Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması
Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
olsa da istifadə olunmasının qeyd edilməsi.
Nanotexnologiyalar ənənəvi iqtisadi münasibətləri dəyişdirir və gerçək olaraq iqtisadiyyatın müasir ukladını təbəddülatlara uğradır. Bu istiqamətdə aparılan tədqiqatlar texnoloji prosesin inkişafına mühüm köməklik göstərir. Digər tərəfdən, nanotexnologiyalar sferasında reallaşan tədqiqatlar fərqli kommersiya effektivliyi sayəsində çox tezliklə öz xərclərini ödəyir, praktiki həyatda əhəmiyyətli güclü sosial və iqtisadi effekt yaradır.
Bütün ölkələr elmi tədqiqatların kommersiallaşması, onların dünya bazarına çıxışının təminatı məqsədi ilə bu və ya digər ölçüdə insan kapitalının formalaşmasına, elmi potensialın inkişafına sektorial innovasiya sistemlərində institusional boşluqların aradan qaldırılmasına resurslar ayırırlar. Bu ayırmalar içərsində son zamanlar nanotexnologiyaların da yerinin genişləndiyi müşahidə olunur. Sahəyə ən çox resurs yönəldənlər sırasında ABŞ lider mövqedə dayanır. Onun nanotexnologiyaların inkişafı istiqamətindəki proqram təyinatlı fəaliyyəti bir sıra ölkələrdə də analoji addımların atılmasına rəvac vermişdir. Nanotexnologiyalar sahəsində ABŞ milli təşəbbüs strategiyası (National Nanotechnology Initiative – NNI) 2000-ci ilin yanvarında bəyan edilmişdir. Dünya bazarına daxil olacaq prioritet nanotədqiqatları dəstəkləyən bu strategiyanın əsas məqsədi dünya səviyyəsində elmi işləmələrin, texnologiyaların transfertinin sürətləndirilməsi, təhsil resurslarının, kadr hazırlığı və tədqiqat infrastrukturunun inkişafını stimullaşdırmaq təşkil edir. Ölkənin 11 federal nazirlik və agentliyi NNI çərçivəsində elmi-tədqiqat və sınaq konstruktor işlərini maliyyələşdirirlər. ABŞ-ın elm və texnoloji siyasət qərargahının məlumatlarında deyilir ki, nisbi göstəricilər, xüsusən də nanotexnologiyalara yönələn büdcə təsisatları paritet istehlak qabiliyyəti indeksi kontekstində adambaşına düşən həcminə görə ölkə Yaponiya, Cənubi Koreya və Tayvan kimi dövlətlərdən geri düşmüşdür. Nanotexnologiyalar sahəsində ABŞ-ın potensial rəqibləri Avropa Birliyi və Yaponiya hesab olunur. Avropa Birliyində nanotexnologiyalar Avropa komissiyyası büdcəsindən və eyni zamanda ayrı-ayrı birlik ölkələrinin milli büdcələrindən maliyyələşdirilir. Bu məkanda şərtsiz liderlər kimi Almaniya, Fransa və Böyük Britaniya çıxış edirlər.Nanotexnologiyaları üzrə milli proqramlar böyük iqtisadi məzmun, sosial əhəmiyyət və elmi mahiyyət kəsb edir. Onların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada infrastrukturun inkişafı ayrıca blokda verilir. Bir çox ölkələr milli proqramları koordinasiya edən nanotexnologiyaların inkişafı üzrə sahələrarası mərkəzlər yaradırlar. Özünün sıçrayışlı sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycan Respublikasında da nanotexnologiyalara əsaslanan iqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur.Bu gün ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir. Hesab edilir ki, bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat motivasiyası əsasında daha dərin təcəssümünü tapacaqdır. Bu həyati aktuallıqdan irəli gələrək, mövcud tədqiqat işinin məqsədini nanotexnologiyaların mahiyyətinin təhlili əsasında onların dünya iqtisadi ukladının dəyişməsinə təsirinı elmi cəhətdən bir daha yəqinləşdirmək, müvafiq istiqamətlı milli proqramların rolu və əhəmiyyətini qiymətləndirmək, nano sferada Azərbaycanın rəqabətqabiliyyətliliyinə zəmin olan potensialları müəyyənləşdirməklə mümkün fəaliyyət prioritetlərini ayırmaq təşkil edir. ASAN xidmətin Yasamal filialının texnoloji qurumlası işlərini yerinə yetirən "Ultra" şirkəti filialda bir çox texnoloji yeniliklər tətbiq etmişdir. Belə ki, dünyada ən son texnoloji yenilik olan şəffaf monitorlar əhalinin informasiya alması məqsədilə foyedə quraşdırılmışdır. Diaqonalı 70" olan və FULL HD keyfiyyəti ilə görüntü yayımlayan bu monitor istənilən işıqlanma şəraitində həm monitor, həm də şəffaf şüşə rolunu oynayır. 1920x 1080px nisbətində olan sensor və HDMİ interface-in köməyi ilə təsvirin ən yüksək keyfiyyəti ilə monitorda canlanmasını təmin edir. Bundan əlavə, Mymultitouch LCD monitoru LVDS to HDMİ ,VGA, DVİ portalları ilə təchiz olunmuşdur. Analoqu olmayan şəffaf monitorlar Almaniyada istehsal olunmuşdur. Şəffaf monitor ilk dəfə olaraq 2013-cü ildə CeBit sərgisində ictimaiyyətə nümayiş olunmuşdur.Bundan başqa filialdakı xidmət mərkəzlərinin xəritəsini və yönləndimə yollarını göstərən 3 tərəfli interaktiv kiosklar quraşdırılmış, ASAN xidmətin mərkəzi çağrı sistemi ilə video əlaqə yarada bilən SKYPE kioskları əhalinin istifadəsinə verilmişdir. Son illər "geyinilə" bilən cihazların hazırlanması sahəsini inkişaf etdirməyə çalışan mütəxəssislər, müasir mobil telefonların fərqli formalarını hazırlamaq niyyətindədirlər. Bu sayədə artıq telefonu əldə saxlamağa ehtiyac olmayacaq.
Beyin bölgəsinə yerləşdirə biləcəyiniz kiçik çip sayəsində səsli əmrlər vasitəsilə zəng edə, yaxud da zəngləri qəbul edə biləcəyik.
Dördüncü sənaye inqilabının ilk təzahürləri artıq özünü göstərməyə başlayıb. Ötən həftə Panasonic şirkəti istehsal etdiyi görünməz televizor ilə hər kəsi heyran qoymağı bacara bilib.
Xəstəliklər də yeniliklərdən faydalana biləcəklər. Belə ki, şəkər xəstələri üçün ayrıca çiplər istehsal ediləcək ki, onların səhhəti bu cihazlar vasitəsi ilə nəzarətdə saxlanılacaq.
1990-cı illərindən başlayaraq fizika və kimya elmlərinin nailiyyətlərinə əsaslanan yeni bir texnologiya meydana gəldi. Bu, nanotexnologiyadır. Nanotexnologiya maddənin molekul - makromolekullar və atom səviyyəsində araşdırılması və texnoloji proseslərin inkişaf etdirilməsi elmidir.
1 nm (nanometr) = 0, 000 000 001 m (metrin milyardda biri)
Müqayisə üçün qeyd etmək olar ki, saç tükünün diametri 5 000 nanometrdir. Nanotexnologiya 0,1-100 nanometr ölçülü hissəcikləri və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Nanotexnologiyalar artıq cisimlərlə yox, onların tərkib hissələri olan atomlarla işləyir.
Nanotexnologiyada araşdırmalar fizika və kimya elminin bazasına əsaslanaraq aparılır. Bu elmlərin metodlarını və nailiyyətlərini tətbiq etməklə atom və molekullarla manipulyasiya edərək çox kiçik ölçülü, yüksək dərəcədə aktiv materiallar alırlar. Ənənəvi sənaye texnologiyalarında tərkibindən lazım olmayan maddələri təmizləməklə, istənilən xammaldan verilmiş struktura uyğun material və qurğular hazırlanır. Bu prosesdə maksimum bir mikron tərtibində ölçüsü olan materiallar hazırlamaq mümkündür. Lakin nanotexnologiya ilə hazırlanmış material və strukturların həm ölçüsünu və həm də fiziki – kimyəvi xaraketristikalarını əvvəlcədən proqramlaşdırmaqla almaq olur. Hal-hazırda dünyanın bir çox ölkələri (xüsusilə, ABŞ, Yaponiya, Çin, Avropa birliyi ölkələri) bu texnologiyanın böyük imkanlara malik olduğunu anlayaraq bu sahəyə küllü miqdarda maddi vəsait cəlb etməklə xeyli nailiyyətlər qazanmışlar. Onu qeyd etmək kifayətdir ki, bütün dünya üzrə, nanotexnologiya sahəsində son on ildə alınan patentlərin sayı və eləcə də bu sahəyə ayrılan pul vəsaitlərinin miqdarı eksponensial qanunla artır.
İndi insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanı tətbiq etmək mümkün olmasın. Nanomateriallar yüksək keyfiyyətli paltar, geyim əşyaları, inşaat materialları, qablaşdırma və daşınma avadanlıqları, çox möhkəm metal məmulatları, keyfiyyətli kosmetika, proqramlaşdırılmış qida məhsulları, yüksək dərəcədə aktiv bioloji və kimyəvi katalizatorlar, dərman preparatlarının daşıyıcıları və nəhayət tibbi əhəmiyyətli sensor maddələr deməkdir. Nano elmi və nanotexnologiyanın imkanları haqqında ilk dəfə dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı Riçard Feynmanın Kaliforniya Texnologiya İnstitutunda 1959-cu ildə oxuduğu mühazirədə söyləmişdir. O atom və molekul səviyyəsində baş verən proseslərin məkanında həddən artıq geniş və külli miqdarda boş yerlərin olduğunu deyirdi. Karbon atomları ilə aparılan nanotexnoloji proseslərdə alınan nanoborucuq 6 dəfə poladdan yüngül olmasına baxmayaraq elə o qədər də ondan möhkəmdir. Bu nanoborucuqlardan, silisium və eləcə də almazdan alınan nanoliflərin möhkəmliyi o qədər böyükdür k, bu sapın bir dənəsi ilə fili asmaq olur, min dənəsi ilə çay üzərindən asma körpü düzəltmək olar. Nanotexnologiyanın təsir sahələri çox genişdir, demək olar ki, sərhədsizdir. Bu texnologiya ilə hal - hazırda insan fəaliyyətinin bütün sahələrində, o cümlədən materiallar və emal sənayesində, electronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji sahələrində, biotexnologiya və kənd təssrrüfatı, aeronavtika və kosmosun öyrənilməsində, hərbi və milli təhlükəsizlik, nəqiliyyat və qablaşdırma sənayesində, metralogiya və nəzarət xidmətləri sahələrində mühüm nəticələr alınmışdır.
Massaçuset Texnalogiya İnstitutunun alımləri həm hidrofob və həm də hidrofil xassəyə malik SiO – polimer nanohissəciklərindən təşkil olunmuş nazık təbəqə yaratmişlar. Onlar bu nanomaterialla səhra zonalarinda havada olan nəmliyi suya çevirmək, bakteriyalardan təmizlənmiş su almaq istəyirlər. Bu nanomaterialla duman və çəni böyük sürətlə suya çevirmək mümkündür.
Dəniz suyunun şirinləşdirilməsi texnologiyası indiyə qədər çox baha başa gələn bir texnologiyadir. Lawrence Livermore alimləri karbon nanoborucuqlardan istifadə edərək dəniz suyundan, indiki texnologiyadan iki dəfə ucuz başa gələn, texnologiya ilə içməli su almağa cəhd edirlər.
Avstraliyalı alimlər qarğıdalı nişastası tərkibli polimer materialdam ətraf mühit üçün çox əlverişli plastik qablar düzəltmişlər. Belə plastik qabların tullantıları bir müddətdən sonra öz-özünə əriyərək heç bir çirklənməyə səbəb olmur.
Meşə materiallarını əvəz edən nanomateriallar ABŞ-n meşə sənayesinə il ərzində 240 milyon dollarlıq materiala qənaət etməyə imkan verir.
Minik maşınları üçün indi nanohissəcik tərkibli elə rənglər alırlar ki, bu rənglər su buraxmır, çirklənmir, cızılmır, prıldayır, günün müxtəlif vaxtlarında maşın müxtəlif rəngdə görünür.
Bu sahə ölkəmizdə yeni olsa da, artıq Bakı Dövlət Universitetində nanotexnologiya üzrə kadrlar hazırlanmaqdadır. BDU-da nanotexnologiya sahəsində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədilə kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında “Nano Araşdırmalar Mərkəzi” açılıb və hazırda nanotexnologiyalar istiqamətində tədqiqat işləri aparılır.
Mərkəzdə polimerin səthində yarımkeçiricilər alınır və polimer yarımkeçirici maddələr hazırlanır. Labaratoriya şəraitində müxtəlif hissəciklər alınır, onların fiziki, kimyəvi xassələri öyrənilir.
Dostları ilə paylaş: |