Landşaftın strukturu


Landşaftların rekreasiya istifadəsinin optimallaşdırılması



Yüklə 42,24 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü42,24 Kb.
#39199
1   2   3   4   5   6   7   8   9
Landşaft must

Landşaftların rekreasiya istifadəsinin optimallaşdırılması

Müasir dövrdə şəhər əhalisinin artması, nəqliyyat vasitələrinin çoxalması və havanın çirklənməsi insanların istirahətinin təşkili problemini daha da gücləndirmişdir. Kütləvi istirahət və turizm hazırda mühüm sosial-iqtisadi amilə çevrilmişdir. Yeni turizm təsərrüfatı formalaşmış və bu sahədə böyük iqtisadi səmərə əldə olunmuşdur. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, hazırda dünyada turistlərin sayı 700 mln nəfərə yaxındır və Beynəlxalq turizmdən əldə olunan gəlir 500 mlrd dollar təşkil edir. Halbuki, Beynəlxalq yükdaşı- madan əldə olunan gəlir bundan xeyli az, 95 mlrd dollardır.Rekreasiya üçün yararlı torpaqlara tələbat çox olduğundan rekreasiya landşaftlarının sahəsi daim artmaqdadır. Bir sıra ölkələrdə rekreasiya məqsədləri üçün istifadə olunan torpaqlar kənd təsərrüfatı və meşə torpaqlarından sonra üçüncü yeri tutur.Dünyada beynəlxalq turizmin həcmi və inkişafına görə əsas yeri Avropa (75%) və Şimali Amerika (15%) tutur. Avropanın landşaftları çox zəngin olub, komfort iqlimə, gözəl dəniz sahillərinə və dağ-xizək idmanı üçün əlverişli şəraitə malikdir. Bu baxımdan Aralıq dənizi hövzəsi Avropada xüsusilə seçilir. Avropada həmçinin tarixi-mədəni sərvətlər də daha cəlbedicidir. Hazırda ən çox xarici turist gələn ölkələr Fransa (75 mln), İspaniya (55 mln), ABŞ (53 mln) və İtaliyadır (41 mln).ABŞ-da çoxlu sayda milli park var və burada dağ idmanı, balneoloji kurortlar turistləri daha çox cəlb edir. Son illərdə Afrikanın rekreasiya sərvətlərindən, milli parklarından turizm məqsədləri üçün geniş istifadə olunur. Avstraliya və Okeaniyada toxunulmamış ekzotik landşaftlar çoxdur və buranın böyük rekreasiya ehtiyatı var.İnsanların sağlamlığı və əmək qabiliyyətinin bərpasına kömək edən, istirahətinə şərait yaradan təbii resurslar rekreasiya ehtiyatlarına aiddir. Məsələn, təmiz hava, meşə massivi, mineral bulaqlar, mənzərəli landşaftlar və s.70Rekreasiya fəaliyyətinin növündən və məqsədindən asılı olaraq landşaftların istifadəsinin bir neçə tipi ayrılır:1. Rekreasiya – müalicə tipi, kurortların ərazisi;2. Rekreasiya – istirahət sağlamlıq tipi, çimərlik, göl, park və meşələr;3. Rekreasiya – idman tipi, xizək, alpinizm, avarçəkmə;4. Mədəni – idraki tip, mənzərəli landşaftlar, unikal təbii obyektlər. Bu tip daha geniş yayılıb (təbiətdən zövq almaq).Mənzərəli landşaftların insanların fiziki və psixoloji sağlamlığına müsbət təsiri çoxdan məlumdur. Hətta təbabətdə xüsusi müalicə metodikası – landşaft terapiyası mövcuddur. Landşaft terapiyası – landşaftların gözəlliyinin köməyi ilə müalicədir. Lakin, landşaftların rekreasiya istifadəsinin səmərəsiz təşkili çox vaxt landşaftın sosial-iqtisadi funksiyasının və ekoloji tarazlığının pozulmasına gətirib çıxarır. Rekreasiya fəaliyyəti təbii landşaftlarda, xüsusilə torpaq-bitki örtüyündə güclü dəyişmələr yaradır.Qısa müddətli kütləvi istirahət rayonlarında təbii landşaftlar daha çox dəyişilməyə məruz qalır. Bu da nisbətən kiçik ərazidə istirahət edənlərin çox toplanması və ərazinin il boyu istifadəsi ilə bağlıdır.Kütləvi istirahət rayonlarında meşəbitmə şəraiti daha çox pozulur. Meşədə gəzinti zamanı ot örtüyü mexaniki surətdə zədələnir, torpaq tapdalanır və bərkiyir. Meşə gəzintisindən ilk növbədə yazda çıxan ot örtüyü daha çox ziyan çəkir. Vaxt keçdikcə torpağın bərkiməsi və quruması nəticəsində tipik meşə otları məhv olur. Onların yerində zədələnməyə davamlı və rütubətə az tələbkar olan çəmən otları bitir. Sonradan bu otlar da məhv olur. Gəzinti nəticəsində meşələrdə sıx qrunt yolları yaranır. Bunlar isə Öz növbəsində həmin ərazilərdə əsas ot örtüyünün məhvinə və alaq otlarının bitməsinə səbəb olur.Landşaftların rekreasiya istifadəsinin tənzimlənməsinin əsas amili rekreasiya yükünün düzgün müəyyənləşdirilməsi və ona əməl olunmasıdır, rekreasiya yükü landşaftlardan istifadə normasıdır. Rekreasiya norması - landşaftın dayanıqlığını pozmadan ona insanların mümkün olan maksimum təsirini nəzərdə tutur.İsveçrəli alim V.Şelford 1913-cü ildə “dözümlü həddi” qanununu kəşf etdi. Bu qanuna görə, bitkilərin inkişafına maddələrin yalnız azlığı deyil, həm də onların artıqlığı ziyanlı təsir göstərir. Təbiətdən müxtəlif məqsədlər üçün istifadədə bu qanuna əməl olunmayanda landşaftların ekoloji tarazlığı pozulur. Odur ki, landşaftlardan istifadə edilərkən onların təbii potensialı, ekoloji tutumu nəzərə alınmalıdır.Landşaftların rekreasiya istifadəsi zamanı onların ekoloji tutumuna (rekreasiya normasına) əməl olunması landşaftların qorunub saxlanılmasına şərait yaradır.Rekreasiya norması bir nəfərin tam istirahətinin təmin edilməsi üçün lazım olan ərazi vahidinin müəyyənləşdirilmə- sini nəzərdə tutur. Avropa ölkələrində bir turistin uzunmüddətli istirahət zonalarında dincəlməsi üçün 750 m2 ərazi nəzərdə tutulur.Ərazilərin təşkili üzrə fransalı ekspert R.Baretjin Avropa Birliyi ölkələr üçün apardığı qiymətləndirməyə görə, böyük şəhərlərin ətrafına yaxın olan istirahət zonalarında bir adamın normal dincəlməsi üçün 100-300 m2 torpaq tələb olunur.Lakin, bu normalara indi Avropanın özündə belə əməl olunmur. Belə ki, Avropada beynəlxalq turizmin mərkəzi sayılan Alp dağlarına həddindən çox turist axını buranın təbiətində güclü pozulmalara səbəb olmuşdur. Alp regionunda Avropanın yeddi ölkəsinin 9 mln əhalisi yaşayır. Lakin, bura gələn turistlərin sayı 60 mln-na yaxındır. Bu isə bir gündə hər km2-ə 330-dan da çox turist gəldiyini göstərir. Bu da regionun çox yüksək rekreasiya mənimsənilməsini göstərir (bu rəqəm 100 nəfəri keçdiyi üçün).Alp dağlarında rekreasiya fəaliyyətinin yaratdığı vəziyyətlə72bağlı olaraq hələ keçən əsrin 80-ci illərində avstriyalı professor Q.Aulitski qeyd edirdi ki, Alp regionu insanların müdaxiləsilə o qədər güclü pozulmuşdur ki, o yaxm illərdə özünün beynəlxalq turizm mərkəzi dəfinəsini itirə bilər. Hətta, Alp dağlarını insanların “zibil dağına” çevrildiyini qeyd edərək onun xilasına çağırışlar da var idi.Yaranmış vəziyyətlə əlaqədar Alp dağlarında bir sıra təbiəti mühafizə tədbirləri görüldü. Kanat yolların çəkilişi dayandırıldı, regionu müxtəlif istiqamətlərdə kəsib keçəcək magistral avtomobil yollarının çəkilişi məhdudlaşdırıldı və mövcud yollardan istifadənin səmərəliliyinin artırılmasına üstünlük verildi. Şəxsi avtomobillərdən istifadəyə qismən məhdudiyyətlər qoyulur.Alp dağlarının təbii landşaftlarında daha çox pozulmalar yaradan dağ-xizəkçiliyi idi. Dağ-xizək yolları boyunca geniş bir məsafədə torpaq-bitki örtüyü tamamilə sıradan çıxır. Bu təsirləri yumşaltmaq üçün dağ-xizək yolları boyunca geniş rekultivasiya tədbirləri həyata keçirilir. Yollar boyunca pla- nirovka işləri aparılır və yamacların bərkidilməsi üçün çim qatı yaradılır.Hazırda Alp regionu ölkələrinin hamısında ərazinin ekoloji problemlərini, təbiəti mühafizə məsələlərini öyrənən elmi- tədqiqat müəssisələri var və onlar regionun landşaftlarına təsir göstərə biləcək bütün təsərrüfat tədbirlərini ekspertizadan keçirirlər ki, təbii mühitdə pozulmalar baş verməsin.Rekreasiya landşaftlarının optimallaşdırılmasının bəzi məsələləri ərazinin rekreasiya mənimsənilməsinin xarakteri və səviyyəsi ilə bağlıdır. İlk növbədə rekreasiya zonalarının urbanizasiyalaşmış ərazilərə çevrilməsinin qarşısı alınmalıdır. Bunun üçün yüksək mərtəbəli binalardan ibarət şəhərciklərin rekreasiya zonalarında salınmasından imtina ediməlidir. Turist bazaları yaradılarkən landşaft-arxitektura prinsiplərinə əməl olunmalıdır. Turist obyektləri ətraf landşaftlara uyğunlaşdırılaraq yaradılmalıdır. Landşaft dizaynının köməyi ilə turist obyekti ətraf təbii mühitin bir elementinə çevrilməlidir. Belə olduqda bir tərəfdən rekreasiya obyektinin təbiiliyi və komfortluğu artır, digər tərəfdən isə antropogen yükün həcmi azalmaqla landşaftların ekoloji tarazlığının saxlanılmasına əlverişli şərait yaranır.Böyük rekreasiya potensialına malik olan Azərbaycanda da son illər turizmin sürətli inkişafı ilə əlaqədar olaraq rekreasiya landşaftlarının optimallaşdırılmasma, səmərəli təşkilinə zərurət yaranmışdır. Qeyd olunan optimallaşdırma tədbirlərinin respublikamızda da həyata keçirilməsi təmin olunmalıdır.Zəngin landşaft-iqlim və mədəni-tarixi abidələri olan ölkəmizin rekreasiya potensialından səmərəli istifadə etmək, rekreasiya landşaftlarını qoruyub saxlamaq üçün hər bir regionda rekreasiya norması müəyyənləşdirilməlidir. Rekreasiya zonalarında turizm obyektləri pərakəndə şəkildə, ayrı- ayrılıqda yerləşdirilməməlidir. Hər bir rekreasiya zonasında turizm obyektlərinin təşkili bütöv şəkildə layihələşdirilməlidir. Bunun üçün xüsusi rekreasiya arxitekturasının inkişafına böyük ehtiyac var.Landşaftların mühafizəsinin milli parklar formasında təşkilinə üstünlük verməklə respublikamızın rekreasiya potensialından daha səmərəli istifadə etmək imkanı yaranmışdır.
Arid landşaftların konservasiyasıBu landşaft qurşağmdakı Şirvan və Korçay qoruqlarında düzənlik yarımsəhra landşaftları mühafizə olunur. Bu qurşaq daxilində Kür çayı boyunca inkişaf edən tuqay meşələri Qarayazı qoruğunda, arid seyrək meşə landşaftları isə Elşad şamı və Türyançay qoruqlarında mühafizə olunur
Arid landşaft qurşağında 3 milli park təşkil olunmuşdur. Bunlardan Abşeron milli parkında yanmsəhra landşaftı və Xəzərin akvatoriyasının bir hissəsi mühafizə olunur. Şirvan milli parkında yanmsəhra landşaftlan, Ağgöl milli parkında isə su- bataqlıq kompleksləri qorunur.Ağgöl Milli ParkıAğgöl Azərbaycanın ən mühüm göl ekosistemlərindən biri olub, köçəri və yerli quşlann, habelə digər heyvanların məskunlaşdığı ərazidir.Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı kitab”ma daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.Ağgöl mühüm su-bataqlıq landşaftı kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir.Gölün qorunmasına ilk dəfə 1964-cü ildə 9173 hektar sahədə Ağgöl Dövlət Yasaqlığı yaradılarkən başlanılmışdır. 1978-ci ilin 02 mart tarixində gölün 4400 hektar su ərazisinə ciddi qorunma statusu verilərək Ağgöl Dövlət Qoruğu yaradılmışdır. 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağgöl Dövlət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin quru çöl və yarımsəhra landşaftlarından ibarətdir.120Ağgöl Milli parkının yardılmasmın əsas məqsədi mühüm su- bataqlıq və yanmsəhra landşaftını, göldə və onun ətrafda məskunlaşmış nəsli kəsilməkdə olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.Ağgölün dərinliyi 0,5-2,5m arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq ən aşağı həddə çatır.Milli Parkın ərazisində yayı quraq keçən yanmsəhra və quru- çöl iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün çox əlverişlidir.Ağgöl Milli Parkı üçün yanmsəhra, şoranlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. Yayılmışdır.Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, Kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.Ərazidə sürünənlərdən aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, gürzə və s. Növlər yayılmışdır.Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlıqlar, harayçı və fısıldayan qu quşları, misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. Məskunlaşmışdır.Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.Hazırda Ağgöl Milli Parkının 4100 hektarını su sahəsi, 4230 hektarını qamışlıq, 20 hektarını adalar və 3500 hektarını quru çöl landşaftı təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli 1928 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Şirvan Milli Parkı yaradılmışdır. Cənub-şərqi Şirvan düzündə ümumi ərazisi 65580,0 hektar olan xüsusi mühafizə olunan ərazinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan yasaqlığı yerləşir.Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftımın əsas komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş ceyranları və bu ərazi üçün səciyyəvi olan bəzi fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.Milli parkın ərazisində relyefin bitki və torpaq örtüyünün müxtəlifliyi burada müxtəlif yarımsəhra landşaft yarımtiplərinin inkişafına səbəb olmuşdur. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu düzənliklərin yarımsəhraları və xırda təpəli düzənliklərin şoranotlu yarımsəhra landşaftı təşkil edir. Bəzi sahələrdə qədim sahil tirələri, laqunlar aydın nəzərə çarpır. Küləyin fəaliyyəti nəticəsində yaranan əsas relyef forması-dyun təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox əlverişlidir.Ərazidə yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, dənli-müxtəlif otlu, efemerli və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli122Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.Şirvan Milli Parkı ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağası, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır.Aralıq dənizi tısbağası nadir və nəsli kəsilmək təhlükəsində olan növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Şirvan Milli Parkının heterofaunasım 17 növ sürünən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır. Tısbağalar: Aralıq dənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası. Kərtənkələlər: Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ. İlanlar: kor ilan, adi suilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və cənubi Qafqaz gürzəsi.Cənubi Qafqaz gürzəsi Milli parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolu üzərində yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.Göllərin ətrafdakı açıq bataqlıq sahələrdə, dənizsahili rütubətli qumsallıqlar və laqunlarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.Qırmızıdöş qaz, boz ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplannda üzür, yarımsəhraların dənli-efemer, yov- şanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərsazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı kitab”ma, 10-u “Beynəlxalq Təbiət Mühafizə Cəmiyyətinin Siyahısf’na, 10-u isə həm Azərbaycanın “Qırmızı kitab”ına (1989), həm də “Beynəlxalq Təbiət Mühafizə Cəmiyyətinin Siyahısf’na (2002) daxil edilmişdir.Məməli heyvanların respublikamızda bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s., gəmiricilər dəstəsindən çöl siçanı, qara və boz siçovullar, qırmızı- quyruq qum siçanı, Kiçik Asiya ərəbdovşanları, Dovşanki- milərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, Kürəkayaqlılardan Xəzər suitisi, Cütdımaqlılardan çöl donuzu və ceyran Milli Parkda məməlilər faunasının özəyini təşkil edir. Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın “Qırmızı kitab”ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar “Beynəlxalq Təbiət Mühafizə Cəmiyyətinin Siyahısf’nda müxtəlif statusla qorunan növlər elan edilmişdir.124Abşeron Milli ParkıAbşeron Milli Parkı 2005-ci il 08 fevral tarixində Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında 783 hektar sahədə yaradılmışdır. Milli Park Abşeron yarımadasının cənub-şərq qıırtaracağmda-Şah Dili ərazisində yerləşir.Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, turizm və istirahət zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və ekoloji maarifləndirilmənin təmin edilməsi olmuşdir.Milli Parkın ərazisi, əsasən, dəniz sahili qumluqlarla örtülmüşdür. Ərazidə yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Abşeron Milli Parkında bitki örtüyünün növ tərkibi xeyli azdır. Ərazidə dəniz sahili qum bitkiləri, cığlı-qamışlı çəmənliklər, birillik şoran otları və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir.Abşeron Milli Parkının heyvanat aləmi zəngindir. Milli Parkın ərazisində suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıqdənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, suilanı, gürzə və s. quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, dəniz bozçası və s. məməli heyvan növlərindən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır.Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilmişdir.Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbii komplekslərin və obyektlərin, Xəzər suitisinin, ceyranın, subataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan vermişdir.


Yüklə 42,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin