Lüğətdə verilmiş sözlər A



Yüklə 91,45 Kb.
səhifə5/5
tarix28.01.2017
ölçüsü91,45 Kb.
#6688
1   2   3   4   5
Solyar yağı - neftin təqribən 240-4000C-də qaynayan fraksiyası. Qazoylyüngül və ağır s.y. növlərinə bölünür. S.y. kiçik sürətli traktorlar və gəmi dizelləri üçün yanacaq növüdür.

 

Sualtı faydalı qazıntı istehsalı - su altından (çay, göl, dəniz və okean dibindən) faydalı qazıntıların çıxarılması. Mədən, geoloji və hidrometeoroloji şəraitdən, yatağın işlənməsi dərinliyi və faydalı qazıntının növündən asılı olaraq müxtəlif texniki vasitələr və çıxarma üsulları tətbiq edilir. Su altından neft çıxarmaq üçün Avropada ilk dəniz quyusu 1925-ci ildə Azərbaycan ərazisində  qazılmışdır.

 

Sübut olunmuş ehtiyatlar - geoloji və texniki informasiyaya əsaslanaraq hazırda açıqlanmış neft və qaz laylarından iqtisadi və texniki baxımdan çıxarıla bilən karbohidratların qiymətləndirilmiş ehtiyatları.

 

Sübut olunmuş yataq - fiziki uzunluğu və qiymətləndirilmiş ehtiyatı müəyyən olunmuş neft və ya qaz yatağı.

 

Sürtkü materialı - yağlayıcı təsirə malik olan maddələr.

 

Sürtkü yağları - maşın, mexanizm, mühərrik, sənaye avadanlığı, cihaz və s. sürtünən hissələri yağlamaq üçün işlədilən neft yağları və sintetik yağlar.

 

Sütuncuqlu balta - sütuncuqlu qazıma qurğusunun işlək orqanı; qazma, süxur sütununu massivdən qoparmaq və Yer səthinə olduğu kimi qaldırmaq üçündür. Bax: həmçinin Qazma baltası.

 

Sütuncuqlu qazma - bərk faydalı qazıntılar kəşfiyyatında, həmçinin mühəndis-geoloji axtarış işlərində sütuncuqlu balta komplekti ilə aparılan və süxur nümunəsini quyu dibindən olduğu kimi qaldırmaq üçün istifadə edilən fırlanma qazması. S.q.-da quyudibi halqavari qazılır.

 

Süxurlar - mineroloji və kimyəvi tərkibi qismən sabit mineralların təbii aqreqatları. Yer qabığını təşkil edən müstəqil kütlələr əmələ gətirir.

 

Süxurların məsaməliliyi - süxurlardakı boşluqların məcmusu. S.m.-nin miqdarı bütün məsamələr həcminin süxurun ümumi həcminə olan nisbətilə ifadə edilir. Neft geologiyasında S.m. iki yerə ayrılır: effektiv (neft və qazla tutulmuş məsamələrin məcmusu) və dinamik (müəyyən təzyiq və temperaturda maye və qazın hərəkət edə bildiyi məsamələrin həcmi). S.m.-nin öyrənilməsi nəticələrindən faydalı qazıntı (məs., neft və qaz) ehtiyatlarının hesablanmasında, onların işlənmə texnologiyasının seçilməsində və s. istifadə edilir.

 

 



T

 

Tanker - rezervuarlarında maye, yarımmaye və səpələnən yüklər (neft, benzin və sürtkü yağları və s.) daşıyan gəmi.

 

Termiki qazma - mədən süxurlarına səsdən sürətli, yüksək temperaturlu qaz axını və ya plazma ilə (bax: Plazma ilə qazma) təsir etməklə quyu qazma üsulu. T.q.-da işlədilən alət reaktiv mühərrik prinsipinə görə işləyir. T.q.-dən kvarslı süxurlarda istifadə etmək daha effektlidir. Çox baha başa gəldiyindən dərin qazımada tətbiq edilmir.

 

Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar, qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. T.n.-dan əsasən, kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə olunur. Bax: Təkrar istismar üsulları.

 

Terminal - xam neft məhsulunun toplandığı və nəql olunduğu anbar. Azərbaycanda ən böyük neft terminalı Sanqaçal terminalıdır. Bakıdan 42 km. aralıda yerləşən bu terminal 2003-ci ilin aprelində istifadəyə verilib. Orada ümumi tutumu  100 000 m-dən artıq olan 4 çən var. Terminal xam nefti ölçmək və ixrac boru kəmərinə vurmaq üçün müasir qurğularla təchiz olunub.

 

Təbii ehtiyatlar - bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə edilən təbiət elementləri.

 

Təkrar istismar üsulları - layların neftvermə qabiliyyətinin artırılması, quyuların məhsuldarlığını və layın neftvermə qabiliyyətini artırmaq üçün tətbiq edilən termiki və kimyəvi üsullar. T.i.ü. ilə tərkibində parafin-qatran-asfalten maddələri çox və özlülüyü yüksək olan ağır neftlər laydan qismən (bəzən tamamilə çıxarılır). T.i.ü. quyudibi ətrafı zonasını qızdırma, laya termiki və kimyəvi təsiretmə üsuslarına ayrılır. Bu üsulla layın neftvermə qabiliyyətini 10-12% artırmaq olur. Azərbaycan Respublikasının neft mədənlərində T.i.ü.-dən geniş istifadə olunur.

 

Tələ -  neft və qazın hərəkətinə (miqrasiyasına) maneçilik göstərən şəraitin olması ilə fərqlənən keçirici neftli-qazlı layın bir hissəsi.

 

Toluol - metilbenzol, benzolaoxşar iyli, rəngsiz yanan maye. 110,60C-də qaynayır, -950C-də donur. Tərkibində həcmcə 1,27-7,0% T. olan hava partlayış cəhətdən təhlükəlidir. Sənayedə onu əsas etibarilə daş kömür qatranından və neftin termik emalından alınan məhsullardan ayırırlar. T.-dən boya, partlayıcı maddə və s. istehsalında işlədilir.

 

Torpaq qurğular - Tamamilə və ya əsasən, qruntdan hazırlanan qurğu.

 

Torpağın rekultivasiyası - insan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su qurğularının yaradılması və s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsi.

 

Transmissiya yağları - tərkibində yeyilməyə qarşı aşqar (kükürdlü və xlorlu üzvi birləşmələr və s.) olan neft yağları.

 

Transformator yağları - neft yağları və ya sintetik yağlar; transformatorlarda və yağla doldurulmuş digər elektrik təchizatlarında, elektrik ayrıcılarında elektroizoləedici mühit kimi işlədilir. Əsasən neftlərin parafinsiz və az qatranlı yağ distillatlarından alınır.

 

Turbin qazması - turboburdan istifadə etməklə qazma üsulu; fırlanma qazmasının bir növü. Bu üsulla süxuru qazmaq üçün lazımi enerji baltaya bilavasitə, yəni qazma kəmərini fırlatmadan quyudibindəki turboburla verilir. T.q. maili qazmada, dərin, çox dərin quyular qazılmasında daha çox tətbiq edilir. Hazırda neft və qaz quyuları qazılmasının ümumi həcminin 70-80%-ni təşkil edir.

 

Turbin yağları - sürtkü yağları, buxar, su turbini, turbanasos, turbakompressorlu maşınlardakı val və köməkçi mexanizmləri yağlamaq və ya soyutmaq üçün, dövri sistemlə işləyən digər sənaye mexanizmlərdə isə işçi maye kimi istifadə edilir. T.y. az kükürdlü parafinsiz və ya kükürdlü parafinli neftlərdən dərin təmizləmə üsulu ilə alınan distillat yağlarıdır.

 

Turbobur, turbin qazıyıcısı - hidravlik turbinlər vasitəsilə qazma baltasına bilavasitə quyudibinə fırlanma hərəkəti verən mühərrik. Əsasən neft, qaz və şaxta quyularının qazılmasında tətbiq olunur. İlk dəfə 1924-cü ildə Suraxanı mədənlərində reduktorlu T. tətbiq edilmişdir.

 

Turbokompressor - qazı sıxmaq və ötürmək üçün kürəkli kompressor; turbokompressor mühərrikinin əsas aqreqatı.

 

Tutucu kalibr - bax: Tutucu alət.

 

Turş qudron - neft məhsullarını qatı sulfat turşusu ilə təmizləyərkən alınan tullantı; qara, qatranvari kütlə. Üzvi hissədən və sərbəst sulfat turşusundan (15-70%) ibarətdir. Sulfat turşusunun regenarasiyasından sonra qalan üzvi hissə bitum və yanacaq kimi işlədilir.

 

Tutucu alət (qazmada) - qazma zamanı neft və qaz quyularında baş vermiş qəzalar nəticəsində orada qalmış boru kəmərini, qazıma alətinin aşağı hissə dəstini, quyudibi mühərrikini, baltanı və onların ayrı-ayrı hissələrini, həmçinin quyuya düşmüş xırda metal hissələrini tutub qaldırmaq üçün işlədilən qəza alətləri.

 

 

U



 

Uayt-spirit - neftin fraksiyası. 165-2000C-də ayrılan maye karbohidrogen qarışığı. Neftin birbaşa qovulmasından alınır. Əsasən lak - boya sənayesində həlledici kimi işlədilir.

 

Universal preventor - qazma zamanı neft və qaz quyularının ağzını kipləşdirmək üçün işlədilən avadanlıq. U.p.-dən sualtı quyuların qazılmasında da istifadə olunur.

 

 

Ü



 

Üzvi həlledicilər - müxtəlif maddələri həll etmək üçün işlədilən uçucu üzvi maddələr və ya onların qarışığı. Benzin, benzol, tolyol və s. Ü.h.-dəndir.

 

Üzən qazma qurğuları - dəniz akvatoriyalarında axtarış, struktur-axtarış və kəşfiyyat quyuları qazmaq məqsədi ilə işlədilən səyyar dəniz qurğuları. Qazma işləri başa çatdırıldıqdan sonra Ü.q.q. yedəklənib, yeni quyu qazılacaq sahəyə aparıla bilər ki, bu da onların stasionar qazma qurğularına nisbətən, böyük iqtisadi səmərəliliyini təmin edir. Ü.q.q. əsasən batırılan, domkratlı, yarımbatırılan tipli Ü.q.q.-nə və qazıma gəmisinə bölünür.

 

Üzən əsaslar - dəniz və okeanların mineral sərvətlərinin faydalı qazıntı ehtiyatlarının mənimsənilməsində işlədilən səyyar qurğular. Buraya üzən qazma və istismar qurğuları, neft anbarları, təbii və neft qazlarını mayeləşdirmək üçün platformalar, sualtı neft və qaz kəməri çəkən qurğular və s. qurğular daxildir.

 

 



 

F

 



Faydalı qazıntı yatağı - sənaye əhəmiyyətli təbii mineral xammal yığını. Adətən lay, damar, ştok, yuva formalarında olur. Bax: Yataq.

 

Faydalı qazıntılar - Yer qabığında maddi istehsal sahəsində effektiv istifadə oluna bilən üzvi və qeyri-üzvi mənşəli mineral aqreqatları; bərk, maye və qaz halında olur.

 

Faydalı qazıntıların geo - kimyəvi axtarışları - faydalı qazıntı yataqlarını aşkara çıxartmaq məqsədi ilə metosfer, hidrosfer, atmosfer və biosferdə elementlərin paylanması qanunauyğunluqlarının tədqiqinə əsaslanan metodlar. Bir sıra bölməyə ayrılır ki, bunların içərisindən metokimyəvi planalma metodu (süxurların və onların aşınma məhsullarının kütləvi yoxlanmasına əsaslanır) daha əhəmiyyətlidir. Neft və qaz yataqlarının geokimyəvi axtarışları süxur nümunəsindəki karbohidrogen qazlarının miqdarının təyininə əsaslanır (bax: Qaz planlaması, Qaz karotajı).

 

Filtirat - quyudan çıxarılan neftin, qazın və qumun qarışığı.

 

Fitinq - boru kəmərlərini birləşdirən detal. Boru kəmərlərinin budaqlanan, dönən yerlərində, bir boru kəmərindən digər diametrli boru kəmərinə keçid yerlərində quraşdırılır.

 

Fırlanma qazması - neft, qaz, şaxta və s. quyuların qazılmasında tətbiq edilən qazma üsulları. F.q-nə rotorla qazma, turbin qazması daxildir.

 

Fontan armaturu - fontan vuran neft və qaz quyularının  ağzını kipləşdirmək, onlara nəzarət etmək və istismar rejimini tənzimləmək məqsədi ilə istifadə olunan quyuüstü avadanlığı. Yerüstü (quruda qazılmış quyular üçün) və sualtı (dəniz quyuları) F.a. vardır. Eyni zamanda iki və daha çox laydan neft çıxarılan quyular ayrılıqda istismar F. a. ilə təchiz olunur.

 

Fontan quyusu - lay enerjisinin təsiri altında və ya quyudan neft çıxaranda neftli laylardan ayrılan qazın genişlənməsi nəticəsində fontan vuran quyu.

 

Fontan üsulu ilə neftçıxarma - lay enerjisinin təsiri ilə quyulardan neftin, qaz-kondensatın yer səthinə qaldırılması.

 

Fraksiya - səpələnən və ya xırda parçalar şəklində olan bərk materialın və duru qarışığın (məs. neftin) müəyyən əlamətə (hissəcik və ya dənəciklərin ölçüsünə, sıxlılığına, qaynama temperaturuna və s.) görə ayrılmış hissələri.

 

Fraksiyalaraayırma distilləsi - mayelər qarışığını fraksiyalara, yəni məhdud temperatur intervallarında qaynayan hissələrə ayırma prosesi. Distillə yolu ilə alınan fraksiyalara distillat deyilir. F.d.-dən neftayırma sənayesində benzin, kerosin və s. almaq üçün istifadə edilir.

 

 



X

 

Xam neft - karbohidrogenlərin bəzi naftenlərin, həmçinin müxtəlif oksigenli, kükürdlü və azotlu birləşmələrin mürəkkəb qarışığı.

 

Xammalın bölünməsi - bax: «Hasilatın pay bölgüsü».

 

Xəlilov açarı - neft və qaz quyularının yeraltı təmirində nasos- kompressor borularını (diametri 20-dən 132mm-dək) bağlamaq və açmaq üçün alət. İlk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılmış və Azərbaycanın neft mədənlərində sınaqdan keçirilmişdir.

 

 

H



 

Hava qazı - yanacağın qazlaşdırılmasından alınan məhsul. Qaz generatorlarında bərk qızdırılmış yanacağın hava ilə qarşılıqlı təsirindən yaranır.

 

Hasilat sənayesi - yerin təkindən, sudan və meşədən müxtəlif növ xammal və yanacaq hasil edən istehsal sahəsi.

 

«Hasilatın pay bölgüsü» (HPB) - hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. HPB müqaviləsinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda HPB haqqında qanunda) müəyyən edilir. Mahiyyət baxımından HPB ilə konsessiya müqaviləsi arasında başlıca fərq bundan ibarətdir ki, HPB müqavilələrində dövlətə, müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (mənfəət neftinin) bir hissəsi də məhsul formasında çatır.

 

Hidravlik zərbə - boruda maye axını sürətinin  birdən-birə kəskin dəyişməsi. Boruda siyirtmənin tez bağlanması, turbin və ya nasosun işinin birdən-birə saxlanması nəticəsində baş verə bilər.

 

Hidravlik yarılma, layın hidravlik yarılması - süxura özlü maye ( mineral yağlar, çox vaxt özlü neft, emulsiya və s.) vurmaq nəticəsində quyudibində yaranan təzyiq hesabına qazıma quyusu ətrafındakı mədən süxurlarında çatlar yaratma üsulu. Çatlar yarandıqdan sonra süxur təzyiqinin təsirindən onlar bitişməsin deyə quyuya bərk hissəcikli (qumlu) özlü maye qarışığı vurulur. H.y.-dən neft, qaz quyularının məhsuldarlığını artırmaq və s. üçün istifadə edilir.



 

Hidro-krekinq - tərkibində kükürdlü və qatranlı birləşmələrin miqdarı çox olan, buna görə də adi katalitik üsulla emal edilməyə yaramayan orta və ağır neft distillatlarının hidrogenin iştirakı ilə emalı. H. k. - 350 - 4500  C-də 3-14 mn/m(30-140 at) təzyiq altında aparılır və 1 mxammala 170-350 mhidrogen sərf olunur.

 

Hidrogen-sulfid - hidrogenin kükürdlə ən sadə birləşməsi. Rəngsiz, lax yumurta iyi verən qazdır, zəhərlidir. H.- s. neft və qaz yataqlarından çıxan sularda olur.

 

Hidromonitor balta - qazma baltası; neft, daş kömür və digər filizçıxarma mədənlərində süxuru dağıtmaq, yaxud bu prosesi sürətləndirmək üçün işlədilir. Quyuya vurulan məhlul (yuyucu məhlul, su) H.b.-nin yuma dəliklərindən (gözlərindən) böyük sürətlə (70-110 m/san) çıxdıqdan sonra yaranan hidravlik qüvvə süxuru dağıdır.

 

Hidroforminq - neft məhsullarının emalı üsullarından biri. Bax: Riforminq.

 

«Holland sindromu» - bu terminin meydana gəlməsi ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəlində Şimal dənizinin Hollandiyaya məxsus sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii qaz ixracının kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxarmışdı ki, bu da digər ixracyönümlü sahələrə özünün mənfi təsirini göstərirdi. «Holland sindromu» dedikdə, əksər hallarda milli valyutanın kursunun iqtisadi sahələrdən birinin məhsulunun ixracının artması hesabına möhkəmlənməsi və bunun digər sahələr və bütövlükdə iqtisadiyyat üçün mənfi təsiri nəzərdə tutulur.

 

Horizont (geologiyada) - müəyyən üzvi qalıqlar kompleksi ilə xarakterizə olunan müxtəlif metoloji tərkibli eyni yaşlı süxurları əhatə edir.

 

 

Ç



 

Çən - bax: Rezervuar.

 

Çox dərin qazma - çox dərindəki faydalı qazıntı laylarını açmaq məqsədi ilə, habelə Yer qabığının və yuxarı mantiya qatının tədqiqi üçün 6000 m-dək və daha dərin quyu qazma dünyada ən dərin iki quyudan biri (layihə dərinliyi 15 km.) Azərbaycan Respublikasının Saatlı rayonu ərazisindədir. Quyunun qazılmış hissəsi 8324 m.-dir. Ç.d.q. rotorla, turbinlə və ya hər iki üsulu istifadə etməklə qazılır.

 

Çoxdibli qazıma - məhsuldar lay (neft, qaz və s.) sahəsindəki əsas quyu lüləsindən kəskin əyilmiş şəkildə budaqlanmış əlavə quyular qazma. Ç.q. - dan neft və qaz çıxarılmasında istifadə edilir. Ç.q. - nin mühüm üstünlüyü yataqdan nefti daha tam çıxartmağın mümkün olmasıdır.

 

Çökdürücü qurğular - maşın və texnoloji qurğularda sənaye yağları, benzin və s. - ni çökdürmə yolu ilə təmizləmək üçün işlədilən qurğular.

 

Çökmə süxurlar - quru səthində və ya müxtəlif su hövzələrində əvvəl mövcud olmuş süxurların və orqanizm qalıqlarının pozulma məhsullarının toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Faydalı qazıntıların 75% - dən çoxu (neft, kömür və s.) Ç. s. - dan hasil edilir.

 

 



 

C

 



Cihaz yağları - neft yağları, əsasən nəzarət-ölçü aparatlarının yoxlanmasında istifadə edilir. Sənaye yağlarına aiddir.

 

 



 

Ş

 



Şaroşkalı balta - bax: Qazma baltası.

 

Şaroşkalı baltalarla qazma - quyuları şaroşkalı baltalarla qazma üsulu. Bu üsuldan dərin (bir neçə km.) geoloji-kəşfiyyat, neft və qaz quyuları və s. qazılmasında istifadə edilir.

 

Şaxta quyusu - bax: Quyu.

 

Şaxta lüləsi - yer səthinə çıxışı olan yeraltı şaquli və ya maili mədən qazması.

 

Şaxta üsulu ilə neftçıxarma - yeraltı mədən qazları sistemi çəkməklə neft hasilatı. Çox özlü neft yataqlarının və müxtəlif energetik səviyyəli orta özlüklü neft yataqlarının işlənilməsi üçün tətbiq edilir. Texnoloji cəhətdən Ş.ü.i.n. - nın üstünlüyü bunlardır: məhsuldar laya bilavasitə yol açılması sayəsində oraya istilik daşıyıcı vurduqda onun itkisini azaltmağa, məhsuldar layı tam açmağa və neft ehtiyatlarından tamamilə istifadə etməyə imkan verir; görülən işlər hava şəraitindən asılı olmur. Aktiv qazlar, kontur və quyudibi suların mövcudluğu, məhsuldar laydakı kövrək süxur və s. bu üsulun çatışmayan cəhətləridir.

 

Şərti yanacaq - müxtəlif yanacaq növlərinin effektivliyini müqayisə etmək və onların ümumi hesabını (uçotunu) aparmaq üçün işlədilən üzvi yanacağın uçot vahidi.

Ş.y. vahidi kimi yanma istiliyi 7000 kkal/kq (29,3 Mc/kq) olan 1kq. yanacaq qəbul olunmuşdur.

 

Şəffaf neft - şəffaf neft məhsulu. Neftayırma prosesində alınan ən yüngül neft məhsulları.

 

Şlam - qazma zamanı quyunun dibində əmələ gəlmiş xırda süxur qırıntılarına deyilir. Yer səthinə balta və qazma borusundan keçərək cərəyan edən gilli məhlul vasitəsilə çıxarılır.

 

Şurf - yatağın parametrləri haqqında məlumat əldə etmək üçün istifadə olunan quyu.

 

Ştanq - texnikada bir çox alət, mexanizmdə detal kimi istifadə edilən metal mil; məs, qazma ştanqı - aşağı ucuna qazma alətləri bağlanan metal mil. Ştanqlı nasosda Ş. hərəkəti mancanaq dəzgahından alıb dərinlik nasosunun plunjerinə ötürür.

 

Ştanqla Qazma - bax: Qazma.



 

Ştanqsız dərinlik nasosu ilə neftçıxarma - bax: Dərinlik nasosu ilə neftçıxarma.
Yüklə 91,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin