979) Aşağıda verilmiş proseslərdən hansının patogenezi əsasında iltihabönü sitokinlərin artıq mıqdarda əmələ gəlməsi durur?
A) Bütün saydıqlarımız proseslərin
B) Autoimmun xəstəliklərinin
C) Fibrozla nəticələnən xroniki iltihabi proseslərin
D) Septik şokun
E) Heç biri düz deyil
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
980) Yenidoğulmuşlarda daha tez hansi immunoqlobulin formalaşır?
A) Heç biri düz deyil
B) İgG və İgM
C) İgG və İgA
D) İgA
E) İgG,İgM və İgA
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
981) İmmun sistemin antigen təqdim edən hüceyrələrinə nə aid deyil?
A) B – limfositlər
B) Makrofaqlar
C) Dendrit hüceyrələri
D) T – limfositlər
E) Monositlər
Ədəbiyyat: Лебедев К.А., Понякина Ж.Д. Иммунограмма в клинической практике, Моск
982) Makrofaqların antibakterial aktivliyi nədən asılıdır?
A) Heç biri düz deyil
B) Superoksid radikalların məhsullarından
C) NO (azot oksidi) məhsullarından
D) Hamısı düzdür
E) Lizosomun faqosomlarla birləşməsindən
Ədəbiyyat: Лебедев К.А., Понякина Ж.Д. Иммунограмма в клинической практике, Моск
983) Faqositlərin hüceyrədaxili mikrobiosidliyini xarakterizə etmək üçün hansı üsuldan istifadə olunur?
A) Xemilüminessensiya metodu, NST – testindən
B) Miqrasiyanın tormozlanması testindən
C) Heç biri düz deyil
D) Xemotaksis testindən
E) Lateks hissəciklərinin faqositozundan
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
984) İmmunitetin T-bölməsinin qiymətləndirilməsinin kəmiyyət üsulları hansılardır?
A) Heç biri
B) E-RƏH
C) Lizosim
D) LBTR – FQA
E) M-RƏH
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
Dostları ilə paylaş: |