Risklərin idarə edilməsi Risk layihənin məqsədlərinin əldə olunmasına müəyyən zərər vura bilən, gözlənilməyən hadisələrin yaranmasına səbəb olan, layihəyə və onun elementlərinə təsir göstərən bir parametrdir.
Risk üç faktorla səciyyələnir:
hadisələr nəticəsində layihəyə dəyən zərərin dəyərləndirilməsi.
Risklərin idarə edilməsi layihənin həyata keçirilməsi zamanı risk dərəcəsinin minimuma endirilməsi və layihə iştirakçıları arasında dəyə biləcək mümkün ziyanın paylanması, başqa sözlə desək, həmin riskli hadisələrin təhlili, dəyərləndirilməsi və aradan götürülməsi ilə bağlı tətbiq olunan formal metodların məcmusudur.
Bütün layihələr və layihələrin əksər aspektləri bu və ya digər şəkildə riskə məruz qalırlar:
İş qrafikinin pozulması (işçi qüvvə və materiallar çatışmazlığı, tətillər, təchizatda ləngitmələr, layihədəki səhvlər, sifarişçinin tələbi, qeyri real planlar, rəhbərliyin dəyişməsi və s.)
Risklərə nəzarətdedikdə, risklərin müəyyənləşdirilməsi, kəmiyyət göstəricilərinin çeşidlənməsi və ayırd edilməsi, o cümlədən antirisk tədbirlərin həyata keçirilməsinin təhlili nəzərdə tutulur. Bu tədbirlərin əsas məqsədi mümkün risklərin layihəyə mənfi təsirini yüngülləşdirməkdir. Risklərin təhlili və onlara nəzarət prosesə formal yanaşma ilə səciyyələnir. Risklərə nəzarət prosesləri layihənin bütün icra mərhələlərində həyata keçirilir.
Layihə riskləri dedikdə, gözlənilməyən hadisələr, yaxud bütövlükdə layihə üzrə uğurlu nəticələrin əldə edilməsinə maneçilik törədən mümkün vəziyyətlər başa düşülür ki, bunlar gözlənilməyən itkilərin meydana çıxması ilə nəticələnə bilər. Risklər ölçüsündən və mürəkkəblik dərəcəsindən asılı olmayaraq bütün layihələrdə baş verə bilər.
Risklər öz təbiətləri və mənşəyi etibarilə çəkilən xərclər, müddət və maliyyə riskləri kimi, eyni zamanda texniki, sosial və hüquqi-psixoloji risklər kimi qruplara bölünürlər. Siyasi və digər növə mənsub risklər də mövcuddur.