Landşaftın strukturu


Texnogen landşaftlar və onların rekultivasiyası



Yüklə 42,24 Kb.
səhifə4/9
tarix02.01.2022
ölçüsü42,24 Kb.
#39199
1   2   3   4   5   6   7   8   9
Landşaft must

Texnogen landşaftlar və onların rekultivasiyası

İnsanın təsərrüfat fəaliyyəti sahələrindən təbii landşaftlarda daha dərin və köklü dəyişiklik yaradanı dağ-mədən işləridir. Dağ-mədən işlərinin təsiri nəticəsində təbii landşaftlardan əsaslı şəkildə fərqlənən yeni antropogen komplekslər-texno- gen landşaftlar yaranır.- Faydalı qazıntıların hasilatı ilə əlaqədar olaraq bəzi dağ- mədən hövzələrində aparılan işlər hətta min kvadrat km-lə ərazini əhatə edir. Dağ-mədən işlərinin coğrafiyası ildən ilə genişlənir. Bu da yeni-yeni faydalı qazıntı yataqlarının kəşfi və istismarı ilə bağlıdır. Dağ-mədən sənayesi kompleksləri və onların əhatəsindəki antropogen landşaftlar inkişaf etmiş ölkələrdə belə 1-2%-dən, 5-6%-ə qədər ərazini əhatə edir. Lakin, buna baxmayaraq faydalı qazıntıların hasilatında təbiilandşaftların dəyişdirilməsinin miqyası çox böyükdür.Təbii landşaftlara faydalı qazıntıların açıq və ya karxana üsulu ilə çıxarılması daha güclü təsir göstərir. Müasir texnikanın imkanları ilə karxanaların eni bəzən 5-6 km, dərinliyi isə 700-800 metrə çata bilir. Çıxarılmış süxur tullantılarının atılması üçün min hektarla sahə lazım olur. Açıq üsulla faydalı qazıntıların çıxarılması zamanı əvvəlkindən çox fərqli olan yeni relyef formaları və süxurlar yaranır. Təbii landşaftlarda köklü dəyişmələr baş verir, landşaftın bütün komponentləri dəyişir və onun litogen əsası pozulur. Yeni yaranan texnogen landşaftlarda kimyəvi proseslərin istiqaməti və sürəti dəyişir. Səth süxurlarının tərkibinin və relyefin belə dəyişməsi ilkin təbii landşaftların biosenoz və torpağı üçün çox əlverişsiz olur. İlkin bitki və torpaqların tam və ya qismən məhvi landşaftların bioloji məhsuldarlığını kəskin şəkildə azaldır.Dağ-mədən işləri nəticəsində təbii mühitdə kimyəvi tarazlığın pozulması antropogen mənşəli geokimyəvi anomaliya- ların yaranmasına gətirib çıxarır və həmin rayonlarda ayrı- ayrı kimyəvi elementlərin konsentrasiyası artır. Geniş geokimyəvi anomaliyalara malik ərazilərdə bitkilər daha çox ziyan çəkir. Təbii və antropogen amillərdən asılı olaraq geokimyəvi anomaliyalarm mənfi təsiri 5-6 km-dən tutmuş 40-50 km-ə qədər məsafədə hiss olunur.Dağ-mədən işləri nəticəsində insanlar Yerin təkindən hər il 40 mlrd m3 süxur çıxarırlar. Halbuki, çayların il ərzində gətirdiyi qırıntı materialları 13 mlrd m3-dir.Kiçik ərazilərdə külli miqdarda bərk süxurların toplanması ilkin relyefi tamamilə dəyişir. Yeni yaranan texnogen relyef ayrı-ayrı elementlərin hündürlüyünün və qruluşunun dəyişməsi, yeni formaların yaranması ilə səciyyələnir. Yeni yaranan relyef formaları-karxanalar, tullantılar və terrikonlardır. Dağ- mədən işləri nəticəsində yaranan texnogen landşaftlarda baş verən proseslərdən biri də antropogen denudasiyadır. Yəni tullantı süxurlarının dağılıb, yuyulub aparılmasıdır. Daş kömür hasilatı rayonlarında tullantılar terrikon, sopka kimi62relyef formaları yaradır ki, bunlar da təbii formalara çox yaxındır.Azərbaycanda da dağ-mədən sənayesinin təsiri ilə landşaftlarda xeyli pozulmalar müşahidə olunur. Daşkəsən dəmir filizi rayonunda 960 hektara yaxın dağ-çəmən və dağ- meşə landşaftları pozulmuş və yararsız hala düşmüşdür. Pozulmuş bu landşaftların 500 hektarı süxur tullantıları altındadır. Abşeron yarımadasında isə neft və neft məhsulları ilə çirklənmiş torpaqlar 20 min hektardan çoxdur.İndiyə qədər dünyada dağ-mədən işləri nəticəsində 14 min hektara yaxın ərazi yararsız hala düşmüşdür. Bu qədər ərazinin təsərrüfat dövriyyəsinə qaytarılması həm iqtisadi cəhətdən, həm də ekoloji baxımdan olduqca zəruri bir məsələdir.Dağ-mədən işləri nəticəsində pozulmuş və çirklənmiş landşaftların yenidən bərpası geniş rekultivasiya işlərinin aparılmasını tələb edir. Rekultivasiya-pozulmuş və çirklənmiş landşaftların yenidən bərpa edilməsi tədbirləridir.Dağ-mədən sənayesi tullantılar ilə yanaşı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların da rekultivasiyaya ehtiyacı var. Dağ-mədən sənayesi tullantılarının rekultivasiyası və onların istifadəsi məsələləri ilə bir sıra tədqiqatçılar məşğul olmuşlar (Motorina, 1964; Ovçinnikov, Fedesoeva, 1974; Motorina, Ovçinnikov, 1975). Onlar rekultivasiyanın aparılmasının mərhələlərini və istiqamətlərini hərtərəfli öyrənmişlər.Pozulmuş texnogen landşaftların rekultivasiyası adətən hazırlıq işlərindən keçməklə iki mərhələdə aparılır; texniki rekultivasiya və bioloji rekultivasiya.Texniki rekultivasiyada sənaye tullantılarının səthi hamarlanır. Turşuluq yüksək olduqda kimyəvi meliorasiya aparılır, əhəng verilir və süxurlar neytrallaşdırılır. Hamarlanmış sahələr bir neçə santimetr torpaq qatı ilə örtülür. Neftlə çirklənmiş landşaftların rekultivasiyası zamanı texniki mərhələdə ərazidəki atılmış köhnə borular və avadanlıqlar da yığılıb götürülür və planirovka aparılır.Bioloji rekultivasiya zamanı ərazidə yetişdiriləcək bitkilər müəyyənləşdirilir. Rekultivasiya olunan ərazinin bioloji məhsuldarlığının bərpa edilməsi və məqsədəuyğun istifadəsi təmin olunur.Neft və neft məhsulları ilə çirklənmiş landşaftların rekultivasiyası çirklənmənin xüsusiyyətinə və dərəcəsinə uyğun olaraq aparılır. Neftlə zəif çirklənmiş torpaqlar 10 sm dərinliyə qədər çirklənmiş əraziləri əhatə edir. Belə sahələrdə dərin şum etməklə çirklənmiş qatı təmiz torpaqla qarışdırmaq və mineral gübrələr vermək lazımdır. Bu torpaqlar bir-iki ilə yararlı hala düşür.Çirklənməsi 25 sm dərinliyə qədər olan torpaqların rekultivasiyası bir qədər mürəkkəbləşir. Bu torpaqlarda ilk növbədə bitumlaşmış örtük ləğv edilməlidir. İki-üç il dərin şum etmək, habelə mümkün qədər yayın yandırıcı şumu üçün şərait yaratmaq lazımdır. Sonra mineral gübrə vermək və müvafiq bitkilər əkmək lazımdır. Çirklənməsi 25-30 sm-dən 50-60 sm dərinliyə qədər olan ərazilərdə isə əsaslı rekultivasiya tədbirləri həyata keçirilir.Rekultivasiya olunmuş ərazilərdən əsasən kənd təsərrüfatı və meşə təsərrüfatı sahələri yaratmaq məqsədi ilə istifadə olunur. Pozulmuş lanşaftlarda meşəlik salmaq, bağ salmaq, çəmən və otlaqlar yaratmaq olar. Belə ərazilərdə hətta istirahət parkları və yaşıllıqlar da salmaq olar.Dağ-mədən sənayesi tullantılarının texnogen landşaftların rekultivasiyası optimal mühit şəraiti yaratmaqla bərabər atılmış ərazilərin yenidən müxtəlif məqsədlər üçün istifadəsinə imkan yaradır.6.


Yüklə 42,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin