Laboratoriya işi ixtisası üzrə yeni nümunəvi test sualları 1 Aşağıdakılardan hansı spesifik immun funksiya daşıyır?



Yüklə 348,28 Kb.
səhifə2/3
tarix03.04.2017
ölçüsü348,28 Kb.
#13362
1   2   3

67) Leykositar formul nədir?
A) Eritrositlərin miqdarı

B) Eritrositlərin formasının dəyişilməsi

C) Qan yaxmasına leykositlərin müxtəlif növlərinin faizlə nisbəti

D) Trombositlərin miqdarı

E) Leykositlərin miqdarı
Ədəbiyyat: Ədəbiyyat: В.В.Меньшиков «Лабороторные методы исследования в клинике» Москва, 1987, стр.124
68) Leykoformulada “sola meyililik” nədir?
A) Limfositlərin artması

B) Monositlərin artması

C) Çubuqnüvəlilərin bütün formalarının artması

D) Eozinofillərin artması

E) Seqmentnüvəlilərin artması
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.288
69) Hansı xəstəliklərdə leykoformulada “sola meyililik” aşkər olunur?
A) Koaqulopatiyada

B) Hipertireozda

C) İnfeksiyalarda

D) Trombositopatiyada

E) Allerqiyalarda
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.288-292
70) Leykoformulada “sağa meyililik” nədir?
A) Çubuknüvəlilərin artması

B) Hiperseqment nüvələrin artması

C) Leykositlərin artması

D) Monositlərin artması

E) Limfositlərin artması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.244
71) Qanın hansı formalı elementləri qranulositar sıraya aid deyil?
A) Miyelositlər

B) Seqmentnüvəlilər

C) Monositlər

D) Bazofillər

E) Çubuqnüvəlilər
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.287
72) Plazmatik hüceyrə ağ qan cisimlərinin hansı qrupuna aiddir?
A) Eozinofillərə

B) Neytrofillərə

C) Bazofillərə

D) Limfositlərə

E) Monositlərə
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.269
73) Eritrositlərin patoloji morfologiyası özünü nə ilə birüzə verir?
A) Hamısı düzdür

B) Əlavələrin (включения) meydana gəlməsi

C) Həcmin dəyişməsi

D) Rənglənmənin dəyişməsi

E) Formanın dəyişməsi
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.247
74) Eritrositlərdə hansı patoloji əlavələrin olması anemik vəziyyəti göstərir?
A) Nüvənin meydana çıxması

B) Kabo-Şleyn (Kebot) həlqəsi

C) Bazofil danəlilik

D) Qoul-Jolli cisimləri

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.252
75) Eritrositlərdə hansı patoloji əlavənin olması onun retikulosit adlandırılmasına səbəb olur?
A) Bazofil danəlilik

B) Nüvə əlavələrinin qalıqları

C) Akantositlər

D) Nüvə əlavələri

E) Hədəfəbənzər hüceyrələr
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.242
76) Malyariya zamanı eritrositlərdə hansı patoloji əlavələr qeydə alınır?
A) Rəngin dəyişməsi

B) Şuffner danəliliyi

C) Formann dəyişməsi

D) Normoblastlar

E) Eritrositlərin danəliliyi
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.252
77) Eozinofiliya orqanizmin hansı vəziyyətlərində qeydə alınır?
A) Allergik vəziyyətlər

B) Remissiya vəziyyəti

C) Hamısı düzdür

D) Bronxial astma

E) Parazitar invaziyalar
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.284
78) Monositoz hansı xəstəliklərdə və vəziyyətlərdə baş verir?
A) Hamısı düzdür

B) Revmatoid artritdə

C) Monoblast leykozda

D) Vərəmin aktiv formasında

E) İnfeksion endokarditdə
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.266
79) Miyeloqramma nədir?
A) Onurğa beyinin mayeninin yaxması nın müayinəsi

B) Ağız boşluğunun yaxmasının müayinəsi

C) Sümük iliyinin yaxmasının müayinəsi

D) Uşaqlıq yolu yaxması nın müayinəsi

E) Periferik qan yaxmasının müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: В.В.Меньшиков «Лабороторные методы исследования в клинике» Москва, 1987, стр.141
80) Qanda eritropoetin hansı qrup madələrə aiddir?
A) Karbohidratlara

B) Hormonlara

C) Lipidlərə

D) Fermentlərə

E) Mikroelementlərə
Ədəbiyyat: Ədəbiyyat: В.В.Меньшиков «Лабороторные методы исследования в клинике» Москва, 1987, стр.110
81) Eritrositlərdəki hansı morfoloji dəyişiliklər talassemiya üçün səciyyəvidir?
A) Sferositlərin meydana çıxması

B) Akantositlərin meydana çıxması

C) Retikulositlərin mövcudluğu

D) Ovalositlərin meydana çıxması

E) Hədəfəbənzər eritrositlərin meydana çıxması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.304
82) Hansı xəstəliklər və vəziyyətlər zamanı qanda Hb miqdarı artır?
A) Fiziki yük

B) Eritremiya

C) Eritrositozlar

D) Hamısı düzdür

E) Susuzlaşma
Ədəbiyyat: Ədəbiyyat: В.В.Меньшиков «Лабороторные методы исследования в клинике» Москва, 1987, стр.108
83) Hemolitik anemiyanın əlaməti hansıdır?
A) Eritrositlərin miqdarının artması

B) Leykositlərin miqdarının artması

C) Monositlərin miqdarının artması

D) Retikulositlərin miqdarının artması

E) Trombositlərin miqdarının artması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
84) İrinli-septiki xəstəliklərdə neytrofillərdə hansı dəyişiliklər baş verir?
A) Toksik danəlilik

B) Knyazkov-Dele cisimləri

C) Sitoplazmanın vakuolyarizasiyası

D) Hamısı düzdür

E) Neytrofillərin nüvələrinin hiperseqmentasiyası
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
85) Metamiyelositin çubuqnüvəli qranulositdən hansı morfoloji fərqlənmələri var?
A) Spesifik danəliliyin mövcudluğu

B) Paxlaşəkilli nüvə

C) Hamal konturlu nüvə

D) Qeyrispesifik danəliliyin mövcudluğu

E) Sitoplazmanın rəngi
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
86) Leykoformulun hesablanması zamanı qanın hansı formalı elementi nəzərə alınmır?
A) Trombositlər

B) Bazofillər

C) Limfositlər

D) Neytrofillər

E) Monositlər
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.283
87) Orağabənzərhüceyrəli eritrositlərə anemiyanın hansı formasında rast gəlinir?
A) Dəmirdefisitli anemiya

B) Posthemorragik anemiya

C) Hemolitik anemiya

D) Pernisioz anemiya

E) Fol turşusu anemiya
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.271
88) Hansı hormon hemopoezin tənzimində iştrak edir?
A) Seratonin

B) İnsulin

C) Testosteron

D) Eritropoetin

E) Qlükaqon
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
89) Hemoanalizator hansı halda qanda leykositlərin yalançı yüksəlməsinə səbəb ola bilər?
A) Krioqlobulinemiya

B) Normoblastların olması

C) Hamısı düzdür

D) Qanda laxtaların olması

E) Trombositlərin aqreqasiyası
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
90) Hansı xəstəliklər zamanı leykositoz müşahidə edilir?
A) Leykozlar

B) Uremiya

C) İltihabi vəziyyətlər

D) Bakterial infeksiyada

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.288
91) Anemiyanın hansı forması üçün qanda makrositlərin əmələ gəlməsi səciyəvidir?
A) Dəmirdefisitli anemiya

B) Pernisioz anemiya

C) Hemolitik anemiya

D) Posthemorragik anemiya

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.292
92) LE-hüceyrələr harda tapılır?
A) Venoz qanın leykokonsentrantı

B) Assit mayesi

C) Limfadüyünlərin punktatı

D) Sümük iliyin punktatı

E) Bəlğəm
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.378
93) Eritrositlərin rezistentliyi klinik cəhətdən hansı əhəmiyyət daşıyır?
A) Eritrositlərin həyatın davam etməsi

B) Hemolitik xəstəliyin diaqnostikası

C) Hamısı düzdür

D) Eritrositlərin miqdarının təyini

E) Eritrositlərin kimyəvi tərkibin müəyən olunması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.369
94) Siderositlər və sideroblastlar qan hüceyrələrinin hansı qrupuna aiddir?
A) Eritrositlər

B) Leykositlər

C) Eritroblastlar

D) Monositlər

E) Trombositlər
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.363
95) Anemiyanın hansı formasında sideroblastların miqdarı azalır?
A) Dəmirdefisitli

B) Splenektomiyadan sonra

C) Hemolitik

D) Güclü hemolizdə

E) Hipoplastik
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.368
96) Orqanizmin hansı vəziyyətlərində qanda ferritinin miqdarı azalır?
A) Koaqulopatiyada

B) İltihabi proses

C) Limfaqranulomatoz

D) Hemoxromatoz

E) Dəmirdefisitli anemiya
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.268
97) Transferrin qanın hansı zülallarına aiddir?
A) Fibrinogen

B) Albumin

C) α-qlobulin

D) Qlobin

E) β-qlobulin
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.320
98) Hansı zülallar kəskin fazanın reaktantları adlanır?
A) Fibrinogen

B) Haptoqlobin

C) Ferritin

D) Qlobulin

E) CRZ (C reaktiv zülal)
Ədəbiyyat: Ədəbiyyat: К.Хиггинс «Расшифровка клинических лабораторных анализов» Москва 2011, стр.337
99) Qanda transferrinin səviyyəsinin qalxması nəyi göstərir?
A) Hemolitik anemiya

B) İmmun anemiya

C) Qlükoza-6-fosfat dehidrogenaza defisiti

D) Dəmirdefisitli anemiya

E) Aplastik anemiya
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.268
100) Aplastik anemiya üçün nə səciyəvidir?
A) Anemiya

B) Hamısı düzdür

C) Limfopeniya

D) Trombositopeniya

E) Leykopeniya
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.308
101) Laborator nəticələrin araşdırılmasında nəyi bilmək lazımdır?
A) Bir müayinənin nəticəsinin həmişə etibarlı olmadığı və əhəmiyyət kəsb etmədiyini

B) Əldə edilmiş dəyişiklərin təsdiqi üçün təkrar müayinə vacib olduğunu

C) Referent ölçülərin diapazonunu

D) Referent ölçüdən kənara çıxma dərəcəsi artdıqca patologiya ehtimalı artığını

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.380
102) MPV nədir?
A) Trombositlərin orta həcmi

B) Trombositlərin mütləqü tərkibi

C) Trombokrit

D) İri trombositlərin koeffisienti

E) Trombositlərin həcmə görə nisbi enliyin yayılması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.389
103) Trombositoz hansı vəziyyətlərdə müşahidə edilir?
A) Koaqulopatiyada

B) Trombositopatiya zamanı

C) Antikoaqulyant terapiya zamanı

D) Trombositopeniya zamanı

E) Splenektomiya zamanı
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.276
104) Hansı sümüklərdən sümük iliyinin punksiyası aparılır?
A) Boru sümükləri

B) Yastı sümüklər

C) Döş sümüyünün

D) Qalça sümüyünün

E) Daban sümüyünün
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.235
105) İrsi xəstəliklərə hansı hemolitik anemiyalar aiddir?
A) Qlobin zəncirlərinin strukturunun pozulması

B) Eritrositlərin fermentlərin aktivliyinin pozulması

C) Eritrositlərin membran pozuntuları

D) Hamısı düzdür

E) Hemoqlobinin sintez və strukturunun pozulması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
106) Kəskin mieloblast leykoz zamanı hansı fermentin aktivliyi azalır?
A) Miyeloperoksidaza

B) Hamısı düzdür

C) Qeyrispesifik esteraza

D) Turş fosfataza

E) Qələvi fosfataza
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.315
107) Qanda leykositlərin sayı 35×109 q/l-dirsə leykoformulda neçə hüceyrə sayılmalıdır?
A) 150

B) 50


C) 200

D) 20


E) 100
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.296
108) Qanda leykositlərin miqdarı nə qədər olduqda leykoformul üçün leykokonsentrantdan yaxma hazırlamaq olar?
A) 20×109q/l

B) 12×109q/l

C) 10×109 q/l

D) 6×109 q/l

E) 2×109 q/l
Ədəbiyyat: Ədəbiyyat: В.В.Меньшиков «Лабороторные методы исследования в клинике» Москва, 1987, стр.12
109) Sidiyin fiziki xüsusiyyətlərinə hansı aiddir?
A) Rəngi

B) Miqdarı

C) Şəffaflıq

D) Hamısı düzdür

E) Sıxlığı
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.34
110) Sidiyin kimyəvi tərkibinin təyininə hansı müayinələr aiddir?
A) Öd piqmentlərin təyini

B) Keton cisimciklərinin təyini

C) Hamısı düzdür

D) Zülalların təyini

E) Şəkərin təyini
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.49
111) Hansı xəstəliklər zamanı sidikdə keton cisimcikləriləri (asetonuriya) aşkarlanır?
A) Şəkərli diabet

B) Hipertoniya

C) Mədənin xorası

D) Qastrit

E) Varikoz
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.40
112) Proteinuriya nədir?
A) Sidikdə zülalın artması

B) Sidikdə leykositlərin miqdarının artması

C) Sidikdə şəkərin miqdarının artması

D) Sidikdə öd piqmentlərinin miqdarının artması

E) Sidikdə keton cisimciklərinin miqdarının artması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.37
113) Zimnitski sınağı nəyi təyin edir?
A) Sidiyin kimyavi tərkibini

B) Sidiyin turşuluğunu

C) Sidiyin qatılığını

D) Sidiyin fiziki tərkibini

E) Böyrəklərin funksiyasını
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.34
114) Sidiyin rəngi nə vaxt “ət suyunu” xatırladır?
A) Sidikdə mioqlobinin olması

B) Sidikdə öd piqmentlərin olması

C) Makrohematuriya zamanı

D) Dərman preparatların qəbulu zamanı

E) Hemoqlobinuriya zamanı
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.35
115) Proteinuriyanın hansı formaları var?
A) Prerenal

B) Hamısı düzdür

C) Renal

D) Yumaqcıq

E) Kanalcıq
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.39
116) Sidikdə Branderberq-Roberts-Stolnikov üsulu ilə nəyi təyin edirlər?
A) Zülalı

B) Öd piqmentlərini

C) Qlyukozanın səviyəsi

D) Sidiyin turşuluğu

E) Keton cisimcikləri
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.52
117) Sidik çöküntüsündə hansı sidik daşları aşkar edilir?
A) Hamısı düzdür

B) Fosfat daşları

C) Sidik turşusu daşları

D) Urat daşları

E) Oksalat daşları
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.75-76
118) Nefrotik sindromun əlaməti nədir?
A) Hematuriya

B) Bakteriuriya

C) Qlyukosuriya

D) Proteinuriya

E) Piuriya
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва 2009, стр.37
119) Fluorimetriyanın əsasında hansı proses dayanır?
A) Madənin elektromaqnit şualanmanın udması

B) İkincili işıq selinin ölçülməsi

C) İşığın sınma bucağının ölçülməsi

D) İşığın dönmə bucağının təyini

E) Madənin işığı paylaması
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников Техника лабораторных работ в медицинской практике, 2011
120) Zəncirvari polimeraza reaksiyanın köməyi ilə aparılan analizin əsasında hansı proses durur?
A) Antigen və anticism arasında qarşılıqlı əlaqə

B) Zülal molekulunun yüklənmə dərəcəsi

C) Nuklein turşuları molekularının spesifik sahələrinin kopyalanması

D) Molekularının müxtəlif hərəkət sürəti

E) Molekulun polimerizasiyası
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников Техника лабораторных работ в медицинской практике, 2011
121) İşıq mikroskopunda istifadə olunan üsullar hansılardır?
A) Fazalı-kontrast

B) Qaranlıq sahə

C) Bütün sadalananlar

D) Dumanlı sahə

E) Lyuminiscent
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников Техника лабораторных работ в медицинской практике, 2011
122) Ən çox istifadə olunan dezinfeksiya edici maddə hansıdır?
A) 1-3%-lı lizol

B) 6%


C) 4%-lı formalin

D) 3-5%-lı fenol məhlulu

E) 1-5% xloramin
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников Техника лабораторных работ в медицинской практике, 2011
123) İmmunoferment analiz hansı prinsipə əsaslanır?
A) Fermentlə nişanlanmış İgE və/ya İgG anticisimlərin köməyi ilə spesifik İgE və/ya İgG anticisimlərin təyini

B) Fermentlə nişanlanmış antigenlərin və anticisimlərin təyini

C) Nişanlanmış ümumi anticisim və/ya antigenlərin təyini

D) Bütün sadalananlar düzdür

E) Radioaktiv nişanlanmış İgE və/ya İgG anticisimlərin köməyi ilə spesifik İgE və/ya İgG anticisimlərin təyini
Ədəbiyyat: Ədəbiyyat: : В.С.Камышников Техника лабораторных работ в медицинской практике, 2011
124) Zülalın bioloji aktivliyi nə zaman itirilir?
A) Təbii daşıcılarla xromotoqrafiya

B) Elektroforez

C) Denaturasiya

D) Dehidratasiya

E) Liofilizasiya
Ədəbiyyat: Ədəbiyyat: Т.Т.Березов. Руководство к лабораторным занятиям по биохимии, 1976
125) Zülalların anabolizmini aşağıdakilardan hansı artırır?
A) İnsulin

B) Tiroksin

C) Qlükokortikoidlər

D) Hipofizin somatotrop hormonu

E) Parathormonlar
Ədəbiyyat: Ədəbiyyat: Т.Т.Березов. Руководство к лабораторным занятиям по биохимии, 1976
126) Hansı xəstəlik zamanı α-fetoproteinin təyini diaqnostik əhəmiyyət daşıyır?
A) Ağırlaşmış miokard infarktı

B) Qaraciyərin birincili xərçəngi

C) Qaraciyərin exinokokkozu

D) Mədə xərçəngi

E) İnfeksion hepatit
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
127) Hansı xəstəliklərdə qamma-qlobulinlərin miqdarı azalır?
A) Şua xəstəliyi

B) Qida borusunun şişləri

C) Revmatoid artrit

D) Qastrit

E) Ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Т.Т.Березов. Руководство к лабораторным занятиям по биохимии, 1976
128) Aşağıdakılardan hansının köməyi ilə Bens-Cons zülalını təyin etmək mümkündür?
A) Folin reaktivi

B) Sidiyin dializi

C) Sidik zülalların elektroforezi

D) Sidiyin konsentrantlaşması

E) Aqqlütinasiya reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
129) Kreatinin nədir?
A) MSS (mərkəzi sinir sisteminin) fəaliyyətinin tənzimləyicisi

B) Osmotik diuretik

C) Aralıq reaksiyaların katalizatoru

D) Hamısı düzdür

E) Zülal mübadiləsinin son məhsulu
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
130) Qanda kreatinin miqdarı nə zaman artır?
A) Qastrit

B) Xoralı kolit

C) Xroniki böyrək çatışmazlığı

D) Hepatit

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
131) Orqanizmin sidik turşusunun artmasına aşağıdakılardan hansı təsir göstərmir?
A) Nuklein turşuları ilə zəngin məhsulların artıq istifadəsi

B) Sidik cövhərinin orqanizmdən xaric olunmasının pozulması

C) Nüvəli hüceyrə və toxumaların sürətlə dağılması

D) Qanda sidik cövhərinin səviyyəsi

E) Böyrək xəstəlikləri
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
132) Nəyin nəticəsində azotemiya yaranır?
A) Orqanizmdə natriumun ləngiməsi

B) Kalium çatışmazlığı

C) Zülal sintezinin sürətlənməsi

D) Qlükozuriya

E) Yumaqcıq filtrasiyanın azalması
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
133) Hansı xəstəliklər hipoproteinemiya ilə müşayət edilmir?
A) Qastroenteropatiya

B) Böyrək xəstəliyi

C) Qaraciyər xəstəliyi

D) Hamısı düzdür

E) Mielom xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
134) α1-antitripsinin anadangəlmə çatışmazlığı nəyə səbəb olur?
A) Cavan şəxslərdə emfizemaya

B) Yenidoğulmuşlarda hepatitə

C) Bütün sadalanan vəziyyətlərə

D) Ağciyərlərin infeksion-iltihabi xəstəliklərinə və tənəffüs çatışmazlığına

E) Siqaret çəkənlərdə emfizemaya
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
135) Hansı klinik sindrom renal proteinuriya ilə müşayət olunur?
A) Sidik kisəsinin şişi

B) Qlomerulonefrit

C) Sistit

D) Sidik kisəsinin daşları

E) Ürək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
136) Hipoqammaqlobulinemiya nə zaman müşahidə olunur?
A) Bütün sadalanan vəziyyətlər

B) Mielom xəstəliyində

C) Uzun sürən xroniki xəstəliklərdə

D) Limfosarkoma

E) Şüalanmada
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
137) Bəd xassəli monoklonal qammapatiya nə ilə müşayət edilir?
A) Komplementin aktivləşməsi

B) İg bütün siniflərinin sintezinin aktivləşməsi

C) Monoklonal komponentin daimi səviyyəsi

D) İg başqa siniflərinin sintezinin zəifləməsi

E) Hamısı düzdür
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.283
138) Hansı orqanda kreatinkinazanın xüsusi aktivliyi daha yüksəkdir?
A) Ürək

B) Qaraciyər

C) Əzələ

D) Mədəaltı vəzi

E) Böyrək
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009


Yüklə 348,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin