Landşaftın strukturu


Landşaftların təbiət yasaqlıqları vasitəsilə mühafizəsi



Yüklə 42,24 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü42,24 Kb.
#39199
1   2   3   4   5   6   7   8   9
Landşaft must

Landşaftların təbiət yasaqlıqları vasitəsilə mühafizəsi

Landşaftların mühafizəsində qoruqlarla bərabər təbiət yasaqlıqlarının da əhəmiyyəti böyükdür. Yasaqlıqların əsas vəzifəsi heyvanlar, quşlar və bitkilərin qorunması və bərpasının təmin edilməsi olsa da onlar landşaftların mühafizəsi üçün əlverişli şərait yaradır. Yasaqlıqların əksəriyyəti elmi və ov əhəmiyyəti olan heyvan və quşların qorunması məqsədilə yaradılır. Heyvan və quşların ciddi şəkildə qorunması və bərpasının təmin edilməsi isə onlar üçün müvafiq ekoloji şəraitin yaradılması sayəsində mümkündür. Belə bir ekoloji şəraitin yaradılması yalnız landşaft komponentlərinin deyil, həm də təbii komplekslərin mühafizəsini nəzərdə tutur.Yasaqlıqlarda ekoloji şəraitin, təbii landşaftların pozulmasına səbəb olmayan təsərrüfat işlərinə yol verilir.Hazırda bir sıra yasaqlıqlar qoruqlarla qonşu ərazidə təşkil olunur. Belə yasaqlılar müvafiq qoruqların rejiminin ciddi şəkildə təşkil olunmasına əlverişli zəmin yaradır. Bəzi yasaqlıqlar isə milli parkların tərkibinə daxil edilərək onların ciddi qorunan funksional zonalarından birinə çevrilir.Yasaqlıqlar xüsusi qorunan ərazilərin qədim fonnası olsa da, Azərbaycanda onların yaradılmasına XX əsrin 60-cı illərindən sonra başlanılmışdır. Respublikamızda ilk yasaqlıq 1961-ci ildə ceyranların mühafizəsi məqsədilə yaradılan Bəndovan yasaqlığıdır. Hazırda respublikamızda bütün landşaft qurşaqlarını əhatə edən 20-yə yaxın yasaqlıq yaradılmışdır (şəkil 5). Yasaqlıqların ümumi sahəsi ərazimizin 3,2 %-ni təşkil edir. Böyük Qafqaz vilayətində 6, Kiçik Qafqazda 4, Kür çökəkliyində 6, Lənkəran vilayətində 2, Naxçıvanda 2 yasaqlıq təşkil edilmişdir.Respublikamızda yasaqlıqların 80 %-ə qədəri dağ meşə-çəmən landşaft qurşağında, 20 %-i isə arid landşaftlarında, o cümlədən 8,5 %-i su-bataqlıq landşaftlarında təşkil olunmuşdur. Dağ-meşə126landşaftarmda İsmayıllı, İlisu, Şəki, Hirkan, Qusar, Qəbələ, Qızılca kimi yasaqlıqlar, dağ-çəmən landşaftlarında Ordubad, Laçm, İsmayıllı yasaqlıqları, yarımsəhra landşaftlarında Bəndovan, Abşeron, Şəmkir yasaqlıqları, su-bataqlıq landşaftlarında isə Ağgöl və Kiçik Qızılağac kimi yasaqlıqlar təşkil olunmuşdur.Azərbaycanda yasaqlıqların əksəriyyəti zooloji-botaniki yasaqlıqlardır. Ağgöl, Şəmkir və Kiçik Qızılağac yasaqlıqları omitoloji yasaqlıqlar olsa da, digər yasaqlıqlarda həm heyvanlar, həm də quşlar müafızə olunur. Hirkan, İsmayıllı, Qızılca, Qəbələ, İlisu yasaqlıqları isə landşaft yasaqlıqlarıdır.




Yüklə 42,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin