4.2. Avropada intibah dövrünün fəlsəfəsi
XV əsrdən etibarən fəlsəfi fikir tarixində İntibah dövrü adlanan mərhələ başlandı.Bu dövr sənayenin, ticarətin inkişafı, böyük coğrafi kəşflər ilə səciyyələnir. Bütün bunlar isə kapitalizmin təşəkkülünü ifadə edir.
İntibah heç də Qərbi Avropa ölkələrinin hamısında birdən başlanmamışdır. O, birinci növbədə, inkişaf etmiş ölkələrdə meydana gəldi. Onun ilk beşiyi İtaliya olmuşdur.
İntibah dövrün antik mədəniyyətin, antik həyat tərzinin, antik təfəkkür tərzinin dirçəldilməsindən ibarət olması fikri "İntibah", "Dirçəliş" anlayışları ilə əlaqadar şərh edilməsinə baxmayaraq işin əslində o, antik fəlsəfə və mədəniyyətdən əsaslı surətdə fərqlənirdi. İntibahı xristianlığa qarşı qoymaq da düzgün deyildir. Çünki tarixi inkişaf baxımından o, orta əsr mədəniyyətinin yekunu idi və onda həmin dövrün müsbət əlamətləri öz əksini tapmışdı. İntibah dovrünün dünyagörüşünün fərqləndirnci əlaməti onun antik dövrə ideal kimi yanaşmaq əsasında incəsənətə istiqamətliliyindən ibarət idi. Ona görə də orta əsrlər dövrünü dini dövr, intibah dövrünü isə əsasən bədii-estetik dövr adlandırırlar. Əgər antik dövr təbii kosmosa, orta əsrlər dövrü Allah vasitəsilə xilas olmağa əsaslanırdısa, İntibah dövrü insan vasitəsilə xilas olmağı ön plana keçirirdi. Ona görə də bu dövrün fəlsəfi təfəkkürü antroposentrizm və humanizm fokusunda cəmləşmişdi.
İntibah fəlsəfəsinin, humanizm ideyalarının meydana gəlməsini tə"min edən əsas amillərdən biri də təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Məlum olduğu kimi, XV-XVI əsrlərdə təbiətşünaslığın əsl mə"nada elmə çevrilməsi prosesi başlandı. Bu dövrdə astronomiya, mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologiya kimi təbiət elmləri inkişaf etməyə başladı. Belə bir şəraitdə eksperimental təbiətşünaslığın meydana gəlməsi, xüsusilə böyük əhəmiyyət kəsb edirdi.
İntibah dövrünün fəlsəfəsinin əsas və xarakterik əlamətləri, hər şeydən əvvəl, təbiətin özünü öyrənmək və şərh etməkdən, ikincisi, antik dövrün materialist filosoflarının, xüsusilə Demokrit və Epikurun əsərlərini öyrənməkdən, üçuncusu, təbiətşünaslıqla sıx əlaqədəri, dörduncüsü, insan problemini tədqiq etməkdən ibarət idi.
İntibah Dövrünün ideologiyası, fəlsəfəsi və bütövlükdə mədəniyyəti üçün həlledici meyllərdən biri teosentrik baxışdan antroposentrik dünyagörüşünə keçməkdən ibarət idi. Bu o deməkdir ki, feodalizmə və onun ideologiyasına qarşı mübarizədə insan haqqında tə"lim ön plana çəkildi. İnsan zəkasının ecazkar qüdrətinə, əqlin gücünə inam artdı; zəhmət adamının xoşbəxtliyinin tə"min olunması ilə əlaqədər olan məsələlərə xüsusi diqqət yetirilməyə başlandı.
Bu tə"lim insanı fəal həyata çağırır, onun özünə olan inamını artırmağa çalışırdı. İntibah humanizmi insana tərəqqi etməyə qadir olan azad və hərtərəfli inkişaf etmiş bir varlıq kimi baxırdı. Bu humanizm bütün İntibah Dövrü mədəniyyətinin əsas məğzini təşkil edirdi. İtaliyada humanizm Dante Aligerinin, Françesko Petrarkanın və s. mütəfəkkirlərin adı ilə bağlı idi.
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsindən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin intibahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş platonizm idi.
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi - təbiət fəlsəfəsi daxil oldu. O, İntibah Dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdı.
İntibah Dövründə təbiət fəlsəfəsi ilə yanaşı, yeni təbiətşünaslıq da inkişaf edirdi. Bu sahədə baş verən kəşflər Yeni Dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə çevrilmişdi. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyllərinə uyğun gəlirdi. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapınışdı.
İntibah dövründə panteist fəlsəfənin sistemli şərhini N. Kuzanski vermişdir. O, təbiəti Adlahla eyniləşdirərək ona ilahi atributları, ilk növbədə isə məkanda sonsuzluğu aid etmişdir. N. Kuzanski Kainatın sonluluğu haqqında teoloji prinspə qarşı çıxış edərək göstərir ki, Allah "mütləq maksimum" olsa da, dünya, məkan və zaman e'tabarı ilə sonlu, Yer dünyanın mərkəzi, hərəkətsiz ulduz sahələri isə onun hüdudları deyildir.
Neoplatonizm ən'ənələrinə uyğun olaraq o, təkcə məsələsini əksliklər kimi, yə'ni təkçə kimi yox, həm də qeyri-tökcə kimi nəzərdən keçirir. Kuzanski xristian monizmini qəbul edərək, həm də antik dövrün dualizminə qarşı çıxırdı. O.Brunonun panteizmi ilə səsləşən belə bir nəticəyə gəlmişdir: "vahid hər şeydir". Əlbəttə, bu formula xəlq edilənlə (hər şey) xəlq edən (təkcə)dən ibarət olan xristian teizmi üçün məqbul sayıla bilməz. Vahidin əksliyinin olmamasından N. Kuzaiski vahidin sonsuz, hüdudsuz olması nəticəsini çıxarır. Sonsuz isə o deməkdir ki, ondan qeyri heç bir şey mövçud ola bilməz, o, "maksimum"dur, təkçə isə "minimum"dur. Beləliklə, o, əksliklərin, yə'ni maksimum və minimumun uyğunluğu prinsipini kəşf etmiş olur.
N. Kuzaiskinin fəlsəfəsinin metodoloji prinsipi əksliklərin eyniyyətindən ibarətdir. Buna görə də onu yeni Avropa fəlsəfəsində dialektikanın yaradıcısı adlandırırlar.
İntibah Dövründə bir sıra sosial təlimlər də meydana gəlmişdir. Bu, feodal dünyasının iqtisadi, siyasi və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərlə əlaqədar idi.
XVI əsrdə meydana gəlmiş utopik təlimlər, birinci növbədə, ingilis humanisti Tomas Morun (1479-1555) və italyan monaxı-rahibi Tommazo Kampanellanın (1568-1639) adı ilə bağlı idi.
Fəlsəfi fikrin inkişafı tarixinə İntibah Dövrü fəlsəfəsinin böyük tə"siri olmuşdur. İntibah humanizmi özünün sxolastikaya, asketizmə qarşı apardığı mübarizə ilə, o zamankı cəmiyyətin inkişafında mütərəqqi rol oynamışdır. İntibah Dövrünün fəlsəfəsi elmlə əlaqəni möhkəmləndirir, qədim Antik fəlsəfəni sxolastik deformasiyalardan təmizləyir, onun müsbət cəhətlərindən bacarıqla istifadə edərək dünya fəlsəfi fikrini daha da zənginləşdirirdi. İntibah Dövrü fəlsəfəsinin əsas cəhəti onun dünyəvi xarakterə malik olmasında idi. Əgər Orta Əsrlər fəlsəfəsinin predmeti ilahiyyat idisə, İntibah Dövründə birinci yerdə təbiət dururdu. Bu, son nəticədə yeni materialist və mütə-rəqqi fikirlərin meydana gəlməsi üçün geniş imkanlar yaratdı.
İntibah Dövrünün fəlsəfəsi Yeni Dövrün fəlsəfi ənənələrinə keçid üçün zəmin yaratdı.
Dostları ilə paylaş: |