949) B-limfositlərinin bəzi markerləri hansılardır?
A) CD 20
B) C3b komplementinin komponentinə olan reseptorlar
C) Antigenlərin səthi immunoqlobulin reseptorları
D) CD 19
E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
950) Hüceyrə immun cavabının əsas tənzimləyiciləri olan sitokinlər hansılardır?
A) Qamma interferon
B) Interleykin-12
C) Bütün sadalananlar düzdür
D) Interleykin-2
E) Alfa interferon
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология, Москва 1999
951) Dölün infeksiyadan müdafiəsində hansı immunoqlobulinlər iştrak edir?
A) İg M, İg G
B) İg M
C) İg G
D) İg E
E) İg A
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология, Москва 1999
952) Təcili tipli hiperhəssaslıq reaksiyasına hansı reaksiya aiddir?
A) Heç biri düz deyil
B) Anafilaktik
C) Sitotolitik
D) Qranulen əmələ gəlməsi
E) Immunokompetent
Ədəbiyyat: Karaulov A.V. Klinik immunologiya, Moskva, 1999
953) Ləng tipli hiperhəssaslığa verilənlərdən hansı reaksiya aid deyil?
A) Immunokompetent
B) Heç biri düz deyil
C) Sitolitik
D) Anafilaktik
E) Qranulen əmələ gəlməsi
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология, Москва 1999
954) Bens – Cons proteinuriyası nə zaman qeyd olunmur?
A) Xroniki mieloleykoz zamanı
B) Mielom xəstəliyi zamanı
C) Valdenstrem makroqlobulinemiya zamanı
D) Bədxassəli limfomalarda
E) Heç biri düz deyil
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
955) Yenidoğulmuşların hemolitik xəstəliyinin əsas səbəbi hansı anticismlərdir?
A) Hər biri düzgündür
B) Heç biri düz deyil
C) ABO sistemi antigenlərinə
D) Rezus – sistemi antigenlərinə
E) M, Daffi, Kell antigenlərinə
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология, Москва 1999
Dostları ilə paylaş: |