Landşaftın strukturu



Yüklə 42,24 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü42,24 Kb.
#39199
1   2   3   4   5   6   7   8   9
Landşaft must

Şorakətləşmə - İllüvial horizontunda (B) udulmuş halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlar şorakərli torpaqlar adlanır. Onlar torpaq profilinin kəskin təbəqələşməsi və əlverişsiz aqronomik xassələri ilə səciyyələnir. Şorakətlər də şoranlar kimi şorlaşmış torpaqlar kateqoriyasına aid edilir.

Lakin şoranlardan fərqli olaraq şorakətlərdə asan həll olan duzlar torpağın səthində deyil, profilin müəyyən dərinliyində yerləşmişdir.




Sahələrin(otlaq, çəmən, kolluq və s.) daha tez yaşıllaşmasına təsir etmək məqsədilə çəmən və kolluqlara od vurularaq yandırılması(Şəkil 5.26.). Yandırma bitki örtüyünün və torpağın deqradasiyasına səbəb olur.


DENUDASİYA (lat. Denudatio - çılpaqlaşma) – Yer səthində süxurların su, külək buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Denudasiyaya aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir.


EROZİYA (lat. erosio – yeyilmə) – süxurların və torpağın səth suları ilə yuyulması, dağılması, axının gücü ilə süxurların mexaniki parçalanması, süxurların (əhəngdaşı, dilomit və s.) kimyəvi həlli və s. proseslərin məcmusu. Eroziya səthi və xətti təsir göstərir. Səthi eroziyada relyefin kələ-kötürlüyü hamarlaşır, xətti eroziyada isə yarğan, qobu, dərə və s. əmələ gəlir.

Torpaq eroziyası torpağın münbit qatının su və külək vasitəsi ilə dağılmasına deyilir. O, normal və sürətli (dağıdıcı) olur. Normal eroziya tədricən başlayır və torpağın münbitliyini azaltmır. Sürətli eroziya insanın düzgün olmayan təsərrüfat fəaliyyəti: yamaclarda torpağın düzgün becərilməməsi, mal-qara otarılması və s. nəticəsində əmələ gəlir. eroziyanı yağış, qar, suvarma suları və külək törədir. Səthi, qobu, irriqasiya və külək eroziyana təsadüf edilir. Eroziyanın təsirindən torpağın münbit qatı yuyulub dağılır, qobular, yarğanlar əmələ gəlir. Torpaq eroziyasının qarşısı aqrotexniki, meşə-meliorasiya, hidrotexniki mübarizə tədbirləri ilə alınır

Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu sayılır. Mühitin reaksiyası bir çox heyvan və bitkilər üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində neytral və qələvi, rütubətli rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda (məs. qaratorpaq) yaxşı məhsul verir. Duzlu torpaqlarda suda həll olan duzların (xloridlər, sulfatlar, karbonatlar) miqdarı izafi həddə çatır. Bu torpaqlar çox vaxt qrunt sularının torpaq horizontuna qədər qalxması ilə əlaqədar təkrar şorlaşma nəticəsində əmələ gəlmişlər. Duzlu torpaqların şoran və şorakət tipləri mövcuddur. Şorakət torpaqlarda natrium-karbonat üstünlük təşkil edir, bu torpaqların reaksiyası (pH) 8-9-a çatır. Duzlu torpaqların özünəməxsus flora və faunası var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər halofitlər adlanır. Duzlaq coğanı adlanan halofit növü 20%-dən artıq torpağın duzluluğuna dözür. Bununla belə torpaq soğulcanları torpağın zəif duzluluğuna uzun müddət davam gətirə bilmir.
Yüklə 42,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin