Layihələr və layihələrin idarə edilməsi Layihə iştirakçıları və onların funksiyaları



Yüklə 44,13 Kb.
səhifə9/12
tarix28.12.2022
ölçüsü44,13 Kb.
#78082
1   ...   4   5   6   7   8   9   10   11   12
Layihədə kommunikasiyalarin idarə olunmasi

Kontraktlar üzrə administrator - kontraktların hazırlanması, bağlanması, yerinə yetirilməsi, danışıqların aparılması və subkontraktların bağlanması kimi işlərə cavabdehdir.
Layihə nəzarətçisi - layihənin planlaşdırma və nəzarət qrupuna rəhbərlik edir.
Layihənin mühasibatı - layihənin vəsaitini, xərclər smetasını tərtib edir, mühasibat uçotunu aparır və layihənin rəhbərinə maliyyə məsələləri üzrə müşavirlik edir.
Maddi-məsul şəxs - layihə çərçivəsində tələb olunan malların alınmasına cavabdehdir.
Tikinti işləri üzrə rəhbər- layihə çərçivəsində tikinti-quraşdırma işlərinə cavabdehdir.
İstehsalat işləri üzrə koordinator - layihənin yerinə yetirilməsində və nəticənin əldə edilməsində hər hansı bir məhsulun istehsalı ilə bağlı işlərin idarə edilməsi və onlara nəzarət.
Kontraktlar uzrə mütəxəssis - sifarişçilər ilə münasibətləri tənzimləyərək kontrakta əsasən yerinə yetiriləcək işlərin məsuliyyətini öz üzərinə götürən layihə iştirakçısını təmsil edən şəxsdir. Kontrakt nəinki layihəni tam yerinə yetirmək üçün, hətta onun hər hansı bir hissəsinin də yerinə yetirilməsi üçün bağlana bilər. Kontraktlara cavabdeh şəxsin məqsədi maksimum gəlirin əldə edilməsidir. Kontrakta cavabdeh şəxsin əsas vəzifəsi sifarişçilərin seçilməsi və onlarla müqavilələrin bağlanması, onların işlərinin koordinə edilməsi, icraçıları işə qəbul edib onlara əmək haqqı verilməsindən ibarətdir. Kontrakta cavabdeh olan şəxs layihənin rəhbəri və aktiv iştirakçılarından biri ola bilər.
Baş podradçı - sifarişçi tərəfındən təklifləri qəbul olunan hüquqi şəxsdir. Kontrakta əsasən işlərin yerinə yetirilməsinə cavabdehlik daşıyır.
Tədarükçü - kontrakt əsasında müxtəlif növlü mallarla təchiz edilməsinə cavabdeh olan şəxsdir.
Lisenziya idarəsi - torpaq sahəsindən istifadəyə, ticarətə və digər müəyyən növlü işlərə icazə vermək üçün nəzərdə tutulan təşkilatdır.
Hakimiyyət orqanları - layihələrin yerinə yetirilməsində ekoloji, sosial və digər ictimai və dövlət tələbləri ilə çıxış ederək layihələrin iştirakçılarından vergilərin tutulmasına marağı olan tərəfdir.

Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin