Laboratoriya Işi №2 Mövzu:Elmi fantastika kimi səslənən bəzi son texnoloji naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi və bu yeni ideyaların həyatımıza təsiri haqqında hesabatın hazırlanması
Məqsəd:Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası” olsa da istifadə olunmasının qeyd edilməsi.
Bu gun elmi fantastika kimi seslenen texnoloji ideyalar movcuddur ki onlarsız insan həyatını tesevvür etmək mümkün deyil. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanaotexnologiyanim nailiyyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Nanotexnologiyanın imkanları həddən artıq genişdir. Odur ki, bu texnologiya əsasında yaradılan məhsulların miqdarı və növləri çox böyük sürətlə artmaqdadır. Nanotexnologiyada araşdırmalar fizika və kimya elminin bazasına əsaslanaraq aparılır. Bu elmlərin metodlarını və naliyyətlərini tətbiq etməklə atom və molekullarla manipulyasiya edərək çox kiçik ölçülü, yüksək dərəcədə aktiv materiallar alırlar. Ənənəvi sənaye texnologiyalarında tərkibindən lazım olmayan maddələri təmizləməklə, istənilən xammaldan verilmiş struktura uyğun material və qurğular hazırlanır. Bu prosesdə maksimum bir mikron tərtibində ölçüsü olan materiallar hazırlamaq mümkündür. Lakin nanotexnologiya ilə hazırlanmış material və strukturların həm ölçüsünu və həm də fiziki – kimyəvi xaraketristikalarını əvvəlcədən proqramlaşdırmaqla almaq olur. Hal-hazırda dünyanın bir çox ölkələri (xüsusilə, ABŞ, Yaponiya, Çin, Avropa birliyi ölkələri) bu texnologiyanın böyük imkanlara malik olduğunu anlayaraq bu sahəyə küllü miqdarda maddi vəsait cəlb etməklə xeyli nailiyyətlər qazanmışlar.Kanadanın Qərbi Ontario Universitetinin alimləri çirklənmiş zonalarda artezian sularınının təmizlənməsi üçün nanomaterialları torpağa hopduraraq yeraltı sularda etan və butan kimi kimyəvi maddələri təmizləmək əzmindədirlər.İsrail və Amerika alimləri birlikdə nano ölçülü deşikləri olan, polimer əsaslı ultra-filtirasiya qabiliyyətinə malik membran təbəqələri almağa nail olmuşlar. Onların yaratdığı bu təbəqələr bioloji çirkləməyə davamlı, antimikrob xassəli, bioloji toksik maddələr üçün sensor rolunu oynayan, yeraltı və yerüstü sulardan onları kənarlaşdiran materiallardır.Dəniz suyunun şirinləşdirilməsi texnologiyası indiyə qədər çox baha başa gələn bir texnologiyadir. Lawrence Livermore alimləri karbon nanoborucuqlardan istifadə edərək dəniz suyundan, indiki texnologiyadan iki dəfə ucuz başa gələn, texnologiya ilə içməli su almağa cəhd edirlər. Yaponiyanın alimlərinin yaratdığı mikro-nano-qovucuqlar texnologiyasi ilə Şarp Korporasiyası çirkab sularından azotu 90% qədər çıxara bilən zavod tikməyə nail olmuşlar. Əvvəllər çox baha başa gələn üsullarla azotun çirkab sularinda təmizlənməsi bu üsulla dəfələrlə ucuz başa gəlir.Amerikanın Şimaliqərb Sakit okean Milli Laboratoriyası (Pacific Ocean Northwest National Laboratory) alimləri zavodların çirkab sularından civəni və digər toksik elementləri 99,9% təmizləyən SAMMS (Self-Assambled Monolayers on Mesoporous Supports) nanomatrialı almışlar. Onlar bu materialın qalay, xrom, radionukleotidlər və digər toksik metallar üçun də həssas formalarını alacaqlarını söyləyirlər. Cənubi Koreyanın Pohang University of Science and Technology alimləri Amerikanın Massaçuset Universitetinin alimləri ilə birlikdə içməli sudan virusları təmizləyən ikiqat nano ölçülü deşiklərı olan membran təbəqələri almağa nail olmuşlar. Bu nano materialin hemodializ zamanı da tətbiq olunacağını söyləyirlər.Dünyanın ən böyük qızıl mədni olan Cənubi Afrika Respublikası $70 milyon vəsait xərcləyərək qızıl nanohissəciklərindən şaxtalarda zəhərli qazların təmizləznmzsi texnologiyasini hazırlamaq ərəfəsindədirlər. Avstraliyalı alimlər qarğıdalı nişastası tərkibli polimer materialdam ətraf mühit üçün çox əlverişli plastik qablar düzəltmişlər. Belə plastik qabların tullantıları bir müddətdən sonra öz-özünə əriyərək heç bir çirklənməyə səbəb olmur. Yarimkeçirici nanokristallardan hazirlanmıs "süni yarpaq"la havada olan karbon qazını çox yaxşı təmizləmək olur. Bununla alimlər istixana effektini azaltmaq istəyirlər. Müəyyən edilmişdir ki, nanomayenin (bərk nanohissəciklərin mayedə suspenziyası) kontakt istilik keçiriciliyi on dəfələrlə yüksəkdir. Nanomayedən istifadə edərək texnoloqlar ekoloji cəhətdən təhlükəsiz, ucuz, yüngül termometrlər düzəltmək istəyirlər.Bu termometlərlə torpağın, suyun və bərk cisimlərin temperaturunu çox dəqiqliklə ölçmək olur.Meşə materiallarını əvəz edən nanomateriallar ABŞ-n meşə sənayesinə il ərzində 240 milyon dollarlıq materiala qənaət etməyə imkan verir.Tokiyonun Mitsui Chemicals firmasi alfa-olefin əsasli nano-structura əsaslanan NOTİO adli yeni material yaratmişlar. Bu nanomaterial, şəffaf, çox elastik, yüngül və istilik keçirmayan materialdır. Ondan qablaşdırma sənayesində istifadə etmək olar.Metalları korreziyadan qorumaq üçün istifadə edilən Fe-fosfatı əvəz edən Bonderite NT keramik nanomaterialdan istifadə etməklə metalların davamlılığını dəfələrlə artırmaq olar. NanoCeram® aktıv komponenti AlOOH olan aluminium lifləridir. Bu liflərin diametri 2 nm tərtibindədir.Liflər yüksək electropozitiv aktivliyə malik olduğundan onlardan istifadə edərak həm suda və həm də havada olan bakteriyaları, virusları təmizləmək olur. TiO2 yaxşı fotokatalitik xassəyə malikdir. UB şüaların təsiri zamanı o havada olan üzvü çirkləndiriciləri zərərsizləşdidr, bakteriyaları, virusları məhv edir. Onun bu xüsusiyyətindən istifadə edərək torpaqda, suda və havada olan çirkləndiriciləri təmizləyirlər.
Aberdin Universitetinin alimlərı günəş şüalarının köməyi ilə çirkli suyu təmizləmək və eyni zamanda elektrik almaq üçün yeni texnologiya hazırlamışlar. Tərkibində Titanium dioksid (TiO2) nanohissəciyi olan rənglərlə binaları rənglədikdə binalar havada olan çirkli qazları təmizləyır. Belə ki, TiO2 nanohissəcikləri UB şüaların təsiri zamanı üzvü və qeyri üzvü çirkləndiriciləri parçalayır və yağışlar onları yuyub aparır. İçməli suların tərkibində Arsenin miqdarının artması (xüsusilə Hindistanda, Banqladeşdə) artıq qlobal problemə çevrilmişdir. 'Nanorust' Arseni içməli sudan təmizləyır. AmerikanınRays Universitetinin (Rice University's Center for Biological and Environmental Nanotechnology) alimləri nanotexnologiyaya əsaslanan bu texnologiyanı yaratmışlar.
Minik maşınları üçün indi nanohissəcik tərkibli elə rənglər alırlar ki, bu rənglər su buraxmır, çirklənmir, cızılmır, parıldayır, günün müxtəlif vaxtlarında maşın müxtəlif rəngdə görünür.