Layihələr və layihələrin idarə edilməsi Layihə iştirakçıları və onların funksiyaları


Layihənin əsas iştirakçıları və onların funksiyaları



Yüklə 44,13 Kb.
səhifə8/12
tarix28.12.2022
ölçüsü44,13 Kb.
#78082
1   ...   4   5   6   7   8   9   10   11   12
Layihədə kommunikasiyalarin idarə olunmasi

Layihənin əsas iştirakçıları və onların funksiyaları
Layihənin baş ideoloqu və müəllifi onun təşəbbüskarıdır. Bu vəzifə layihənin iştirakçılarından istənilən birinə tapşırıla bilər.
Layihənin müvəffəqiyyətlə yerinə yetirilməsində və nəticənin əldə edilməsində birbaşa marağı olan əsas tərəflərdən biri də onun sifarişçisidir. Sifarişçi layihənin gələcək sahibi və onun nəticələrindən istifadə eden tərəf sayılır. Sifarişçi layihənin əsas tələblərini və miqyasını müəyyənləşdirir, öz vəsaiti və investorların hesabına layihəni maliyyələşdirir, layihənin əsas icraçıları ilə kontraktlar bağlayır və bunun məsuliyyətini daşıyır, eyni zamanda iştirakçılar arasında münasibətlər qurur. Sifarişçi layihəyə görə cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyır.
İnvestorlar - kredit və ya digər formalarda layihə üçün kapital qoyuluşunu təmin edir. İnvestorlarının əsas məqsədi layihənin məhsuluna görə qoyulmuş kapitaldan əlavə gəlir götürməkdir. Əgər investor və sifarişçi eyni şəxs deyilsə, onda investor rolunu adətən banklar, investisiya fondları, donor təşkilatlar və başqaları həyata keçirir. İnvestorlar sifarişçi ilə kontrakt bağlayır, kontraktın işini nəzarət edir və hesabatlar aparır. İnvestisiya hesabına alınmış layihənin əmlakı sifarişçi tərəfindən ödənilmədiyi halda investorun əmlakına çevrilə bilər.
Layihənin rəhbəri - hüquqi şəxs olaraq layihənin yerinə yetirilməsində sifarişçinin və investorun nümayəndəsi kimi fəaliyyət göstərir və aşağıdakı əsas işlərə cavbdehdir:
• planlaşdırma
nəzarətetmə
• koordinəetmə.
Layihənin rəhbərinin səlahiyyətləri və funksiyaları sifarişçi tərəfindən müəyyənləşdirilir. Eyni zamanda, layihənin rəhbəri və onun komandası müəyyənləşdirilmiş vaxtda, büdcə çərçivəsində və keyfiyyətlə layihəni başa vurmaq məqsədilə işləri kordinasiya edir və ümumi işlərə rəhbərlik edir.
Layihənin komanda heyəti - layihəni yerinə yetirmək və ona rəhbərlik etmək məqsədilə yaradılmış xüsusi təşkilatdır. Komandanın əsas məqsədi layihəni uğurla başa çatdırmaq və nəticə əldə etməkdir. Komanda heyətinin sayı layihənin mürəkkəbliyindən, miqyasından və xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. Komandanın əsas heyəti layihənin rəhbərindən və texniki aspektlər üzrə işləri koordinasiya edən layihənin mühəndisindən təşkil olunur.

Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin