M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»


  DÖVLƏTİN XARİCİ TİCARƏT SİYASƏTİ VƏ



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   11   12   13   14   15   16   17   18   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

1.3. 
DÖVLƏTİN XARİCİ TİCARƏT SİYASƏTİ VƏ 
BEYNƏLXALQ TİCARƏTİN TƏŞKİLİ 
Xarici ticar
ət siyasəti dövlət tədbirləri sistemi olub
xarici iqtisadi f
əaliyyətin tənzimlənməsinə yönəlməklə, 
maddi 
istehsalın 
strukturunda, 
iqtisadiyyatın 
idarə 
edilm
əsində baş verən real prosesləri əks etdirir. 
Xarici 
ticar
ət siyasətinin bütün tarixi əsas iki meylin - fritrederçilik 
(liberallaşma) və proteksionizmin mübarizəsi nəticəsində 
yaranmışdır.
 
Müharibədən sonrakı dövrdə dağılan iqtisadiyyatın bərpa 
edilm
əsi prosesi gedərkən, xarici ticarət siyasətində başlıca 
istiqam
ət proteksionizm (himayədarlıq) olmuşdur. Bu isə dünya 
t
əsərrüfatında o dövrün iqtisadi inkişaf tələblərinə tamamilə 
cavab verird
i. Göstərilən xətt o vaxtlarda hakim olan Keyns 
n
əzəriyyəsinə əsaslanırdı. Dünya təsərrüfatının artımı və 
möhkəmlənməsi ilə əlaqədar olaraq geniş, qeyri-məhdud xarici 
iqtisadi 
əlaqələrə tələbat artdı. Ona görə də, proteksionizm 
t
ədricən liberallaşma ilə əvəz olundu. 
Müharibədən sonra iqtisadi yenidənqurma eyni zamanda 
beyn
əlxalq ticarətə də şamil edildi. Onun mühüm əlaməti dəqiq 
t
əşkilati struktura malik dünya ticarəti yaratmaq və tədricən 
liberalizm prinsipl
ərinə keçmək idi. 80-90-cı illərdə beynəlxalq 
ticar
ətin təşkilində qarşıya çıxan məsələləri xarakterizə edərkən 
fransız tədqiqatçısı M.Pebro yazırdı; «Sadəlöhv sərbəst ticarətlə 
z
ərif proteksionizm arasında bərabərlik axtarıb tapılmalıdır. Bu 
b
ərabərlik eyni zamanda dünya iqtisadiyyatının 
38 


qlobal t
ərəqqisi üçün daha əlverişlidir, eyni zamanda o daha çox 
s
ərbəst ticarətə üz çevirmişdir». 
Bu 
əlamətlərin reallaşmasını 1947-ci ildə ABŞ-ın razılığı 
il
ə yaradılmış QATT (Ticarət və Tariflər üzrə Baş Saziş) öz 
üzərinə götürmüşdür. O vaxtlar bu müqaviləyə 23 dövlət imza 
atmışdılarsa, indi dünyanın 130 dövləti onun üzvüdür. 
QATT-
ın fəaliyyəti beynəlxalq ticarətin liberallaşmasına, 
gömrük və digər məhdudiyyətlərin aradan qaldırılmasına 
yönəldilmişdir. QATT çərçivəsində danışıqlar aparılması tədricən 
idxal tarifl
ərinin azalmasına səbəb olmuşdur. Belə ki, danışıqlar 
n
əticəsində 50-ci illərin axırında razılığa əsasən tariflər 25-30% 
azaldılmışdır. Danışıqların sonrakı mərhələlərində (1967-1972) 
tarifl
ər daha 36% aşağı salındı. Uruqvay görüşləri (1985-1988) 
prinsipial 
əhəmiyyətə malikdir. Burada 107 dövlət iştirak edirdi. 
Bu görüşlərdə (danışıqlarda) daha açIq və maneəsiz xarici ticarət 
üçün şərait yaradan xarici ticarət liberalizm prinsipləri qəbul 
olundu. Bu prinsipl
ərdən: ədalətli rəqabət üçün şərait yaratmaq, 
dempinql
ə mübarizə; diskriminasiya tədbirlərinin qadağan 
edilm
əsi; kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması, 
inkişaf etməkdə olan ölkələrdən sənaye mallarının xüsusi ixrac 
rejiminin formalaşmasını göstərmək olar. 
Uruqvay 
danışıqları Vyana Konvesiyası (1980) tərəfindən 
elan edilmiş şərt və standartları təsdiq etdi. Xarici ticarət 
qiym
ətlərində idxal vergilərini 6-8%-ə qədər azaldanlara ticarətdə 
daha 
əlverişli rejim imkanı vermək şərti işlənib hazırlandı. Digər 
t
ərəfdən, İntellektual mülkiyyət hüquqlarını qoruyan qaydalar 
haqqında razılıq əldə edildi. Uruqvay danışıqlarında ABŞ, Qərbi 
Avropa v
ə Cənub-Şərqi Asiya dövlətləri arasında kənd təsərrüfatı 
mallarının ticarət şərtləri haqqında olan kəskin zld- 
39 


diyy
ətlər əsasən həll olundu. Ticarət və Tariflər haqqında Baş 
Şura (QATT-TTBS) bütün iştirakçı dövlətlərə kənd təsərrüfatı 
m
əhsullarının ixracını birbaşa maliyyələşdirməkdən imtina 
etm
əyi tövsiyə etdi. 
SSRİ QATT-ın fəaliyyətində iştirak etmirdi, lakin 80-cı 
ill
ərin sonunda onlara yaxınlaşmaq haqqında addımlar atıldı və 
1990-
cı ildə SSRİ QATT-da müşahidəçi statusu aldı. Hal-hazırda 
Az
ərbaycan Beynəlxalq Ticarət Təşkilatının üzvlüyünə daxil 
olmağa hazırlaşır. Bu təşkilata daxil olma - dünya təsərrüfatına 
daxil olmanın mühüm şərtidir. ÜTT-yə daxil olmanın əsas şərti 
gömrük tarifləri dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması 
v
ə xarici ticarət subsidiyalarının ləğv edilməsidir. ÜTT üzvlüyünün 
bir çox üstünlükləri vardır. 
Son 
ill
ərdə 
beyn
əlxalq 
ticar
ətdə 
razılaşdırılmış 
prinsipl
ərdən istifadə edilməsi nəticəsində dünya ixracında 
emaledici s
ənaye məhsullarının xüsusi çəkisi artaraq 60%-ə, 
xidm
ətlər, o cümlədən informasiya - 24%-ə çatmış, bununla 
b
ərabər ixracda yanacaq-xammalın xüsusi çəkisi 10%-ə 
enmişdir. Ticarət müqavilələri istehsal kooperasiyası, elmi-texniki 
əməkdaşlıqla qarşılıqlı əlaqədə inkişaf edir. 
Hal-
hazırda 
beynəlxalq 
ticar
ət 
ayrı-ayrı 
əmtəə 
bazarlarının qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir. Dünya 
bazarı məhsul (əmtəə) növlərinə görə seqmentlərə bölünmüşdür. 
Əmtəə bazarlarından hər biri oliqopolistik (oliqopoliya - bazardakı 
satıcıların bir-birinin hərəkətlərini qiymətləndirdikləri vəziyyətdir) 
struktur kimi formalaşır və bir neçə iri istehsalçı firmalar hakim 
mövqe tutur. Bu strukturlar beynəlxalq əmtəə müqavilələri ilə 
idar
ə olunurlar. Bununla birlikdə hər bir bazar digər ba 
40 


zarlarla qarşılıqlı əlaqəyə və təsirə malikdirlər və rəqabət 
münasibətləri əsasında ümumi dünya məkanı yaradırlar. 
Dünya ictimaiyyəti dünya ticarətinin rəqabət xarakterini 
saxlamaq üçün bütün mövcud İmkanlardan İstifadə edir, bu isə 
ticar
ətin inkişafına səbəb olmaqla, İqtisadi inkişaf tempinin 
sürətlənməsinə bilavasitə təsir göstərir. 
Dünya bazarı mürəkkəb struktura malikdir. Lakin onu iki iri 
struktura bölmək olar. Birinci struktur institusional-təşkilati 
prinsipl
ə əlaqədardır. Burada bazar proseslərini idarə etmək 
üçün institutlar formalaşır və beynəlxalq təşkilatlar mühüm rol 
oynayır. İkinci səviyyə daha mühümdür və bu bazarların 
m
əhsullara 
görə 
v
ə 
ayrı-ayrı 
məhsulların 
istehlak 
xüsusiyyətlərinə görə fərqlənirlər. Bu meyara görə İri əmtəə 
növlərinə görə bazarlar aşağıdakı kimi təsnifləşdirilir: 
1) yanacaq-energetika v
ə xammal; 
2) 
maşın və avadanlıqlar; 
3) 
metallar, kimya, meşə materialları; 
4) k
ənd təsərrüfatı xammalı və ərzaq məhsulları; 
5) 
geniş istehlak edilən sənaye malları. 
Göstərilən mal qrupları istər istehsal texnologiyasına, 
ist
ərsə də istehlak təyinatına görə, bir-birindən əhəmiyyətli 
d
ərəcədə fərqlənirlər. Yanacaq-energetika və xammal bazarı bir 
sıra mühüm xüsusiyyətlərinə görə xarakterizə olunurlar: bu 
m
əhsulların istehsal şərtləri məhduddur və demək olar ki, təkrar 
istehsal 
olunmur 
v
ə 
kapital 
tutumludur, 
istehlak 
nöqteyi-nəzərindən onun məhsulları hər bir istehsal-təsərrüfat 
f
əaliyyəti üçün əsas təşkil edirlər, belə ki, yanacaq və ilkin 
xammal h
ər bir məhsul istehsalının əsasını təşkil edir. Beynəlxalq 
ticar
ətdə ya- nacaq-xammal ixrac edən və istehlak edən ölkələrin 
mövqeyi 
4I 


q
əti (aydın) müəyyən edilmişdir. Məhsul ixrac edən ölkələr 
qrupuna: böyük enerji və mineral xammal ehtiyatı olan ölkələr 
daxildir. Başlıca olaraq bu qrupa yüksək səviyyədə inkişaf 
etm
əmiş Çin, Hindistan, Səudiyyə Ərəbistanı, CAR, Rusiya, İran, 
İraq və s kimi ölkələr daxildir. İstehlakçılar qrupuna isə yüksək 
inkişaf etmiş ABŞ, Yaponiya, Kanada, Avstraliya, Qərbi Avropa 
ölkələri daxildir. 
Bu 
əmtəə qrupunda neft, neft məhsulları, təbii qaz, daş 
kömür həlledici rol oynayır. Bu məhsullar ümumi məhsulların 
75%-nl t
əşkil edir. Müharibədən sonrakı dövrdə neft məhsulları 
istehlakı əhəmiyyətli dərəcədə artdı. 1950-1960-cı illər ərzində 
dünyada neft istehlakı 7 dəfə artaraq, il ərzində 3,4 mlrd, ton 
t
əşkil etmişdir. Dünyada neft ticarətini tənzimləyən mühüm 
beyn
əlxalq təşkilat (neft ehtiyatının 78%-i) OPEK-dir (ingiliscə 
OPEC - orqanisation of Petroleum Exportinq Countries - neft 
ixrac ed
ən ölkənin təşkilatı olub, 1973-cü ildə yaradılmışdır). 
OPEK dünya qiymətinə və kvot vasitəsilə ticarət şərtlərinə, illik 
istehsalın həcminə nəzarət edir. Dünya neft ixracına, eyni 
zamanda OPEK-y
ə daxil olmayan ölkələr; Rusiya, Norveç, 
Hollandiya, Çin də əhəmiyyətli təsir göstərirlər. Neft ticarətinin 
şərtlərinə neft istehlak edən ölkələr neft istehsal edən ölkələrə 
nisb
ətən daha əhəmiyyətli dərəcədə təsir göstərirlər. 1973- 
1975-ci ill
ərdə energetika böhranından sonra elmi-texniki 
t
ərəqqinin sürətlənməsi nəticəsində Qərb ölkələri neft istehsalını 
xeyli azaltdılar. 1975-1995-ci illər ərzində dünya enerji 
istehlakında neftin xüsusi çəkisi 45%-dən 36%-ə, kömürün 
xüsusi çəkisi 33%-dən 31%-ə enmişdir, bununla yanaşı daha 
mütərəqqi yanacaq növü olan qazın xüsusi çəkisi isə 20%-dən 
25%-
ə qalxmışdır. Bununla bərabər əsas neft ixrac edənlərin 
42 


xüsusi çəkisi aşağı düşmüşdür. OPEK ölkələri 85%-dən 68%-ə, 
Rusiya 22%-d
ən 18%-ə enmişdir. Perspektivdə neftin isteh- 
lakının daha da ixtisar edilməsi gözlənilir. 
Dünyanın maşın və avadanlıqlar bazarı tamamilə başqa 
cür görünür. Hər şeydən əvvəl, o, maşın və avadanlıqların 
k
əmiyyətinin 
d
əyişməsi 
il
ə 
yanaşı, 
daim 
keyfiyyətcə 
t
əkmilləşməklə və mürəkkəbləşməklə yüksək İnkişaf tempi ilə 
xarakteriz
ə olunur. 
Dünya 
bazarının 
bu 
sektorunun 
mühüm 
xüsusiyyətlərindən biri - ticarətin bir-biri ilə kəskin rəqabət aparan 
çoxsaylı firmalar tərəfindən aparılmasıdır. Son 20-30 ildə maşın 
v
ə avadanlıqlar ticarəti istehsal və elmi-texniki kooperasiya 
bar
ədə müqavilələr əsasında aparılır. Bu maşın və 
avadanlıqların müvafiq ticarət qaydalarını müəyyən etməklə 
yanaşı, detal və qovşaqlarla təmin etməyi və satışdan sonra 
servis xidm
əti göstərməyi əvvəlcədən müəyyən etməyə imkan 
verir. 90-
cı illərin əvvəllərində maşın və avadanlıqlar ixracının 
45%-i sah
ələrarası və sahədaxili formasında həyata keçirilirdi. 
Maşın və avadanlıqların dünya bazarında əsas agentləri 
müasir elmi-texniki tərəqqinin nailiyyətlərindən maksimum 
istifad
ə edilən ölkələrdir. Bunlar ABŞ, Yaponiya, Almaniya, 
Kanada, İsveçrə, Hollandiya və s. ölkələrin firmalarıdır. Bunlara 
C
ənub-Şərqi Asiyanın və Braziliyanın firmaları daha ciddi 
r
əqabət göstərirlər. 1990-1997-ci illər ərzində Cənubi Koreyada, 
Tayvanda v
ə Sinqapurda maşınqayırma məhsulları ixracı 2 
d
əfədən çox artmışdır. Bu məhsullara məişət elektronikası aiddir, 
bunlar ucuz olduqlarına görə Qərb ölkələrinin bazarlarına güclü 
nüfuz etmişdir. Bu müddət ərzində Braziliyadan maşın və 
av
adanlıqlar ixracı təxminən 3 dəfə artmışdır, bu isə ona dünya 
43 


ixrac iyerarxiyasında 28-ci yerdən 12-ci yerə qalxmağa imkan 
vermişdir. 
Maşın və avadanlıqların dünya bazarının xarakterik 
əlaməti onun çeşidinin sürətlə dəyişməsidir. ABŞ-ın, Yaponiyanın 
v
ə Qərbi Avropanın iri firmaları 5-6 il ərzində öz əmtəə çeşidlərini 
dem
ək olar ki, 100% dəyişir. Hər il dünya bazarında onlarca 
tamamil
ə yeni maşın və avadanlıqlar meydana gəlir ki, bu da 
m
əhsulların hərəkəti, reklamı və satışı barədə ciddi marketinq 
işləri aparılmasını tələb edir. «Sistemli» satışdan daha çox 
istifad
ə edilir, alıcılara məhsullar komplektləşdirmə detalları ilə 
birlikd
ə təklif edilir, eyni zamanda avadanlıqların qruplaşdırıl- 
ması, işə salınması, təmiri və təminatlı xidmət barədə zəmanət 
verilir. 
Yanacaq-
xammal, maşın və avadanlıqlardan sonra dünya 
ticar
ətində kənd təsərrüfatı xammalı və ərzaq məhsulları mühüm 
rol oynayır. Əsas ərzaq ixrac edən Qərb ölkələridir. Dünya taxıl 
ixracının 70%-i, süd məhsullarının 90%-i, emal edilmiş meyvə və 
t
ərəvəzin 35%-i, emal edilmiş ət məhsullarının 40%-i onların 
payına düşür. Beləliklə, dünya bazarında inkişaf etmiş ölkələr 
emal edilmiş məhsulların ixracında aparıcı mövqe tuturlar. İnkişaf 
etm
əkdə olan ölkələrin ixracında kənd təsərrüfatı və ilkin ərzaq 
m
əhsulları üstünlük təşkil edir. 
Eyni zamanda inkişaf etmiş ölkələr xeyli ərzaq və kənd 
t
əsərrüfatı məhsulları idxal edirlər. 1996-cı ilin məlumatına görə, 
dünya ərzaq ixracının 12%-i ABŞ-ın, təxminən 8%-i Yaponiyanın, 
13%-i Avropa Birliyi 
ölkələrinin payına düşür. 
Keçmiş vaxtlarda SSRİ iri taxıl idxal edən ölkə idi. 80-cı 
ill
ərin əvvəlində illik taxıl alışı 40 mln. ton təşkil edirdi. Əsas taxıl 
göndərənlər ABŞ, Kanada və Argentina idi. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin