Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə43/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
informatika lab.isi

Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması

Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
olsa da istifadə olunmasının qeyd edilməsi.

Müasir elmi interpretasiyada «nanotexnologiya» texnikanın, fundamental və tətbiqi elmin nəzəri əsasları və praktiki tədqiqat metodları olan sahəsi kimi xarakterizə olunur. O, fövqəlkiçik obyektlər səviyyəsində mikro aləmin qavranılmasında müasir nailiyyətlərdən istifadə edilən konkret üsullar olaraq, bəşərin praktiki maraqlarının xidmətində dayanır. Nanotexnologiyalar 0,1-100 nanometr arası (atom ölçülərində bənövşəyi işıq dalğalarına qədər) ölçülərdə obyektləri manipulyasiya edən elm kimi də təyinat alır. Nanotexnologiyalar haqqında mülahizə yürüdərkən o da qeyd edilməlidir ki, nanoustalıq əslində daha dərin tarixi köklərə malikdir. Tədqiqatlar göstərir ki, nanotexnologiyalardan istifadə bizim eradan əvvəl 3-cü əsrə gedib çıxır. Qədim hind sənətkarları hələ o zamanlar elmə bəlli olmayan üsullarla çox möhkəm poladlar hazırlamışlar. Tarixdə «Dəməşq poladı»nın möcüzəli xassəsi haqqında xeyli məlumatlar vardır. Bu poladdan XVI əsrdə hazırlanmış xəncərlər çox asanlıqla düşmənin qılıncını kəsərmiş. Elektron mikroskopun köməyi ilə aparılan müayinələr göstərmişdir ki, Dəməşq qılıncı özündə yüksək möhkəmliyi təmin edən çoxtəbəqəli karbon nanoborucuqlar saxlayır. Tarixi mənbələrdə məşhur Misir kraliçası Kleopatranın (b.e.ə. 69-30-cu illər) kosmetik menyusuna molekulları bir neçə nanometr ölçüyə malik zeytun, digər bitki və heyvani yağların daxil oiduğu göstərilir. Əlbəttə, elm bunları aşkarlasa da, onların çox uzaq zamanlarda necə yaradılmasının təfərrüatları qəti verə bilməmişdir. Bütün ölkələr elmi tədqiqatların kommersiallaşması, onların dünya bazarına çıxışının təminatı məqsədi ilə bu və ya digər ölçüdə insan kapitalının formalaşmasına, elmi potensialın inkişafına sektorial innovasiya sistemlərində institusional boşluqların aradan qaldırılmasına resurslar ayırırlar. Bu ayırmalar içərsində son zamanlar nanotexnologiyaların da yerinin genişləndiyi müşahidə olunur. Sahəyə ən çox resurs yönəldənlər sırasında ABŞ lider mövqedə dayanır. Onun nanotexnologiyaların inkişafı istiqamətindəki proqram təyinatlı fəaliyyəti bir sıra ölkələrdə də analoji addımların atılmasına rəvac vermişdir. Nanotexnologiyalar sahəsində ABŞ milli təşəbbüs strategiyası (National Nanotechnology Initiative – NNI) 2000-ci ilin yanvarında bəyan edilmişdir. Dünya bazarına daxil olacaq prioritet nanotədqiqatları dəstəkləyən bu strategiyanın əsas məqsədi dünya səviyyəsində elmi işləmələrin, texnologiyaların transfertinin sürətləndirilməsi, təhsil resurslarının, kadr hazırlığı və tədqiqat infrastrukturunun inkişafını stimullaşdırmaq təşkil edir. Ölkənin 11 federal nazirlik və agentliyi NNI çərçivəsində elmi-tədqiqat və sınaq konstruktor işlərini maliyyələşdirirlər. ABŞ-ın elm və texnoloji siyasət qərargahının məlumatlarında deyilir ki, nisbi göstəricilər, xüsusən də nanotexnologiyalara yönələn büdcə təsisatları paritet istehlak qabiliyyəti indeksi kontekstində adambaşına düşən həcminə görə ölkə Yaponiya, Cənubi Koreya və Tayvan kimi dövlətlərdən geri düşmüşdür. Nanotexnologiyalar sahəsində ABŞ-ın potensial rəqibləri Avropa Birliyi və Yaponiya hesab olunur. Avropa Birliyində nanotexnologiyalar Avropa komissiyyası büdcəsindən və eyni zamanda ayrı-ayrı birlik ölkələrinin milli büdcələrindən maliyyələşdirilir. Bu məkanda şərtsiz liderlər kimi Almaniya, Fransa və Böyük Britaniya çıxış edirlər.Nanotexnologiyaları üzrə milli proqramlar böyük iqtisadi məzmun, sosial əhəmiyyət və elmi mahiyyət kəsb edir. Onların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada infrastrukturun inkişafı ayrıca blokda verilir. Bir çox ölkələr milli proqramları koordinasiya edən nanotexnologiyaların inkişafı üzrə sahələrarası mərkəzlər yaradırlar. Nanotexnologiyalar üzrə milli proqramlarda insan kapitalının formalaşdırılması prioritet olaraq önə çəkilir. Təcrübə göstərir ki, sektorial pay fərqinə baxmayaraq, nanotexnologiyalar üzrə milli proqramlar özəl sektorla partnyorluq əsasında təşkil olunur. Bu layihələrin dərhal kommersiyalaşdırılması imkanlığı və real sektorun tələb meyli ilə bağlanır. ABŞ və Yaponiyada analoji proqramlar üstün olaraq özəl sektordan başlanğıc alır və qaynaqlanır. Çində isə bu sahədə hökumət strukturları irəlidə gedirlər. Bu və ya digər ölkələrdə həmçinin, prosesə qeyri-hökumət təşkilatları da daxil edilmişlər.Nanotexnologiyaların inkişafı ilə bağlı əksər ölkələrdə siyasət subyektləri arasında dialoqu təmin etmək üçün, eyni zamanda prioritetləri formalaşdırmaq məqsədi ilə kombinasiya edilmiş Forsayt (Forsayt-proses və Forsayt-nəticə) texnologiyalarından istifadə edilir. Nanotexnologiyalar üzrə milli proqramların daha bir fərqləndirici xüsusiyyəti onunla bağlıdır ki, nanoməhsullar və nanoxidmətlərdən istifadənin nəticələri insan sağlamlığına və ekologiyaya təsiri bu proqamlarda əlahiddə tədqiqat vəzifəsi kimi qarşıya qoyulur. Nəhayət, müvafiq milli proqramlarda beynəlxalq əməkdaşlıq istiqaməti mühüm tərkib hissələrindən biri kimi çıxış edir.Şübhəsiz ki, nanotexnologiyalar üzrə hər bir milli proqram özünəməxsus xüsusiyyətləri ilə də fərqlənir. Belə ki, ABŞ və Çində nanotexnologiyaların inkişafına müdafiə təhlükəsizliyinin təminatçısı kimi baxılır və bununla da ondan ikili təyinatda istifadə edilir. Avropa komissiyası isə üzvləri üçün vahid nanoməkan formalaşdırmaq konsepsiyasını irəli sürmüşdür. Latın Amerikası ölkələri nanotexnologiyalar sahəsində öz milli proqramlarını ABŞ-ın korporativ sektoru ilə partnyorluqda işləməkdədirlər. Sakit-Okean regionu ölklərində daha çox nanoelektronika texnologiyalarının yaradılması və inkişafı ilə bağlı fəaliyyətlər üstünlük təşkil edir.Nanotexnologiyalar üzrə milli proqram təyinatları MDB məkanında da yer almaqdadır. Bu və ya digər formada belə elmi istiqamətlər Ukrayna, Qazaxıstan, Belarus və Qırğızıstanda nəzərəçarpacaq dərəcədə özünü nümayiş etdirməkdədir. Şübhəsiz ki, burada liderlik Rusiya Federasiyasına aiddir. Ölkədə artıq «Rosnano» adlanan dövlət korporasiyası təsis edilmiş və nanotexnologiyaların inkişafı üzrə milli proqram qəbul olunmuşdur. Tədqiqatlar göstərir ki, nanotexnologiyaların iqtisadiyyatda tətbiq sahəsi hər il yeni artım templərini genişləndirir. Araşdırmalara görə yaxın perspektivdə iqtisadiyyatın bir çox sahələrində nanotexnologiyalar bir sıra yeni iqtisadi effektləri yaradacaqlar. Fəaliyyət səmərəliliyi nəticəsində maşınqayırma sahəsində bu xüsusi örtük və emulsiyanın köməyi ilə kəsici və emaledici alətlərin resurs imkanlarını genişləndirəcək, mühərrik və avtomobil sənayesində nanomaterialların tətbiqi ilə səthin daha hamar vəziyyətə gətirilməsi sahəsində avtonəqliyyatın istismar müddətini artıracaq və həmçinin yanacaqdan istifadəni üç dəfəyədək azaldacaqdır. Energetika sahəsində isə nanomateriallardan istifadə yanacaq və konstruksiya elementlərinin təkmilləşməsi ilə müşayiət olunmaqla alternativ enerji sektorunun inkişafına təkan verəcək, günəş batareyalarının effektivliyini bir neçə dəfə artıracaqdır. Nanotexnologiyalar yüksəkmərtəbəli binalarda inşaat prosesinin asanlaşmasına da yardımçı olacaqlar. Hekkon kərtənkələsinin düz divarda hərəkət etməsi mexanizminə əsaslanan xüsusi nanogeyim dəstləri göydələnlərdə insanların texniki təhlükəsizliyinin tam qarantına çevriləcəkdir. Nanomateriallar həmçinin nüvə reaktorlarının fəaliyyət səmərəliliyini də yüksəldəcək və ətraf mühitin qorunmasına yeni texniki imkanlar gətirəcəkdir. Nanotexnologiyalara əsaslanan nanopreparatlar kənd təsərrüfatında da əhəmiyyətini nümayiş etdrəcəklər. Onların köməyi ilə əlverişsiz iqlim vəziyyətlərində məhsulvermə və ümumi məhsuldarlığın artması gerçəkləşəcəkdir. Nanotexnologiyalardan istifadədə daha çox qazanan sahələrdən biri də səhiyyə olacaqdır. Burada nanotexnologiyalar yeni dərmanlar istehsalını sürətləndirəcək, dərman vasitələrinin xəstəlik mənbəyinə yetişməsinin forma və üsulunda xarüqəl çevrilişlərə gətirəcəkdir. Nanokosmetika bir sıra təbii insani qüsurları tezliklə təcrid edəcəkdir. Geniş perspektivlik özünü daha çox tibb texnikası sahəsində göstərəcəkdir. Nanotexnologiyaların yeni tərəqqisi bir çox mürəkkəb məsələlərin də həllinə yardımçı olacaqdır. Onların areal genişliyi kompüter texnologiyasında, hərbdə çox mütərəqqi olan köklü dəyişiklikləri təmin edəcəkdir. Mikromühərriklər, mikrorobotlar, mikronasoslar, mikrooptika, yüksəkhəssaslı sensorlar istehsalı adi reallığa çevrilərək bəşəri sivilizasiyanın geniş xidmətində dayanacaqdır. Perspektivə hesablanan tədqiqatlar göstərir ki, bəşəri sivilizasiyanın inkişafına daha yüksək faydanı nanorobotların yaranışı gətirəcəkdir. Vahid və onluq nanometr ölçüsündə olan bu robotlar ayrı-ayrı atomları manipulyasiya etmək, onların yerini dəyişməklə yeni predmet və materialların istehsalına zəmin olacaqlar.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin