Landşaftların ekoloji vəziyyəti təhlil olunarkən ilk növbədə insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində landşaftlarda baş verən dəyişmələr araşdırılır. Antropogen dəyişmələrin xarakteri, dərinliyi, sərhədləri və istiqaməti müəyyənləşdirilir. Məhz antropogen təsirlərin xarakteri landşaftın ekoloji vəziyyətini müəyyənləşdirən əsas amildir.Təbii halda hər bir landşaft özütənzimlənən sistem olmaqla, canlı və cansız təbiətin müəyyən təşkili səviyyəsi ilə səciyyələnir. Təbii landşaftların təsərrüfat istifadəsi ilə əlaqədar olaraq əvvəlkindən keyfiyyətcə fərqlənən təbii – tarixi törəmələr yaranır. Landşaftın təbii əsası üzərində insanlar tərəfindən yaradılan və dəyişdirilən komplekslər əmələ gəlir. Belə antropogen komlekslərin xüsusiyyəti təsərrüfat istifadəsinin xarakteri, istehsalın səviyyəsi və təbii qanunlarla müəyyən olunur. Hazırda ilkin meşə, ilkin çöl, ilkin çəmən, yəni toxunulmamış belə landşaftlar olduqca azdır. Hətta tayqa, tundra və qütb səhra landşafları belə planetar texnogen miqrasiyanın təsirinə məruz qalır.Hazırda dünyanın müxtəlif regionlarında təkrar meşələr,təkrar savannalar, hətta antropogen mənşəli səhralar geniş ərazi tutur. İnsanların birbaşa və dolayı yolla təsir etdiyi landşaftlar demək olar ki, bütün yer kürəsini əhatə edir.Antropogen amillərin təbii landşaftlara təsir dərəcəsi əmək alətləri və istehsal vasitələrinin inkişaf səviyyəsi ilə müəyyən olunur. Buna görə də lantşafların antopogen transformasiyasının səviyyəsi cəmiyyətin inkişafının müxtəlif dövrlərində fərqli olmuşdur. Təbiətin hazır məhsullarından istifadə edən ibtidai insanların yığıcılıq və ovçuluqla məşğul olduğu dövrlərdə təbiətə təsiri əhəmiyyətsiz olmuşdur.İnsanların od əldə etməsi onların təbii landşaflara təsirinin mühüm amilinə çevrildi. Yanğınlar meşə sahəsinin azalmasına və açıq, otlu talaların yaranmasına səbəb oldu. Bəzi tədqiqatçılar çöl landşaflarının geniş yayılmasım insanların əkin və otlaq sahəsi əldə etmək üçün uzun illər ərzində törətdiyi yanğınlarla əlaqələndirirlər. Lakin, əmək alətləri primitiv və məhdud olduğundan paleolit dövründə yalnız landşaftın bəzi komponentləri antropogen təsirə məruz qalmışdır.Əkinçilik və heyvandarlığın yaranması ilə əlaqədar yeni istehsal iqtisadiyyatına keçildiyi dövrdə insanların təbiətə təsiri güclənir və yeni təbii-antropogen landşaftlar formalaşır. Bu dövrdə antropogen landşaftların formalaşmasına torpağın becərilməsi üsulları böyük təsir göstərdi. Toxa əkinçiliyinə nisbətən becərmədə Köhnə Dünyada kotandan istifadə edilməsi ekstensiv əkinçiliyin inkişafına və antropogen lantşafların sahəsinin genişlənməsinə səbəb oldu.Bizim eradan əvvəl II minillikdə dəmirin əldə olunması əkinçilikdə dəmir kotanlardan istifadə olunmasına gətirib çıxartdı. Nəticədə şumlanmış torpaqların sahəsi daha da genişləndi və landşaftın biotik komponentləri əsaslı dəyişməyə məruz qaldı, geniş ərazidə aqrolandşaftlar formalaşmağa başladı.Bir sıra iri çay vadilərində (Dəclə, Fərat, Nil, Xuanxe, Yantsızı) suvarma əkinçiliyinin yaranması və inkişafı landşaftların antropogen dəyişilməsində yeni bir mərhələ oldu. Antropogen lantşaftların məzmunca yeni bir forması -34aqro-irriqasiya lantşaftları yarandı.Əkinçilik-heyvandarlıq təsərrüfatından Avrasiyanın yarımsəhra və quruçöl, çöl zonasında köçəri heyvandarlığa keçirilməsi otlaq landşaftlarının genişlənməsinə, bəzi ərazilərdə isə hətta onların deqradasiyasına gətirib çıxardı.Təbii landşaftların antropogen dəyişilməsində və keyfiyyətcə pisləşməsində kapitalizm mərhələsi xüsusi yer tutur. Bu mərhələdə təbii ehtiyyatların istisimarı daha da güclənərək dağıdıcı xarakter alır. Artıq bu mərhələdə insanların təbiətə təsir imkanları və vasitələri artır. Daha geniş ərazilər istehsal prosesinə cəlb olunur və təbii landşaflarda daha dərin və köklü dəyişmələr baş verir. Faydalı qazıntıların açıq üsulla istismarının yeni texnikanın köməyi ilə daha da genişlənməsi lantşaftın bütün komponentlərini əhatə edən dəyişmələrin yaranmasına səbəb olur. XX əsrin II yarısından sonra landşaftların antropogen dəyişilməsi texnogen çirklənmələrlə daha da dərinləşir və onların mühityaradıcı funksiyasında pozulmalar baş verir.Lantşaftların tam transformasiyası çöl, meşə-çöl və enli- yarpaqlı meşə zonasında daha güclüdür. Hazırda qaratorpaq çöllərin 85-90%-i şumlanmış və müxtəlif əkin sahələrinə çevrilmişdir. Enliyarpaqlı və qarışıq meşələr 55-60%, codyarpaq meşə-kolluqlar 70-80%, musson meşələri 80-85% və Böyük Çin düzənliyindəki meşələr 95% transformasiya olunmuşdur.Hazırda insanın təsərrüfat fəaliyyəti nəticəsində müxtəlif məzmunlu və mənşəli antropogen lantşaft qrupları formalaşmışdır: aqroirriqasiya landşaftları, otlaq landşaftları,seliteb landşaftları, rekreasiya landşaftları və s.