M ü n d ə r I c a t


Mikroorqanizmlərin  ekotoksikoloji  funksiyaları



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə128/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   437
Mikroorqanizmlərin  ekotoksikoloji  funksiyaları.  Mikroorqanizmlər 

torpaq  –  bitki  sistemində  bitkinin  fizioloji  vəziyyətinin  indiqatorlarıdır. 

Torpaq  mikroorqanizmlərinin  ətraf  mühitin  ən  kiçik  dəyişmələrinə  həsas 

reaksiyası və yüksək fermentativ aktivliyi onlardan ekosistemin indiqasiyası 

və  onlarda  toksiki  birləşmələrin  deqradasiyasının  qiymətləndirilməsi  üçün 

istifadə etməyə imkan verir. Torpaq mikroorqanizmlərinin bu xüsusiyyətləri 

müasir ekoloji tədqiqatlarda, xüsusən də ekosistemlərdə toksiki maddələrin 

və mikrob trasformasiyasının təsiri altında baş verən dəyişkənliklərin erkən 

diaqnostikasında onları əvəzsiz edir.  

Çoxsaylı torpaq – ekoloji faktorlardan  - fiziki, kimyəvi, aqrokimyəvi 

və bioloji – sonuncular daha həssaslarıdır və torpaq-bitki sistemində bitkinin 

fiziolji vəziyyətini daha adekvat xarakterizə etmək qabiliyyətinə malikdirlər. 

Daha cavan bitkilərdə biokimyəvi proseslər daha intensiv baş verir, hansı ki, 

torpaqda  yerləşən  mikroorqanizmlər  üçün  qida  vəenergetik  materialdırlar. 

Mikroorqanizmlər  öz  saylarını  artırırlar,  bu  isə  son  nəticədə  mikrob 

məhsuldarlığını təyin edir.  

Mikrob  biokütləsinin  miqdarını  Y.P.Xudyakovun  formulu  ilə  təyin 

edirlər:      

   


,

 

100



 

np

 



)

 

-



mk(l

 

=



 

M

 



 

burada m- bakterya hüceyrələrinin kütləsi; k – verilən müddətdə mik-



roorqanizmlərin maksimal sayı; –müddətin davam etməsi ; a – müddətin 

qeyri-aktiv hissəsinin davam etməsi; n – həmin müddətidə məhv olan 

hüceyrələrin sayı, %; p – müddətlərin sayı.  

Hesablama  formulunda  bakteriya  hüceyrəsinin  orta  kütləsi  (m) 

2,92  x  10

-12 


q  qəbul  edilir.  Şərti  olaraq  qəbul  olunur  ki,  hər  periodda  75% 

hüceyrə məhv olur. Bu asılılıq meşə ekosistemləri və aqroekosistemlərin və-

ziyyətinin xarakteristikası üçün əlverişlidir.  

Beləliklə,  bitkinin  fiziolji  vəziyyətini  xarakterizə  edən  mikrob  bio-

kütləsinin miqdarı torpaq-bitki sisteminin inteqral göstəricisidir və müxtəlif 

ekoloji tədqiqatlarda istifadə oluna bilər (məsələn, antropogen yüklənmənin 

normalaşdırılmasında, ekosistemin davamlılığının təyinində və s.).  


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin