Layihələr və layihələrin idarə edilməsi Layihə iştirakçıları və onların funksiyaları



Yüklə 44,13 Kb.
səhifə7/12
tarix28.12.2022
ölçüsü44,13 Kb.
#78082
1   2   3   4   5   6   7   8   9   ...   12
Layihədə kommunikasiyalarin idarə olunmasi

Layihənin təşkil edilməsi layihənin təşkilati strukturuna uyğun müvəqqəti modelin qurulmasıdır. Buraya aşağıdakılar daxildir:

  • bütün təşkilati bölmələrin müəyyənləşdirilməsi;

  • iştirakçıların rolu və əlaqələrinin müəyyənləşdirilməsi;

  • məsuliyyət və səlahiyyətlər bölgüsü;

  • təşkilati bölmələrə təyinatlar;

  • struktur və prosedurlar üzrə tənzimləyici sənədlər.

Təşkilat (şirkət, ana təşkilat) idarəetmə prinsipindən asılı olaraq üç əsas struktur növünə malikdir:

  • funksionai struktur;

  • layihə strukturu;

  • matris strukturu.

Struktur modellərdə ətraf mühit və onun mədəniyyət faktorları nəzərə alınmalıdır. Layihənin həyat dövrünün inkişafı və müxtəlif növlü, şərtli müqavilələrin bağlanması ilə əlaqədar olaraq struktur modeli dəyişə bilər.
İerarxik təşkilatı struktur (OBS-Organization Breakdown Structure) layihənin təşkilati strukturunun qrafik təsviridir. WBS və OBS strukturlarının elementləri İş Bölgüsü Matrisinin (TAM-Task Responsibility Matrix) və ya Məsuliyyət Bölgüsü Matrisinin (RAM-Responsibility Assignment Matrix) forması kimi təsvir edilə bilər. Bu strukturların hər ikisində işçi heyətin funksiyaları müəyyənləşdirilir və təsvir edilir.
Təşkilatda iş bölgüsü aparılır, eyni zamanda qoyulan məsələlər koordinasiya və inteqrasiya olunur. Ümumiyyətlə, layihə üzvlərinin müstəqilliyinə və daxili struktura malik olan layihə qurumlarının yaradılmasına böyük diqqət yetirilir.


2. Layihə iştirakçilari “STAKEHOLDERS”
Layihə iştirakçılarının tərkibi, rolu, funksiyası və məsuliyyət bölgüləri layihənin növündən, miqyasından və onun mürəkkəbliyindən asılıdır. Qeyd etmək lazımdır ki, iştirakçılar arasında funksiyalar layihənin gedişatından asılı olaraq dəyişilə bilər. Yalnız aşağıdakı funksiyalar hamıya bəlli olmalıdır və dəyişdirilə bilməz.
1. Layihənin mahiyyəti tam açıqlanmalı, planlaşmalı və onun təşəbbüskarı elan edilməlidir.
2.Layihədə maraqlı olan şəxslər və ya təşkilatlar müəyyənləşdirilməlidir, onun sifarişçisi, sahibi, müştəri elan edilməlidir.
3.Layihəni yerinə yetirmək üçün maliyyə dəstəyi olmalıdır, layihənin investitoru elan edilməlidir.
4. Layihəni hazırlayıb yerinə yetirmək üçün onun icraçiları elan edilməlidir.
5. Layihənin nəticəsində əldə olunan məhsul hər hansı bir istehsal və ya xidmət ilə xarakterizə olunur. Ona görə də layihənin istehsalatçıları olmalıdır. İstehsalat nəticəsində əldə olunan gəlir layihənin digər sahəsinə yönəlməlidir.
6. Layihəni idarə etmək üçün onun menenceri olmalıdır.
Hər bir iayihə aşagıdakı tərəfləri də maraqlandıra bilər:
• yerli icra hakimiyyəti orqanlarını
• ictimai təşkilatları
• əhalinin müxtəlif təbəqəsini
• vətəndaşları
Məlumdur ki, layihənin prinsipial funksiyaları dəyişilmir. Sadəcə olaraq layihələrdə bütün funksiyalar bir şəxs tərəfindən yerinə yetirilə bilər. Mürəkkəb layihələrdə isə funksiyalar kiçik hissələrə bölünməklə bu funksiyaları yerinə yetirən çoxlu iştirakçılar işə cəlb olunurlar.

Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin