi, qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət bunun müqabilində, qisas aldığı vaxt ayılmış və səhvlərini düzəltməyə başlamışdır. Lakin bu gün qlobal miqyas kəsb edən və olduqca təhlükəli xarakter alan ekoloji problemi uğurla həll etmək insana müyəssər olacaqmı? Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz nailiyyətləri sayəsində həll edəcəyinə böyük inam bəsləyir. Elm doğrudan da, bu problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir. Müasir dünya və bütövlükdə qlobal iqtisadiyyat nano-bum mərhələsinə qədəm qoymaqdadır.Bu reallıq nanotexnologiyaların və nano-elmin inkişafında yaranan sürət templəri ilə bağlıdır. Nanotexnologiyalar innovasiya nailiyyəti olaraq dünya iqtisadi ukladının dəyişkənliyində əks olunur. Dünyanın inkişaf ssenarisinin müasir görüntüləri belədir ki, nanotexnologiyalar tezliklə öz təsiri ilə iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradacaq, həyat keyfiyyətini və ətraf mühitin funksionallığını yaxşılaşdıraraq, dünyanın yeni inkişaf mərhələsində əhəmiyyətli dərəcədə rəqabətqabiliyyətliliyi və ölkələrin, regionların geosiyası mövqelərini təyin edəcəkdir. Statistika göstərir ki, son dövrlərdə nanotədqiqatlar istiqamətində, nanoməhsullar və nanoxidmətlər bazarında liderlik uğrunda mübarizə geniş miqyas almaqdadır. Bu da öz növbəsində, sahədəki investisiya aktivliyinin artması ilə müşayiət olunur. Buradakı fenomeni qabardan mühüm cəhət isə ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır. Bir sıra aparıcı dövlərtlər nano inqilabın yaxında olduğunu nəzərə alaraq, iqtisadiyyatların nanotexnoloji əsaslarda inkişaf edəcəyi çağırışlarına adekvat iqtisadi stilin nano relslərə salınması uğrunda fəallıqla iş aparmaqdadırlar.Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamışlar. Bu proqramlar nanotexnologiyalar sahəsində sektorial innovasiya sistemlərinin balanslaşdırılmış və adaptasiya olunmuş milli strategiyasının formalaşmasına yönəlmiş fəaliyyət olmaqla, həmçinin üstün nanotədqiqatların dəstəklənməsi, iqtisadiyyatın real sektorunda elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsinin məqsədini ifadə edir. Nanotexnologiyalar müstəvisini atom, molekul, bakteriya və hüceyrəvi orqanellər əhatə edir. Bu elmin mənimsənilməsi Amerika alimlərinin lazerdə yalnız karbon atomlarından ibarət miniatür hissəciklərin kəşfi ilə başlanılmışdır. Belə ki, məlum olmuşdur ki, karbon atomları müəyyən şəraitdə bir-biri ilə birləşərək nanohissəciklər – nanoborucuq və kürəciklər (füllerenlər) əmələ gətirir ki, onlar da çox qeyri-adi xassələrə malik olurlar. Müasir texnoloji naliyyətlər nanohissəciklərin alınması üçün müxtəlif üsulları birləşdirir. Buraya biokimyəvi, fotokimyəvi, radiasiya-kimyəvi, elektropartlayış, mikroemulsiyon, detonasiya, lazer kondsensasiyası, vakuum buxarlanması və s. daxildir. Hazırda praktiki olaraq alimlər bütün kimyəvi elementlərdən nanostrukturların alınmasılna nail olmuşlar. Nanotexnologiyaları Elmi-Texniki Tərəqqinin lokomotivi adlandırırlar. Bu istiqamətdə əlçatmaz bir sürət mövcuddur. Hər il nanotexnologiyalar sahəsində tədqiqatlar vüsətlənir, artır və genişlənir. Məlumatlara görə, son 10 ildə bu istiqamətdə elmi məqalələrin nəşri 30 dəfə artmışdır. Burada birincilik yenə də ABŞ-a məxsusdur. Yaponiya, Çin, Almaniya bu sıranı davam etdirirlər. İsrail texnoloji institutunun alimləri isə dövlətlərinin 60 illiyi ilə əlaqədar tam bir nanokitab – Bibliya yaratmışlar.Nanotexnologiyalar müasir həyatımızda muhüm iqtisadi komponentə çevrilmişdir. Onlar iqtisadiyyatın bütün sektorlarında təşəbbüsləri tamlıqla ələ almaq əzmindədirlər. Yeni – nanomüstəviyə keçid bütövlükdə istehsal intellektalizasiyasının təminatı ilə müşayiət olunur. Nanotexnologiyalar ənənəvi iqtisadi münasibətləri dəyişdirir və gerçək olaraq iqtisadiyyatın müasir ukladını təbəddülatlara uğradır. Bu istiqamətdə aparılan tədqiqatlar texnoloji prosesin inkişafına mühüm köməklik göstərir. Digər tərəfdən, nanotexnologiyalar sferasında reallaşan tədqiqatlar fərqli kommersiya effektivliyi sayəsində çox tezliklə öz xərclərini ödəyir, praktiki həyatda əhəmiyyətli güclü sosial və iqtisadi effekt yaradır.
Son bazar məhsulunda tədqiqat və işləmələrin payı nəzərəçarpacaq dərəcədə artım meyillidir. İndustrial cəmiyyətdə bu pay 15%, postindustrial cəmiyyətdə isə 60%-dən aşağı olmur. Göründüyü kimi, müasir iqtisadiyyatda məhsulun əlavə dəyərini yalnız klassik istehsal faktorları təyin etmir. Elmə yönələn nailiyyələr kapitallaşaraq yeni iqtisadi dəyərə və sosial rifaha çevrilir. Bunlar isə birmənalı olaraq insan kapitalı hesabına ərsəyə yetir. Ona görə də, yaşadığımız əsrdə milli təhlükəsizliyin təminatının əsas şərtləri sırasında insan kapitalı dolğun yer alır. Azərbaycan Respublikası da insan resurslarının onun kapital dəyərinin üstün olduğu məkanlardan biri kimi özünün elmi potensialını artırmaq, müqabil nanotexnoloji məkan formalaşdırmaqla həm milli və həm də qlobal elmyönümlü iqtisadiyyatın irəliləyişinə təkan vermiş olar. Bu bir qlobal çağırışdır. Nanotexnoloji silsilədə dünya iqtisadi ukladının dəyişkənlik motivasiyası özümüzdən asılı olmayaraq bizləri də geniş çeşidli nanoməhsulların istehlakçısı edəcəkdir. Bu məhsullar içərsində tezliklə milli məhsulun da olması gərəkli və mühümdür.