Layihənin idarəetmə üslubu onun yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edir, layihə komandasında psixoloji mühüti qiymətləndirir.
- Layihənin əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi layihənin təşkili spesifikasiyası adlanır və onun müvəffəqiyyətlə başa çatmasına təsir edir.
- Layihənin yerinə yetirilməsində hər bir iştirakçının öz marağı olur, onlar tələblərini formalaşdıraraq layihəyə öz səviyyələrində təsir göstərirlər.
- Layihəni yerinə yetirən komanda layihənin "beyni" hesab edilir və onun icraçı orqanıdır. Layihənin müvəffəqiyyəti əsasen layihə komandasından asılıdır.
Layihənin iştirakçılar arasında məlumatların düzgün və tam ötürülməsi kommunikasiya vasitələri və metodlarından asılıdır. Bu sahə əsasən "layihənin sinir sistemi" adlanır.
Layihənin iqtisadi şərtləri onun smeta xərcləri, büdcəsi, qiyməti, vergisi, riski, sığortası, stimulu, güzəştləri və digər iqtisadi göstəriciləri ilə bağlıdır.
Layihənin sosial şərtləri aşağıdakı kimi xarakterizə olunur:
- layihənin iştirakçıları üçün eyni standart şəraitinin yaradılması
- əmək haqqı
- kommunal şəraitlər
- sosial təminat: məktəb, bağça, tibb məntəqəsi, istirahət yeri və s.
- əməyin mühafizəsi və təhtükəsizlik texnikası
- sığorta və sosial təminat.
Layihənin digər faktorları
- ekologiya
- texnika, maşın və avdanlıqlar
- kompüter və informasiya texnologiyasının səviyyəsi
- layihənin sənədləşdirmə sistemləri.
Ətraf muhitin layihələrə təsiri
Layihələrə təsir edən qüvvələr layihənin növündən asılı olaraq müxtəlif olurlar.
Layihələrə təsir qüvvələrinin qrafik təsviri:
Mühit
Növlər
|
Si
ya
sət
|
İq
tisa
diy
yat
|
Cə
miy
yət
|
Qa
nun
və
hüq
uq
|
Elm
və
tex
ni
ka
|
Mə
də
niy
yət
|
Tə
bi
ət
|
Eko
lo
gi
ya
|
İnfra
struk
|
Sosial
|
3
|
3
|
3
|
3
|
1
|
3
|
1
|
2
|
2
|
Iqtisadi
|
3
|
3
|
2
|
3
|
1
|
2
|
0
|
1
|
1
|
Təşkilati
|
2
|
3
|
2
|
3
|
2
|
3
|
2
|
1
|
1
|
Innovasiya
|
1
|
2
|
1
|
2
|
3
|
3
|
1
|
1
|
1
|
Investisiya
|
1
|
3
|
2
|
3
|
2
|
1
|
3
|
3
|
3
|
Burada: 0 - təsir etmir 1 - az təsir edir
2 - orta təsir 3 - güclü təsir edir
Bu qrafik ekspertlərin rəyi əsasında tərtib edilmişdir. Bu şəkildən hansı layihələrə ətraf mühit necə təsir etməsi daha da aydın görünür və maraqlı nəticə əldə etmək olar.
- Ətraf mühitin təsirinə düşən ən çox sosial və investisiya layihələri, daha sonra təşkilati, iqtisadi, sonuncu yerdə, yəni daha az təsirə məruz qalan innovasiya layihələridir.
- Layihələrə daha çox iqtisadiyyat, qanun və hüquq, mədəniyyət faktorları təsir edir.
- Layihələrə ən az təbiət, ekologiya və infrastruktur təsir göstərir.
Nəticə
Qeyd etdiyimiz kimi, layihələrin idarə edilməsi layihənin həyata keçirilməsi üçün icra edilməli olan dəyişikliklərin idarə edilməsidir.
Layihə ilə bağlı ideya sürülən andan onun həyata keçirilməsinə qədər layihənin özünün vəziyyətinin dəyişməsi layihənin mahiyyətini müəyyənləşdirən və layihənin müvəffəqiyyətini şərtləndirən bir sıra parametr və göstəricilərin dəyişməsi ilə səciyyələnir. Layihənin bu tipli elementlərinin məcmusu mahiyyət etibarilə əslində elə idarəetmənin predmetini təşkil edir.
Hər bir layihədə bu tipli idarəetmə obyektləri kifayət qədər ola bilər. Bu, layihənin tip və növündən, layihələrin idarə edilməsinin özünə qarşı irəli sürülən tələblərdən, layihə mühitinin xüsusiyyətlərindən asılı ola bilər. Bütün layihələr üçün ən mühüm idarəetmə predmetlərini seçmək mümkündür.
Layihə komandalarında layihənin yerinə yetirilməsi prosesinə ya kömək edən, ya da maneçilik törədən effektlər mövcuddur. Əksər hallarda komandanın-formalaşması prosesi komandanın xüsusiyyətlərindən asılı olmayaraq, bir mərhələdən digər mərhələyə keçməsi ilə bağlıdır (formalaşma, münasibətlərin qurulması, normal vəziyyətin yaranması, işlərin səmərəli şəkildə həyata keçirilməsi).
Komandanın işi sosial strukturlar yaradır: əsas rol perspektivli komanda üzvlərinin üzərinə qoyulur. Layihə komandasının hər bir üzvünün statusu onun kollektivdəki hörməti ilə bağlıdır. İşçinin hörməti komanda tərəfindən yerinə yetirilən işlərin inkişafında çəkdiyi zəhmətdən asılıdır. Komanda müəyyənləşmiş xarici və ya daxili qaydalar əsasında fəaliyyət göstərə bilər.
Deyvid V. Vayrik, Dövlət Sektorunda Layihə İdarəçiliyi, New York 2009.
Samuel J.Mantel, Jack R. Meredith, Scott M. Shafer, Margaret M. Sutton, Project Managament in Practice 4 th. Ed., US, 2011
The Plugged-In Manager: Get in Tune with Your People, Technology, and Organization to Thrive, Terri L. Griffith
Mastering Project Management, Scott Berkun
laboureconomics.ru
Dostları ilə paylaş: |