Ekoloji, elmi, estetik əhəmiyyətli unikal landşaftların qorunub saxlanması xüsusi mühafizə olunan ərazilərin vasitəsilə təmin olunur. Xüsusi qorunan ərazilərin əsas formaları qoruqlar, milli parklar və yasaqlıqlardır.64ABŞ, Kanada, Yaponiya və Avstraliya kimi ölkələrdə qorunan təbiət əraziləri milli park adlandırılır və onların təşkilinə üstünlük verilir. Avropanın Avstriya və Danimarka kimi ölkələrində isə belə ərazilər qoruq, Almaniyada isə təbiət parkı adlandırılır. Keçmiş Sovet İttifaqında qoruqların yaradılmasına çox diqqət yetirilirdi. Dövlət qoruqları daha ciddi rejimli və yüksək səviyyəli təbiəti mühafizə formalarıdır.Dövlət qoruqları nadir təbii kompleksləri və obyektləri qoruyub saxlamaq, təbii hadisə və proseslərin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi- tədqiqat işləri aparmaq səlahiyyətinə malik ərazidir.Dövlət qoruğunun əsas vəzifələri aşağıdakılardır:1. Xüsusi qoruq rejimi əsasında təbii landşaftların tam kompleks mühafizəsi;2. Elmi-tədqiqat işlərinin aparılması;3. Elmi kadrların hazırlanması;4. Ekoloji maarifləndirmə işlərinin aparılması;5. Ekoloji monitorinqin həyata keçirilməsi.Qeyd olunan vəzifələrin effektivliyini yüksəltmək üçün qoruq rejimini ciddiləşdirmək tələb olunur. Qoruq rejiminə verilən əsas tələblər isə aşağıdakılardır:1. Qoruğun sərhədlərinin relyefə görə aparılması;2. Qoruyucu-bufer zolağının təmin edilməsi;3. Qoruq ərazisindən təsərrüfat sahələrinin çıxarılması;4. Qoruqdakı turizm obyektlərinin fəaliyyətinin ciddi reqlamentləşdirilməsi;5. Qoruq rejiminin hüquqi cəhətdən möhkəmləndirilməsi;6. Qoruğun maddi-texniki bazasının möhkəmləndirilməsi.Qorunan ərazilər əhəmiyyətinə görə beynəlxalq, milli,regional və yerli kateqoriyalarına bölünür.Qoruqlar məqsədlərinə və xarakterinə görə kompleks, flora, fauna, meşə və s. qruplara bölünür. Məsələn, Zaqatala, İlisu, İsmayıllı və Pirqulu qoruqları kompleks, Şirvan və Qızılağac qoruqları isə fauna qoruqlarıdır.Qoruq əraziləri təsərrüfat dövriyyəsindən tamamilə çıxarılir. Onun ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılma- , sına yol verilir. Buna görə də qoruqlar həm də elmi-tədqiqat müəssisəsi hesab olunur.Dünyada ilk qoruq 1870-ci ildə İrlandiyada yaradılan Karra qoruğudur, Azərbaycanda isə 1925-ci ildə yaradılan Göygöl qoruğudur.Xüsusi qorunan ərazilərin hazırda ən geniş yayılan forması milli parklardır. ABŞ, Yaponiya, Kanada, Avstraliya və Almaniya kimi ölkələrdə milli parklar daha çoxdur və rekreasiya məqsədi ilə geniş istifadə olunur. Dünyada milli parkların sayı ildən-ilə sürətlə artır. Belə ki, 1980-ci ildə cəmi 85 milli park var idisə, hazırda onların sayı 2 minə yaxındır.Milli parklar ekoloji, tarixi, estetik əhəmiyyətə malik təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, elmi, maarifçilik məqsədləri üçün istifadə olunan təbiəti mühafizə və elmi- tədqiqat səlahiyyətinə malik ərazilərdir. Qoruqlardan fərqli olaraq milli parklarda rekreasiya fəaliyyətinə geniş yol verilir.Milli parkın əsas vəzifələrinə aiddir:1. Təbii kompleksləri, təbiətin etalon ərazilərini, tarixi- mədəniyyət obyektlərini qoruyub saxlamaq;2. Ekoturizm üçün şərait yaratmaq;3. Ekoloji maarifləndirmə işini təşkil etmək.Milli parkın təbiəti mühafizə və rekreasiya funksiyaları arasında ziddiyyət-konflikt yaranmamalıdır. Xüsusilə, rekreasiya fəaliyyəti landşaftların mühafizəsinə xələl gətirməməlidir. Bunun üçün milli parkın fəaliyyət zonaları düzgün təşkil edilməlidir.Milli parkların ərazisi bir neçə fəaliyyət zonasına bölünür. Bu fəaliyyət zonaları bir-birindən mühafizə rejiminə və təyinatına görə fərqlənir. Milli park daxilində aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:1. Xüsusi mühafizə rejimli qoruq zonası;2. Rekreasiya zonası;3. Xidmət zonası (turistlərə və digərlərinə);4. Təsərrüfat-istehsalat zonası (parkın fəaliyyətini təmin66edən).Rekreasiya zonasında idman, ov, balıq tutmaq kimi rekreasiya yönümlü istifadəyə yol verilir.İlk milli park 1872-ci ildə ABŞ-da yaradılan Yellostoun parkıdır. Bu milli park qeyzer və isti bulaqlarla zəngindir. Avropada ilk milli park 1914-cü ildə İsveçrədə yaradılan Qraubyunden parkıdır. Azərbaycanda isə 2003-cü ildə yaradılan Ordubad parkıdır.Ən böyük milli park Qrenlandiya parkıdır, sahəsi 7 mln hektardır. Botsvanadakı Sentral-Kalaxari milli parkının sahəsi 5,3 mln hektar, Monqolustandakı Böyük Qobinin sahəsi isə 5 mln hektardır. Avropada ən böyük milli park sahəsi 1,6 mln hektar olan Norveçdəki Svalburd parkıdır. Kanadadakı Vud-Buffalo milli parkın sahəsi 4,5 mln hektardır.Hazırda xüsusi qorunan ərazilər şəbəkəsi Qrenlandiyadan tutmuş Antarktidaya qədər bütün Yer kürəsini, arktik səhra landşaftlarından tutmuş rütubətli ekvatorial meşələrə kimi bütün landşaft qurşaqlarını əhatə edir.Arktik səhra landşaftları Böyük Arktika və Vrangel adası qoruqları vasitəsilə mühafizə olunur. Tundra, meşətundra landşaftları Nenet və Koryak qoruqları sayəsində, iynə- yarpaqlı meşə landşaftları isə Vud-Buffalo milli parkı, Pinej və Putorana qoruqları vasitəsilə mühafizə olunur.Savannalar Simen, Niskolo-Koba, Serengeti, Selus, Viktoriya şəlaləsi, Şinqu (Braziliya), İquasu şəlaləsi və Sentral-Kalaxari milli parkları vasitəsilə qorunur. Rütubətli ekvatorial meşələr Jaru (Braziliya) və Ca (Kamerun) milli parklarında qorunur. Dünyada savannalar daha çox qorunan landşaftlardır.Çöl, meşə-çöl landşaftları Xvalın milli parkı, Voronin və Voroneş kimi iri qoruqlarda mühafizə olunur. Enliyarpaqlı, qarışıq meşə landşaftları isə Fontenblo, Point-Pili və Belovej kimi iri milli parklarda qorunub saxlanır. Materiklərdən daha çox iri milli park təşkil ediləni Afrikadır. Dünyada yaradılmış 80-ə yaxın ən iri milli parkdan 24-ü Afrika materikindədir. Şimali Amerikada belə parkların sayı 20, Cənubi Amerikada 11, Avstraliyada isə 10-dur (şəkil 4).Milli parklar rekreasiya ehtiyatları ilə zəngin olduğundan daha çox xarici turistlərin gəlişinə şərait yaradır. Məhz milli parkların çoxluğu bəzi ölkələrin bu sahədən böyük gəlir götürməsinə imkan yaradıb. ABŞ-da yaradılan 50 milli parka hər il 300 mln turist gəlir. Bunların sayəsində ABŞ hər il turizmdən 42-43 mlrd dollar gəlir götürür. Halbuki, ABŞ kənd təsərrüfatından bundan xeyli az, 15 mlrd dollar gəlir əldə edir.Xüsusi qorunan ərazilərin əsas formalarından biri də təbiət yasaqlıqlarıdır. Yasaqlıqlar (müvəqqəti qoruqlar) təbiətin mühafizəsinin ən qədim forması hesab olunur.Təbiət yasaqlıqları - təbiətin komponentlərinin (bitki, quş, heyvan) qorunması və bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün xüsusi əhəmiyyəti olan ərazilərdir. Qoruqlardan fərqli olaraq təbiət yasaqlıqlarında təsərrüfat işlərinin aparılmasına icazə verilir. Lakin qorunan landşaft komponentlərinə zərər vura bilən təsərrüfat fəaliyyəti qadağandır.Bioloji, landşaft, hidroloji və geoloji yönümlü təbiət yasaqlıqları mövcuddur. Landşaft yasaqlıqları estetik, balneo- loji və turizm əhəmiyyəti olan təbiət sahələrində (dağ yamacı, gölətrafı, meşə sahələri) yaradılır. Bioloji yasaqlıqlar elmi və təsərrüfat əhəmiyyəti olan relikt, endemik və qiymətli bitkiləri, heyvanları mühafizə etmək üçün yaradılır. Yasaqlıqlar ovçuluq əhəmiyyətli heyvan və quşları qorumaq məqsədilə də yaradılır. Yasaqlıqlarda bütün təbii kompleks deyil, landşaftın ayrı-ayrı komponentləri mühafizə olunur.Dünyanın əksər ölkələrində xüsusi qorunan ərazilər milli park və rezervasiyalar formasında, bəzi ölkələrdə isə qoruq, milli park və yasaqlıqlar formasında təşkil olunmuşdur.