M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə84/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   80   81   82   83   84   85   86   87   ...   184
muhazire FELSEFEyeni (1)

Təbiət anlayışı. İlk baxışdan «təbiət nədir?» sualı hamı üçün asan görünür, ancaq suala cavab vermək məqamında hamı müəyyən çətinliklərlə üzləşir. Bu çətinliyi nəzərə alaraq fikrimizə təbiət anlayışına yığcam tərif verməklə başlamaq məqsədəuyğundur. Təbiətə müxtəlif yanaşmalar və ona verilən çoxsaylı tərifləri ümumiləşdirərək demək olar ki, təbiət sözün geniş mənasında bizi əhatə edən, öz sonsuz rəngarəng təzahürləri ilə özünü göstərən dünyadır. Təbiət özünü obyektiv reallıq kimi təzahür etdirir, insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcuddur. Sözün dar mənasında, özü də məhz «cəmiyyət» anlayışına münasibətdə təbiət deyərkən, cəmiyyət istisna olmaqla, cəmiyyətin mövcudluğunun təbii şəraitinin məcmusu kimi bütün maddi aləm başa düşülür. Təbiətə, onun mahiy­yətinə fəlsəfi yanaşmada iki bir-birinə zidd olan nöqteyi- nəzərləri ayırmaq olar. Onlardan biri təbiəti xaos, kortəbii qüvvələrin, təsadüflərin hökmranlıq etdiyi aləm kimi qəbul edir. Digərlərinə görə təbiətdə təbii zərurət və ciddi qanunauyğunluq hökm sürür. Xüsusi ilə vurğulamaq lazımdır ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti haqqında fəlsəfi baxışların təkamülü, əsasən, cəmiyyətin özünün inkişaf səviyyəsi ilə, eyni zamanda bu və ya digər vaxtlarda cəmiyyətdə hakim olan iqtisadi, siyasi, dini və digər baxışlarla müəyyən olunur.

Təbiət cəmiyyətin həyat fəaliyyətinin əsasıdır. Təbiət və cəmiyyətin qarşılıqlı surətdə bir-birinə təsiri.

İnsan və təbiətin münasibətindəki dəqiq balansın, müvazinətin axtarışı bu gün təbiət və cəmiyyətin münasibətlərinin real durumunu aydınlaşdırmadan, eyni zamanda onların hər birinin çəkisini müəyyən etmədən mümkün deyildir. Bəşəriyyət, özünün bugünkü qüdrətinə və müstəqilliyinə baxmayaraq təbiətin tərkib hissəsi və təbiətin təkamülünün davamıdır. Cəmiyyət təbiətlə sıx bağlıdır, ondan kənarda mövcud ola və inkişaf edə bilməz - ilk növbədə insanı əhatə edən ətraf mühit olmasa insan yaşaya bilməz. Təbii mühitin cəmiyyət həyatına təsiri istehsal sahəsində daha aydın şəkildə özünü göstərir. İnsanları təbiətdən ayrılmağa imkan verən bütün maddi istehsal öz əsasında təbii tərkib hissələrə əsaslanır. Faydalı yeraltı qazıntılar, enerji mənbələri, əmək məhsulları - hamısı təbiətdəndir. İstehsal prosesində təbiət insan tərəfındən əmək predmeti kimi, cəmiyyətin marağı naminə islahatçılıq fəaliyyətinin obyekti kimi istifadə olunur. Təbii zənginliklər (ilk növ­bədə faydalı qazıntılar) maddi istehsalın və cəmiyyət həyatının təbii əsasına xidmət edir. Təbiətdən ayrılan bəşəriyyət maddi istehsal nəticəsində alınan əmək məhsulları olmadan yaşaya bilmir.

Təbiət - insanın və bütövlükdə cəmiyyətin həyat fəaliyyətinin təbii əsasıdır. Təbiətdən kənar insan mövcud deyildir və mövcud ola bilməz. Hətta kosmosda, kosmik orbital stansiyalarda adamlar təbiət nemətlərindən istifadə edirlər. Təbiət və bütövlükdə kosmos isə, öz növbələrində, insansız yaşaya və onun fəaliyyəti olmadan keçinə bilərlər. Bir çox milyard illər ərzində belə olmuşdur. Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin dərk olunması, cəmiyyətin təbiətdən asılılığını qəbul edilməsi ən mühüm zərurətdir. Maddi istehsalın və cəmiyyət həyatının təbiətdən asılılığı öz növbəsində insan fəaliyyətində müəyyən məhdudluq yaradır. Bu ilk növbədə ictimai həyat fəaliyyəti prosesində cəmiyyətin təbiətə ağıllı, səmərəli təsirinə aiddir. Burada ən əsas «Çox ziyan vurma!» prinsipi olmalıdır. Cəmiyyətin təbiətlə qarşılıqlı fəaliyyəti insan üçün yalnız əməli, fayda və mənfəət güdən, istehsal əhəmiyyəti daşımır, o, həm də sağlamlıq, əxlaqi, estetik, elmi əhəmiyyət daşıyır. İnsan yalnız təbiətdən «böyümür», o, həm də maddi dəyərlər istehsal etməklə, eyni zamanda, həm də onda «böyüyür». Eyni zamanda təbiətin hər şeydən əvvəl, həm də gözəlliyi, zövq verən cəhətləri var ki, bu da müəyyən mənada insanı rəssam, yaradıcı edir. Məhz təbiətə yaradıcı münasibətin özündən vətən hissi, torpağa bağlılıq, vətənpərvərlik hissi yaranır. «Vətən torpağı», «vətənin nefti, qazı, təbii sərvəti, zənginliyi anlayışları da sadəcə coğrafi anlayışlar, təmiz dil strukturu olmayıb insanın təbiətdən mənəvi asılılığını göstərən bariz və əyani nümunələrdir.

Bəli, insan bioloji varlıqdır və bunu inkar etmək olmaz. Lakin müasir elmi təhlil göstərir ki, insan fəaliyyətinin bütün tərəflərini yalnız 15 faizi təmiz bioloji xarakter daşıyır. İnsan cəmiyyətdən kənarda mövcud ola bilməz. Həyatın spesifik ictimai tərzi insan və cəmiyyətin həyatında qeyri-bioloji, ictimai qanunauyğunluğun rolunun daim güclənməsinə təkan verir. Məsələn, insanın və cəmiyyətin siyasi, istehsal, mənəvi fəaliyyəti təmiz ictimai hadisədir, o, öz xüsusi təbiət qanunlarından fərqli olaraq öz xüsusi qanunları ilə inkişaf edir. Ancaq bu inkişafda təbii qanunların inkişafını qiymətləndirməmək düzgün olmazdı. İnsan ağıllı olsa da, hər halda heyvandır. Bioloji və ictimai amillər həm insanda, həm də cəmiyyətdə sıx qarşılıqlı fəaliyyətdədirlər, dialektik cəhətdən bir-biri ilə bağlıdırlar. Bioloji növ kimi insanın yaşamasının zəruriliyi və onun tam hərtərəfli inkişafının yalnız cəmiyyətdə mümkün olması ictimai birliyin xüsusi növünün - insan ailəsinin meydana gəlməsini şərtləndirmişdir. Ailə həm bioloji, həm də müxtəlif ictimai funksiyalar (təsərrüfat, tərbiyə və s.) yerinə yetirir. Onun mühüm bioloji funksiyası insan nəslinin artırılması, insanın özü-özünü istehsal etməsidir. Bax bu baxımdan ailə insan cəmiyyətinin özəyi kimi təbiətlə daha sıx bağlıdır. Əhalinin yenidən istehsalının başlıca amili kimi ailənin rolu həmişə sabit qalır. Bu funksiya demoqrafik amillərlə, əhali problemi ilə sıx bağlıdır.

Əhali nəzəriyyəsinə xüsusi yanaşma tələb olunur. Əhali müəyyən ərazi çərçivəsində: ölkənin bir hissəsində, bütün ölkədə, bir qrup ölkədə, bütün dünyada yaşayan adamların məcmusudur. Ölkənin əhalisi coğrafi mühit və maddi nemətlər istehsalı üsulu ilə birlikdə cəmiyyətin inkişaf imkanlarını müəyyən edir. Bununla belə istehsalın və bütövlükdə cəmiyyətin normal inkişafı, təbii sərvətlərin mənimsənilməsi üçün müəyyən ıninimum əhalinin olması zəruridir. Əksinə, əhalinin çox olması cəmiyyətin maddi həyatına mənfi təsir edə bilər və hətta ətraf mühitə öldürücü təsir edə biləcək ictimai münaqişələrə və partlayışlara gətirib çıxara bilər. Bir sıra filosoflar, sosioloqlar və iqtisadçılar əhali artımına cəmiyyətin inkişafının hərəkətverici qüvvəsini başa düşməyin açarı kimi baxmağa cəhd etmişlər. Məsələn, ingilis siyasi iqtisadının banisi, dəyərin əmək nəzəriyyəsinin müəllifi U.Petti qeyd etmişdir ki, bütün zənginliklərin əsası əmək, istehsal sahəsidir. Ona görə də zəhmətkeş əhalinin, isteh­sal prosesinin başlıca iştirakçısının artımına o cəmiyyətin inkişafının, təbiətin fəth edilməsinin ən mühüm şərti kimi baxmışdır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin